Vilayət sözü azərbaycan dilində

Vilayət

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Vilayət • 58.5698%
  • vilayət • 41.2918%
  • VİLAYƏT • 0.1384%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kayruan (vilayət)
Kayruan vilayəti (ərəb. القيروان‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kayruan vilayətinin ərazisi 6 712 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Kayruan vilayətinin əhalisi 570 560 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Kebili (vilayət)
Kebili vilayəti (ərəb. قبلي‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kebili vilayətinin ərazisi 22 454 km2-dır. Kebili vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef (vilayət)
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Vilayət
Vilayət (ərəb. ولاية‎ — vilayət) , valilik — valinin təyin olunduğu əyalət. Və ya elə əyalət (ər. يالة) — bir sıra dövlətlərdə inzibati-ərazi vahidi. Bir sıra Qərb ölkələrində və dillərində “provincia” adlanır. == Provincia == Sözün mənşəyi latın dilindən «provincia» gəlir. Qədim Romada, bu, Apennin yarımadasının xaricində yerləşən və Roma qubernatorları tərəfindən idarə olunan Romaya tabe olan ərazilərin adı idi, yəni xarici ərazilər "Provincia" sözü, ehtimal ki, latınca pro- ("adından") və vincere ("nəzarəti ələ keçirmək") sözlərindən qaynaqlanır. Beləliklə, vilayət, Roma hakimləri adından Roma hakimliyi tərəfindən idarə olunan bir ərazi idi. Roma İmperiyası da vilayətlərə bölünmüşdür. == Müasir dövlətlərdə və ölkələrdə == Latın «provincia» yaxın sözlər Argentina, Kanada, Belçika, İspaniya, İndoneziya və bəzi digər əyalətlərdə və ölkələrdə ərazi bölgüsünü göstərir.
Hirkan (vilayət)
Hirkan (ya da Cürcan), indiki Mazandaran, Gülistan və Gilan əyalətlərilə Türkmənistanın Xəzər dənizi sahillərini əhatə edən tarixi bölgə. == Tarix == Əhəməni imperiyası dönəmində bir əyalətin parçası olan bölgə, bir müddət Sasanilərin hakimiyyətində qaldı. Sasani dönəmində, bölgənin bir çox şəhərinə müdafiə məqsədli qalalar və surlar (divarlar) inşa edildi. İslamiyətin ortaya çıxışından sonra bir müddət ərəblərə xərac verən bölgə, III Yezid dönəmində (716) Əməvilərə qatıldı. 928-ci ildə qurulan Ziyarilərin idarəsinə keçən bölgə, Samanilər və Qəznəvilərə vergi verərək yüz il qədər savaş yaşamadı. Bölgə, XIV yüzildəki Monqol istilaları sonucunda yıxıma uğradı.
Kasserin (vilayət)
Kasserin vilayəti (ərəb. القصرين‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kasserin vilayətinin ərazisi 8 260 km2-dır. Kasserin vilayəti Əlcəzair ilə həmsərhəddir.
Latina (vilayət)
Latina (it. Provincia di Latina) — İtaliya da vilayət, Lasio regionun cənubunda yerləşir, Tirren dənizi sahilində. == Coğrafiya == Vilayətin əhəmiyyətli bir hissəsi ən yüksək nöqtəsi Monte Petrella (1533 metr) olan əhəngdaşı təpələri və Aurunci (it. Monti Aurunci) dağları tərəfindən əhatə olunmuşdur. Düz ərazi olan Aqro Pontino (it. Agro Pontino) əvvəl bataqlıqlar oluşmuşdur 20-ci əsrdə əkinçilik üçün qurudulmuşdur. Həm də Tirren dənizində yerləşən Ponsian adaları vilayətə daxildir. == Şəhərlər == Demək olar ki, vilayətin bütün şəhərləri qədim romalılar tərəfindən əsası qoyulmuşdur.
