kirayə sözü azərbaycan dilində

kirayə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kirayə • 95.5636%
  • Kirayə • 4.4000%
  • KİRAYƏ • 0.0364%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kirayəçi-fermer mübahisələri (Yaponiya)
Kirayəçi-fermer mübahisələri (小作争議, kosaku soqi) – 1917–1941-ci illərdə Yaponiyada kirayəçi-fermerlər ilə mülkədarlar arasında baş vermiş mübahisələr. Bu illər ərzində mülkədarlar ilə kirayəçi-fermerlər arasında 72.696 mübahisə qeydə alınıb. Bu mübahisələr subinzibati kənd və ya kəndcik səviyyəsində baş verib. == Məzmun == Edo dövründə və Meyci dövrünün ilk illərində baş vermiş kəndli üsyanlarından fərqli olaraq kirayəçi-fermer mübahisələrinin əsas hədəfi birbaşa mülkədarlar idi. Bu mübahisələr kənddə yaşayan yoxsullar arasındakı sinifləşməni daha kəskin əks etdirmişdir. Kirayəçi-fermerlərin 1920-ci illərdəki tələbləri ondan ibarət idi ki, təbii fəlakətlərə görə azalan məhsuldarlığın əvəzində kirayə haqqı azaldılsın (xüsusilə, 1920-ci illərdə). 1930-cu illərdə mülkədarlar kirayəçiləri dəyişməyə və ya torpaqları özləri becərməyə başlayanda kirayəçi-fermerlər daimi kirayəçilik haqqı tələb etməyə başlamışdırlar.Kirayəçi-fermerlər tərəfindən işlədilən əsas taktikalar kiçik birliklər təşkil etmək, kirayənin tam və ya bir hissəsini ödəməmək, iqtisadi dəstək üçün torpaqları kollektiv şəkildə becərmək, mülkədarları qeyri-zorakı yollarla narahat etmək və danışıqlara girmək idi. Mülkədarlar buna təşkilatlanaraq cavab vermişdirlər. Mülkədarlar iqtisadi təzyiq tətbiq etmiş, qohumluq münasibətlərindən istifadə etmiş, danışıqlara girmişdirlər. Lakin bu cəhdlər uğursuzluqla nəticələndikdən sonra məhkəməyə müraciət etmişdilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 10.82 dəfə / 1 mln.
2003 0.39
2004 •• 2.02
2005 •• 2.70
2006 ••• 3.60
2007 •• 2.33
2008 ••• 3.90
2009 •••••••••••• 15.84
2010 •••••••••• 12.71
2011 •••••• 8.15
2012 •••••••• 9.72
2013 •••••••••••••••••••• 27.57
2014 ••••••••••• 14.24
2015 •••••••• 9.87
2016 •••• 5.38
2017 ••••••••• 11.38
2018 ••••••••• 12.14
2019 •••••••••• 12.66
2020 •••••••••••• 15.65

kirayə sözünün leksik mənası və izahı

  • 1 bax kirə. Armud özgənin, eşşək kirayə. (Məsəl). [Hacı:] …Amma bunu mən dörd manata kirayəsinə götürmüşəm. Ə.Haqverdiyev. Hər kəsin artıq otağı vardısa, kirayə vermək üçün hazırlamağa başladı. B.Bayramov.

    Azərbaycan dilinin izahlı lüğəti / kirayə

kirayə sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 KİRAYƏ [Student:] Otaq buradamı kirayə verilir? (Çəmənzəminli); İCARƏ (bir şeyin müəyyən müqabilində müvəqqəti olaraq istifadəyə verilməsi) Tifil ikən baxdım ağa, qaraya; Qəmdən yük götürdüm mən icarəyə (Molla Cümə); KİRƏ Hacı Sultan .. iki evindən aldığı kirələrin sayəsində rahatlıqla keçinirdi (S.Hüseyn).

    Azərbaycan dilinin sinonimlər lüğəti / kirayə

kirayə sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. 1. аренда (временное пользование недвижимым имуществом на договорных началах). Kirayə (icarəyə) vermək сдавать в аренду, kirayə (icarəyə) götürmək брать в аренду 2. наём (временное пользование за определенную плату). Mənzil kirayəsi наем квартиры, kirayə şərtləri условия найма, kirayəyə vermək сдавать в наем, kirayəyə götürmək брать в наем 3. прокат (передача движимого имущества во временное пользование за определенную плату). Minik vasitələrinin kirayəsi прокат транспортных средств, kirayə məntəqəsi пункт проката 4. плата за аренду, наем, прокат. Mənzil kirayəsi квартирная плата (квартплата) II прил. 1. арендный. Kirayə qiyməti арендная цена, kirayə müqaviləsi арендный договор 2. наемный: 1) относящийся к найму. Kirayə haqqı наемная плата 2) отдаваемый или взятый в наем. Kirayə mənzil наемная квартира 3. прокатный, взятый напрокат. Kirayə piano пианино, взятое напрокат

    Azərbaycanca-rusca lüğət / kirayə

kirayə sözünün inglis dilinə tərcüməsi

kirayə sözünün ləzgi dilinə tərcüməsi

kirayə sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. bax kirə (1-ci mənada).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan qadın adlarının izahlı lüğəti.

ödənişlə bir şeydən istifadə hüququnun başqasına verilməsi.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

Terminlər lüğəti

Əsərin, fonoqramın və ya bu Qanunla qorunan obyektlərin orijinalının və ya nüsxələrinin birbaşa və ya dolayısı yolla gəlir götürmək məqsədi ilə müəyyən müddətə müvəqqəti istifadəyə verilməsi

Terminlər lüğəti

"kirayə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kirayə nədir? #kirayə sözünün mənası #kirayə nə deməkdir? #kirayə sözünün izahı #kirayə sözünün yazılışı #kirayə necə yazılır? #kirayə sözünün düzgün yazılışı #kirayə leksik mənası #kirayə sözünün sinonimi #kirayə sözünün yaxın mənalı sözlər #kirayə sözünün əks mənası #kirayə sözünün etimologiyası #kirayə sözünün orfoqrafiyası #kirayə rusca #kirayə inglisça #kirayə fransızca #kirayə sözünün istifadəsi #sözlük