Türkan sözü azərbaycan dilində

Türkan

Yazılış

  • Türkan • 99.5865%
  • TÜRKAN • 0.3596%
  • türkan • 0.0539%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Türkan
Türkan — Azərbaycan Respublikasının Xəzər rayonunun inzibati ərazi vahidində, Xəzər dənizinin sahilində yerləşən qəsəbə. Zirə, Hövsan, Qala, Mərdəkan, Şüvəlan kəndləri ilə qonşudur. == Tarixi == Türkan qəsəbəsi Bakının 32 kəndi içərisində ən qədim tarixə malik olanlarındandır. 10000-dən çox əhalisi olan Türkan qəsəbəsi paytaxtdan 35 km. aralıda yerləşir. Türkan kəndində iki qəbiristanlıq mövcuddur. Bunlardan biri yeni qəbiristanlıqdır ki, burada olan ən qədim məzarın yaşı bir əsr yarıma bərabərdir. Digər qəbirstan isə daha qədimdir. Oradakı qəbirüstü daşların üzərində şəkilli yazılar var ki, bu da abidələrin çox böyük yaşa malik olmağına dəlalət edir. == Əhalisi == 1859-1864-cü ilə olan məlumata əsasən Bakı quberniyasının Bakı qəzasının Türkan kəndində 127 evdə 332 nəfəri kişi, 290 nəfəri qadın olmaqla 622 nəfər şiə Azərbaycan tatarı yaşayırdı.Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən Türkan qəsəbəsinin 11.3 min nəfər əhalisi vardır.
Türkan (Maku)
Türkan (fars. ‎تركان‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 29 nəfər yaşayır (5 ailə).
Türkan (dəqiqləşdirmə)
Türkan — Bakı şəhərinin Xəzər rayonunda qəsəbə. Yeni Türkan — Bakı şəhərinin Əzizbəyov rayonunda mövcud olmuş qəsəbə.
Türkan Akyol
Türkan Akyol (12 oktyabr 1928, Konstantinopol – 7 sentyabr 2017, Ankara) — Professor (1969), Türk siyasətçi, Türkiyənin ilk qadın naziri (1971). == Həyatı == Türkan Akyol 1928-ci ildə İstanbulda anadan olub. Orta təhsilini Erenköy Qız Məktəbində almışdır (1947). Ankara Universitetinin Tibb fakültəsini bitirmişdir. Ankara Universitetində rektor vəzifəsində çalışmışdır (1980).12 mart 1971-ci ildə Silahlı Qüvvələr çevirilişindən sonra 19 martda Nihad Erimin qurduğu 33-cü hökumətdə səhiyyə naziri olaraq vəzifə almışdır. 1993-cü ildə Tansu Çillərin qurduğu 50-ci hökumətdə DYP-SHP koalisiyasından SHP millət vəkili olub. Bursada 16 yanvar 1995-ci il tarixində səhiyyə nazirliyinə bağlı olaraq açılan döş xəstəlikləri xəstəxanasına keçmiş səhiyyə naziri Türkan Akyol Döş Xəstəlikləri Xəstəxanası adı verilmişdir. == Ailəsi == Evlidir, iki uşaq anasıdır.
Türkan Məmmədyarova
Türkan Həmid qızı Məmmədyarova (doğ. 7 avqust 1989, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2007). == Şahmat karyerası == === Şəxsi === 2002-ci ildə İspaniyanın Peniskola şəhərində keçirilmiş 14 yaşadək qızlar arasında Avropa çempionatında birinci yerə çıxıb.2003-cü ildə Yunanıstanın Xalkis şəhərində keçirilmiş 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülüb.2011 və 2012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub. === Komanda === Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində 2002-ci ildə Sloveniyanın Bled, 2008-ci ildə Almaniyanın Drezden, 2010-cu ildə Rusiyanın Xantı-Mansi, 2012-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında, və 2003-cü ildə Bolqarıstanın Plovdiv, 2007-ci ildə Yunanıstanın İraklion, 2009-cu ildə Serbiyanın Novi Sad, 2011-ci ildə Yunanıstanın Porto Karras, 2013-cü ildə Polşanın Varşava şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir.2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində birinci lövhədə mübarizə aparmışdır. == Reytinqi == FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Türkan 2307 xalla Azərbaycan qadın şahmatçıları arasında 6-cı, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 182-ci yerdə qərarlaşıb. == Şəxsi həyatı == Türkanın qardaşı Şəhriyar və böyük bacısı Zeynəb də beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar. Məmmədyarovlar ailəsi Azərbaycanda üç beynəlxalq qrosmeyster yetişdirmiş yeganə şahmat ailəsidir. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Turkan Mamedjarova. Chess-DB.com Arxivləşdirilib 2016-07-13 at the Wayback Machine (ing.) Turkan Mamedjarova. Chessgames.com (ing.) Turkan Mamedjarova.