Mahdiya (vilayət)
Mahdiya vilayəti (ərəb. المهدية‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Mahdiya vilayətinin ərazisi 2 878 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Mahdiya vilayətinin əhalisi 410 812 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Manuba (vilayət)
Manuba vilayəti (ərəb. منوبة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Manuba vilayətinin ərazisi 1 138 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Manuba vilayətinin əhalisi 380 518 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Medenin (vilayət)
Medenin vilayəti (ərəb. مدنين‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Medenin vilayətinin ərazisi 9 168 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Medenin vilayətinin əhalisi 480 520 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Monastir (vilayət)
Monastir vilayəti (ərəb. المنستير‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Monastir vilayətinin ərazisi 1 024 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Monastir vilayətinin əhalisi 548 828 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Muxtar vilayət
Muxtar vilayət — SSRİ-də və bəzi digər əyalətlərdə dövlət muxtariyyətinin bir forması (məsələn, Qərbi Bosniya Muxtar Vilayəti, Kri Muxtar Vilayəti). Postsovet ölkələrindən muxtar vilayətlər hazırda Rusiyada (Yəhudi Muxtar Vilayəti) və Tacikistanda (Dağ-Badaxşan Muxtar Vilayət) mövcuddur. Muxtar vilayətlərə bəzən İspaniyanın muxtar regionları da deyilir. == Tarixi == Muxtar vilayətlər RSFSR (və daha sonra - SSRİ) ərazisində Oktyabr inqilabından sonra əksəriyyəti rus olmayan əhalisi olan ərazilərdən (ittifaq respublikalarında - əsasən titul olmayan əhali ilə) meydana çıxmağa başladı. Əvvəlcə muxtar vilayətlər, bölgələr, respublikalar (ASSR) ilə birlikdə müstəqil subyektlər idilər, daha sonra əyalətlərlə birlikdə ərazilərə birləşdirilməyə başladılar. Sonradan, muxtar vilayətlərin çoxu respublikalara çevrildi və 1936-cı ilin dekabrında yenidən müstəqil subyektlər oldular.
Nabul (vilayət)
Nabul vilayəti (ərəb. نابل‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Nabul vilayətinin ərazisi 2 840 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Nabul vilayətinin əhalisi 787 920 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Ostrobotniya (vilayət)
Ostrobotniya (fin Pohjanmaa; isv. Österbotten) — Finlandiyanın vilayətidir. Bu vilayət Ostrobotniya, Cənubi Ostrobotniya və Satakunta vilayətləri ilə sərhəddir. Mərkəzi Vaasa şəhəridir. Ostrobotniyanın sahil ərazilərindəki buzlaq hərəkətləri əraziyə çox miqdarda süxur gətirmişdir. == Əhali == Ostrobotniya Finlandiyada isveçdilli əhalinin çoxluq təşkil etdiyi iki vilayətdən biridir (digər konstitutsional olaraq monolinqual olan Aland vilayətidir); Əhalinin 51,2%-i isveç dilində danışır. Vilayətdəki 13 kommuna bilinqual, 2 kommuna isə findilli monolinqualdır. == Rayonlar == Vilayət 4 rayon və 15 kommunadan ibarətdir. Qalın şriftlə göstərilən 6 kommunanın şəhər statusu var.
Pistoya (vilayət)
Pistoya (it. Provincia di Pistoia) — İtaliyanın Toskana regionunda vilayət. Vilayətin inzibati mərkəzi eyniadlı şəhərdir . == Coğrafiya == Vilayətin ərazisi 964.12 km2 sahəni əhatə edir, əhalisi isə 2015-ci ildə 291 788 nəfər olmuşdur. Vilayət düzən vadilər və dağların kombinasiyasından ibarətdir. Pistoyanın dağları və Abetone və Val-di-Lutz kurortları xizəkçi turistlər arasında populyar yerlərdir. Pistoyya şəhəri Lukkadan və Florensiyadan 40 km məsafədə yerləşir. Pistoya və Peşa şəhərləri güllərin və bitkilərin beynəlxalq bazarda satışı üçün yetişdirilməsində populyar yerlərdən bəziləridir. Kuarrata şəhər və kommunası isə taxta mebel istehsalı ilə məşhurdur. == Pistoya viləyətinin şəhər və kommunaları == Vilayət 22 kommunaya bölünür.
Qabes (vilayət)
Qabes vilayəti (ərəb. قابس‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Qabes vilayətinin ərazisi 7 166 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Qabes vilayətinin əhalisi 374 300 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Qafsa (vilayət)
Qafsa vilayəti (ərəb. قفصة‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Qafsa vilayətinin ərazisi 7 808 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Qafsa vilayətinin əhalisi 338 332 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Qostanay vilayət
Qostanay vilayəti (qaz. Қостанай облысы) — Şimalı Qazaxıstan regionda vilayət. Qazaxıstanın Aqtöbe, Karağandı, Aqmola və Şimalı Qazaxıstan vilayətləri, Rusiyanın isə Orenburq, Çelyabinsk və Kurqan vilayətləri ilə həmsərhəddir.
