* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. zool. Güclü dimdiyi və uzun qanadları olan yırtıcı quş. Bir yanında tərlanlar, dumanlı dağlar; Bir yanda kəkliklər, ayna bulaqlar. M.Müşfiq. // məc. Obrazlı təşbehlərdə. Doğrudan da getdikcə Solmazın yeri görünür, o şux tərlanın səsi eşidilmirdi. S.Rəhimov. [Natiq:] Ancaq heç biri mənim könlümün tərlanını ovlaya bilməz. B.Bayramov. 2. məc. Qoçaq, igid, zirək, qəşəng mənasında. Misri qılınc bağlamışam belimə; Tərlanların tavarına gəlmişəm. “Koroğlu”. Əjdər o tərlanı basdı bağrına; Qadın tək ağlamaq gəldi arına. H.K.Sanılı. // məc. Obrazlı təşbehlərdə qoçaq təyyarəçilərə verilən ad. Uçun, tərlanlarım! Öpürəm sizi; Qəlbimdə döyünən saf qəlbinizi. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / tərlan3 1. Yırtıcı quş. 2. Məcazi mənada: qoçaq, igid, zirək, gözəl mənasında işlənir. Aşıq şeirində, klassik poeziyada, bir qayda olaraq, sar ilə qarşılaşdırılır. Tərlan tərlanınan, Sar da sarınan. Bülbül öz gülüynən Yar da yarınan, Tərlan da götürməz, Sarı yanınca. (“Qulam-Kəmtər”) * Xab içində yatan bixəbər səyyad, Tərlan mənəm, qeyri-tərlan istəmə! Mən səni sevmişəm, sən də sev məni. Sev bu canı, qeyri canan istəmə! (“Abdulla və Cahan”)
Azərbaycan dastanlarının leksikası / tərlan1 Güman edirəm ki, əsli turalan kimi olub, yəni “tura (dağ keçisinə) hücum edən” mənası ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / tərlan1 TƏRLAN (quş ovlamaq üçün ələ öyrədilən ovçu quş) Səhər irişincə min nəğmə urar; Şahbazı, tərlanı bizim dağların (S.Vurğun); ALICI QUŞ Dönüb Cəbhəçilər alıcı quşa; Atılan güllələr getməyir boşa (M.Rahim); BAZ (kl.əd.) Dörd şey vardı ovu almış dəstinə; Bir şahin, bir doğan, bir əspir, bir baz (Xətayi).
Azərbaycan dilinin sinonimlər lüğəti / tərlan2 I сущ. 1. сокол: 1) хищная птица с сильным клювом и длинными острыми крыльями, парящая во время полёта 2) перен. о мужчине, юноше, отличающемся удалью, отвагой, красотой 3) в образных сравнениях: о смелых, храбрых азербайджанских лётчиках и управляемых ими самолётах. Uçun, tərlanlarım, öpürəm sizi (S. Vurğun) летите, соколы мои, целую я вас (С. Вургун) 2. перен. в образных сравнениях (о любимой) II прил. соколиный. Tərlan yuvası соколиное гнездо
Azərbaycanca-rusca lüğət / tərlan1 сущ. 1. зоол. кард; // катран; 2. пер. викӀегь, кьегьал, игит, гуьзел манада; // пер. тешпигьра: кьегьал лётчикриз ганвай тӀвар.
Azərbaycanca-ləzgicə lüğəti / tərlan