kəsmək sözü azərbaycan dilində

kəsmək

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kəsmək • 98.2655%
  • Kəsmək • 1.2675%
  • KƏSMƏK • 0.4670%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

kəsmək sözünün leksik mənası və izahı

  • 1 f. 1. Kəsərti vasitəsilə bütövdən bir hissə ayırmaq; bölmək, parçalamaq. Çörəyi kəsmək. Ağacın budağını kəsmək. İpi kəsmək. – [Koroğlu] durnanın telindən bir dəstə kəsib, Eyvazın papağına sancdı. “Koroğlu”. Mağaza sahibi iki arşın yarım ölçüb kəsdi, sonra kağıza qoyub Bahadıra verdi… N.Nərimanov. [Çingiz:] Cəbi lələ, get. Piri babanın təriflədiyi balından kəs, yeyək. S.S.Axundov. // Öz vəzifəsini görmək (kəsici, iti şey haqqında). Bıçaq yaxşı kəsir. Balta kəsmir. 2. Kəsən alətlə yarmaq, yaralamaq. Əlini kəsmək. Barmağını kəsmək. // Kəsən alətlə ucunu almaq, kəsib götürmək. Saç kəsmək. Dırnaq kəsmək. // Kəsib atmaq, kəsib götürmək (cərrahiyyə əməliyyatı zamanı). Sağ qıçını kəsmək. Baş barmağını kəsdilər. – Mən çox ağır yaralanmışdım, sağ qolumu dibindən kəsmək qorxusu vardı. S.Hüseyn. Şərəfoğlunun qarnını yarmış, bağırsağını kəsib tikmişdilər. M.İbrahimov. // Boğazlamaq, başını bədənindən ayırmaq. Toyuq kəsmək. Qoyun kəsmək. – [Qaraçılar] quzunu kəsib damaqla yeməyə başlayırlar. “Qaçaq Nəbi”. [Hacı Murad:] …Kim sənə izin veribdir ki, toyuq kəsirsən? S.S.Axundov. Məmməd kişi həyətdə təzəcə kəsdiyi qoyunu şaqqalayırdı. S.Rəhman. // Təkərləri ilə üzmək, kəsib aralamaq (qatar, tramvay və s. haqqında). Tramvay oğlanın sol qıçını kəsdi. □ Bir-birini kəsmək – kəsişmək, birbirinin üstündən keçmək. Bir-birini kəsən, istiqaməti seçilməyən təkər izləri, deyəsən, dünənkilərdir. Mir Cəlal. 3. Bədəni sıxan bir şeydən ağrı hiss etmək. Rezin ayağımı kəsir. Toqqa belimi kəsir. – [Həmzə] yüyəni qorxudan elə dartır ki, dəhnə az qalır atın cövzələrini kəssin. “Koroğlu”. 4. Qısaltmaq, gödəltmək. Saçını kəsmək. Paltarın ətəyindən kəsmək. 5. Şiddətli təsir etmək, kəskin ağrı vermək, göynətmək. Şaxta kəsir. Soyuq adamı kəsir. – [Sevər:] Fəqət soyuq məni kəsmiş, dilim tutmur, danışdırmayın! C.Cabbarlı. Qışın dondurucu bir günü idi. Soyuq qılınc kimi kəsirdi. A.Şaiq. Sazaqlı bir sabah idi, yel adamı kəsirdi. Çəmənzəminli. 6. Dayandırmaq, saxlamaq, son vermək, daha davam etdirməmək. [Nurəddin] ağlamağını kəsib xəyala getmişdi. S.S.Axundov. Sarxan bir an üçün atəşi kəsdi. M.Hüseyn. Uşaq qorxusundan dərhal ufultusunu kəsdi. Mir Cəlal. □ Qabağını kəsmək – qarşısına çıxmaq, getməyə qoymamaq, dayandırmaq. Korun qabağını əliağaclı kəsməzlər. (Ata. sözü). …Dilənçi qabağımızı kəsib pul istədi. M.S.Ordubadi. 7. Daha verməmək, məhrum etmək, istifadəsini dayandırmaq. Qazı kəsmək. Suyu kəsmək. İşığı kəsmək. Telefonu kəsmək. 