Türkan Nəsirova
Türkan Nəsirova — Azərbaycanlı sərbəst güləşçidir. Yeniyetmələrin Dünya Çempionatının qızıl, Avropa Çempionatının isə iki qat bürünc medalçısıdır. Gənclərin Dünya Çempionatının gümüş, Avropa Çempionatının isə qızıl medalçısıdır. == Həyatı == Türkan Nəsirova 6 mart 1997-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. 2014-cü ildə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbini bitirmişdir. Abşeron rayonu Uşaq-Gənclər İdman Məktəbinin güləş bölməsinin yetirməsidir. 2009-cu ildən güləş ilə məşğul olmağa başlamışdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir. == Karyerası == Türkan Nəsirova birinci uğurunu 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində qazanmışdır. O Gənclərin Dünya Çempionatında finalda məğlub olaraq gümüş medal qazanmışdır.
Türkan Saylan
Türkan Saylan — Türk tibb həkimi, yazar, ÇYDD Ümumi Başçısı. == Həyatı == Türkan Saylan 1935-ci il dekabrın 13-də İstanbulda dünyaya gəldi. Respublika dövrünün ilk mütəfəkkirlərindən Fəsih Qalib Bəy ilə (evləndikdən sonra Leyla adını alan) İsveçrəli Lili Mina Raiman cütünün beş uşağının ən böyüyüdür. 1944-1946-cı illərdə Şamlı İbtidai məktəbi və 1946-1953-cü illərdə Şamlı Qız Liseyində oxudu. 1963-cü ildə İstanbul Tibb Fakültəsini bitirmişdir. 1964-1968-ci illərdə SSK Nişantaşı Xəstəxanasından Dəri və Zöhrəvi Xəstəliklər Mütəxəssisliyini götürdü. 1968-ci ildə İÜ İstanbul Tibb Fakültəsi Dermatoloji Fundamental elm sahəsində Baş assistentliyə başladı. 1971-ci ildə İngilis Mədəniyyət Heyətinin təqaüdüylə İngiltərədə irəli təhsil aldı, 1974-də Fransada və 1976-da İngiltərədə qısa davamlı işlər gördü, 1972-də dosent, 1977-də professor oldu. 1982-1987 illəri arasında İstanbul Universiteti Tibb Fakültəsi Dermatoloji Fundamental elm sahəsi Başçılığını, 1981-2001-ci illərdə İstanbul Universiteti Tibb Fakültəsi Lepra Araşdırma və Tətbiq Mərkəzi Müdirliyini icra etdi. 1990-cı ildə yaradılan "İÜ Qadın Problemləri Araşdırma və Tətbiq Mərkəzi"nin quruluşunda vəzifə götürdü və 1996-cı ilə qədər müdir köməkçiliyi ilə Qadın Sağlamlığı dərslərinin koordinatölüğünü etdi.
Türkan bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Türkan xatun
Türkan xatun və ya Cəlaliyə xatun Qaraxani xatunu. Atası Qaraxanilər dövlətinin hökmdarı İbrahim Tamğaç xan idi. == Həyatı == 1068. ildə Mərv şəhərində böyük bir şənliklə Türkan xatun və I Məlikşah nikahlandı. Türkan xatunun böyük bir cehizi var idi. O, Mərv şəhərindəki Səlcuq sarayına cehizindən başqa min türk qul və cariyə gətirmişdir. 1094. ildə İsfahanda vəfat etmişdir. == Ailəsi == === Şahzadə Davud xan Səlcuq (Xatunzadə Davud xan Qaraxani) === Davud xan vəliəhd elan edildikdən bir il sonra uşaq yaşda 1084. ildə vəfat etdi.
