tiran sözü azərbaycan dilində

tiran

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tiran • 55.1020%
  • Tiran • 44.8980%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tiran
Tiran (q.yun. τύραννος) — Qədim Yunanıstanda, əsasən e.ə. VII–VI əsrlərdə hakimiyyəti zor gücünə keçirmiş şəxs. Müasir dövrdə hərfi mənada qəddar despot, pis əzab verən deməkdir. Bəzən bu söz "diktator" sözünün sinonimi kimi istifadə olunur.
Hipparx (tiran)
Hipparx (q.yun. Ἵππαρχος; e. ə. VI əsr, Afina – e.ə. 514, Afina) — eramızdan əvvəl 527-ci ildən başlayaraq böyük qardaşı Hippias ilə birlikdə Afina tiranı. O, Pisistratın ikinci oğlu idi, anasının adı Koysira idi. Ənənəyə görə, o, yüngülxasiyyətlik, tez-tez aşiq olma və şairlər (xüsusən Anakreon və Simonidə) və "muzalara" himayəçiliyi ilə məşhur idi. Fukididə görə, Hipparx şiddətə meylli deyildi və hər hansı bir narazılığın qarşısını almağa çalışırdı, bunun nəticəsi kimi onun hökmdarlıq dövrü əhali tərəfindən yaxşı qarşılanmırdı və əziyyətli keçirdi. Yüngülxasiyyətliyi onun ölümünə səbəb oldu, çünki o, Harmodini əldə etməyə cəhd göstərdi, amma imitna alandan sonra onun bacısı və özünü təhqir etdi (sonrakı hekayələrə görə, o, Harmodinin bacısına Panafiney bayramının təntənəli nümayişində iştirak etməyə qoymadı və eyni zamanda Harmodini qorxaq adlandırdı). Nəticədə, Harmodi və Aristogiton əlbir olub Hipparxı qətlə yetirdilər.
Tiran (İran)
Tiran — İranın İsfahan ostanının şəhərlərindən və Tiran və Kərun şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 15,673 nəfər və 4,431 ailədən ibarət idi. Bu şəhərin keçmiş adı Tehran idi və tarixi kitablarda İsfahan Tehranı kimi tanınırdı..
Tiran adası
Tiran adası (ərəb. جزيرة تيران‎) — Tiran boğazında, Qırmızı dəniz suları ilə yuyulan ada. Ada Sanafir adasından qərbdə yerləşir. İnzibati baxımdan Səudiyyə Ərəbistanına aiddir. Sahəsi 80 km²-dir. İqlimi olduqca istidir. Tropik qurşaqda yerləşir. Adada yaşayış yoxdur. Bitki və heyvalar aləmindən demək olar ki məhrumdur. Quraq tropik iqlim hakimdir.
Tiran boğazı
Tiran boğazı— Qırmızı dənizdən Aqaba körfəzini ayıran Ərəbistan və Sinay yarımadaları arasında dar dəniz keçididir. İki yarımada arasındakı məsafə təxminən 13 km-dir (7 dəniz mili). Tiran körfəzi Sinay yarımadasının 5–6 km-də yerləşən Tiran adalarının şərəfinə adlandırılıb.
Tiran Kelekyan
Tiran Kələkyan (erm. Տիրան Քէլէկեան; 1862, Kayseri – 20 oktyabr 1915, Çanqırı) — Osmanlı ermənisi jurnalist, yazıçı və siyasi tarixçi. == Həyatı == Tiran Kələkyan 1862-ci ildə Sərraf Qriqor Kələkyan Əfəndinin oğlu olaraq Osmanlı imperiyasında, Kayseridə anadan olmuşdur. O, 1880-ci ildə ticarət məktəbində oxumaq üçün Marselə göndərilmişdir. Kələkyan qayıdandan sonra jurnalist və hüquqşünas olmuşdur. O, erməni əlifbası ilə türkcə çıxan "Mənzumə-i Əfkar" qəzetinin redaktoru, erməni əlifbası ilə türkcə çıxan "Cahan" qəzetini bir il nəşr etdirmiş, eyni zamanda Həmid Vəhbinin "Səadət" qəzetində tərcüməçi, sonra isə redaktor olmuşdur. Kələkyan "Tarik Sabah" və "Cəridə-i Şərqiyyə" qəzetlərində yazıçı və baş redaktor olaraq çalışmış, ardınca 1904-cü ildə Londona köçmüşdür. O, 1908-ci ildə konstitusiyalı monarxiyanın elan edilməsi ilə İstanbula qayıtmışdır. Kələkyan "Sabah" qəzetinin siyasi baş redaktoru olmuş, həmçinin 1909-–-cü illər arasında "Məktəb-i hərbiyyə" və "Məktəb-i mülkiyyə" kimi məktəblərdə tarix müəllimi kimi fəaliyyət göstərmişdir. O, 24 aprel 1915-ci ildə həbs edilərək Çanqırıya göndərilmişdir.