Sfaqs (vilayət)
Sfaqs vilayəti (ərəb. صفاقس‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Sfaqs vilayətinin ərazisi 7 545 km²-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Sfaqs vilayətinin əhalisi 955 422 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Vilayət (dəqiqləşdirmə)
Vilayət — bir sıra dövlətlərdə inzibati-ərazi vahidi. Vilayət (ad) — Müsəlman dünyasında kişi adı.
Vilayət Cəfərov
Vilayət Cəfərov (azərb. Cəfərov Vilayət Abbasqulu oğlu;‎ 15 may 1940, Bozalqanlı, Tovuz rayonu – 21 fevral 2021, Bakı) — Şərqşünas, ərəbşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor == Həyatı == Vilayət Abbasqulu oğlu Cəfərov 15 may 1940-cı ildə Azərbaycanın Tovuz rayonunun Bozalqanlı kəndində anadan olmuşdur. A. S. Puşkin adına Tovuz şəhər orta məktəbində təhsil almışdır. 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin ərəb şöbəsini bitirmişdir. Universiteti bitirdikdən sonra 1965–1967-ci illərdə Yəməndə, 1978–1981-ci illərdə İraqda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 2002-ci ildə "İraqda neoklassik poeziya" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, filologiya elmləri doktoru adını almışdır. Uzun müddət AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin müdiri vəzifəsində çalışmışdır. O, elmi yaradıcılıqla, tərcümə fəaliyyətilə yanaşı, pedaqoji sahədə də çalışmış, müxtəlif dövrlərdə Bakı Dövlət Universiteti, Qafqaz Universiteti və Təfəkkür Universitetlərində mühazirələr oxumuşdur. AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda "Dünya ədəbiyyatı" ixtisası üzrə fəaliyyət göstərən Müdafiə Şurasının üzvü, Seminar Komisiyasının sədri kimi fəaliyyət göstərmişdir. Onun rəhbərliyi altında 10-dan artıq dissertasiya müdafiə olunmuşdur.
Vilayət Eyvazov
Vilayət Süleyman oğlu Eyvazov (28 iyun 1968, Əbrəqunis, Culfa rayonu) — Azərbaycanın hərbi və siyasi xadimi, general-polkovnik, Azərbaycan Respublikasının daxili işlər naziri (2019-cu ildən), Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini (2016–2019). == Həyatı == Vilayət Eyvazov 28 iyun 1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Vilayət Eyvazov 1994-cü ilin noyabr ayında daxili işlər orqanlarında polis nəfəri kimi fəaliyyətə başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmişdir. Ardınca Daxili İşlər Nazirliyinin Cinayət Axtarış Baş İdarəsində şöbə rəisinin müavini, 2001–2005-ci illər ərzində Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru rütbəsi almış, 2005-ci ildə Daxili İşlər nazirinin müavini təyin olunmuşdur. 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir. Vilayət Eyvazov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.
Vilayət Hacıyev
Vilayət Tapdıq oğlu Hacıyev (1 aprel 1950, Sofulu, Qazax rayonu – 4 aprel 2023, Bakı) — Azərbaycan filoloqu, dosent, tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı vəzifəsində çalışıb. Daha sonra Azərbaycan Dövlət Tərcümə Mərkəzində idarə heyətinin sədr müavini vəzifəsində işləmişdir, Azərbaycan Dillər Universitetindəki Avstriya Kitabxanasının elmi rəhbəri vəzifəsində işləyib. == Həyatı == 1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olmuşdur. 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirmiş və elə həmin ildə M. F. Axundov adına APDİ-nin Avropa Dilləri fakültəsinin alman dili şöbəsinə daxil olmuşdur. İnstitutu 1971-ci ildə bitirdikdən sonra bir il Daşkəsən rayonunda alman dili müəllimi işləmişdir. 1973-cü ildən, 2017-ci ilə qədər Azərbaycan Dillər Univesitetində (SSRİ-nin 50 illiyi adına APXDİ) işləmişdir. Daha sonra Azərbaycan Dövlət Tərcümə Mərkəzində idarə heyətinin sədr müavini vəzifəsində çalışıb. Filologiya elmləri namizədi, dosentdir. 1987-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Vilayət Hacıyev 4 aprel 2023-cü ildə 73 yaşında vəfat edib.