Türkan Şoray
Türkan Şoray (28 iyun 1945, Əyyubsultan) — türk kinoaktrisası, ssenarist və rejissor. Yeşilçamın ən önəmli simalarından biri. Qərb ölkələrində Türkan Şoray Şərqin "Elizabet Teylor"u adlandırılır. O, həmçinin Türkiyə kinosunun "Sultanı" kimi də tanınır. Karyerasına 1960-cı ildə başlamış və "Acı Həyat" filmi ilə 1-ci Antalya Qızıl Portağal kinofestivalında ən uğurlu aktrisa kimi ilk mükafatını qazanmışdır. 222-dən çox filmdə rol alan Şoray, bütün dünya üzrə ən çox bədii filmdə rol ifa edən aktrisa kimi tarixə düşmüşdür. 12 mart 2010-cu ildə Şoray UNICEF-in Türkiyədəki xoşməramlı səfiri seçilib. Bu barədə o belə fikir bildirib: "Məncə, sevgi ilə edilə bilməyəcək heç bir şey yoxdur. Gücü sevgi ilə birləşdirsək, bir çox problemin öhdəsindən gələ bilərik".Hülya Koçyiğit, Filiz Akın və Fatma Girik ilə birlikdə o, türk kinematoqrafiyasında qızıl dövrün simvoludur və türk kinosunun dörd ən mühüm aktrisasından biri kimi qəbul edilir. Şorayın bu aktrisalardan üstünlüyü onun həm də rejissorluq etməsidir.
Türkan Əfəndiyeva
Türkan Əşrəf qızı Əfəndiyeva (7 mart 1929)—Azərbaycan türkoloqu. == Həyatı == Türkan Əşrəf qızı Əfəndiyeva 1929-cu il martın 7-də Bakı şəhərində anadan olmuşdur. Şəkidə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Universitetinin rus dili kafedrasında laborant kimi başlamışdır. 1973-cü il Türkan Əfəndiyevanın həyatında ən unudulmaz illərdən sayılır. O, "Azərbaycan dilinin leksik üslubiyyatı" (bədii üslub) mövzusunda doktorluq dissertasiyası müdafiə etdi və respublikada dilçilik sahəsində üçüncü qadın elmlər doktoru oldu. 1992-1993-cü illərdə İstanbulun Mərmərə Universitetinin dəvəti ilə orada çalışmış, Azərbaycan dili və ədəbiyyatından mühazirələr söyləmiş, rus dilindən dərs demişdir. Türkan xanım 1989-cu ildən Türkiyədə keçirilən türk dili konqreslərinin daimi iştirakçısıdır. Professor Türkan Əfəndiyeva öz zəngin və çoxşaxəli elmi yaradıcılığı ilə Azərbaycan dilçiliyində xüsusi yer tutur. Onun elmi əsərləri, monoqrafiya, dərslik və dərs vəsaitləri, ana dilimizin leksikologiyası, morfologiyası, üslubiyyatı, bədii üslub, məcazlar sistemi, poetika məsələlərini və nitq mədəniyyətini əhatə edir.
Yeni Türkan
Yeni Türkan — Bakı şəhərinin Əzizbəyov rayonunun Türkan qəsəbə inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Bakı şəhərinin Əzizbəyov rayonunun Türkan qəsəbə inzibati ərazi vahidi tərkibindəki Yeni Türkan qəsəbəsi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Türkan xanım Sultan
Türkan xanım Sultan və ya Türkan Mayatepek (4 iyul 1919 – 25 dekabr 1989) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Türkan xanım Sultan 4 iyul 1919-cı ildə Beşiktaş sarayında dünyaya gəldi. Atası İttihaq və Tərəqqi cəmiyyətinin görkəmli nümayəndəsi Ənvər Paşa, anası isə Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndinin qızı Naciyə Sultandır. Hələ anasının bətnində ikən atası Ənvər Paşa vəzifədən alındı və ingilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasının ardından da ölkədən qaçmağa məcbur qaldı. Ancaq o əsnada anası hamilə olduğu üçün İstanbulda qaldı. Türkan xanımın dünyaya gəlişindən bir neçə ay sonra anası və 2 yaş böyük bacısı Mahpeykər xanımla birlikdə Berlinə getdi (1920). Ancaq çox keçmədən atası Sovet Rusiyasına qaçdı, Türkan xanım və digər ailə üzvləri əmiləri Mehmed Kamil bəyin himayəsində Berlində qaldı. Cəmi 2 il sonra - 4 avqust 1922-ci ildə atasının vəfatının ardından dul qalan anası Naciyə Sultan övladlarını da yanına alaraq İstanbula döndü və ərinin vəsiyyətinə əsasən, ertəsi il 30 oktyabr 1923-cü ildə qaynı Mehmed Kamil bəylə nigahlandı. Türkan xanımın bu nigahdan bir bacısı daha - Rəna xanım dünyaya gəldi. Ancaq çox keçmədən 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Türkan xanım da ailəsiylə birlikdə sürgünə göndərildi.
