nigaran sözü azərbaycan dilində

nigaran

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nigaran • 94.6721%
  • Nigaran • 4.5082%
  • NİGARAN • 0.8197%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Nigarançılıq (film, 1998)
Nigarançılıq — film-tamaşada harınlıq, yaltaqlıq, sədaqət, iman, fırıldaq hərəkətlər, hiylə, xəbislik, ikiüzlülük əks etdirilir. Qurbanəli bəy (Yaşar Nuri) çar Rusiyası çinovniklərinin quludur. Onlar öl desə, ölər, qal desə qalar. Qurbanəli bəy məclisdə sərxoş olandan sonra qonaqların hamısını öz evinə dəvət edir, lakin sərxoşun yaddaşı olmaz deyiblər. Bunu yaddan çıxaran bəy pis vəziyyətə düşür və biabır olur... == Film haqqında == Film-tamaşa Cəlil Məmmədquluzadənin üç hekayəsinin motivləri əsasında çəkilmişdir.
Səndən nigaranam (mahnı)
Səndən nigaranam — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının sözləri Baba Vəziroğluya, musiqisi isə Kəmaləddin Heydərova məxsusdur. Mahnı ermənicə, tatca, rusca, ərəbcə və s. dillərdə ifa olunmuşdur. Mahnını Brilliant Dadaşova, Ayan Babakişiyeva, Nəsibə Abdullayeva, Elnur Məmmədov, Aygün Bəylər, Elçin Cəfərov, Gülay Qədirova, Qoçaq Əsgərov, Lalə Məmmədova, Samir Dərgah, özbək müğənni Lola Ahmedova, ərəb müğənni Şəhrazad, erməni müğənni Tiqran Asatryan, yunan qrupu "Avangard Band" ifa etmişdir. 2006-cı ildə Aygün Kazımova mahnıya yeni nəfəs verərək, mahnının remiks versiyasını Türkiyədə keçirilən "The Best Model Of The World" dünya gözəllik müsabiqəsində dinləyicilərə təqdim etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.85 dəfə / 1 mln.
2003 ••••• 0.79
2005 ••••• 0.67
2006 ••• 0.45
2007 •••••• 0.85
2008 ••••••• 0.97
2009 •••••••••••••• 2.08
2010 •••••••••••••••••••• 3.18
2011 •••• 0.60
2012 •• 0.26
2013 •••••••• 1.17
2014 ••••••• 1.03
2015 ••• 0.34
2016 •••• 0.52
2018 0.15
2019 •••• 0.56
2020 0.13

nigaran sözünün leksik mənası və izahı

  • 1 sif. və zərf [fars.] Təşviş içində, rahatsız, həyəcanlı, iztirablı, narahat. Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “Koroğlu”. [Soltan bəy:] Balam, o uşaqlar evdə tək qaldılar, nigarandırlar. Ü.Hacıbəyov. [Mirzə Məmmədqulu:] Məşədi Qulamhüseyn, mən evdən çox nigaranam. C.Məmmədquluzadə. □ Nigaran qalmaq – bir adamın və ya bir işin tərəfindən narahat olmaq, təşvişdə qalmaq. [Qönçə:] Cavad, nə üçün nigaran qalırsan? Mənim üç gün burada qalmağımın nə zərəri var? B.Talıblı. [Səməd kişi:] Ay Rüstəm, sən Allah, bircə evə xəbər ver ki, Şahmuradı şəhərə apardım, nigaran qalmasınlar… T.Ş.Simurq. Nigaran qoymaq – təşvişə salmaq, rahatsız etmək, narahat etmək. …Tapdıq öz dostunu heç vaxt nigaran qoymazdı. Ə.Əbülhəsən. Bu cavab Salamı … daha da nigaran qoydu. Mir Cəlal. Nigaran olmaq – bax nigaran qalmaq. [Gülsüm xala:] …Canım sənə qurban, ay bala, bilmirsən nə qədər səndən nigaran olmuşam? E.Sultanov. [Ataş] əmisindən nigaran olduğu kimi, əmisi oğlanlarından da çox incimişdi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / nigaran

nigaran sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 NİGARAN [Umur baba:] Bir şey tapmadılar, nigaran, səksəkə ilə çıxıb getdilər (H.Abbaszadə); MÜZTƏRİB Abdulla kişi müztərib və qəmgin səslə: – Qızı Həmzəyə verdilər, – dedi (M.Hüseyn); NARAHAT (bax).

    Azərbaycan dilinin sinonimlər lüğəti / nigaran

nigaran sözünün rus dilinə tərcüməsi

  • 1 беспокойный, тревожный

    Azərbaycanca-rusca lüğət / nigaran
  • 2 I прил. беспокойный, неспокойный, тревожный (исполненный беспокойства, волнения, тревоги). Nigaran baxışlar беспокойные взгляды II нареч. беспокойно, неспокойно, тревожно; nigaran qalmaq беспокоиться, тревожиться; nigaran qoymaq заставить волноваться, беспокоиться, nigaran olmaq беспокоиться, тревожиться

    Azərbaycanca-rusca lüğət / nigaran

nigaran sözünün inglis dilinə tərcüməsi

  • 1 s. uneasy, anxious; troubled, worried; ~ olmaq / qalmaq to worry (about), to be* anxious / uneasy (about); ~ qoymaq to cause to be uneasy / anxious; ~ etmək to make* anxious / uneasy (d.), to trouble (d.)

    Azərbaycanca-ingiliscə lüğət / nigaran

nigaran sözünün fransız dilinə tərcüməsi

  • 1 1) sif. inqui//et, ète ; anxieu//x, -se ; soucieu//x, -se ; tourmenté, -e ; ~ baxış regard m anxieux ; 2) zərf. anxieusement, avec inquiétude ; ~ qalmaq être inqui//et, ète ; ~ qoymaq inquiéter vt ; ~ etmək rendre vt anxieu//x, -se ; rendre inqui//et, -ète

    Azərbaycanca-fransızca lüğət / nigaran

nigaran sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] прил., нареч. нарагьат, регьятсуз; nigaran olmaq (qalmaq) нарагьат хьун, регьятсуз хьун, талаш кваз амукьун.

    Azərbaycanca-ləzgicə lüğəti / nigaran

nigaran sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

həyəcanlı, narahat.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"nigaran" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nigaran nədir? #nigaran sözünün mənası #nigaran nə deməkdir? #nigaran sözünün izahı #nigaran sözünün yazılışı #nigaran necə yazılır? #nigaran sözünün düzgün yazılışı #nigaran leksik mənası #nigaran sözünün sinonimi #nigaran sözünün yaxın mənalı sözlər #nigaran sözünün əks mənası #nigaran sözünün etimologiyası #nigaran sözünün orfoqrafiyası #nigaran rusca #nigaran inglisça #nigaran fransızca #nigaran sözünün istifadəsi #sözlük