* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Öz halından və ya başına gələn bir dərd və acıdan ah-zar etmə; məmnuniyyətsizliyini izhar etmə; giley. İllər ayrısıyam, gəl qucaqlaşaq; Sevdiyim, şikayət zamanı deyil. Q.Zakir. Ata-anasını görcək qız həyatından şikayətə başlardı. H.Sarabski. Bu nə şikayətdir, bu nə nalədir? B.Vahabzadə. □ Şikayət etmək (eləmək) – narazılığını, məmnunsuzluğunu bildirmək, gileylənmək, ah-zar etmək. Xəstəliyindən şikayət etmək. – Şikayət eyləmə, biganədən səfa gəlməz; Nə gəlsə başına, ey xəstə, aşinadəndir. S.Ə.Şirvani. [Mirzağa] hər zaman şikayət edər, keçmiş günləri xatırlar, onların geri qayıtmasını arzu edərdi. S.Hüseyn. 2. Birinin haqsızlığı və düzgün olmayan hərəkəti barəsində rəsmi şəkildə verilən məlumat, ərizə. [Qasıməli:] Xala, qlava Xudayar bəyin şikayətinə görə oğlun Vəliqulunu tutub atdı dama. C.Məmmədquluzadə. □ Şikayət etmək – 1) birinin özü barəsində edilən haqsızlıq haqqında rəsmi məlumat vermək. Kimin İskəndər bəyin əlindən hökumətə şikayət etməyə cürəti vardı? Ə.Haqverdiyev; 2) şikayətlənmək. Birindən şikayət edəsən əgər; Danışmağa qoymaz, sözünü kəsər. Q.Zakir.
Azərbaycan dilinin izahlı lüğəti / şikayət3 ə. 1) giley, giley-güzar; 2) məlumat, ərizə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / şikayət4 Dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət
Terminlər lüğəti / şikayət5 1) dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət; 2) vətəndaşın hüququnun, yaxud qanunla qorunan mənafeyinin pozulması və ya kollektivin hüquqlarının pozulması barədə dövlət orqanlarına müraciəti. Şikayət qanunvericiliyin pozulması halları-nın qarşısını almaq vasitələrindən biridir. Qanunla nəzərdə tutulan hallarda şikayət məhkəməyə də verilə bilər. Qanunla şikayətə 1 ay müddətində baxılmalıdır. Şikayətlərə baxılması qaydasını pozma-ğa görə vəzifəli şəxslərin intizam məsuliyyəti müəyyən edilmişdir.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / şikayət3 1. ŞİKAYƏT Dedi: “Şairlərdən şikayətim var: Mənim çox qəribə hekayətim var” (M.Rahim); GİLEY Mənim günahım çox, sənin gileyin, Onların nəhayət zamanı deyil (Q.Zakir); ŞƏKVA (kl.əd.) Get, öz baxtından eylə indi şəkva (M.Ə.Sabir). 2. şikayət bax ərizə
Azərbaycan dilinin sinonimlər lüğəti / şikayət2 сущ. 1. жалоба: 1) выражение неудовольствия, печали, сетования по поводу неприятностей, боли и т.д.; сетование. Saysız-hesabsız şikayətlər бесчисленные жалобы, qonşulardan şikayət жалобы на соседей, baş ağrısından şikayət жалобы на головные боли, kasıbçılıqdan şikayət жалобы на бедность, səhhətindən şikayət жалобы на здоровье, ədalətsizlikdən şikayət жалобы на несправедливость, şikayətləri dinləmək выслушать жалобы, şikayətləri ilə təngə gətirmək (bezikdirmək) kimi надоесть жалобами кому 2) официальное заявление о незаконном или неправильном действии какого-л. лица, учреждения, организации; апелляция. Rəsmi şikayət официальная жалоба, əsassız şikayət необоснованная жалоба, ədalətli şikayət справедливая жалоба, şikayət yazmaq написать жалобу, şikayətə baxmaq рассмотреть жалобу, şikayət gəlib (daxil olub) kimdən, haradan поступила жалоба от кого, откуда; юрид. apelyasiya şikayəti апелляционная жалоба, kasasiya şikayəti кассационная жалоба, nəzarət qaydası ilə şikayət жалоба в порядке надзора, təkrarən şikayət повторная жалоба, şikayət və ərizə bürosu бюро жалоб и заявлений, şikayət vermək обжаловать что 2. ропот (недовольство, протест, выражаемые негромко, не вполне открыто) II прил. жалобный. Şikayət dəftəri жалобная книга; şikayət ərizəsi жалоба (официальная, письменная); şikayət etmək kimdən, nədən kimə жаловаться, пожаловаться: 1. к ому на что высказывать жалобы, неудовольствие, сетования по поводу неприятностей; сетовать. Bəxtindən şikayət etmək жаловаться на судьбу, səhhətindən şikayət etmək жаловаться на свое здоровье 2. к ому, куда на кого подавать, приносить официальное заявление о незаконном или неправильном действии какого-л. лица, учреждения, организации. Yuxarı təşkilatlara şikayət etmək жаловаться в вышестоящие организации; şikayət vermək юрид. обжаловать что
Azərbaycanca-rusca lüğət / şikayət1 I. i. complaint; ~ etmək to complain, to make* a complaint (to, about), to lodge a complaint (with, about); Şikayətim yoxdur I have no complaint to make II. s. complaint; ◊ ~ kitabçası book of complaints; ◊ ~ bürosu complaints office
Azərbaycanca-ingiliscə lüğət / şikayət1 is. plainte f ; ~ etmək porter plainte contre qn ; məhkəməyə ~ etmək deposer une plainte au tribunal, porter plainte en justice
Azərbaycanca-fransızca lüğət / şikayət1 [ər.] сущ. 1. шикаят; арза; // шикаятдин; шикаятрин (мес. дафтар); 2. арза-ферзе, шел-хвал, гьалдикай наразивал; şikayət etmək (eləmək) а) шикаят авун, шикаятун; б) шел-хвал авун, гьалдикай наразивал авун, кая-кьея авун.
Azərbaycanca-ləzgicə lüğəti / şikayət