Burhan sözü azərbaycan dilində

Burhan

Yazılış

  • Burhan • 98.6301%
  • burhan • 1.3699%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Burhan Doğançay
Burhan Doğançay (türk. Burhan Cahit Doğançay; 11 sentyabr 1929, Konstantinopol – 16 yanvar 2013, İstanbul) — Türkiyə rəssamı. == Həyatı == Burhan Doğançay 11 sentyabr 1929-cu ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Öz adına – "Doğançay" muzeyi var. Muzeyin direktoru Bergin Azərdir. Burhan Doğançay 16 yanvar 2013-cü ildə 83 yaşında ikən İstanbulda vəfat edib. == Yaradıcılığı == Doğançayın 2004-cü ildə İstanbulda açılan muzeyi Türkiyədə ilk müasir incəsənət muzeyi olub. Onun şəkilləri Quggenhaym və Metropolitan İncəsənət Muzeyində daimi kolleksiyanın hissəsidir. 2009-cu ildə İstanbulda onun şəkillərindən biri hərracda 1,7 milyon dollara, Türkiyədə müasir incəsənət rəsmi üçün ən yüksək qiymətə satılıb. Dünyanın 70 muzeyində rəsmləri nümayiş etdirilmişdir.
Burhan Qalyun
Burhan Qalyun (ərəb. برهان غليون‎, 11 fevral 1945, Homs) — Suriya-Fransa sosioloqu, politoloq və ictimai xadimi. 2011-ci ilin avqustundan Suriya Milli Şurasının sədri. == Əsərləri == Burhan Ghalioun, Manifeste pour la démocratie, Beyrouth, Dar Ibn Ruch, 1978 Burhan Ghalioun, Le malaise arabe, l’etat contre la nation, Paris, La Découverte, " Cahiers Libres ", 1991, ISBN 978–2707120489 Burhan Ghalioun, Islam et politique, Paris, La Découverte, 1997, ISBN 978–2707127143 Burhan GHALIOUN, Nevine ABDEL MOEIM MOSSAAD, Henry LAURENS, Eric ROULEAU, Nicolas SARKIS, Nawaf SALAM (dir.), Le Moyen Orient à l'épreuve de l’Irak, Paris, Actes Sud, 2005, ISBN 978-2-7427-5249-2. == Xarici keçidlər == Burhan Qalyunun bloqu Burhan Qalyunun Twitterdə akkauntu.
Burhan Sargın
Burhan Sargın (11 fevral 1929, Ankara – 15 sentyabr 2023) — Türk keçmiş milli futbolçu. Hücumçu idi. Canavar ləqəbi ilə tanınırdı. 1954 FİFA Dünya Kuboku finallarında qatılan heyətdə yer aldı. == Futbolçuluq karieri == Futbola Hacettepe də başladı. Daha sonra Fənərbaxçaya 1951-ci ildə transfer oldu. Ədalət komandasında 2 il oynadıqdan sonra təkrar Kadıköyə döndü. Fənərbaxça forması altında 112 qol atdı Türkiyə Milli Futbol Komandasında 8 dəfə oynadı və 7 qol atdı. 1954 Dünya Kuboku seçmələrinə İspaniyaya atdığı qol sayəsində Türkiyəyə final oynama yolunu açdı. Bunun yanında İsveçrədə təşkil edilən FIFA Dünya Kubokunda Cənubi Koreyaya qarşı xətt-trick edərək bu müvəffəqiyyətə çatan ilk və tək Türk futbolçu oldu.
Burhan Şəhidi
Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu – 27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir. == Həyatı == Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər. Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi.
Burhan Çaçan
Burhan Çaçan (17 oktyabr 1960, Ələşgird, Ağrı ili – 12 yanvar 2023, İstanbul) — Türk musiqiçi və müğənni.
Əbdül Fateh Əl-Burhan
Əbdül Fəttah əl-Burhan Əbdülrəhman əl-Burhan (11 iyul 1960) — Keçid Suverenlik Şurasının sədri (2021-ci ildən), Sudan Ordusunun Baş Qərargah rəisi (2018-ci ilin fevralında), Sudan ordusunun Generalı, Sudan Silahlı Qüvvələrinin Ali Baş Komandanı. == Erkən həyat və təhsili == Əbdül Fəttah əl-Burhan 1961-ci ildə Sudanın şimalındakı Qandatu kəndində sufi ailəsində anadan olmuşdur. Əl-Burhan kənd məktəbində ibtidai və orta səviyyəli təhsil almış və daha sonra 31-ci dəstə arasında Sudan Hərbi Kollecinə qatılmadan əvvəl təhsilini başa çatdırmaq üçün Şendiyə köçmüşdür. == Hərbi karyera == Hərbi Akademiyanı bitirdikdən sonra əl-Burhan Sudan ordusunun tərkibində Xartumda xidmət etmiş, Darfur müharibəsində və Cənubi Sudanda və digər regionlarda, həmçinin İkinci Sudan vətəndaş vüharibəsində müxtəlif döyüş cəbhələrində iştirak etmişdir. O, Darfurda regional komandir olub. Daha sonra 2018-ci ildə ordunun quru qoşunlarının komandanı təyin olunana qədər hərbi sahədə təlim kursları keçmək üçün Misirə, daha sonra isə İordaniyaya səfər etmişdir. Əl-Burhan, Sərhəd Mühafizə Qüvvələrində əsgər kimi başladığı və 2018-ci ilin fevralında Quru Qoşunları Əməliyyatları Baş Qərargah rəisinin müavini və daha sonra Sudan Ordusunun Baş Qərargah rəisi olana qədər bu qüvvələrin bir sıra vəzifələrdə fəaliyyət göstərmişdir. 