Kiran sözü azərbaycan dilində

Kiran

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Kiran • 88.8889%
  • kiran • 11.1111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kiran
Kiran, Gilan və ya Giran — Ordubad rayonunun Kələntər Dizə kəndi yaxınlığında yerləşən orta əsrlərə aid şəhər. Şəhərin xarabalıqları elmi ədəbiyyatda Xarabagilan adı ilə tanınır. Mənbələrin məlumatına görə, Xarabagilan abidəsinin yerləşdiyi ərazi ən qədim dövrdə Urartu, Midiya, Atropatena və Qafqaz Albaniyasının tərkibinə daxil olmuşdur. Xarabagilan ərazisində yaşayışın nə vaxtdan başlaması dəqiq olmasa da, abidə yaxınlığında yerləşən Muncuqlutəpə nekropolu e.ə. IX–IV əsrlərə aid edilmişdir. Naxçıvan ərazisindəki ən əhəmiyyətli orta əsr arxeoloji abidələrindən biri olan Xarabagilanın tədqiqinə XIX əsrin sonlarından başlanılmışdır.1896-cı ildə Xarabagilanı ziyarət etmiş arxeoloq Karl Dumberq, abidə ərazisindən ərəb yazılı iki daş plitəni Qafqaz muzeyinə (hazırda Gürcüstan Milli Muzeyi) aparmışdır. XX əsrin əvvəllərində E. Lalayan Xarabagilan ərazisində qısa tədqiqat işləri aparır. "Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin Xəbərləri"ndə Lalayan tərəfindən tərtib edilmiş alboma çoxlu sayda üzəri yazılı məzar daşları və Xarabagilan şəhərinin xarabalıqlarının fotolarının daxil edilməsi haqqında məlumat verilir. Xarabagilan ərazisində ilk arxeoloji tədqiqatlar 1913-cü ildə Moskva arxologiya cəmiyyətinin Qafqaz bölməsinin üzvü S. V. Ter-Avetisyan tərəfindən aparılmışdır. 1926-cı ildə V. M. Sısoyev Xarabagilanda yoxlanış qazıntılarına başlayır.
Kiran hamamı
Kiran hamamı — Kiran şəhər yerində aparılmış arxeoloji qazıntılar zamanı aşkara çıxarılmış dünya əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Kiran hamamı şəhristanın ikinci və üçüncü məhəllələrini ayıran geniş yarğanda – Kiran karvansarayından 30-40 metr şərqdə yerləşir. Hamamın birinci mərtəbəsi daşdan, ikinci mərtəbəsi isə çiy kərpicdən inşa edilmişdir. Hamamın cənub-şərq tərəfində kiçik kəhriz yerləşir, şərqdən isə binaya çiy kərpicdən inşa edilmiş yarım-yeraltı kiçik bina birləşir. Həmin binanın otaqlarından birində üzəri naxışla bəzədilmiş nəhəng daş su çəni vardır. Hamamın dördbucaqlı formaya malik mərkəzi zalı və su hövzəsindən hamama keçid hissələri xüsusilə yaxşı müşahidə edilir. Mərkəzi zalın divarları 11-14 görgü sırası – təxminən 1.8-2 metr hündürlüyündə saxlanmışdır.İbrahimov48 Divarların qalınlığı 1 metrə bərabərdir. == İstinadlar == == Ədəbiyyat == Ибрагимов, Б.И. Средневековый город Киран (Ответственный редактор доктор исторических наук, профессор С.А.Плетнева). 2000: Московская типография № 12. Баку-Москва.
Kiran karvansarası
Kiran karvansarası — Kiran şəhəri ərazisində ən yaxşı tədqiq edilmiş tarix-memarlıq abidələrindən biri. Mürəkkəb planlaşdırma və konstruktiv həll xüsusiyyətlərinə malik Kiran karvansarası, orta əsr Azərbaycanında şəhər karvansaraylarının ən parlaq nümunələrindən biridir. Karvansara kompleksinə daxil olan bütün tikililərin özümü möhkəm qaya üzərində inşa edilmişdir. Qapı və pəncərə tağlarının hörgüsündə bişmiş kərpic və əhəng məhlulu istifadə edilmişdir. Karvansarayın bütün otaqlarının divarları 2.8–3 metr hündürlüyə kimi daşdan, daha sonra isə çiy kərpicdən inşa edilmişdir. Divarlar gil və saman qarışığından alınmış məhlulla suvanmışdır. Daha sonra gil suvaq əhəng məhlulu ilə ağardılmışdır. Divarların qalınlığı müxtəlif yerlərdə 60 sm – 2 metr arasında dəyişir. Kiran karvansarası planda kvadrat formada olan daxili həyətə malikdir. Karvansarayın yaşayış və məişət otaqlarının divarları, o cümlədən vestibül və dəhlizlər gipsdən hazırlanmış həndəsi naxışlı memarlıq elementləri ilə bəzədilmişdi.
