Tiqran Petrosyan
Tiqran Petrosyan (17 iyun 1929[…], Tiflis – 13 avqust 1984, Moskva) — Sovet və Ermənistan Qrosmeysteri və 1963-dən 1969-a kimi Dünya Çempionu. Keçilməz müdafiə üslubu olduğu üçün onun ləqəbi "Dəmir Tiqran" idi. Bu üslubda təhlükəsizlik hər şeydən üstündür.
Petrosyan 8 dəfə Dünya Çempionluğuna namizəd olub (1953, 1956, 1959, 1962, 1971, 1974, 1977 və 1980). O, 1963-cü ildə Mixail Botvinniki udaraq Dünya Çempionu olmuşdur. 1966-cı ildə tac uğrunda mübarizədə Boris Spasskiyə qalib gələrək ikinci dəfə çempionun dəfnə çələngini alır. 1969-çu ildə isə Spasski ilə görüşdə dünya çempionunun tacını müdafiə edə bilməyərək, məğlubiyyətə uğrayır.
Beləliklə, o 3 il ərzində 10 dəfə ardıcıl olaraq Dünya Çempionluğunu müdafiə etdi. Tiqran 4 dəfə Sovet çempionu olub (1959, 1961, 1969, və 1975).
Petrosyan şahmatı Ermənistanda populyarlaşdıran şəxs kimi də tanınır.