* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Bir şeyə ehtiyacı olan, bir şeyə hacəti olub onu aradan qaldıra bilməyən. Möhtac adam. – Dedim: – Yol gəlmişəm, özüm də acam; Doğrusu, bir parça yemə möhtacam. S.Vurğun. // İs. mənasında. Köməyə, maddi yardıma ehtiyacı olan adam; yoxsul, kasıb, fağır. …Biz möhtacları da görürük, sizi də. Mir Cəlal. 2. Xəbər şəkilçisi ilə: möhtacdır – ehtiyacı var, …ehtiyac hiss edir. O, yaxşı bir müəllimə möhtacdır. – İnsan ömrünün ibtidasından intəhasına qədər möhtacdır təhsiliüluma. “Əkinçi”. ◊ Möhtac qalmaq – bax möhtac olmaq. Möhtac qılmaq – bax möhtac etmək. Çoxların qılıbsan çörəyə möhtac. Q.Zakir. Möhtac qoymaq – bax möhtac etmək. [Kazım:] Ən böyük igidlik külfəti dosta-düşmənə möhtac qoymamaq imiş. Çəmənzəminli. Möhtac etmək – 1) ehtiyac içində saxlamaq, ehtiyaclı etmək; 2) asılı etmək, tabe etmək. Salma gəl dərdə məni; Yar, görsən bir də məni; Namərdə möhtac etmə; Kəs qurban mərdə məni. (Bayatı). Etməsin Tanrı səni kafərə, yarəb, möhtac! S.Ə.Şirvani. Möhtac olmaq – 1) ehtiyac içərisində olmaq, sıxıntı çəkmək; 2) hər hansı bir şey, xüsusən dolanacaq cəhətdən asılı olmaq, tabe olmaq. [Kəblə Cahangir:] Al bu saatı, verin, qıfılı açsın, namərdə möhtac olmaqdansa bu yaxşıdır. S.Rəhman. İnamla ucaltdıq anamız yeri; Biz möhtac olmadıq dosta, düşmənə. B.Vahabzadə.
Azərbaycan dilinin izahlı lüğəti / möhtac2 ə. 1) ehtiyacı olan; 2) yoxsul, kasıb.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / möhtac1 Ərəbcədir ehtiyac sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / möhtac2 прил. нуждающийся, испытывающий нужду. Möhtac etmək kimi kimə, nəyə заставить испытывать нужду в ком, в чём; möhtac olmaq, möhtac qalmaq: 1. kimə, nəyə нуждаться, испытывать нужду, потребность в ком, в чём; köməyinə möhtac olmaq kimin нуждаться в чьей помощи; 2. зависеть, быть зависимым от кого, от чего; möhtac olmamaq ни в ком, ни в чём не нуждаться; 3. предик. möhtacdır: 1. нуждается. Bir tikə çörəyə möhtacdır он нуждается в куске хлеба 2. зависит
Azərbaycanca-rusca lüğət / möhtac1 s. 1. needy, indigent; ~ qoymaq / etmək to reduce (d. to), to drive* (d. into) need / indigent; ~ olmaq to need (d.), to want (d.), to require (d.); 2. to be* in need (of); pula ~ olmaq to be* in need of money
Azərbaycanca-ingiliscə lüğət / möhtac1 sif. nécessiteu//x, -se ; indigent, -e ; ~ olmaq avoir besoin de, manquer de ; pula ~ olmaq avoir besoin de l’argent
Azərbaycanca-fransızca lüğət / möhtac1 1. прил. муьгьтеж, игьтияж авай; 2. сущ. муьгьтеж кас, куьмекдиз игьтияж авай кас; кесиб, юхсул, фагъир; ** möhtac etmək муьгьеж авун а) муьгьтеж тун, игьтияждик хуьн, муьгьтежрун; б) аслу авун, табий авун; möhtac olmaq муьгьтеж хьун, игьтияждик хьун; б) аслу хьун, табий хьун (тӀуьн-хъунин жигьетдай).
Azərbaycanca-ləzgicə lüğəti / möhtac