Kiran karvansarayı
Kiran karvansarası — Kiran şəhəri ərazisində ən yaxşı tədqiq edilmiş tarix-memarlıq abidələrindən biri. Mürəkkəb planlaşdırma və konstruktiv həll xüsusiyyətlərinə malik Kiran karvansarası, orta əsr Azərbaycanında şəhər karvansaraylarının ən parlaq nümunələrindən biridir. Karvansara kompleksinə daxil olan bütün tikililərin özümü möhkəm qaya üzərində inşa edilmişdir. Qapı və pəncərə tağlarının hörgüsündə bişmiş kərpic və əhəng məhlulu istifadə edilmişdir. Karvansarayın bütün otaqlarının divarları 2.8–3 metr hündürlüyə kimi daşdan, daha sonra isə çiy kərpicdən inşa edilmişdir. Divarlar gil və saman qarışığından alınmış məhlulla suvanmışdır. Daha sonra gil suvaq əhəng məhlulu ilə ağardılmışdır. Divarların qalınlığı müxtəlif yerlərdə 60 sm – 2 metr arasında dəyişir. Kiran karvansarası planda kvadrat formada olan daxili həyətə malikdir. Karvansarayın yaşayış və məişət otaqlarının divarları, o cümlədən vestibül və dəhlizlər gipsdən hazırlanmış həndəsi naxışlı memarlıq elementləri ilə bəzədilmişdi.
Kiran qalası
Kiran qalası — Kiran şəhərinin xarabalığı olan Xarabagilan abidəsini əhatə edən müxtəlif qala divarlarıdır. Müdafiə divarlarının qalıqları hazırda təntənəli görünüşə malik olmaqla böyük şəhər xarabalığında xüsusi atmosfer yaradır. Kiran qalasının ən əhəmiyyətli hissəsi sitadeldir. Təbii baxımdan əlverişli ərazidə salınmasına baxmayaraq, sitadel möhtəşəm qala divarları və qüllələrlə əhatə olunmuşdur.Şərq qala divarı şəhər məhəllələrindən əhəmiyyətli dərəcədə aralı inşa edilmişdir. O, bir tərəfdən sitadelin yerləşdiyi təpənin ətəyinə tərəf uzanaraq dərin yarğan ərazisindən keçidi məhdudlaşdırır. Sitadelin müdafiə sistemində əhəmiyyətli rol oynamış qüllələrindən yeddisi dövrümüzə çatmışdır. Həmin qüllələrdən dördü dördbucaqlı, üçü isə dairəvi formaya malikdir. Kiran qalasının qismən yaxşı saxlanılmış şərq divarları isə 540 metr uzunluğa və altı qülləyə malikdir. == Təsviri == Kiran qalasının sitadel hissəsi qismən yaxşı saxlanmışdır. Şəhərin cənub və cənub-şərq hissələrini əhatə edən qala divarları, həmçinin su tərəfdən olan müdafiə səddləri qənaətbəxş halda dövrümüzə çatmışdır.
Kiran sarayı
Kiran sarayı — Kiran şəhərinin içqalasında yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Saray, Kiranın ikinci məhəlləsinin cənub hissəsində yerləşir. Saray binasının divarları nəhəng ölçülü qaya parçalarından tikilmişdir. Düzbucaqlı formaya malik olan həmin daş bloklar 2 metr uzunluğa və 0.5 metr enə malikdir. Saray divarlarının 6 sırası dövrümüzə çatmışdır ki, tədqiqatçı B. İbrahimov saxlanılmış hissənin iri tikilinin yalnız kürsüsü olduğunu qeyd edir. Saray binası düzbucaqlı formaya malikdir. Cənub tərəfi istisna olmaqla, digər tərəflərdən saray binasına müxtəlif kiçik tikililər də birləşir. Saray binasına kürsünün tikilməsində istifadə edilmiş geniş daşlardan hörülmüş iri pilləkən aparır. B. İbrahimov ehtimal edir ki, saray tikilisinin ətrafındakı zirzəmili tikililər xidmətçilərin yaşaması və təsərrüfat xarakterli işlər üçün nəzərdə tutulmuşdur. Arxeoloji qazıntılar zamanı həmin otaqlardan çoxlu sayda mətbəx və təsərrüfat əşyalarının aşkara çıxarılması da tədqiqatçıların ehtimallarını təsdiqləmişdir.