Vilayət Quliyev
Vilayət Muxtar oğlu Quliyev (5 noyabr 1952, Ağcabədi) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1990), M. F. Axundov adına ədəbi mükafat laureatı (1989), Azərbaycanın sabiq xarici işlər naziri (1999–2004), Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri (2004–2010), Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri (2010–2021), Azərbaycannın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri (2022-). == Həyatı == Vilayət Quliyev 1952-ci il noyabrın 5-də Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. 1970‐ci ildə Beyləqan rayonundakı G. Əsədov adına orta məktəbi əla qiymətlərlə bitrmişdir. 1970‐1975‐ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində müvəffəqiyyətlə təhsil almışdır. == Elmi fəaliyyəti == Üç il orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləmiş, Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspirantı olmuşdur (1978–1981). "Müasir Azərbaycan nəsrində üslub müxtəlifliyi" mövzusunda namizədlik dissertasiyası müdafıə etmişdir (1982). Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1981–1985), böyük elmi işçi (1985–1987), elmi işlər üzrə müdir müavini, aparıcı elmi işçi (1987–1994) vəzifələrində işləmişdir. "Vətən" cəmiyyəti" idarə heyətinin, "Ulduz" jurnalı və "Elm" qəzeti redaksiya heyətlərinin üzvüdür. "Millət" qəzetinin baş redaktoru olmuşdur (1992). "Azərbaycan filoloji fikri və rus ədəbi ictimai mühiti (XIX əsrin birinci yarısında)" mövzusunda doktorluq dissertasiyası müdafıə etmişdir (1990).
Vilayət Rüstəmzadə
Rüstəmzadə Vilayət Məhəmməd oğlu (12 avqust 1937, Bala Muğanlı, Lüksemburq rayonu) — şair, tərcüməçi, ədəbiyyatşünas. Azərbaycan Yazıçılar Birliyinin üzvü (1968). == Həyatı == 1937-ci il avqustun 12-də Gürcüstanın Borçalı rayonunun Bala Muğanlı kəndində anadan olmuşdur. Marneuli Dövlət Pedaqoji Məktəbini, Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu (1964) bitirmişdir. Əmək fəaliyyətinə "Azərnəşr"də tərcüməçi-redaktor kimi başlamışdır. Sonra M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin aspirantı olmuşdur (1968-71). Bir müddət Azərbaycan Mədəniyyət Nazirliyinin aparatında çalışmış, M.F.Axundov adına Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunda, Azərbaycan Dövlət Universitetində SSRİ xalqları ədəbiyyatını tədris etmişdir. "Azərbaycan" jurnalında tənqid və ədəbiyyatşünaslıq şöbəsinin, "Azərnəşr"də, "Yazıçı" nəşriyyatında bədii tərcümə redaksiyasının müdiri, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin orqanı (yeddi dildə nəşr edilən) "Sovet Azərbaycanı" qəzetinin baş redaktoru, "Azərnəşr"də böyük redaktor, Azərbaycan Tərcümə və Mədəni Əlaqələr Mərkəzinin məsul katibi, "Türk dünyası" jurnalının baş redaktorunun birinci müavini, "Amal" qəzetinin baş redaktorunun birinci müavini vəzifələrində işləmişdir. SSRİ xalq artisti İsmayıl Dağıstanlı qayınatasıdır. == Yaradıcılığı == İlk mətbu şeiri - "Tut kötüyü" 1956-cı ildə Marneulidə - "Stalin yolu" qəzetində çap olunmuşdur.
