* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər. seyr və fars. …an] 1. bax seyr1. □ Seyrana çıxmaq – seyrə çıxmaq. Ay gecə qəbrində cövlana çıxsın; Ulduzlar süzülüb seyrana çıxsın. M.Müşfiq. Çıxmış dəniz sahilinə iki gənc qız seyrana; Xeyli gəzib dolaşırlar… Sonra isə yan-yana; Sahildəcə oturaraq başlayırlar söhbətə. N.Xəzri. 2. bax seyrəngah. Xoş gün bayramın olsun; Gülşən seyranın olsun! Niyə gec-gec gəlirsən? Canım qurbanın olsun! (Bayatı).
Azərbaycan dilinin izahlı lüğəti / seyran3 ə. 1) seyr etmə; gəzmə; 2) baxıb seyr etmə; tamaşa etmə; 3) bax seyrəngah.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / seyran1 Ərəbcədir, seyr (gəzinti) sözü ilə qohumdur, onun cəm formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / seyran1 [ər. seyr və fars. ...an] 1. кил. seyr¹; seyrana çıxmaq кил. seyr (seyrə çıxmaq); 2. кил. seyrəngah.
Azərbaycanca-ləzgicə lüğəti / seyran