Dördbucaqlı Kiran türbəsi
Dördbucaqlı Kiran türbəsi — Kiran şəhəri ərazisində yerləşən arxeoloji abidə. Türbə Kiranın dördüncü məhəlləsi yerləşən təpənin enişində, Səkkizbucaqlı Kiran türbəsindən şimal-qərbdə yerləşir. Türbə qismən yonulmuş yerli daşla üzlənmiş kürsü üzərində ucaldılmış kubu xatırladır. B.İbrahimov qeyd edir ki, abidənin memarlıq xüsusiyyətləri və arxeoloji qazıntılar zamanı aşkarlanmış maddi-mədəniyyət nümunələrinə əsasən, Dördbucaqlı Kiran türbəsinin XII əsrin sonları-XIII əsrin əvvəllərində inşa edildiyini ehtimal etmək olar. == Memarlıq xüsusiyyətləri == === Yerüstü hissə === Dördbucaqlı Kiran türbəsinin divarları xaricdən yerli daşdan, daxildən isə kvadrat formalı (20x20x5 sm) bişmiş kərpiclərdən inşa edilmişdir. Türbənin oxvari tağ formasında həll edilmiş giriş qapısı şərq divarındakı portalda yerləşdirilmişdir. Qapı, şahmat sırası ilə düzlmüş üç kərpic hörgüsündən yaradılmış ¾ sütunlarla əhatələnmişdir. Portalın üz tərəfində relyefli hörgü ilə qeyd edilmiş qoşa dekorativ panno keçir. Divar səthindən bir qədər dərinə batırılmış pannolar yuxarıdan sadə stalaktitlə vurulmuş oxvari tağla tamamlanır. Hər iki portal pannosu həndəsi naxışlardan yaradılmış eyni motivə malikdir.
Kiran yaşayış binası
Kiranda tədqiq edilmiş yaşayış binası — Xarabagilan arxeoloji abidəsi ərazisində 1977-1978-ci illərdə tədqiq edilmiş tarix-memarlıq abidəsi. Abidə, Kiran şəhərinin mülki memarlığının öyrənilməsi, həmçinin orta əsr Azərbaycan şəhərlərində yaşayış binalarının inşa xüsusiyyətlərinin tədqiq ediməsi baxımından mühüm əhəmiyyətə malikdir. Arxeoloqlar evin XII əsrin sonu-XIII əsrin əvvəllərində inşa edildiyi qərarına gəlmişlər. Qazıntılar zamanı ev ərazisindən aşkarlanmış Eldənizlər dövrünə aid müxtəlif sikkələr də arxeoloqların qənaətini təsdiqləmişdir. == Təsviri == Yaşayış binası Kiran şəhristanının ikinci məhəlləsinin şərq qurtaracağında yerləşir. Qazıntılar zamanı evin dövrümüzə çatmış qalıqları müasir yerüstündən 0.2-0.3 metr dərinlikdə aşkar edilmişdir. Evin divarları müxtəlif yerlərdə 1.8-2 metr hündürlüyə kimi (8-9 sıra hörgü) saxlanmışdır. Qazıntılar zamanı evin bütün otaqları və həyət ərazisi təmizlənərək açılmışdır. Evin ikinci mərtəbəsi tamamilə dağılmışdır. Lakin on bir pillədən ibarət olan 2 metrdən çox hündürlüyə malik daş piləkənin saxlanması, evin ikinci mərtəbəsinin də olduğunu sübut edir.