8. Bir yeri tutub dayanmaq. Qapını kəsib durmaq. – Şəhərin dərvişləri, dilənçiləri, seyid və mollaları tamamilə yolun sağını və solunu kəsmişdi(lər). M.S.Ordubadi. 9. Ara vermək, dayanmaq, sakitləşmək. Sulu qar kəsmişdi. Ə.Əbülhəsən. Axşamdan əsməyə başlayan külək sübhə yaxın birdən kəsdi. Ə.Məmmədxanlı. // Sakitləşdirmək, dayandırmaq, nəhayət vermək. Yüngül, sərin meh əsir; Yağmuru birdən kəsir. A.Səhhət. 10. Örtmək, mane olmaq, qabağını tutmaq. Enməyə başladı Boranlı dağı; Qayalıq, ağaclıq kəsmişdi yolu. A.Şaiq. Günəş qabağını kəsən buludlarla vuruşurdu. S.Rəhimov. 11. Kəsici bir şeylə öldürmək. [Məhbuslar:] Bir-bir kəsəcək, ağa dərviş, bizi Məstavər. Ü.Hacıbəyov. – Ay dayı, görəsən nə olar ona? – Kimə? – Bu, Hacını kəsən Osmana? H.K.Sanılı. 12. Cəza təyin etmək, cəza vermək. Tənbeh kəsmək. İş kəsmək. – [İsmayıl:] Kərimə yeddi il Sibir kəsdilər, göndərdilər getdi. Ə.Haqverdiyev. Cəfərqulu əvvəlcə güman etmişdi ki, … ədalətlə işə baxıb bəyə qisas kəsəcəklər. Qantəmir. 13. Qırmaq, doğramaq. [Kəndli:] Ağa, mənim öz əlimlə əkib-becərdiyim badamlığı kəsirlər. Mir Cəlal. // Ağacın, meynənin və s.-nin quru və artıq hissələrini qırmaq; budamaq. Meynələri kəsmək. 14. Hər hansı bir səbəbə görə tutmaq, saxlamaq, verməmək (əmək haqqının, maaşın bir hissəsini, ya hamısını). Maaşını kəsmək. // Qət etmək, üzmək (əlaqəni, münasibəti). Nədənsə kəndlilər [Hacı Sultanla] alışverişlərini kəsdilər. S.Hüseyn. 15. Qəlibə tökmək və ya döyməklə hazırlamaq. Kərpic kəsmək. // Pul haqqında. Pul kəsmək. 16. Boyuna, bədəninə görə ölçüb biçmək. Paltar kəsmək. Kostyum kəsmək. 17. Çəpərləmək, hasarlamaq, ayırmaq, aranı hasar (barı, arakəsmə) ilə bölmək. Otağı ortadan kəsmək. 18. Bir işi görüb başa çatdırmaq, tamamlamaq. Xana kəsmək. – Qərənfil xala corabların ikisinin də dabanını toxuyub kəsdi. Ə.Vəliyev. 19. Oğurlamaq, yarmaq. Ev kəsmək. – Bir gün lotubaşı dedi ki, gəlin gedək, padşahın xəzinəsini kəsək. “Aşıq Qərib”. 20. Qarşısını almaq, toxtatmaq, dayandırmaq. Ağrını kəsmək. Əlinin qanını kəsmək. Qızdırmanı kinə kəsər. 21. məc. dan. Ürəyindən keçmək, ürəyində sevmək, istəmək, meyli olmaq. Yalan yoxdu, bir az səndən kəsirəm; O səbəbdən məhlənizdə əsirəm. Aşıq Ələsgər. [Qarı:] Olmaya baldızından kəsirsən? – dedi. S.Rəhimov. 22. məc. dan. Ağır təsir etmək, çox toxunmaq, yandırmaq. Bu söz məni kəsdi. 23. köhn. Sünnət etmək. Uşağı kəsmək. 24. dan. Pis qiymət vermək (imtahanda və s.-də). Tələbəni kəsmək. Ədəbiyyatdan kəsmək. 25. Bir sıra isimlərlə birləşdirilərək, mürəkkəb feil və ifadələr düzəldilir; məs.: ayağını kəsmək, gözünü kəsmək, dil kəsmək, sözünü kəsmək, ətini kəsmək.

