* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] klas. Gözətçi, keşikçi, qarovul. Qeyrətü şənimi hifzində nigahban edərəm; Bir gün öz canımı hətta sənə qurban edərəm. M.Ə.Sabir. Sanma ki, bir ləhzə keşikçim yatır; Fikri qalıb məndə nigahbanımın. A.Səhhət.
Azərbaycan dilinin izahlı lüğəti / nigahban1 Fars mənşəlidir, “neqah” (baxış) deməkdir, ban isə bağban sözündəki şəkilçi ilə eynidir və bizdəki -çı şəkilçisinə uyğun gəlir, “gözətçi” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nigahban