Səkkizbucaqlı Kiran türbəsi
Səkkizbucaqlı Kiran türbəsi — Naxçıvan-Marağa memarlıq məktəbinin nailiyyətlərini özündə əks etdirən ən vacib memarlıq abidələrindən biri. Konstruktiv həlli və memarlıq xüsusiyyətlərinə görə türbənin XII əsrin 80-ci illərində inşa edildiyi güman edilir. Səkkizbucaqlı Kiran türbəsi giriş qapılarının həlli və dizaynı, detalların profilləşdirilməsi və künclərin ornamentasiyası, fasad naxışlarının bloklara bölünməsi və konstruktiv bütövlüyü ilə Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin memarlıq xüsusiyyətlərini təkrarlayır. Bütün bu xüsusiyyətləri nəzərə alan tədqiqatçı B. İbrahimov Səkkizbucaqlı Kiran türbəsinin də Əcəmi Naxçıvaninin əsəri olması ehtimalını irəli sürür. Bu ehtimalın həqiqiliyi qəbul edilərsə, memarın yaradıcılığında Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin inşası arasında keçən 25 illik fasilənin olması məsələsi özünü doğrultmur. Dövrümüzə xarabalıqları çatmış abidə ərazisində 1980-ci ildən arxeoloji tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Kiran şəhristanının dördüncü məhəlləsinin yerlşdiyi təpənin enişində inşa edilmiş abidəni ilk dəfə S. V. Ter-Avetisyan, daha sonra isə V. M. Sısoyev təsvir etmişlər. Səkkizguşəli Kiran türbəsi qüllə tipli mərkəzi günbəzli türbələr qrupuna daxildir. Türbə binası iki hissədən ibarətdir: səkkizguşəli olan yerüstü hissə kvadrat formalı (20x20x5 sm) kərpiclərdən tikilmişdir; yeraltı sərdabə hissəsi xaricdən kvadrat, daxildən isə xaçvari formaya malikdir. Türbənin yerüstü hissəsi yalnız cənub-qərb tərəfdə 0.8 metr hündürlükdə saxlanmış (iki sıra bişmiş kərpic hörgüsü və üzlük), qalan yerlərdə isə dağlkaraq ətrafa tökülmüşdür.
Kiranbek Makan
Kiranbek Makan (27 sentyabr 1992, Sincan-Uyğur Muxtar Rayonu) — Çinin kiçik forvard mövqeyində oynayan və hazırda "Şanxay Şarks" klubunda oynayan qırğız əsilli ətraf müdafiəçisidir. 11 il "Sincan Uçan Pələnglər" klubu ilə oynayan Kiranbek 2009-2011-ci illərdə ardıcıl üç böyük finalın və ilk çempionluqların vacib bir hissəsinə çevrildi. O, Şirelican Muxtar və Xu Quoçonq ilə birlikdə bu klubun ən məşhur oyunçularından biri kimi qəbul edilir. 2019 FİBA Basketbol Dünya Kuboku üçün Çin heyətində oynayırdı. == Karyera == Kiranbek "Sincan Uçan Pələnglər"in ilk komandasına yüksəldi və 2008-2009 mövsümündə Çin Basketbol Birliyində debüt etdi O, komandanın 2008-2011-ci illəri əhatə edən 3 mövsümündə Böyük Finala vəsiqə qazandı. Komandanın elit perimetri müdafiəçisi kimi çıxış edirdi. Mövsümlər boyunca elit üç nöqtə atıcısı oldu. 2016-2017 mövsümündə Kiranbek 24.1 dəqiqə, 8.1 xal və 2.6 ribaund əldə etdi. "Sincan Uçan Pələnglər" üçün ilk CBA çempionatında əhəmiyyətli bir rol oynadı. 2019-20 mövsümündən sonra "Sincan Uçan Pələnglər" tərəfindən "Şanxay Şarks"-a 8 milyon yuana satılan Kiranbek sonuncu il komanda seçimi ilə sonuncu komanda ilə 3+1 müntəzəm (tip-C) müqavilə imzaladı.
Kiranlı
Kiranli — İrəvan quberniyasının Еçmiadzin qəzasında kənd adı. == Toponimi == Mənşəyi məlum olmayan türkmənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə "Kitabi Dədə Qorqud"da çəkilir. İranda İndi də Kiran tayfası yaşayır. [146, 134]. Erkən orta əsrlərdə Beyləqan yaxınlığında Kiran qalası vardı. Kiran adlı digər qala Tovuz rayonunun ərazisində idi. Bu qalanın xarabalıqları İndi Ağcaqala adı ilə məlumdur və həmin rayondakı Quşçu-Kirən və Xınna-Kirən kənd adları da bu qalanın adı ilə bağlıdır. 1727-ci ilə aid mənbədə Tovuz rayonun ərazisində Kiran kəndi çəkilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli mahalında da Kirən kəndinin adı qeyd olunmuşdur.

Oxşar sözlər

#kiran nədir? #kiran sözünün mənası #kiran nə deməkdir? #kiran sözünün izahı #kiran sözünün yazılışı #kiran necə yazılır? #kiran sözünün düzgün yazılışı #kiran leksik mənası #kiran sözünün sinonimi #kiran sözünün yaxın mənalı sözlər #kiran sözünün əks mənası #kiran sözünün etimologiyası #kiran sözünün orfoqrafiyası #kiran rusca #kiran inglisça #kiran fransızca #kiran sözünün istifadəsi #sözlük