viran sözü azərbaycan dilində

viran

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • viran • 96.6165%
  • Viran • 2.5063%
  • VİRAN • 0.6266%
  • vİran • 0.2506%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tərk-i Viran (Sayınqala)
Tərk-i Viran (fars. ترك ويران‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (49 ailə).
Şəhr-i Viran (Urmiya)
Şəhr-i Viran (fars. ‎‎‎‎شهرويران‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 19 nəfər yaşayır (4 ailə).
Viranqaya (Çaroymaq)
Viranqaya (fars. ‎‎‎‎‎ويران قيه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 228 nəfər yaşayır (34 ailə).

viran sözünün leksik mənası və izahı

  • 1 sif. [fars.] Uçuq, yıxıq, dağılmış; viranə qalmış; bərbad. Viran şəhər. Viran ev. Viran ölkə. – Açdı mənə dərdli ağac; Viran bağın məlalını. M.Rahim. □ Viran qalsın (olsun)! – dağılsın! məhv olsun! (qarğış). Zülm əliylə məni yada verirlər; Viran qalsın belə zamana, – dedi. Aşıq Ələsgər. Viran qoymaq – dağıtmaq, uçurtmaq, bərbad hala qoymaq, xarabazara döndərmək. Zamanzaman bir div kimi köksümüzə çökdü onlar; Yurdumuzu, yuvamızı viran qoyub sökdü onlar. M.Müşfiq. Viran etmək – 1) dağıtmaq, uçurtmaq, yıxmaq, alt-üst etmək, bərbad bir hala salmaq, pozmaq, korlamaq. Şamaxıda pristav Cəbrayılov sahibsiz və fəqir bir müsəlman övrətinin evini viran etdi. C.Məmmədquluzadə; 2) məc. mənada. Dilbəra, dərdidilimdən belə ünvan etdim; Ki, qəmi-hicrdə dil mülkünü viran etdim. Natəvan. Məcnun oldum, düşdüm çölə; Könlümü viran elədin. Aşıq Əsəd. Viran olmaq (qalmaq) – dağılmaq, uçulmaq, bərbad olmaq, xarabalığa dönmək. Tamam aləm viran olsa, qəmim yox; Tək canan mənimlə ittifaq olsun. Q.Zakir. // məc. klas. Kədərli, məhzun, təsəllisiz. Vaqifəm, olmuşam zülfə giriftar; Könlüm viran, halım xarab, günüm zar. M.P.Vaqif.

    Azərbaycan dilinin izahlı lüğəti / viran

viran sözünün sinonimləri (yaxın mənalı sözlər)

viran sözünün antonimləri (əks mənalı sözlər)

viran sözünün rus dilinə tərcüməsi

  • 1 разрушенный, разоренный, опустошенный

    Azərbaycanca-rusca lüğət / viran
  • 2 прил. 1. разрушенный, разорённый, опустошённый. Viran ölkə разорённая страна 2. перен. опустошённый (о душе) ◊ viran qalsın (olsun) пропади пропадом; viran qoymaq nəyi разрушать, разрушить, разваливать, развалить, превращать, превратить в развалины; viran etmək: 1. разрушать, разрушить, уничтожать, уничтожить, разорять, разорить; 2. перен. опустошать, опустошить. Könlünü viran etmək опустошить душу; viran olmaq (qalmaq) разрушаться, разрушиться, разваливаться, развалиться, превращаться, превратиться в развалины, разоряться, разориться; könlü viran olmaq грустить, печалиться, впадать, впасть в уныние

    Azərbaycanca-rusca lüğət / viran

viran sözünün inglis dilinə tərcüməsi

  • 1 s. devastated, wasted; ~ etmək to destroy (d.), to demolish (d.), to devastate (d.); ~ olmaq to be* destroyed / ruined; ölkəni ~ qoymaq / etmək to devastate the country; könlü ~ olmaq to lose* heart, to be* cast down / dejected; bir kəsin könlünü ~ etmək to drive smb. to despair

    Azərbaycanca-ingiliscə lüğət / viran

viran sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. dévasté, -e, saccagé, -e (talan edilmiş), pillé, -e ; ravagé, -e ; vidé, -e ; ~ etmək dévaster vt, saccager vt (talan etmək), piller vt ; ravager vt ; vider vt ; démolir vt ; détruire vt ; ~ olmaq être dévasté, -e (və ya saccagé, -e, pillé-, -e, ravagé, -e, vidé, -e, ruiné, -e) ; ölkəni ~ qoymaq (və ya etmək) dévaster le pays

    Azərbaycanca-fransızca lüğət / viran

viran sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] 1. прил. чкӀай, уьцӀей, чкӀана ацахьай; харапӀа хьайи, барбатӀ хьайи; viran qalsın (olsun)! къаргъ. чукӀурай! харапӀа хьуй! барбатӀ хьуй!; viran qoymaq чукӀурун, уьцӀуьрун, барбатӀун, харапӀадиз элкъуьрун; viran etmək виран авун, чукӀурун, уьцӀуьрун, чӀурун, барбатӀун; viran olmaq (qalmaq) виран хьун, чукӀун, уьцӀуьн, барбатӀ хьун, харапӀа хьун; 2. пер. дертлу, гъамлу, сугъул (мес. рикӀ).

    Azərbaycanca-ləzgicə lüğəti / viran

viran sözünün türk dilinə tərcüməsi

"viran" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#viran nədir? #viran sözünün mənası #viran nə deməkdir? #viran sözünün izahı #viran sözünün yazılışı #viran necə yazılır? #viran sözünün düzgün yazılışı #viran leksik mənası #viran sözünün sinonimi #viran sözünün yaxın mənalı sözlər #viran sözünün əks mənası #viran sözünün etimologiyası #viran sözünün orfoqrafiyası #viran rusca #viran inglisça #viran fransızca #viran sözünün istifadəsi #sözlük