    Azərbaycan dilinin izahlı lüğəti / kəsmək

kəsmək sözünün sinonimləri (yaxın mənalı sözlər)

kəsmək sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 KƏSMƏK I f. Doğramaq, bölmək. Yavaş ol, ay kişi, paraları elə kəsirsən ki, elə bil hər biri bir qoçdur (N.Xəzri). KƏSMƏK II f. İş vermək. Qəşəng qıza baxmaq üstündə adamı günahkar hesab etsələr, gələrək hər yüz nəfərdən doxsan doqquzuna iş kəsələr (Q.İlkin).

    Azərbaycan dilinin omonimlər lüğəti / kəsmək

kəsmək sözünün rus dilinə tərcüməsi

  • 1 1. резать, отрезать, срезать, вырезать, зарезать, рубить, пересекать, засечь; 2. перегородить, отгородить, загородить; 3. прервать, прекратить, перестать;

    Azərbaycanca-rusca lüğət / kəsmək
  • 2 1 глаг. 1. резать: 1) действуя чём-л. острым, разделять на части; разрезать, нарезать. Çörək kəsmək резать хлеб, kağız kəsmək резать бумагу, əti kəsmək резать мясо, bıçaqla kəsmək резать ножом, qayçı ilə kəsmək резать ножницами, girdə-girdə kəsmək резать кружочками, tikə-tikə kəsmək резать кусочками 2) убивать на мясо (домашнюю птицу, животных); зарезать. Erkək kəsmək резать барана, toyuq kəsmək резать курицу 3) делать операцию к ому-л. Şişi kəsmək резать опухоль, appendisiti kəsmək резать аппендицит 4) удалять, ампутировать при оперировании; отрезать. Ayağını kəsmək резать ногу, qolunu kəsmək резать руку 5) проваливать на экзамене; срезать. İmtahanda kəsmək резать на экзамене 6) действовать при употреблении (об острых орудиях). Bıçaq yaxşı kəsir нож режет хорошо, qayçı pis kəsir ножницы плохо режут 7) врезаясь в тело, оставлять следы, причинять боль. Qayış çiynini kəsir ремень режет плечо 8) вызывать резкую боль, неприятные, болезненные ощущения. Külək kəsir ветер режет, soyuq kəsir холод режет 2. подрезать, подрезать: 1) срезая, несколько укоротить, подровнять. Paltarın ətəyini kəsmək подрезать подол платья, saqqalını kəsmək подрезать бороду, ağacların budaqlarını kəsmək подрезать ветки деревьев 2) несколько урезать, сократить. Smetanı kəsmək урезать смету 3) отрезая снизу, с боков и т.п., отделить, сделать подрезку. Tənəkləri kəsmək подрезать виноградные лозы 3. разрезать, разрезать: 1) разделять на части чём-л. режущим. Ortadan kəsmək разрезать по середине, qarpız kəsmək разрезать арбуз 2) отделять чем-л. режущим друг от друга. Jurnalın səhifələrini kəsmək разрезать страницы журнала 4. срезать, срезать: 1) отделять каким-л. режущим инструментом; отрезать. Qabarı kəsmək отрезать мозоль 2) сокращать, уменьшать. Limiti kəsmək срезать лимит, payoku kəsmək срезать паек, normanı kəsmək срезать норму 3) обрывать, оборвать чью-л. речь резким замечанием 4) проваливать, провалить на экзамене. Riyaziyyatdan kəsmək срезать по математике 5. урезать, урезать: 1) отрезав часть чего-л., уменьшить, укоротить. Köynəyin qolunu kəsmək урезать рукава рубашки 2) перен. уменьшить, убавить, сократить. Ştatı kəsmək урезать штаты, yem normasını kəsmək урезать рацион, maaşını kəsmək урезать зарплату 6. обрезать, обрезать: 1) укорачивать, укоротить, уменьшать, уменьшить в размере, отрезав конец, край. Dırnağını kəsmək обрезать ногти 2) удалять, удалить, срезая со всех сторон, со всей поверхности 3) порезать, поранить чём-л. режущим. Barmağını kəsmək порезать себе палец 4) перен. прерывать, прервать чью-л. речь. Sözünü kəsdi обрезал его 5) разг. совершать, совершить над кем-л. обряд обрезания 7. рубить (подсекая, валить на землю, отделять от основания); срубить. Ağacları kəsmək рубить деревья 8. прекращать, прекратить: 1) прерывать, прервать что-л. Müzakirəni kəsmək прекратить обсуждение 2) перестать делать что-л. Ağlamağı kəsmək прекратить плакать, atəşi kəsmək прекратить огонь 9. переставать, перестать (прекращаться о снеге, дожде и т.п.). Yağış kəsdi дождь перестал 10. преграждать, преградить перекрывать, перекрыть. Yolu kəsmək преградить дорогу; bəndlə kəsmək преградить дамбой 11. пересекать, пересечь. Dəmir yolu yarımadanı kəsir железная дорога пересекает полуостров 12. порывать, порвать (прекратить связи, отношения). Dostluğu kəsmək kimlə порвать дружбу с кем. əlaqələri kəsmək kimlə порвать связи с кем 13. выключать, выключить; отключать, отключить. İşığı kəsmək выключить свет, qazı kəsmək выключить газ, suyu kəsmək отключить воду, telefonu kəsmək отключить телефон 14. присуждать, присудить (приговорить к какому-л. наказанию). Beş il iş kəsmək kimə присудить к пяти годам лишения свободы кого, cərimə kəsmək kimə присудить к штрафу кого 15. назначать, назначить (установить, определить). Qiymət kəsmək назначить цену, pensiya kəsmək назначить пенсию 16. разг. грабить, ограбить. Ev kəsmək (yarmaq) ограбить дом, yol kəsmək грабить на дорогах 17. останавливать, остановить (прервать, приостановить течение, ход, развитие). Oyunu kəsmək остановить игру, qanı kəsmək остановить кровь, ağrını kəsmək остановить боль ◊ qapını (qapısını) kəsmək прийти с какой-л. просьбой или требованием; qapını kəsib стучится в дверь, на носу (о чём-л. приближающемся, к чему следует подготовиться). Qış qapını kəsib зима на носу (стучится в дверь); yanını kəsmək kimin постоянно находиться рядом, не отходить ни на шаг от кого; ağlı kəsmək разуметь, понимать; ağlı kəsməmək: 1. не понимать (о ребенке); 2. сомневаться, не быть уверенным в ком, в чем-л.; ayağını kəsmək: 1. haradan забывать, забыть дорогу куда, к кому, перестать бывать где, у кого; 2. kimin haradan запретить ходить кому куда, к кому; gözünü kəsmək kimdən, nədən: 1. махнуть рукой на кого, на что; отказаться навсегда от кого, от чего 2. потерять всякую надежду на кого, на что; dilini kəsmək kimin заставить замолчать кого; dilini kəs! замолчи; укроти язык! sözünü kəsmək kimin прервать, оборвать чью речь; pul kəsmək чеканить деньги (легко и в большом количестве добывать деньги); elə bil ətini kəsirlər будто режут (о пронзительном крике); ümidini kəsmək kimdən, nədən перестать надеяться на кого, на что; əlini kəsmək kimin давать, дать по рукам кому (наказать кого-л. с целью отучить от чего либо); çörək kəsmək kimlə водить дружбу, хлеб-соль делить с кем 2 глаг. разг. kimdən: 1. быть неравнодушным, испытывать влечение к кому 2. побаиваться кого, испытывать некоторую боязнь, страх