26 fevral 2019-cu ildə ölkəni bürüyən və Ömər Bəşir rejiminin devrilməsini tələb edən kütləvi etirazlar zamanı əl-Burhan general-leytenant rütbəsinə yüksəlmişdir. == Keçid Hərbi Şurasının sədri (2019) == Təyinatından qısa müddət sonra əl-Burhan televiziya müraciətində sələfi Ömər Bəşir tərəfindən tutulan bütün məhbusların sərbəst buraxılması əmrini vermişdir. Xartum qətliamı 2019-cu ilin iyun ayının əvvəlində, əl-Burhan və Hemedtinin Misir, BƏƏ və Səudiyyə liderlərinə səfərlərindən sonra, Sudan Təhlükəsizlik Qüvvələri və Çevik Dəstək Qüvvələri, o cümlədən əl-Burhan və onun müavininin başçılıq etdiyi Cəncavid silahlıları Sudanda başlayan dinc etirazları dağıtmışdırlar.
Burhanpur
Burhanpur, Hindistanın Madhya Pradesh regionunun Burhanpur distriktində yerləşən bir şəhərdir. Şəhərin ümumi əhalisi 210.891 nəfər təşkil edir.
Mehmed Burhanəddin Əfəndi
Mehmed Burhanəddin Əfəndi (Əbdülməcidin oğlu)
Mehmed Burhanəddin Əfəndi (II Əbdülhəmidin oğlu)
Mehmed Burhanəddin Əfəndi (19 dekabr 1885, Konstantinopol – 5 iyun 1949, Nyu-York, Nyu-York ştatı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Atası Sultan Əbdülhəmidin səltənətində 19 dekabr 1885-ci ildə Ulduz sarayında dünyaya gəldi. 1891-ci ildə qardaşları Əbdülqadir Əfəndi və Nuri Əfəndi ilə birlikdə sünnət edildi. 29 iyul 1913-cü ildə Albaniya müstəqillik qazandıqdan sonra Albaniya taxtına namizəd seçilsə də, bu təklifi qəbul etmədi. 1921-ci ildə İraq generallarının dəvəti ilə İraq taxtına çıxmaq istəsə də, Birləşmiş krallığın müdaxiləsi ilə bu plan baş tutmadı. 5 iyun 1949-cu ildə Nyu-Yorkda vəfat etdi. Cənazəsi gəmiylə İstanbula gətirilsə də, limana daxil olmasına icazə verilmədi. Bu səbəblə cənazə Dəməşqə göndərildi və burada dəfn olundu. == Ailəsi == Hidayət xanım — 1908-ci ildə evlənmişdir.
Mehmed Burhanəddin Əfəndi (Əbdülməcidin oğlu)
Mehmed Burhanəddin Əfəndi (22 may 1849, Konstantinopol – 4 noyabr 1876, Konstantinopol) — 31. Osmanlı sultanı Əbdülməcidin doqquzuncu oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Burhanəddin Əfəndi 1849-cu ildə Bəylərbəyi sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcid, anası isə onun doqquzuncu xanımı Nükət-səza Qadınəfəndi idi. Anasının vəfatından sonra atasının digər xanımı Nevəsər xanımın himayəsində böyümüşdür. Qərb musiqisiylə məşğul olmuş, bəstəkar bir şahzadə idi. Fleyta çalmağı bacarırdı. İlk təhsilinə qardaşları Rəşad Əfəndi, Kəmaləddin Əfəndi, bacısı Bəhicə Sultanla birlikdə 29 iyul 1853-cü ildə Çırağan sarayında başlayan Burhanəddin Əfəndi 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Rəşad Əfəndi və Kəmaləddin Əfəndiylə birlikdə sünnət edildi. Atası vəfat etdiyi zaman 12 yaşında idi. Ögey qardaşı Şahzadə Əbdülhəmid Əfəndinin (II Əbdülhəmid) ən sevimli qardaşı idi.
Qaramanoğlu Burhanəddin Musa bəy
Qaramanoğlu Burhanəddin Musa bəy (ö. 1356) — Qaramanoğulları bəyliyinin bəyi.
Qazi Burhanəddin
Qazi Bürhanəddin (1345, Kayseri – 1398, Sivas) — mənşəcə Azərbaycan türklərindən olan XIV əsrin məşhur şairi, dövlət xadimi və alim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Ələddin Ərətnanın sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır.
Qazi Burhanəddin Anəvi
