burhanə sözü azərbaycan dilində

burhanə

Yazılış

  • burhanə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mehmed Burhanəddin Əfəndi
Mehmed Burhanəddin Əfəndi (Əbdülməcidin oğlu)
Mehmed Burhanəddin Əfəndi (II Əbdülhəmidin oğlu)
Mehmed Burhanəddin Əfəndi (19 dekabr 1885, Konstantinopol – 5 iyun 1949, Nyu-York, Nyu-York ştatı) — 34. Osmanlı sultanı II Əbdülhəmidin dördüncü oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Atası Sultan Əbdülhəmidin səltənətində 19 dekabr 1885-ci ildə Ulduz sarayında dünyaya gəldi. 1891-ci ildə qardaşları Əbdülqadir Əfəndi və Nuri Əfəndi ilə birlikdə sünnət edildi. 29 iyul 1913-cü ildə Albaniya müstəqillik qazandıqdan sonra Albaniya taxtına namizəd seçilsə də, bu təklifi qəbul etmədi. 1921-ci ildə İraq generallarının dəvəti ilə İraq taxtına çıxmaq istəsə də, Birləşmiş krallığın müdaxiləsi ilə bu plan baş tutmadı. 5 iyun 1949-cu ildə Nyu-Yorkda vəfat etdi. Cənazəsi gəmiylə İstanbula gətirilsə də, limana daxil olmasına icazə verilmədi. Bu səbəblə cənazə Dəməşqə göndərildi və burada dəfn olundu. == Ailəsi == Hidayət xanım — 1908-ci ildə evlənmişdir.
Mehmed Burhanəddin Əfəndi (Əbdülməcidin oğlu)
Mehmed Burhanəddin Əfəndi (22 may 1849, Konstantinopol – 4 noyabr 1876, Konstantinopol) — 31. Osmanlı sultanı Əbdülməcidin doqquzuncu oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Burhanəddin Əfəndi 1849-cu ildə Bəylərbəyi sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcid, anası isə onun doqquzuncu xanımı Nükət-səza Qadınəfəndi idi. Anasının vəfatından sonra atasının digər xanımı Nevəsər xanımın himayəsində böyümüşdür. Qərb musiqisiylə məşğul olmuş, bəstəkar bir şahzadə idi. Fleyta çalmağı bacarırdı. İlk təhsilinə qardaşları Rəşad Əfəndi, Kəmaləddin Əfəndi, bacısı Bəhicə Sultanla birlikdə 29 iyul 1853-cü ildə Çırağan sarayında başlayan Burhanəddin Əfəndi 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Rəşad Əfəndi və Kəmaləddin Əfəndiylə birlikdə sünnət edildi. Atası vəfat etdiyi zaman 12 yaşında idi. Ögey qardaşı Şahzadə Əbdülhəmid Əfəndinin (II Əbdülhəmid) ən sevimli qardaşı idi.
Qaramanoğlu Burhanəddin Musa bəy
Qaramanoğlu Burhanəddin Musa bəy (ö. 1356) — Qaramanoğulları bəyliyinin bəyi.
Qazi Burhanəddin
Qazi Bürhanəddin (1345, Kayseri – 1398, Sivas) — mənşəcə Azərbaycan türklərindən olan XIV əsrin məşhur şairi, dövlət xadimi və alim. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Qazi Bürhanəddin Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Görkəmli dövlət xadimi, məşhur sərkərdə və şair Qazi Bürhanəddin 1344-cü il-də Qeysəriyə şəhərində dünyaya göz açmışdır. O, mənşəyinə görə, qədim türk-oğuz boylarından sayılan Salur tayfasına mənsub idi. Belə bir ehtimal da var ki, onun qədim babaları Xarəzmdən gəlmişdilər. Şairin adı Əhməd, künyəsi Əbülabbas, təxəllüsü isə Qazi Bürhanəddin idi. O, irsən keçən qazilik hüququna malik, yüksək savad dərəcəsi və əsl-nəcabəti ilə məşhur olan bir ailədən idi. Qeysəri şəhərinin qazıları Cəlaləddin Həbib, Hüsaməddin Hüseyn, Siracəddin Süleyman bu nəsildəndirlər. Onun babası Siracəddin Süleyman Anadoluda yaradılmış Ərətna bəyliyinin banisi Ələddin Ərətnanın sarayında yaşamış və bəyliyin siyasi həyatında mühüm rol oynamışdır. Şairin atası Şəmsəddin Məhəmməd də öz dövrünün məşhur qazilərindən sayılır.
Qazi Burhanəddin Anəvi
