* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Eşq yetirmək, aşiq olmaq. Səni sevən çox bəlaya tuş olur; Əql gedir başdan, fəramuş olur. M.P.Vaqif. [Əsgər:] Əlbəttə, xanım. Göz gördü, könül sevdi. Ü.Hacıbəyov. Əşrəf Nazlını ilk görən gün sevdi. S.Rəhman. // Qəlbən bağlı olmaq, sadiq olmaq. Vətənini sevmək. Ailəsini sevmək. – [Nizami:] Mən bu yerləri sevirəm. Sevgi isə mənim ən böyük ilham mənbəyimdir. M.Hüseyn. 2. Əzizləmək, oxşamaq, riqqət göstərmək. Həqiqət ər və arvad Bahadıra nəinki bir eyib tapmırdılar, hətta onu sevirdilər. N.Nərimanov. Aslan gah əmir, gah da döşdən ayrılıb hıçqırırdı. Onun belə kövrəldiyini görən Gilə arvad nəvəsini qucağına alıb, sevməyə, oxşamağa başladı. Ə.Vəliyev. 3. Bir şeyin aludəsi olmaq, ona hədsiz maraq göstərmək, meyli olmaq, çox istəmək, xoşlamaq. Mütaliəni sevmək. Əl işlərini sevmək. – [Firidun Sərhəngə:] Sərhəng, mən sizin haqqınızda çox şey eşitmişdim, lakin şuxluğu sevən (f.is.) adam olduğunuzu eşitməmişdim. M.İbrahimov. Yer üzündə sevdiyim; Çiçəklərdir, çiçəklər. N.Xəzri. ◊ Allahı sevərsən – bax Allah. Gəl, Allahı sevərsən, zahida, sən bu riyadan keç. S.Ə.Şirvani. [Hacı Osman:] Rəhim bəy, bir bəri gəl! Allahı sevərsən, bu xatanı mənim başımdan elə… Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / sevmək2 1. SEVMƏK [Bərbərzadə:] Mən onu sevmişəm, o da məni (S.Rəhman); İSTƏMƏK, MƏHƏBBƏT YETİRMƏK, SEVDAYA DÜŞMƏK, VURULMAQ (bax). 2. sevmək bax xoşlamaq 1 3. sevmək bax oxşamaq 2
Azərbaycan dilinin sinonimlər lüğəti / sevmək2 глаг. любить: 1. чувствовать глубокую привязанность к кому-, чему-л. Anasını sevmək любить свою мать, Vətənini sevmək любить Родину, öz torpağını sevmək любить свою землю, öz xalqını sevmək любить свой народ, oğul məhəbbəti ilə sevmək любить сыновней любовью, xasiyyətinə görə sevmək любить за характер, əməksevərliyinə görə sevmək любить за трудолюбие, insanlığına görə sevmək любить за человечность, ürəkdən sevmək любить от сердца, hər şeydən çox sevmək любить больше всего, bütün varlığı ilə sevmək любить всем своим существом 2. испытывать глубокое интимное чувство, горячую сердечную склонность, влечение к лицу другого пола; полюбить. Qızı sevmək любить девушку, arvadını sevmək любить жену, gözəlliyinə görə sevmək любить за красоту, qəlbən sevmək любить всей душой 3. чувствовать склонность, тяготение к чему-л.; полюбить. Ədəbiyyatı sevmək любить литературу, musiqini sevmək любить музыку, öz ixtisasını sevmək любить свою специальность, idmanı sevmək любить спорт, oxumağı sevmək любить петь 4. испытывать чувство расположения, симпатии к кому-л.; полюбить. Müəllimini sevmək любить своего учителя, məşqçisini sevmək любить своего тренера 5. нуждаться в каких-л. условиях. Çiçəklər suyu sevirlər цветы любят воду, pambıq günü sevir хлопчатник любит солнце ◊ O Allahı sevərsən! ради Бога! заклинаю тебя Богом!
Azərbaycanca-rusca lüğət / sevmək1 f. 1. to love (d.), to fall* in love (with); vətəni ~ to love one’s country; uşağını ~ to love one’s child*; 2. to be* fond (of); to like (d.); oxumağı ~ to be* fond of reading; musiqini ~ to like music, to be* fond of music
Azərbaycanca-ingiliscə lüğət / sevmək1 f. aimer vt, chérir vt, avoir de l’affection pour qn, adorer vt, avoir de la disposition pour qn, être amoureu//x, -se de
Azərbaycanca-fransızca lüğət / sevmək1 гл. 1. кӀан хьун (мес. жуван (вичин) ватан, хзан); 2. ашукь хьун; 3. кинар авун, ччан-рикӀ авун; 4. гзаф рикӀ (алаз) хьун (мес. вичин пешедал); хуш атун; ** Allahı sevərsən кил. Allah.
Azərbaycanca-ləzgicə lüğəti / sevmək