seyrək sözü azərbaycan dilində

seyrək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • seyrək • 92.1098%
  • Seyrək • 7.3756%
  • SEYRƏK • 0.5146%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Seyrək-çiçəkli səhləb

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.50 dəfə / 1 mln.
2004 •••••••••••••••••••• 1.35
2005 •••••••••••••••••••• 1.35
2006 •••••••••••••• 0.90
2007 ••••••• 0.42
2008 •••• 0.24
2009 ••••• 0.32
2010 ••••••••• 0.54
2011 •••••• 0.34
2012 ••••••••••••••• 0.95
2013 ••••••••••• 0.73
2014 •••••••••••••••• 1.03
2015 •••••• 0.34
2017 ••• 0.16
2018 ••• 0.15
2019 ••••••• 0.42
2020 •••• 0.27

seyrək sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Bir-birindən aralı, uzaq, sıx, qalın olmayan, adda-budda (sıx əksi). Seyrək meşə. Seyrək ot. – Uzaqda görünən seyrək pöhrəliyin içi və dilik-dilik olan yalların sinəsi yarılırdı. S.Rəhimov. // Eyni mənada saç, tük haqqında. Gözlərinin mehriban gülüşü yadımdadır; Saçlarının seyrək gümüşü yadımdadır. R.Rza. [Xoşqədəm nənənin] çallaşmış seyrək qaşları altdan işıldayan, çuxura düşmüş, xırda, qara gözləri hələ öz nurunu itirməmişdi. S.Qədirzadə. 2. Bütöv halında olmayan, parça-parça, ara-sıra. Ay saf göydə öz gediş sürətini artırmış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdir. H.Nəzərli. Ağ seyrək dumanı aparır külək; Üzür bir oğlanla bir qız qayıqda. H.Hüseynzadə. 3. Zərf mənasında. Ara-sıra, hərdənbir, azaz, tək-tək. Seyrək eşitdiyin hər söhbətində; Ölüm düşünərdi, ölmək arardı. S.Vurğun. Seyrək keçir hələ atlı, piyada; Bəzəkli faytonlar yoxdur orada. H.K.Sanılı. ◊ Ağıldan seyrək – bax ağıldan kasıb (“ağıl1”da).

    Azərbaycan dilinin izahlı lüğəti / seyrək

seyrək sözünün etimologiyası

  • 1 Bu sözün qədim forması sedrək kimi olub, Birinci hecada d-y əvəzlənməsi baş verib. Kökü seyrə (sedrə) feilidir və “редеть” mənasını əks etdirib. -k şəkilçisi isə seyrə feilindən sifət əmələ gətirib. Kökün seyrə olmasını bir də o sübut edir ki, seyrə-l-mək (seyrəltmək) kəlməsi də mövcuddur. Yumşa-q, yumşa-l qəlibi üzrə seyrə-k, seyrə-l sözləri yaranıb. İndi kök müstəqil işlədilmir. Az olmaq, heç olmamaq mənalarını verən sıra kəlməsi olub (sonra şəkilçiyə çevrilib), güman ki, seyrək sözü onunla qohumdur. Ara-sıra sözündəki sıra hissəsi də seyrək kəlməsi ilə qohumdur. Başqa variant da söyləmək olar: sed (seyrək) və sıx sözləri haçansa qohum olub, sonra bir-birinin antoniminə çevrilib. Dildə belə faktlar var. Məsələn, səs ismi ilə susmaq feili eyni kökə malikdir, amma əks məna­larda işlədilir. Çuvaş dilində də seyrəmək feili “azalmaq” deməkdir. Seyrək “az-az” mənasını əks etdirir. Xalis türk sözüdür. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / seyrək

seyrək sözünün sinonimləri (yaxın mənalı sözlər)

seyrək sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 SEYRƏK – BASIRIQ Seyrək yerlərə əlavə toxum səpirlər (Ə.Vəliyev); Mədənin qapısı da çox basırıq idi (M.S.Ordubadi). SEYRƏK – QATI Göy üzündə seyrək bulud var idi (Ə.Vəliyev); Andıra qalmış duman da elə qatıdır ki, gözə barmaq təpsən görünməz (H.Nadir). SEYRƏK – SIX Bəzi sahələrdə pambıq çox seyrəkdir (M.İbrahimov); Bu çəməndə bitən otlar o qədər sıx və uca idi ki, kəndlilər məni görmürdülər (M.Talıbov).

    Azərbaycan dilinin antonimlər lüğəti / seyrək

seyrək sözünün rus dilinə tərcüməsi

  • 1 1. редкий, негустой; 2. полигр. в разбивку, в разрядку, разгонисто; 3. редко;

    Azərbaycanca-rusca lüğət / seyrək
  • 2 I прил. 1. редкий: 1) не частый, не густой. Seyrək meşə редкий лес, seyrək saçlar редкие волосы, seyrək dişlər редкие зубы, seyrək pambıq kolları редкие кусты хлопчатника 2) бывающий, происходящий, повторяющийся через большие промежутки времени. Seyrək atəş səsləri звуки редких выстрелов, seyrək məktublar редкие письма; seyrək nəbz мед. редкий пульс 2. разрежённый (менее плотный, менее насышенный). Seyrək hava разрежённый воздух, физ. seyrək qaz разрежённый газ; геол. seyrək təbəqə разрежённый слой, seyrək fəza разрежённое пространство 3. изрежённый (с недостаточной густотой всходов; слишком редкий). Seyrək meşəlik изреженный лес, seyrək cücərti изреженные всходы 4. растянутый (расположенный на большом протяжении). спорт. Seyrək start растянутый старт 5. рассеянный, не сосредоточенный. Seyrək buludlar рассеянные тучи, seyrək işıq рассеянный свет II нареч. 1. редко, реже. Seyrək gəlibgetmək ходить редко куда-л., бывать редко где-л. 2. полигр. вразрядку (с разрядкой, с редкой постановкой букв). Sözü seyrək yığmaq набрать слово вразрядку ◊ ağıldan seyrək полоумный; такой, у кого не все дома

    Azərbaycanca-rusca lüğət / seyrək

seyrək sözünün inglis dilinə tərcüməsi

  • 1 I. s. thin, rare, rarely; sparse; few and far between; ~ meşə sparse wood; ~ saqqal sparse beard; ~ duman thin mist; ~ hava thin / rare air II. z. thinly, far-between, seldom, rarely; once in a blue moon; ~ gəlmək to come* seldom / rarely; Ağaclar seyrək əkilmişdir Trees were planted farbetween

    Azərbaycanca-ingiliscə lüğət / seyrək

seyrək sözünün fransız dilinə tərcüməsi

seyrək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. прил. кьери; къалин тушир (мес. ттам, чӀарар, цифер); 2. нареч. кьериз, кьериз-цӀаруз, ара-ара, гагь-гагь, тек-тек, тӀимил-тӀимил; ** ağıldan seyrək кил. ağıl (ağıldan kasıb).

    Azərbaycanca-ləzgicə lüğəti / seyrək

seyrək sözünün türk dilinə tərcüməsi

"seyrək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#seyrək nədir? #seyrək sözünün mənası #seyrək nə deməkdir? #seyrək sözünün izahı #seyrək sözünün yazılışı #seyrək necə yazılır? #seyrək sözünün düzgün yazılışı #seyrək leksik mənası #seyrək sözünün sinonimi #seyrək sözünün yaxın mənalı sözlər #seyrək sözünün əks mənası #seyrək sözünün etimologiyası #seyrək sözünün orfoqrafiyası #seyrək rusca #seyrək inglisça #seyrək fransızca #seyrək sözünün istifadəsi #sözlük