Gəncə vilayəti
Kirovabad vilayəti — Azərbaycan SSR-də 1952—1953 illər arasında mövcud olmuş inzibati-ərazi. İnzibati mərkəzi Kirovabad şəhəri idi. Kirovabad vilayəti 3 aprel 1952-ci ildə, Bakı vilayəti ilə eyni vaxtda təşkil edilmişdi. Bu vilayət Azərbaycan SSR ərazisinin şimal-qərb hissəsini əhatə edirdi və 28 rayona — Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Bərdə, Balakən, Dəstəfur, Gədəbəy, Göyçay, Xaldan, Xanlar, Şaumyan, Qax, Qazax, Qasım İsmayılov, Qutqaşen, Mirbəşir, Nuxa, Samux, Səfərəliyev, Şamxor, Şaumyan, Tovuz, Ucar, Vartaşen, Yevlax, Zaqatala və Zərdab rayonlarına bölünürdü. Vilayətin İcraiyyə komitəsinin sədri Sadıq Rəhimov, K(b)P vilayət komitəsinin sədri İmam Mustafayev idi. Kirovabad vilayəti yaradıldıqdan 1 il sonra, 23 aprel 1953-cü ildə ləğv edilmişdir.
Hakkari vilayəti
Hakkari vilayəti — Osmanlı İmperiyası tərkibində, 1876–1888–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hakkari şəhəri idi.
Herat vilayəti
Herat vilayəti (puşt. هرات) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiya == Herat vilayəti ölkənin qərbində yerləşir. İranla həmsərhəddir. Vilayətin ərazisi 54,778 km², inzibati mərkəzi Herat şəhəridir. == Əhali == 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən vilayətin əhalisi 1 milyon 676 min nəfərdir. === Etnik tərkib === Əhalisinin 98%-i puştunlardan, qalanları isə türkmənlərdən və özbəklərdən ibarətdir. == Vilayətin rayonları == Adraskan Çişti Şərif Farsi Ghoryan Gulran Guzara Herat İncil (2002-ci ilə olan rəsmi məlaumata əsasən əhalisi 232 915 nəfərdir) - 55% taciklər, 40% puştunlar, 4% həzaralar, 1% türkmənlər. Karukh Kohsan (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 30 100 nəfərdir) - 59.4% puştunlar, 35.3% taciklər, 5.1% bəluclar, 0.2% türkmənlər. Kushk Kuşki Kuhna (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 32 000 nəfərdir) - 55% taciklər, 40% puştunlar, 5% həzaralar.
Herson vilayəti
Xerson vilayəti (ukr. Херсо́нська о́бласть) — Ukraynanın cənubunda yerləşən inzibati ərazi bölgüsü. 2022-ci il fevral ayının sonundan əksər hissəsi Rusiya tərəfindən işğal altındadır. Cənub-qərbində Qara dəniz, cənub-şərqində — Azov dənizi yerləşir. Regionun şimalında Dnepropetrovsk vilayəti, şərqində — Zaporojye vilayəti, qərbində — Nikolayev vilayəti, cənubunda — Krım Muxtar Respublikasıdır.
Hessen vilayəti
Hessen (alm. Hessen‎) — Almaniyanın vilayətidir. Vilayətin paytaxtı Visbadendır. Sahəsi 21.114,94 km², əhalisi 6.070.425 nəfər, bir nəfərə düşən sahəsi isə 287 km²-dir.
Hicaz vilayəti
Hicaz vilayəti (ərəb. ولاية الحجاز‎; türk. Hicaz vilayeti) — Osmanlı İmperiyasında 1872-ci ildə Məkkə şərifliyini ləğv edərək təsis etiyi vilayət. 1899-cu ilə əsasən vilayətin sahəsi 250 000 km2 olduğu ehtimal olunur. Hicaz vilayətinin şimalında Şam vilayəti, cənubunda Yəmən vilayəti vardı. Vilayətin inzibati mərkəzi əvvəllər Məkkə şəhəri idi. Sonradan mərkəz Taifə köçürülmüşdür. == Tarixi == 1517-ci ildə Osmanlı sultanı I Səlimin Misir Məmlük Sultanlığını məğlub edərək Ərəbistan yarımadasında Məkkə və Mədinə bölgələrini ələ keçirdi. Bu tarixdən etibarən Məkkə və Mədinə bölgəsində hökmranlıq edən Məkkə şərifliyi Osmanlılardan vassal asılılıqda idi. 1750-ci ildə bölgəni vəhhabilər tamamilə öz hakimiyyəti altına salmaq istəyirdilər.
