Dürdanə sözü azərbaycan dilində

Dürdanə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Dürdanə • 96.6321%
  • dürdanə • 3.3679%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dürdanə Araslı
Dürdanə Araslı — fizika-riyaziyyat elmləri doktoru, professor. == Həyatı == Araslı Dürdanə Həmid qızı 1939 –cu il iyunun 9-da Bakı şəhərində doğulmuşdur. O, 1956-cı ildə orta məktəbi qızıl medalla, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1961-ci ildən Elmlər Akademiyasının Fizika İnstitutunda elmi fəaliyyətə başlamış və hazırda İnstitutun baş elmi işçisidir. Moskva Dövlət Nadir Metallar İnstitutunda məqsədli aspiranturada oxumuş, 1967-ci ildə namizədlik, 1987-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. D.H. Araslının tədqiqatları mikro və optoelektronika sahəsində geniş tətbiq olunan perspektivli yarımkeçirici materiallarda köçürmə hadisələrinin öyrənilməsi istiqamətindədir. O, əsasən bərk cisimlər fizikasının əsas məsələlərindən biri olan istilik keçiriciliyinin tədqiqi, onlarda fonon-fonon, fonon - elektron qarşılıqlı təsiri, həmçinin fononların kristaldakı qeyri bircinsliliklərdən səpilməsi məsələlərinin aydınlaşdırılması problemi ilə məşğul olur. Araslı D.H. İnstitutda fəaliyyət göstərən dissertasiya şurasının elmi katibidir. • Elmi məqalələrin sayı-170 • Beynəlxalq konfranslarda iştirakının sayı-50 • Xaricdə çıxmış elmi əsərlərinin sayı-88 • İxtiraların sayı-9 • Kadr hazırlığı- 3 fəlsəfə doktoru, 1 elmlər doktoru == Qrant və layihələrdə iştirakı == 1. NATO-nun əməkdaşlığa dəstək qrantı PST.CLGN 978434 2.
Dürdanə Balakişiyeva
Dürdanə Balakişiyeva (d. 7 iyun 1976, Bakı) — Eksperimental astrofizika sahəsində gənc alim, Florida Universitetinin azərbaycanlı professoru. == Həyatı == Dürdanə Balakişiyeva 1976-cı il iyunun 7-də Bakıda anadan olub. Bakıda 189 nömrəli tam orta məktəbin ingilis təmayüllü xüsusi sinfində təhsil alıb. Orta məktəbdə oxuyarkən kollecdə tibb kursunu keçməklə yanaşı, tennis üzrə çempionatın qalibi olub. D. Balakişiyeva 15 yaşında orta məktəbi əla qiymətlərlə bitirib. Daha sonra ali təhsilini Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsində davam etdirib. Fizika ixtisası üzrə İtaliyanın Triest şəhərindəki əsası pakistanlı nəzəri fizik, Nobel mükafatı laureatı Əbdüs Salam tərəfindən qoyulmuş Beynəlxalq Nəzəri Fizika Mərkəzinin (ICTP) təqaüdünü qazanıb. Yüksək enerji fizikası üzrə magistr diplomu alıb. == Fəaliyyəti == Alim 2001-ci ildə Nyu-Yorkdakı Syrakus Universitetində (ing.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.26 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 2.76
2004 ••••• 0.67
2005 ••••• 0.67
2006 ••••••• 0.90
2007 ••••••••••••• 1.69
2008 •••• 0.49
2009 ••••••••••• 1.44
2010 •••••••••• 1.27
2011 ••••••• 0.86
2012 •••••••••• 1.29
2013 ••• 0.29
2014 •••••••• 1.03
2015 ••••••••••••••• 2.04
2016 •••••••••••••• 1.91
2017 •••••• 0.81
2018 ••••••••••• 1.50
2019 ••••••••••••••••••• 2.50
2020 •••••• 0.80

dürdanə sözünün leksik mənası və izahı

  • 1 is. [ər. dürr və fars. danə] 1. İnci (mirvari) dənəsi; inci, mirvari. // Klassik şeirdə: gözəlin dişlərinə işarə. Güləndə dişlərin ağzında, ey can; Sədəf içindəki dürdanəmizdir. Xətayi. Ağzın sədəf, dişlərindir dürdanə; Əcayib cəvahir, ləli sevmişəm. M.P.Vaqif. 2. məc. Çox əziz, sevgili, istəkli övlad mənasında. Balamsan, bir danəsən; Sədəfsən, dürdanəsən; Mən ölsəm sənə qurban; Sən ölmə, bir danəsən. (Bayatı). 3. məc. bax dürr. Canlar tazələnir güftguyindən; Sözünün hər biri dürdanə gərək. Q.Zakir. Sən naz ilə gül ki, sədəfin qiyməti artsın; Göz yaşı kimi incisi, dürdanəsi məndən. Ə.Vahid.

    Azərbaycan dilinin izahlı lüğəti / dürdanə

dürdanə sözünün etimologiyası

  • 1 Dürr” və dənə (danə) sözlərindən əmələ gəlib. “Dürr dənəsi” deməkdir. Alın­ma sözdür: dürr” ərəb, danə isə fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / dürdanə

dürdanə sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. жемчужина: 1. отдельное зерно жемчуга 2. поэт. о зубах, напоминающих жемчуг 3. перен. о любимом ребёнке

    Azərbaycanca-rusca lüğət / dürdanə

dürdanə sözünün inglis dilinə tərcüməsi

dürdanə sözünün fransız dilinə tərcüməsi

dürdanə sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. dürr və fars. danə] 1. инжидин (мирваридин, жавагьирдин) ттвар (сад); инжи, мирвари; // клас. седеф хьтин лацу, михьи сарариз ишара; 2. пер. гзаф кӀани, азиз, сейли, рикӀ алай велед манада; 3. кил. dürr.

    Azərbaycanca-ləzgicə lüğəti / dürdanə

dürdanə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. və f. 1) inci dənəsi; 2) m. əziz, əziz-xələf.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

dürr dənəsi, inci dənəsi.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"dürdanə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dürdanə nədir? #dürdanə sözünün mənası #dürdanə nə deməkdir? #dürdanə sözünün izahı #dürdanə sözünün yazılışı #dürdanə necə yazılır? #dürdanə sözünün düzgün yazılışı #dürdanə leksik mənası #dürdanə sözünün sinonimi #dürdanə sözünün yaxın mənalı sözlər #dürdanə sözünün əks mənası #dürdanə sözünün etimologiyası #dürdanə sözünün orfoqrafiyası #dürdanə rusca #dürdanə inglisça #dürdanə fransızca #dürdanə sözünün istifadəsi #sözlük