Otuz tiran (Afina)
Otuz tiran (və ya Otuzların hakimiyyəti) — Pelloponnes müharibəsindən sonra e.ə. 404-403-cü illərdə Afinanı idarə etmiş spartameyilli hökmdarlar qrupunun kollektiv ləqəbi. Otuz tiran, spartalı sərkərdə Lisandrın rəhbərliyi altında, Kritiy və Feramen tərəfindən hakimiyyətə gətirilmiş oliqarxik hökmdarlar idilər. Onlar çox qəddar idilər və cəmi bir illik hakimiyyət ərzində, Feramen də daxil olmaqla, 1500 afinalını cəzalandırmışdılar. Buna baxmayaraq Fibin köməyi ilə Frasibul onları tezliklə devirdi. Hakimiyyətdən məhrum olduqları müddətdən bir il sonra Otuzların əksəriyyəti öldürülmüşdü.
Tiran və Kərun şəhristanı
Tiran və Kərun şəhristanı— İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Tiran şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 64,043 nəfər və 17,802 ailədən ibarət idi.
Dürres - Tirana dəmir yolu
Dürres - Tirana dəmir yolu (alb. Hekurudha Durrës–Tiranë) — Albaniyanın iki ən böyük şəhərlərini, Dürres və Tirananı birləşdirən dəmir yolu xətti. Xətt Vora yolunda Şkodra-Vorë dəmir yolu ilə və Durresdəki Durres-Vlora dəmir yolu ilə birləşir. 2013-cü ilin sentyabr ayından etibarən, Tirananın əsas bulvarının genişləndirilməsinə yol açmaq üçün metropoliten stansiyası söküldüyü üçün xəttin Tiranadakı son dayanacağı sökülür. Nəticədə Tirana sərnişinləri əvvəlcə 2013-cü ildə Vore stansiyasından, sonra isə 2015-ci ilin mayında təmir edilmiş Kaşar stansiyasından istifadə etməli olurlar. Kaşar-Tiran xəttinin bir hissəsi avtobus xidməti ilə əvəz olunur. Dürres - Tirana xətti 1948-1949-cu illərdə yalnız könüllülərin əməyi sayəsində tikilib və bir il əvvəl çəkilmiş Durres - Pekini xəttindən sonra Albaniyada ikinci sərnişin dəmir yolu xətti olub. Xəttin rəhbəri Hekurudha Şqiptaredir. == Tarix == Albaniyanın iki ən mühüm şəhəri olan Durres və Tirananı birləşdirən 38 kilometr uzunluğunda dəmir yolu 1948-1949-cu illərdə tikilmiş və Albaniyanın ikinci sərnişin dəmir yolu olmuşdur. Bundan bir il əvvəl Durres və Peçini birləşdirən dəmir yolu açılır.
Partizan Tirana FK
Partizani Tirana – Albaniyanın futbol klubu. 4 fevral 1946 il yaradılıb. Komanda ev oyunlarını ümumi 9000-dən çox tamaşaçı tutumu olan Tirana şəhərindəki Selman Stermasi stadionunda keçirir. Futbol üzrə Albaniya çempionatının yüksək divizionunda fəaliyyət göstərən Superliqa iştirakçısı və sonuncu 2018-2019 mövsümünün qalibidir. Albaniya çempionatının ən qədim və ən titullu futbol klublarından biri. General Petrit Dumenin adını daşıyır. "Tirana"nın əsas rəqibidir, qarşılaşmaları əbədi derbi adlandırırlar.
Partizani Tirana FK