Hilmənd vilayəti
Hilmənd vilayəti (puşt. هلمند), Hillmənd və ya Hilmən, qədim dövrlərdə Hirmənd və Hitumənd — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Ərazisi == == İnzibati-ərazi bölgüsü == Sahəsi 58.584 km², əhalisi isə 2009-cu ilin əvvəlinə olan rəsmi təxminə əsasən 835.8 min nəfər, inzibati mərkəzi Ləşgər Gah şəhəridir. Əhalisi puştunlardan (vilayətdə yaşayan ən iri puştun tayfaları: Barakzayi, Nurzayi, Alokzayi və Eşaqzayi tayfalarıdır), həmçinin bəluclardan (əsasən vilayətin cənub hissəsində məskunlaşıblar) və həzaralardan ibarətdir.
Hələb vilayəti
Hələb vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1918–ci illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Hələb şəhəri idi.
Kabarda muxtar vilayəti
Kabarda Muxtar Vilayəti RSFSR -də 1921 -ci il sentyabrın 1- dən 1922 -ci il yanvarın 16 -dək mövcud olmuş inzibati-ərazi vahididir. İnzibati mərkəzi Nalçik şəhəridir. == Tarixi == Muxtar Kabarda vilayəti 1921-ci il sentyabrın 1-də Dağlı MSSR -in Kabarda dairəsindən yaradılmışdır . 1922-ci il yanvarın 16-da Kabardin Muxtar Dairəsi Dağ MSSR -in Balkar dairəsi ilə Kabarda-Balkar Muxtar Vilayətinə birləşdirildi. Bölgəyə 4 rayon daxildir: Baksanski - yaşayış məntəqələri: Kamennomostskoye, Sarmakovo, V. Ashabovo, N. Ashabovo, Zayukovskoe, Qızburun 1-ci, Kuba, Şəriət, Karaqaçevo, Qızburun 3-cü, Altud, Şıx-Yzmailovskoye, Kişpek, Köhnə qala, Qızburun 2-ci, N. Kurkuzhinskoye, Zalukokoazhe, Baksan, Kr. Nalçik - yaşayış məntəqələri: Nalçik şəhəri, Novopoltavskoye, Leçinkay, Çegem 1, Çegem 2, Şaluşinski, Nartan, Kenje, Novo-İvanovskoye, Baksano-Kurskoye, Volnoye və Aleksandrovskaya koloniyası; Urvanski - kəndlər: Starı Çerek, Urvanski, Psıqansu, Jemtala, Kaxun, Auşiger, Staro-Uruhski, Köhnə Lesken, Lesken 2, Uruxski, N. ‑Çerek, Arqudan, Prişibskaya, Kotlyarevskaya, Aleksandrovskaya; Malo-Kabardinski - kəndlər: Planovskoye, V. ‑Kurpskoe, Donskoe, Xamidie, N. ‑Kurpskoye, Arik, Terekskoye, Akbaş, Barren, Kizlyarskoye, Gnadenburg, Rozdelnoye, Suxotsky Xutor.
Kabil vilayəti
Kabil vilayəti (puşt. کابل, translit. Kabəl, fars. کابل‎, translit. Kabol) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. == Coğrafiyası == Vilayətin ərazisi 4.462 km², 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən əhalisi 3.568.500 nəfər, inzibati mərkəzi Kabil şəhəridir. == Mənbələrdə Kabil vilayəti == === Təsviri === Orta əsrlərdə vilayətin tərifini verən Babur şah Baburnamə əsərində vilayətlə bağlı belə yazır: === Əhalisi və dili === Babur şah Baburnamə əsərində vilayətin əhalisi və istifadə edilən dillər barədə belə yazır: == Əhalisinin etnik tərkibi == Etnik tərkibini əsasən həzaralar, farsivanlar (Əfqanıstan tacikləri), puştunlar, kuçilər, qızılbaşlar (azərbaycanlılar), tatarlar, hindlilər və sinkxlər təşkil edir. == Rayonları == Vilayət inzibati cəhətdən 15 rayona bölünür. Rayonlar : İstalif Fərze Kələkan Şəkərdərə (2002-ci ildə əhalisi 63 min nəfər): əksəriyyəti taciklər. Güldərə Qarabağ rayonu (2002-ci ildə əhalisi 15 min nəfər): 60%-i qızılbaşlar (şərqi farsca-dəricə danışan qızılbaşlar), 40%-i puştunlar.
Kalinin vilayəti
Tver vilayəti (rus. Тверская область; 1990-cı ilə qədər Kalinin vilayəti) — Rusiya Federasiyasının subyektlərindən biri.