Qazi Burhanəddin Əbu Nəsr ibn Məs’ud Anəvi — Azərbaycan da doğulmuş məşhur sufi, övliya Qazi Burhanəddin Əbu Nəsr 1143-cü ildə Azərbaycanın şimal-qərbindəki Ani şəhərində dünyaya gəlmişdi. Həmin dövrdə Ani Şəddadi əmirliyinin hakimiyyəti altında idi. Burhanəddin Anəvinin babaları Böyük Səlcuqlu sultanı Alp Arslanın Anini fəthindən (1064) sonra gəlib bu şəhərdə məskunlaşmışdılar. Onun atası Məs’ud, Şəddadi əmirliyinin ordusunda xidmət edən zabit idi. İlk təhsilini Anidə alan Burhanəddin Əbu Nəsr şafi’i fiqhi ilə yanaşı fars dili və ədəbiyyatı, tibb, astronomiya kimi dəqiq elmlər sahəsində də mütəxəssis idi. Xaçpəsətlərin də yaşdığı Anidə xristian teologiyası və İncili öyrənən Burhanəddin Əbu Nəsr gənc yaşlarından etibarən şe’r yazmağa başlamışdı. 1161-ci ildə Anini işğalı vaxtı gürcülərə əsir düşən Burhanəddin Anəvi 6 illik əsarətdən sonra vətənə qayıda bilmişdi Əsirlikdən qayıdandan sonra Anidən Təbrizə gedən gənc Burhanəddin burada vaiz Mahmud Təbrizinin tələbəsi olmuş, ondan fiqh elminin incəliklərini öyrənmişdi. Ondakı şairlik istedadını görən vaiz Mahmud bu qabiliyyətini müsbət istiqamətdə inkişaf etdirməsini tövsiyə etmişdi. Burhanəddin Anəvi ustadının təşviqi ilə peyğəmbərlərin həyatını nəzm etmişdi. Təbrizdə təhsilini tamamlayan Burhanəddin Anəvi Əxlatşahlar hökmdarı əmir Seyfəddin Bəgtemürün (1183-1193) ölkəsinə gedərək burada yaşamış, əmirin yaxın adamlarından biri olmuşdu.
Mehmed Burhanəddin Əfəndi (I Əbdülməcidin oğlu)
Mehmed Burhanəddin Əfəndi (22 may 1849, Konstantinopol – 4 noyabr 1876, Konstantinopol) — 31. Osmanlı sultanı Əbdülməcidin doqquzuncu oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Burhanəddin Əfəndi 1849-cu ildə Bəylərbəyi sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcid, anası isə onun doqquzuncu xanımı Nükət-səza Qadınəfəndi idi. Anasının vəfatından sonra atasının digər xanımı Nevəsər xanımın himayəsində böyümüşdür. Qərb musiqisiylə məşğul olmuş, bəstəkar bir şahzadə idi. Fleyta çalmağı bacarırdı. İlk təhsilinə qardaşları Rəşad Əfəndi, Kəmaləddin Əfəndi, bacısı Bəhicə Sultanla birlikdə 29 iyul 1853-cü ildə Çırağan sarayında başlayan Burhanəddin Əfəndi 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Rəşad Əfəndi və Kəmaləddin Əfəndiylə birlikdə sünnət edildi. Atası vəfat etdiyi zaman 12 yaşında idi. Ögey qardaşı Şahzadə Əbdülhəmid Əfəndinin (II Əbdülhəmid) ən sevimli qardaşı idi.
Burhanəddin Bulut
Burhanəddin Bulut (25 avqust 1970, Bitlis) — əczacı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Burhanəddin Bulut 25 avqust 1970-ci ildə Bitlis ilində anadan olub. Egey Universiteti Əczaçılıq bölməsindən və Anadolu Universiteti İqtisadi bölməsindən məzun olub. 1993-cü ildə Adanada əczanə açaraq peşə fəaliyyətini davam edib. Dörd dəfə Adana Əczaçılar Palatasının sədri vəzifəsinə seçilib. 2011-ci ildə parlament seçimlərində namizəd olduğuna görə vəzifəsindən istefa verib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2014-cü ildə Çuxurova ilçə Bələdiyyə Məclisinin üzvü seçilib. 2015-ci ildə CHP Adana il sədri olduğuna görə vəzifəsindən istefa verib. 11 noyabr 2023-cü ildən CHP sədrinin Media və ictimaiyyətlə əlaqələr üzrə müavinidir.

burhan sözünün leksik mənası və izahı

"burhan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#burhan nədir? #burhan sözünün mənası #burhan nə deməkdir? #burhan sözünün izahı #burhan sözünün yazılışı #burhan necə yazılır? #burhan sözünün düzgün yazılışı #burhan leksik mənası #burhan sözünün sinonimi #burhan sözünün yaxın mənalı sözlər #burhan sözünün əks mənası #burhan sözünün etimologiyası #burhan sözünün orfoqrafiyası #burhan rusca #burhan inglisça #burhan fransızca #burhan sözünün istifadəsi #sözlük