Partizani Tirana – Albaniyanın futbol klubu. 4 fevral 1946 il yaradılıb. Komanda ev oyunlarını ümumi 9000-dən çox tamaşaçı tutumu olan Tirana şəhərindəki Selman Stermasi stadionunda keçirir. Futbol üzrə Albaniya çempionatının yüksək divizionunda fəaliyyət göstərən Superliqa iştirakçısı və sonuncu 2018-2019 mövsümünün qalibidir. Albaniya çempionatının ən qədim və ən titullu futbol klublarından biri. General Petrit Dumenin adını daşıyır. "Tirana"nın əsas rəqibidir, qarşılaşmaları əbədi derbi adlandırırlar.
Tirana
Tirana (alb. Tiranë) - Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Tirana Beynəlxalq Hava Limanı
Tirana Beynəlxalq Hava Limanı (alb. Aeroporti Ndërkombëtar i Tiranës Nënë Tereza) və ya əvvəlki adı ilə Rinas Beynəlxalq Hava Limanı (IATA: TIA, ICAO: LATI) — Albaniyanın əsas beynəlxalq hava limanı. Hava limanı Alban Roma-Katolik kilsəsinin missioneri Tereza Ananın şərəfinə adlandırılmışdır. Tirana şəhərindən 11 km şimal-şərqdə yerləşir. Başda Avropa olmaqla, beynəlxalq əlaqələrə sahibdir. Ən çox istifadə edilən uçuşlar isə Roma, Milan və İstanbul reysləridir. Hava limanı Albaniyanın milli bayraq daşıyıcısı olan Air Albania-nın, həmçinin Albawings-in qərargahıdır. Eyni zamanda Adria Airways, Blue Panorama Airlines və Ernest Airlines üçün xidmət göstərir. Sərnişin sayı baxımından Albaniyanın ən böyük, Balkan yarımadasının 12-ci böyük hava limanıdır.
Tirana FK
Tirana FK – Albaniyanın futbol klubu. Albaniyanın paytaxtı Tirana şəhərinin təmsilçisidir və Albaniyanın Birinci diviziyonunda çıxış edir. 1920-ci il avqustun 16-da yaradılıb. Ev oyunlarını 12 500 tamaşaçı tutumuna malik Selman Styormaşi stadionunda keçirir. Albaniyanın ən titullu və populyar futbol klubu sayılır. == Nailiyyətləri == Albaniya çempionu (24):1930, 1931, 1932, 1934, 1936, 1937, 1964/65, 1965/66, 1968, 1969/70, 1981/82, 1984/85, 1987/88, 1988/89, 1994/95, 1995/96, 1996/97, 1998/99, 1999/00, 2002/03, 2003/04, 2004/05, 2006/07, 2008/09Albaniya kubokunun sahibi (15):1938, 1963, 1976, 1977, 1983, 1984, 1986, 1994, 1996, 1999, 2001, 2002, 2006, 2011, 2012Albaniya superkubokunun sahibi (9):1994, 2000, 2002, 2003, 2005, 2006, 2007, 2009, 2011 == Stadion == Ku ən əhəmiyyətli oyunları 30 594 tamaşaçı tutan Albaniyanın əsas stadionu Kemal Stafada keçirir, həmçinin Albaniya millisi də bu stadionda ev oyunlarını oynayır.
Tirana Politexnik Universiteti
Tirana Politexnik Universiteti (alb. Universiteti Politeknik i Tiranës - UPT) — Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən ali təhsil müəssisəsi. == Tarixi == Universitetin əsası 1951-ci ildə qoyulmuşdur.
Tirana Universiteti
Tirana Universiteti (alb. Universiteti i Tiranës) və ya qısaca TU — Albaniyanın paytaxtı Tirana şəhərində yerləşən dövlət universiteti. == Tarixi == 1957-ci ildə Tirana Dövlət Universiteti (alb. Universiteti Shtetëror i Tiranës) adı ilə aralarında ən vacibi 1947-ci ildə qurulmuş Elmlər İnstitutu olmaqla 5 institutun birləşməsi nəticəsində qurulmuşdur. 