kifayət sözü azərbaycan dilində

kifayət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kifayət • 94.3759%
  • Kifayət • 5.6015%
  • KİFAYƏT • 0.0113%
  • Kİfayət • 0.0113%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kifayət Qasımova
Kifayət Qasımova (1 fevral 1983, Kəlbəcər) — Azərbaycanı təmsil edən cüdoçu və məşqçi. == Karyerası == Karyerasının birinci uğuruna Kifayət Qasımova 1998-ci ilin noyabrında imza atdı. Kifayət Qasımova Rumıniyanın Buxarest şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında bürünc medala sahib oldu. 1999-cu ildə isə Kifayət Qasımova İsveçdə Avropa Gənclər Olimpiya Festivalını bürünc medalla başa vurdu və İtaliyada U-20 Avropa Çempionatının qalibi oldu. Daha sonra Kifayət Qasımova 2000-ci ildə Tunisdə U-20 Dünya Çempionatının və 2002-ci ildə Niderlandda U-20 Avropa Çempionatının bürünc medalına sahib oldu. 2004-cü ilin mayında Buxarest şəhərində (Rumıniya) Avropa Çempionatını yeddinci pillədə başa vuran Kifayət Qasımova həmin ilin noyabrında Lyublyana şəhərində (Sloveniya) U-23 Avropa Çempionatının qalibi oldu. 2005-ci ildə isə Kifayət Qasımova mayda Rotterdam şəhərində növbəti dəfə Avropa Çempionatını yeddinci pillədə başa vurdu, noyabrda isə Kiyev şəhərində U-23 Avropa Çempionatının bürünc medalına sahib oldu. Kifayət Qasımova 2006-cı ildə Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatının final görüşündə Fransa nümayəndəsi Barbara Harela məğlub olaraq turniri gümüş medalla başa vurdu. Həmin il Azərbaycan Çempionatının qalibi olan Kifayət Qasımova bir il sonra, 2007-ci ilin aprelində Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatında bu səfər bürünc medala sahib oldu. 2007 və 2008-ci illərdə bir sıra beynəlxalq turnirlərin qalibi olan Kifayət Qasımova 2008-ci ilin aprelində Portuqaliyanın Lissabon şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.
Kifayət Gəncəli
Kifayət İslam qızı Gəncəli (Məmmədova) (2 noyabr 1937, Kirovabad – 22 sentyabr 2024) — Azərbaycan Respublikasının əməkdar artisti, xanəndə == Həyatı == 2 noyabr 1937-ci ildə Gəncədə anadan olub. Azərbaycan Dövlət Pedaqoji Universitetində 1 il ibtidai sinif müəllimi ixtisasında təhsil alıb. Lakin sonra təhsilini yarımçıq qoyaraq, institutdan ərizə yazıb kənarlaşıb. Asəf Zeynallı adına Musiqi Texnikumunda, Nəriman Əliyevin muğam sinfində təhsil alıb. O, fəaliyyətinə Yusif Heydərovun "Gənclik" ansamblında başlayıb. 1968-ci ildə Filarmoniyaya yollanıb. Ləqəbini Filarmoniyanın ovaxtkı direktoru Kərim Kərimov gəldiyi yerə görə verib. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var. 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. 22 sentyabr 2024-cü ildə vəfat edib.
Dünya kifayət deyil
"Dünya kifayət deyil" (ing. The World Is Not Enough) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi; Ceyms Bondun məşhur sərgüzəştlətindən biri. == Süjet == Robert King adlı çox zəngin bir neft kralı, beynəlxalq bir terroristin təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Yanına nüvə silahlar mütəxəssisi Christmas Jonesin (Denise Richards) da alan dəli terroristin məqsədi dünyanı ələ keçirməkdir. Öldürülən neft kralının gözəl qızı Elektra'nı (Sophie Marceau) ola biləcək təhlükələrdən qorumaqla vəzifələndirilən James Bond (Pierce Brosnan), Xəzər dənizinə və İstanbula səfərlər edərək çılğın terroristi dayandırmağa çalışır. Bu vaxt can düşməni Christmas Consla da əməkdaşlıq etməyə başlayan Bond'u İstanbul Boğazı sularının dərinliklərində seyr nüvə bir dənizaltıdan ölümcül bir mübarizə gözləyir... == Maraqlı faktlar == Filmin əsas kadrları Neft Daşlarında lentə alınmışdır.
Dünya kifayət deyil (film, 1999)
"Dünya kifayət deyil" (ing. The World Is Not Enough) — 1999-cu ildə istehsal olunmuş ABŞ filmi; Ceyms Bondun məşhur sərgüzəştlətindən biri. == Süjet == Robert King adlı çox zəngin bir neft kralı, beynəlxalq bir terroristin təşkil etdiyi sui-qəsd nəticəsində öldürülür. Yanına nüvə silahlar mütəxəssisi Christmas Jonesin (Denise Richards) da alan dəli terroristin məqsədi dünyanı ələ keçirməkdir. Öldürülən neft kralının gözəl qızı Elektra'nı (Sophie Marceau) ola biləcək təhlükələrdən qorumaqla vəzifələndirilən James Bond (Pierce Brosnan), Xəzər dənizinə və İstanbula səfərlər edərək çılğın terroristi dayandırmağa çalışır. Bu vaxt can düşməni Christmas Consla da əməkdaşlıq etməyə başlayan Bond'u İstanbul Boğazı sularının dərinliklərində seyr nüvə bir dənizaltıdan ölümcül bir mübarizə gözləyir... == Maraqlı faktlar == Filmin əsas kadrları Neft Daşlarında lentə alınmışdır.