Kalininqrad vilayəti
Kalininqrad vilayəti (rus. Калининградская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Kaluqa vilayəti
Kaluqa vilayəti (rus. Калужская область) — Rusiya Federasiyasının subyektlərindən biri. Kaluqa ərazisi Rusiyanın Avropa hissəsinin mərkəzində yerləşdirilmişdir. XIV əsrdə Kaluqa torpaqlarının hissəsi Moskva hakimiyyəti altında idi. 1796-dan 1929-cu ilə qədər Kaluqa quberniyası Rusiya İmperiyası və RSFSR tərkibində sərbəst inzibati ərazi vahidi idi. Kaluqa ərazisi 1944-cü ildə yaradılmışdır. Moskvayla həmsərhəddir, Moskva, Tula, Bryansk, Smolensk, Orlov əraziləri. Sahə — 29 777 км². Əhali — alınların 1 010 486 [1-i]. (2015), əhali sıxlığı 33,94 Adam./км² (2015), şəhər əhalisinin xüsusi çəkisi: 76,2 [5] 2014).
Kamçatka vilayəti
Kamçatka vilayəti — 1 iyul 2007-ci ilə qədər Rusiya Federasiyasının Dalnevostok federal dairəsi ərazisinə daxil olan inzibati bölgə. Bu vilayət cənubdan Birinci Kuril boğazı ilə Saxalin vilayətindən ayrılırdı. Şimal-qərb və şimaldan (əvvəlki, Koryak muxtar dairəsi) Maqadan vilayəti və Çukotka Muxtar Dairəsi ilə sərhəd təşkil edirdi. Kamçatka vilayəti 20 oktyabr 1932 ildə yaradılmışdır. 22 iyul 1934 ildən vilayətin ərazisi Çukotka Muxtar Dairəsi və Koryak muxtar dairələrinə bölünür. 23 yanvar 1956 ildən müstəqil vilayətə çevrilir. Kamçatka vilayətinin tərkibinə Koryan muxtar vilayəti daxil idi. 23 oktyabr 2005 ildə referendum keçirilir. Referendumun məğzi vilayətlərin birləşdirilməsi olur. Əhalinin böyük hissəsi bu layihəni dəstəkləyir.
Kayruan vilayəti
Kayruan vilayəti (ərəb. القيروان‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kayruan vilayətinin ərazisi 6 712 km2-dır. == Əhalisi == 2014-cü ilə olan məlumatlara əsasən Kayruan vilayətinin əhalisi 570 560 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Kebili vilayəti
Kebili vilayəti (ərəb. قبلي‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kebili vilayətinin ərazisi 22 454 km2-dır. Kebili vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kef vilayəti
Kef vilayəti (ərəb. الكاف‎) — Tunisin 24 vilayətindən biri. == Ərazisi == Kef vilayətinin ərazisi 5 082 km2-dır. Kef vilayəti Əlcəzair ilə həmsərhəddir.
Kemerovo vilayəti
Kemerovo vilayəti (rus. Кемеровская область) — Rusiya Federasiyasının subyektlərindən biri.
Keyp floristik vilayəti
Keyp və ya Ümid burnu floristik vilayəti — Cənubi Afrikanın cənub ucqarına yaxın bir floristik vilayətdir. Bura Keyp (Cənubi Afrika) floristik krallığının yeganə floristik regionu olan Keyp floristik regionunun bilinən yeganə floristik vilayətidir. Dünyanın altı floristik krallığı arasında ən kiçiyi olan Cənubi Afrika floristik krallığı, yəni Keyp floristik vilayəti, olduqca yüksək biomüxtəlifliyə və 69 faizi endemik olan 9000-dən çox borulu bitki növünə sahibdir. Ərazinin bu biomüxtəlifliyi, Aralıq dənizi tipli, yanğına meylli çöl ərazisi olan finbos biomu ilə əlaqələndirilir. Finbos biomüxtəlifliyinin bioloji materiallardan (məsələn, vəhşi çiçəklərdən) və ekoturizmdən əldə edilən məhsullara əsaslanan iqtisadi dəyərinin ildə 77 milyon rand olduğu təxmin edilir. Beləliklə, Keyp floristik vilayəti biomüxtəlifliyin qaynar nöqtəsi olaraq həm iqtisadi, həm də bioloji əhəmiyyətə malikdir. == Coğrafiya == Dünyadakı irigövdəli bitki növlərinin ən böyük qeyri-tropik konsentrasiyasına sahib olan region, bütün bir floristik krallığı əhatə edən yeganə qaynar nöqtədir və bura Cənubi Afrikanın 12 endemik bitki ailəsindən beşinə və 160 endemik nəslinə sahibdir. 78.555 km² sahəni əhatə edən Keyp floristik vilayəti tamamilə CAR sərhədləri daxilindədir. Qaynar nöqtələr siyahısındakı beş mülayim Aralıq dənizi sistemindən biridir və bütün floristik krallığı əhatə edən yalnız iki qaynar nöqtədən (digəri Yeni Kaledoniya olmaqla) biridir. Ərazi, Cənubi Afrikanın Aralıq dənizi iqlim bölgəsini, ölkənin cənub-qərb küncündəki Qəbi Burun vilayətini əhatə edir və Şərqi Burun vilayətinə qədər uzanır.