13 aprel 1983–1992-ci il tarixləri arasında universitet Enver Hoksa Tirana Universiteti (alb. Universiteti i Tiranës "Enver Hoxha") adlanmışdır. == Haqqında == Tirana Universiteti Albaniyanın ən böyük və ən nüfuzlu universitetidir. Universitet 8 kollecdən, 50 akademik şöbədən, 41 təhsil proqramından ibarətdir. Təhsilin əsas hissəsi Tiranada verilsə də, universitetin Albaniyanın şimalındakı Kukes və cənubundakı Saranda şəhəri də daxil olmaqla bir çox şəhərdə filialı var. Universitet Bolonya prosesinə uyğun olaraq üçillik bakalavr, 1 və ya 2 illik magistr, 3–5 illik doktaruntura dərəcəsi təklif edir.
Tirana derbiləri
Tirana Derbiləri — Albaniyanın Tirana şəhərini təmsil edən futbol klublarının bir biriləri ilə aralarında baş tutan derbilərdir. Bu futbol klubları "Partiazni", "Dinamo Tirana" və "Tirana FK" klublarıdır. Tirana Albaniyada üç peşəkar futbol klubu olan yeganə şəhərdir. Bu üç futbol klubunun aralarındakı rəqabəti, oyunlar ətafında yaranan ajiotaj və azarkeşlərin oyunlar zamanı etdikləri çılğınlıqları təsvir etmək üçun bu ifadədən istifadə edilir. == Derbilərdəki Rəqiblər == === Tirana FK və Partizani === Tirana şəhərinin iki böyuk klubu olan "Tirana FK" və "Partizani Tirana" futbol klubları arasında baş tutan bu oyun Albaniyada "Derbi I" və ya "Derbi i madh" adlanır. Derbi həmçinin "Böyuk oyun" və "Əbədi derbi" adlarıylada tanınır. Bu iki komanda arasındakı oyunlar uzun bir tarixə malikdir və demək olar ki həmişə ölkədəki kütləvi informasiya vasitələrinin ilk səhifəsini təşkil etmiş, tribunadakı azarkeşlər və oyunçular arasında yüksək gərginlik yaratmışdır. Komandalar arasında ilk oyun 1947-ci ildə baş tutub. === Dinamo — Tirana FK === Albaniyanın ən köklu klublarından olan bu iki klub arasındakı ilk oyun 1967-ci ildə baş tutub. === Dinamo — Partizani === "Partizani Tirana" və "Dinamo Tirana" klubları arasında baş tutan oyunlarda "Tirana derbi"lərinə daxildir.
Tirana vilayəti
Tirana vilayəti — Mərkəzi Albaniyada vilayət.
Tirana şəhəri
Tirana (alb. Tiranë) - Albaniyanın paytaxtı. Tirana Adriatik dənizindən 40 km aralıda İşemi və Erzeni çaylarının vadisində yeləşir. Əsası 1614-cü ildə Süleyman Paşa Bardini tərəfindən qoyulmuşdur. Etimoloqlara görə "Tirana" adının mənşəyi etrus xalq etnoniminin latın forması olan "Tirren" sözü ilə bağlıdır. Başqa mülahizəyə görə şəhər Süleyman Bardini tərəfindən Tehranın şərəfinə -Tiqran adlandırılmışdır. 1920-cil fevralın 9-dan rəsmi paytaxt statusu almışdır. Paytaxt Tirana əvvəllər kiçik bir qəsəbə idi, hazırda isə ölkənin ən böyük şəhərlərindən biridir. Paytaxt Tirananın 750 min nəfər əhalisi var. İsgəndər Bəy meydanı şəhərin ən böyük və məşhur meydanlarından biridir.
Tiraniya
Tiraniya (yun. τυραννίς - özbaşnalıq, dərəbəylik) — zorakılıq yolu ilə dövlətin təkbaşına idarə edilmə forması. Mədəni epoxada "tiraniya" termini qəddarlıq və mövhumatı, cəhaləti tərənnüm etmiş, sonralar isə XIX əsrdə bu termin "diktatura" ilə əvəz edilmişdir. == Tipləri == erkən yunan tiraniyası; erkən fars tiraniyası; sonrakı yunan (kiçik) tiraniya.
Tirannozavr