    Azərbaycanca-rusca lüğət / kəsmək

kəsmək sözünün inglis dilinə tərcüməsi

  • 1 f. 1. (müxt. mənalarda) to cut* (d.); (kəsib üzmək) to cut* off (d.); (balta ilə) to chop (d.) off (d.); (qayçı ilə) to snip / to clip (d.), to snip off / to clip off (d.); (mişarla) to saw* (d.), to saw* off; başını ~ to cut* off / to chop off smb.’s head; heyvanın buynuzunu ~ to poll (d.); saçını ~ to snip off / to clip off smb.’s hair; ağacın budağını ~ to cut* / to chop off the branch of a tree; 2. (yaralamaq) to cut* (d.), to gash (d.); 3. (çərtmək, yarmaq) to incise (d.); 4. (bölmək) to sever (d.); (baş tərəfini və ya ucunu) to truncate (d.); 5. (ağrıtmaq) to cut* (d.); kəndir barmaqlarımı kəsir the string cuts my fingers; 6. (budamaq, ağacı və s.) to shear (d.), to hackle (d.); to dress (d.); tikə-tikə ~ to slice (d.); parça-parça ~ to chop (d.); zolzol ~ to shred (d.); 7. (çəpərlə, divarla) to fence off / out (d.), to partition off (d.); 8. (qarşısını tutmaq) to bar (d.), to block (d.), to stop (d.); bir kəsin yolunu ~ to bar / to block / to stop smb.’s way; bir şeyin yolunu ~ to block / to stop the way to smth.; çayın qarşısını ~ to dam a river; 9. (son qoymaq) to stop (d.), to cease (d.); (tanışlığı, əlaqəni və s.) to break* off (with), to rupture (d.), to sever (d.); diplomatik əlaqələri ~ to sever / to rupture diplomatic relations; dostluğu ~ to rupture (mutual) friendship; düşmənçiliyi ~ to cease hostilities; çıxışları, müzakirəni ~ to close the debate; 10. (azaltmaq, qısaltmaq) to dock (d.), to curtail (d.); maaşını ~ to dock smb’s wages; atın quyruğunu ~ to dock a horse’s tail; 11. (suyu, qazı, cərəyanı və s.) to shut* off, to interrupt (d.), to break (d.); cərəyanı ~ to interrupt the current; 12. məc. (azaltmaq) to cut down (d.), to reduce (d.); (proqramı, nitqi və s.) to curtail (d.); ağrını ~ to depress the pain; pul ~ (metal pul) to mint coins, to coin money; saxta pul ~ to forge; to counterbeit coin; ◊ imtahanda(n) ~ to fail in the examination (d.)