Komsomolsk (İvanovo vilayəti)
Komsomolsk (rus. Комсомольск) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Konsepsion vilayəti
Konsepsion vilayəti (ispanca:Provincia de Concepción) Çilidə vilayət. Əhalisi 912889 nəfərdir (2002). Vilayətin ərazisi — 3439,3 км², əhali sıxlığı — 265,4 nəfər/км² -dir.
Konya vilayəti
Konya vilayəti — Osmanlı İmperiyası tərkibində, 1864–1923–cü illərdə mövcud olmuş I dərəcəli inzibati–ərazi vahidi. İnzibati mərkəzi Konya şəhəri idi.

vilayət sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Böyük inzibati ərazi bölgüsü. Dağlıq Qarabağ Muxtar Vilayəti. 2. Ölkə, məmləkət, mahal, əyalət, ərazi, yer. Buna görə mən … müxtəlif dövrlərdə Şirvan, Dağıstan vilayətləri və ətrafında baş verən hadisələri toplayaraq, bir kitab yazmağa başladım. A.Bakıxanov. Qarabağ xanı İbrahim xan Şuşa qalasını tərk edərək, Car vilayətinə çəkildi. Mirzə Adıgözəlbəy. Bunlar İran əhli idilər, öz vilayətlərində məişətləri məşəqqət ilə keçdiyinə görə, vətənlərini buraxıb buraya gəlmişdilər. S.S.Axundov.

    Azərbaycan dilinin izahlı lüğəti / vilayət
  • 2 ölkə, məmləkət, əyalət; müqəddəslik.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / vilayət
  • 3 ə. 1) ölkənin inzibati ərazi bölgülərindən biri; 2) şahlıq, padşahlıq, hökmdarlıq; 3) şiələrə görə: Məhəmməd peyğəmbərin hakimiyyəti; 4) m. vətən; 5) m. müqəddəs adam.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / vilayət

vilayət sözünün sinonimləri (yaxın mənalı sözlər)

vilayət sözünün rus dilinə tərcüməsi

  • 1 1. губерния, область; 2. губернский, областной;

    Azərbaycanca-rusca lüğət / vilayət
  • 2 I сущ. область, край. Moskva vilayəti Московская область, Primorsk vilayəti Приморский край, muxtar vilayət автономная область, vilayətin kənd təsərrüfatı сельское хозяйство области II прил. областной, краевой. Vilayət partiya konfransı областная партийная конференция, vilayət soveti областной совет, vilayət məhkəməsi областной суд, vilayət komitəsi областной комитет (обком)

    Azərbaycanca-rusca lüğət / vilayət

vilayət sözünün inglis dilinə tərcüməsi

vilayət sözünün fransız dilinə tərcüməsi

vilayət sözünün ləzgi dilinə tərcüməsi

vilayət sözünün türk dilinə tərcüməsi

"vilayət" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vilayət nədir? #vilayət sözünün mənası #vilayət nə deməkdir? #vilayət sözünün izahı #vilayət sözünün yazılışı #vilayət necə yazılır? #vilayət sözünün düzgün yazılışı #vilayət leksik mənası #vilayət sözünün sinonimi #vilayət sözünün yaxın mənalı sözlər #vilayət sözünün əks mənası #vilayət sözünün etimologiyası #vilayət sözünün orfoqrafiyası #vilayət rusca #vilayət inglisça #vilayət fransızca #vilayət sözünün istifadəsi #sözlük