Tyrannosaurus (lat. Tyrannosaurus) — heyvanlar aləminin xordalılar tipinin tyrannosauridae fəsiləsinə aid heyvan cinsi. Tirannozavr 66,3-67,8 milyon il bundan əvvəl Şimali Amerika ərazisində yaşamış ən nəhəng yırtıcılardan olub. İlk dəfə olaraq 1874-cü ildə Artur Leis Kolorado ştatının yaxınlığında tirannozavrın dişlərini aşkar etsə də, hansı canlıya aid olduğunu bilmir. Daha sonra isə 1905-ci ildə H.F.Osborn nəhəngin skeletini tapır və onu Tirannozavr adlandırır. Tirannozavr quru üzərində yaşamış ən nəhəng canlılardan biri olub, Qolotip AMNH 502-nin uzunluğu 10,6m, boyu 3,4 m çəkisi 7 ton olaraq hesablanıb. Nisbətən tam olan skeletlərdən ən böyüyü isə Skotti ləqəbli örnəkdir. Onun uzunluğu 13 metr, çəkisi 9 ton, boyu 4,4 metr olaraq hesablanıb. Tirannozavr reksin çəkisi 6-10 ton arası olub. == Sinonimləri == Manospondylus gigas Cope, 1892 Dynamosaurus imperiosus Osborn, 1905 Nanotyrannus lancensis ?
Vilayət Tirana
Tirana vilayəti — Mərkəzi Albaniyada vilayət.
Tirana Tibb Universiteti
Tirana Tibb Universiteti (alb. Universiteti i Mjekësisë) — Albaniyanın Tiran şəhərində yerləşən dövlət səhiyyə və tibb elmləri universiteti. == Tarix == Universitetin tarixi 1952-ci ildə Ali Tibb İnstitutunun qurulması ilə başlayır. 1957-ci ildə Ali Tibb İnstitutu və digər beş ali təhsil müəssisəsi Tirana Dövlət Universitetininin əsasını təşkil edir. Bu münasibətlə Tibb Fakültəsi Albaniya təbabətinin əsas istinad müəssisəsi kimi qurulur. Yüksək bilik və peşəkarlıq səviyyəsinə görə 23 yanvar 2013-cü ildə Tibb Fakültəsi Tirana Tibb Universitetini təsis edərək universitet statusunu alır. Universitet Tirana Universitetindən Tibb və Texniki Tibb Elmləri Fakültəsini miras alır və Əczaçılıq Fakültəsi, Stomatologiya Fakültəsi və Xalq Sağlamlıq Fakültəsini təşkil edir. Tirana Tibb Universitetinin ilk rektoru professor Cera Kruya olmuşdur. 30 mart 2016-cı ildə yenidən təşkil edildikdən sonra Tirandakı Tibb Universiteti üç fakültədən ibarətdir: Tibb fakültəsi, Texniki Tibb Elmləri fakültəsi və Stomatologiya fakültəsi. == Struktur == Tirana Tibb Universiteti Albaniyanın ən mühüm universitetlərindən biridir.
Tirana çayı
Tirana (Alb. Lumi i Tiranës) — Avropada, Albaniya ərazisindən axan çay. Çayın mənbəyi Albaniyanın paytaxtı Tirananın şimal-şərqindəki dağlarda yerləşir. Tirananın şimal hissəsindən axır və bu şəhərin əsas su arteriyasıdır. == Təsviri == Tirana çayının mənbəyi Dayti dağından axan axıntılardan yaranıb. Çay cənub-qərb istiqamətində axaraq, Tiran şəhərinin şimal hissəsindən keçir və sonra şimal-qərbə dönür. Tirananın ən böyük qolu Lana çayıdır. Tirana İşmi çayına tökülür. Çay şəhərsalma suları ilə çox çirklənmişdir, xidmət infrastrukturunun olmaması tullantıların çaya axmasına səbəb olub. . Bu da içməli suyun keyfiyyətini azaldır və bəzi heyvan və balıq növlərinin tələf olmasına səbəb olub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.12 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 0.39
2009 ••••••••••••••••• 0.32
2010 ••••• 0.09
2011 ••••• 0.09
2012 •••••••••••••• 0.26
2016 •••••••••••••••••• 0.35
2017 ••••••••••••••••• 0.33
2018 •••••••••••••••• 0.30