Qazi Burhanəddin Əbu Nəsr ibn Məs’ud Anəvi — Azərbaycan da doğulmuş məşhur sufi, övliya Qazi Burhanəddin Əbu Nəsr 1143-cü ildə Azərbaycanın şimal-qərbindəki Ani şəhərində dünyaya gəlmişdi. Həmin dövrdə Ani Şəddadi əmirliyinin hakimiyyəti altında idi. Burhanəddin Anəvinin babaları Böyük Səlcuqlu sultanı Alp Arslanın Anini fəthindən (1064) sonra gəlib bu şəhərdə məskunlaşmışdılar. Onun atası Məs’ud, Şəddadi əmirliyinin ordusunda xidmət edən zabit idi. İlk təhsilini Anidə alan Burhanəddin Əbu Nəsr şafi’i fiqhi ilə yanaşı fars dili və ədəbiyyatı, tibb, astronomiya kimi dəqiq elmlər sahəsində də mütəxəssis idi. Xaçpəsətlərin də yaşdığı Anidə xristian teologiyası və İncili öyrənən Burhanəddin Əbu Nəsr gənc yaşlarından etibarən şe’r yazmağa başlamışdı. 1161-ci ildə Anini işğalı vaxtı gürcülərə əsir düşən Burhanəddin Anəvi 6 illik əsarətdən sonra vətənə qayıda bilmişdi Əsirlikdən qayıdandan sonra Anidən Təbrizə gedən gənc Burhanəddin burada vaiz Mahmud Təbrizinin tələbəsi olmuş, ondan fiqh elminin incəliklərini öyrənmişdi. Ondakı şairlik istedadını görən vaiz Mahmud bu qabiliyyətini müsbət istiqamətdə inkişaf etdirməsini tövsiyə etmişdi. Burhanəddin Anəvi ustadının təşviqi ilə peyğəmbərlərin həyatını nəzm etmişdi. Təbrizdə təhsilini tamamlayan Burhanəddin Anəvi Əxlatşahlar hökmdarı əmir Seyfəddin Bəgtemürün (1183-1193) ölkəsinə gedərək burada yaşamış, əmirin yaxın adamlarından biri olmuşdu.
Mehmed Burhanəddin Əfəndi (I Əbdülməcidin oğlu)
Mehmed Burhanəddin Əfəndi (22 may 1849, Konstantinopol – 4 noyabr 1876, Konstantinopol) — 31. Osmanlı sultanı Əbdülməcidin doqquzuncu oğlu, Osmanlı şahzadəsi. == Həyatı == Şahzadə Mehmed Burhanəddin Əfəndi 1849-cu ildə Bəylərbəyi sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcid, anası isə onun doqquzuncu xanımı Nükət-səza Qadınəfəndi idi. Anasının vəfatından sonra atasının digər xanımı Nevəsər xanımın himayəsində böyümüşdür. Qərb musiqisiylə məşğul olmuş, bəstəkar bir şahzadə idi. Fleyta çalmağı bacarırdı. İlk təhsilinə qardaşları Rəşad Əfəndi, Kəmaləddin Əfəndi, bacısı Bəhicə Sultanla birlikdə 29 iyul 1853-cü ildə Çırağan sarayında başlayan Burhanəddin Əfəndi 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Rəşad Əfəndi və Kəmaləddin Əfəndiylə birlikdə sünnət edildi. Atası vəfat etdiyi zaman 12 yaşında idi. Ögey qardaşı Şahzadə Əbdülhəmid Əfəndinin (II Əbdülhəmid) ən sevimli qardaşı idi.
Burhanəddin Bulut
Burhanəddin Bulut (25 avqust 1970, Bitlis) — əczacı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Burhanəddin Bulut 25 avqust 1970-ci ildə Bitlis ilində anadan olub. Egey Universiteti Əczaçılıq bölməsindən və Anadolu Universiteti İqtisadi bölməsindən məzun olub. 1993-cü ildə Adanada əczanə açaraq peşə fəaliyyətini davam edib. Dörd dəfə Adana Əczaçılar Palatasının sədri vəzifəsinə seçilib. 2011-ci ildə parlament seçimlərində namizəd olduğuna görə vəzifəsindən istefa verib. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2014-cü ildə Çuxurova ilçə Bələdiyyə Məclisinin üzvü seçilib. 2015-ci ildə CHP Adana il sədri olduğuna görə vəzifəsindən istefa verib. 11 noyabr 2023-cü ildən CHP sədrinin Media və ictimaiyyətlə əlaqələr üzrə müavinidir.

burhanə sözünün leksik mənası və izahı

"burhanə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#burhanə nədir? #burhanə sözünün mənası #burhanə nə deməkdir? #burhanə sözünün izahı #burhanə sözünün yazılışı #burhanə necə yazılır? #burhanə sözünün düzgün yazılışı #burhanə leksik mənası #burhanə sözünün sinonimi #burhanə sözünün yaxın mənalı sözlər #burhanə sözünün əks mənası #burhanə sözünün etimologiyası #burhanə sözünün orfoqrafiyası #burhanə rusca #burhanə inglisça #burhanə fransızca #burhanə sözünün istifadəsi #sözlük