    Azərbaycanca-ingiliscə lüğət / kəsmək

kəsmək sözünün fransız dilinə tərcüməsi

  • 1 f. couper vt battre vt, fendre vt tailler vt, scier vt ; tikə-tikə ~ couper en morceaux ; parça-parça ~ couper en pièces, trancher (à) ; zol-zol ~ émietter vt ; hacher vt (à) ; çəpərlə ~ enclore vt, entourer d’une clôture diplomatik əlaqələri ~ rompre vt les relations diplomatiques ; dostluğu ~ mettre fin à l’amitié ; düşmənçiliyi ~ suspendre vt l’hostilité ; müzakirəni ~ clore les débats ; pul ~ frapper la monnaie ; saxta pul ~ fabriquer de la fausse monnaie

    Azərbaycanca-fransızca lüğət / kəsmək

kəsmək sözünün ləzgi dilinə tərcüməsi

  • 1 гл. 1. атӀун; taxtanı kəsmək кьул атӀун; qayçı kəsmir мукӀратӀди атӀузвач; əlaqəni kəsmək алакъа атӀун; kərpic kəsmək керпичар атӀун; pul kəsmək пул атӀун; iş kəsmək кар атӀун, кар гун, жаза гун; 2. атӀун, хер авун, херун; bıçaq əlimi kəsdi зи гъил чукӀулди атӀана; 3. атӀун, кьун; dırnaq kəsmək кикер атӀун; 4. тукӀун, туьд атӀун; // кьин; toyuq kəsmək верч тукӀун; 5. атӀун, эсер авун, тӀал гун; тӀал гьисс авун; şaxta kəsir къаю атӀузва; 6. атӀун, куьруь авун; saçını kəsmək чӀарар атӀун; köynəyin qollarını kəsmək перемдин хилер атӀун; 7. атӀун, акъвазарун (мес. шел, яд, газ, телефон); ağrını kəsmək тӀал атӀун; 8. гатӀун, ара гун, яваш хьун, акъвазун (мес. марф, гар); 9. атӀун, маний хьун, вилик пад кьун, кӀевун; qabağını kəsmək а) вилик пад атӀун, вилик пад кьун (мес. цифеди ракъинин); б) кӀвенкӀ атӀун, рехъ атӀун; 10. хкатӀун; paltar kəsmək ппек хкатӀун; 11. атӀун, ччара авун, паюн (арадиз жугъун, цал чӀугуна); tövləni ortadan kəsmək цур юкьвай атӀун; 12. куьтягьун, тамамарун, атӀун (мес. гам); 13. чуьнуьхун, атӀун (мес. кӀвал, жибин); 14. пер. рах. гзаф эсер авун, хкӀурун, ккун (мес. гафуни); 15. куьгьн. суьрнет авун, суьрнетун; uşağı kəsmək аял суьрнетун; 16. рах. пис къимет гун, атӀун (мес. химиядай); ** ayağını kəsmək кил. ayaq; ətini kəsmək кил. ət; sözünü kəsmək кил. söz.

    Azərbaycanca-ləzgicə lüğəti / kəsmək

kəsmək sözünün türk dilinə tərcüməsi

"kəsmək" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kəsmək nədir? #kəsmək sözünün mənası #kəsmək nə deməkdir? #kəsmək sözünün izahı #kəsmək sözünün yazılışı #kəsmək necə yazılır? #kəsmək sözünün düzgün yazılışı #kəsmək leksik mənası #kəsmək sözünün sinonimi #kəsmək sözünün yaxın mənalı sözlər #kəsmək sözünün əks mənası #kəsmək sözünün etimologiyası #kəsmək sözünün orfoqrafiyası #kəsmək rusca #kəsmək inglisça #kəsmək fransızca #kəsmək sözünün istifadəsi #sözlük