tiran sözünün leksik mənası və izahı

  • 1 is. [yun.] 1. Qədim Yunanıstanda və XIII-XVI əsrlərdə İtaliyada hakimiyyəti zorla ələ keçirən şəxs. 2. Ölkəni zorakılıqla idarə edən amansız hökmdar.

    Azərbaycan dilinin izahlı lüğəti / tiran

tiran sözünün etimologiyası

  • 1 Yunanıstan tarixinin ilk çağlarında onun şəhərləri çarlar tərəfindən idarə olunurdu. Həmin çarlar eyni zamanda din xadimi vəzifəsini də yerinə yetirirdilər. Hər yeni çar taxt-tac ilə birlikdə ölkənin baş kahini xüsusi aurasına da varis olurdu. Sonralar şəhərlər tədricən öz çarlarını qovmuş və nüfuzlu şəhər sakinlərindən ibarət qruplar tərəfindən idarə olunmuşdur. Amma vaxtaşırı hamını sıxışdıraraq çarın hüquq və səlahiyyətlərini öz üzərinə götürən güclü lider peyda olurdu. Əslində isə o, ilahi aurası olmadığı üçün həqiqi çar deyildi. Yunanların gözündə bu adam başqasının səlahiyyətlərini mənimsəmiş bir fırıldaqçı idi. O, tiran (ağa) idi, amma kahin-çar (bazilevs) deyildi. E.ə. 560-cı ildə Pisistrat Afinanın tiranı olur və uzun müddət şəhəri çox gözəl idarə edir. Onun dövründə şəhər sürətlə çiçəklənir, iqtisadiyyat və mədəniyyət yüksəlir. Afina öz gələcək şöhrətinə görə ona borcludur. Ancaq e.ə. 524-cü ildə Pisistrat ölür, vəzifəsi oğulları Hippi və Hipparxa keçir. E.ə. 514-cü ildə Hipparx bir tanışı ilə mübahisə edərkən öldürüldükdən sonra Hippi qaradinməz, sərt və qəddar birisinə çevrilir. E.ə. 510-cu ildə afinalılar üsyan qaldırır və onu qovurlar. Sonralar afinalılar Hippini lənətlərlə yada saldıqlarından “tiran” sözü qəddar və ədalətsiz hökmdar mənasını verməyə başladı. Bu söz indinin özündə də, hətta söhbət qanuni monarxdan düşsə belə, həmin mənada işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

    Azərbaycan dilinin etimologiya lüğəti / tiran

tiran sözünün sinonimləri (yaxın mənalı sözlər)

tiran sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. тиран: 1. истор. единоличный правитель в древней Греции и в городах-республиках Италии в 13-16 вв. 2. см. müstəbid; жестокий правитель, действия которого основываются на произволе и насилии. Tiranlar olmayan ölkə страна, где нет тиранов 3. жестокий, властный человек, мучитель. O, ailədə özünü əsl tiran kimi aparır он ведет себя в семье как настоящий тиран; см. müstəbid II прил. тиранический. Tiran hökmranlığı тираническая власть

    Azərbaycanca-rusca lüğət / tiran

tiran sözünün inglis dilinə tərcüməsi

tiran sözünün fransız dilinə tərcüməsi

tiran sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [yun.] сущ. тиран (1. къадим Грецияда ва ХIII-ХVI лагьай виш йисара Италияда гьукумат зуруналди гъилиз къачур кас; 2. залум гьукумдар, уьлкве зур къалуруналди идара ийидай амансуз, зулумкар пачагь).

    Azərbaycanca-ləzgicə lüğəti / tiran

"tiran" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tiran nədir? #tiran sözünün mənası #tiran nə deməkdir? #tiran sözünün izahı #tiran sözünün yazılışı #tiran necə yazılır? #tiran sözünün düzgün yazılışı #tiran leksik mənası #tiran sözünün sinonimi #tiran sözünün yaxın mənalı sözlər #tiran sözünün əks mənası #tiran sözünün etimologiyası #tiran sözünün orfoqrafiyası #tiran rusca #tiran inglisça #tiran fransızca #tiran sözünün istifadəsi #sözlük