kifayət sözünün leksik mənası və izahı

  • 1 zərf [ər.] 1. Yetər, kafi, bəs olma. Deyirlər, çox ardır yüz il, əlli il; İnsana bir ömür kifayət deyil. B.Vahabzadə. □ Kifayət qədər – lazımınca, lazımi qədər, bəs olduqca. [Qurban] yolda yeriyərkən düşünürdü: – Xoşbəxt adam, kifayət qədər pul toplamış, indi də gedib uşaqlarına qovuşacaqdır. A.Şaiq. [Tahir] ikiotaqlı təzə mənzilində cəmisi bir həftə qalmışdı, hələ də buraya kifayət qədər isinişməmişdi. M.Hüseyn. Sultan ciddi nüfuzedici bir ahənglə, özü də kifayət qədər məntiqlə danışırdı. İ.Hüseynov. Kifayət etmək – 1) bax kifayətlənmək. Mirzə öz maaşına kifayət edib bir qəpik də olsun rüşvət almazdı. Ə.Haqverdiyev; 2) çatmaq, yetmək, bəs olmaq. Şərt deyildir yatıbduram yanında; Gendən baxmaq mənə kifayət eylər. M.P.Vaqif. [Bədircahan:] …Dəxi mənə artıq şey lazım deyil, bir beş-altı manat kifayət edər. N.Vəzirov. Kifayətə yetmək köhn. – razı düşmək, təmin olunmaq, kifayətlənmək. [Sitarə:] Bu çərxdən gərək yetə hər kəs kifayətə. C.Cabbarlı. Kifayət olmaq – bax kifayət etmək 2-ci mənada. 2. Kifayətdir (şəklində) – yetər, çatar, bəsdir. [Aslan bəy:] Bircə yaylım atılarsa, kifayətdir… C.Cabbarlı. Bir könülə kifayətdir bir mənalı məhəbbət; İki qəlbi əyləndirmək xəyanətdir, sevgilim! S.Rüstəm. // Əmr mənasında – yetər! bəsdir! kifayət edər! Kifayətdir, buraxın söhbəti!

    Azərbaycan dilinin izahlı lüğəti / kifayət
  • 2 bəs olma, yetər, qane olma; daha qız bəsdir.

    Azərbaycan qadın adlarının izahlı lüğəti. / kifayət

kifayət sözünün sinonimləri (yaxın mənalı sözlər)

kifayət sözünün rus dilinə tərcüməsi

  • 1 1. достаточный, удовлтворительный; 2. достаточно;

    Azərbaycanca-rusca lüğət / kifayət
  • 2 I прил. достаточный. Kifayət dərəcədə в достаточной степени, kifayət qədər в достаточном количестве II в форме kifayətdir в знач. предик. 1. достаточно. Bircə sözünüz kifayətdir ki … одного вашего слова достаточно, чтобы …, faktları xatırlamaq kifayətdir достаточно вспомнить факты, bunu demək kifayətdir ki … достаточно сказать, что … 2. хватит. Kifayətdir, söhbəti kəsin хватит, прекратите разговоры; kifayət etmək быть достаточным, хватать, хватить; kifayət olmaq см. kifayət etmək

    Azərbaycanca-rusca lüğət / kifayət

kifayət sözünün inglis dilinə tərcüməsi

  • 1 z. sufficient, enough; ~ miqdar sufficient amount / quantity / number; ~ qədər sufficiently, enough; O kifayət qədər möhkəmdir It is sufficiently strong; Onun kifayət qədər pulu var He has enough money; ~ etmək to suffice, to be* enough / sufficient; ~ olmaq to be* sufficient / enough; Kifayətdir! It is enough! That’ll do! It will be plenty! Arifə bir işarə kifayətdir at. söz.A word is enough to the wise

    Azərbaycanca-ingiliscə lüğət / kifayət

kifayət sözünün fransız dilinə tərcüməsi

kifayət sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] нареч. 1. бес (бес кьадар) хьунухь; // kifayət qədər бес кьадар, лазим кьадар, бес кьван, бегьем; kifayət etmək а) кил. kifayətlənmək; б) бес хьун, агакьун, акъакьун; kifayət olmaq бес хьун (кил. kifayət etmək б); 2. kifayətdir а) бес я, беса, бес жеда; хьана; б) буйр. бес я! беса!

    Azərbaycanca-ləzgicə lüğəti / kifayət

"kifayət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kifayət nədir? #kifayət sözünün mənası #kifayət nə deməkdir? #kifayət sözünün izahı #kifayət sözünün yazılışı #kifayət necə yazılır? #kifayət sözünün düzgün yazılışı #kifayət leksik mənası #kifayət sözünün sinonimi #kifayət sözünün yaxın mənalı sözlər #kifayət sözünün əks mənası #kifayət sözünün etimologiyası #kifayət sözünün orfoqrafiyası #kifayət rusca #kifayət inglisça #kifayət fransızca #kifayət sözünün istifadəsi #sözlük