Miqren
Miqren (fr. migraine) — başın bir (nadir hallarda hər iki) hissəsini əhatə edən güclü və əzabverici epizodik və ya daimi ağrılarla müşayiət olunan nevroloji xəstəlikdir. Bu halda başda hər hansı travma, insult, beyin şişi olmur. Miqren zamanı baş ağrıları arterial təzyiqin artması və ya kəskin azalması, qlaukoma tutmaları və ya kəllədaxili təzyiqin artması ilə əlaqədar deyil.
Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmışnövüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur.
"Miqren" sözü fransız mənşəli olub, öz növbəsində yunan dilində "başın yarısı" mənasını verən ἡμικρανία (hemikraniya) sözündən götürülmüşdür.
Miqren
G 43.0 Aurasız miqren (sadə miqren)
G 43.1 Aura ilə gedən miqren (klassik miqren)
Miqren:
Baş ağrısız aura
Bazilyar
Ekvivalentlər
Ailəvi hemiplegik
Hemiplegik
G 43.2 Miqrenoz status
G 43.3 Ağırlaşmış miqren
G 43.8 Digər miqren
Oftalmoplegik miqren
Retinal miqren
G 43.9 Dəqiqləşdirilməmiş miqren
Miqren xəstəliyinin 2 növü vardır:
Auralı miqren;
Aurasız miqren
Miqren xəstəliyinin ən geniş yayılmış növü aurasız miqren tipidir. Aurasız miqren 4 saatdan 72 saata qədər davam edə bilər. Aurasız miqren zamanı ağrı fiziki və zehni aktivlik zamanı, işığa və səsə həssaslıq zamanı daha da artır.