Türkan xatun (İbrahim Tamğaç xanın qızı)
Türkan xatun və ya Cəlaliyə xatun Qaraxani xatunu. Atası Qaraxanilər dövlətinin hökmdarı İbrahim Tamğaç xan idi. == Həyatı == 1068. ildə Mərv şəhərində böyük bir şənliklə Türkan xatun və I Məlikşah nikahlandı. Türkan xatunun böyük bir cehizi var idi. O, Mərv şəhərindəki Səlcuq sarayına cehizindən başqa min türk qul və cariyə gətirmişdir. 1094. ildə İsfahanda vəfat etmişdir. == Ailəsi == === Şahzadə Davud xan Səlcuq (Xatunzadə Davud xan Qaraxani) === Davud xan vəliəhd elan edildikdən bir il sonra uşaq yaşda 1084. ildə vəfat etdi.
Qiyasəddin Türkanşah
Qiyasəddin Türkanşah — II Qılınc Arslan oğlu olan Ərzurum hakimi Məhəmməd Toğrulşahın oğlu idi. 3 il boyu Gürcü çariçası Rusudanla evli olmuşdur və Gürcü-İmereti kralı VI Davidın atasıdır. Güclü olmadığına görə və gürcü siyasətinə bələd olmadığı üçün gürcü salnamələri onu kral olaraq hesablamır. 1226-cı ildə Xarəzmşahların hücumu dövründə Gürcüstandan qaçdığı üçün Rusudan onu boşamışdır.
Türkanalı oğlan
Türkanalı oğlan, Türkana uşağı və ya Nariokotome uşağı KNM-WT 15000 etiketli Erkən Pleystosen dövründə, təxminən 1.8 milyon il əvvəl yaşayan 11-13 yaşlarında bir uşağın fosilləridir. Skelet 1984-cü ildə Keniyanın Nariokotome şəhərindəki Turkana gölü yaxınlığında Richard Leakeyin rəhbərlik etdiyi qrupun üzvü Kamoya Kimeu tərəfindən aşkar edilmişdir. == Yeniyetməlik və yetkinlik yaşı == Turkana uşağı Homo erectus və ya Homo ergaster növlərinə aiddir. Pelvisin forması onun bir oğlan uşağı olduğunu göstərir. Antropoloqlar Tim White və Richard Leakey, mövcud dişlərin çənədəki çıxış vəziyyəti və Epifizeyin kəllə ilə birləşməməsinə əsaslanaraq uşağın təxminən 12 yaşında olduğunu söyləyirlər. == Morfologiya == Skeletin boyu təxminən 1,60 m-dir, ancaq yetkin olsaydı, 68 kq çəkidə və 1,85 m boyunda ola bilərdi. Skelet 108 sümükdən ibarətdir. Kəllə beyin tutumu təxminən 880 sm³ təşkil edir, ancaq yetkin olsaydı təxminən 910 sm³ ola bilərdi ki, bu da kəllə beyin tutumu 1350 sm³ olan müasir insanların kəllə ölçüsü aralığında olduğunu göstərir.
Türkandeh (Sultaniyə)
Türkandeh (fars. تركانده‎) — İranın Zəncan ostanı Sultaniyə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 239 nəfər yaşayır (57 ailə).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 18.50 dəfə / 1 mln.
2003 •••• 7.09
2004 •• 4.04
2005 •••••• 11.47
2006 •••••• 10.59
2007 •••• 8.03
2008 •••••• 10.72
2009 •••••••• 16.00
2010 •••••••• 16.16
2011 •••••• 10.55
2012 •••••••••••••••••••• 40.96
2013 ••••••••••••••• 29.03
2014 ••••••• 13.39
2015 ••••••••• 17.18
2016 •••••••••• 19.26
2017 ••••••••••• 21.95
2018 ••••••••••••• 25.77
2019 ••••••••••••• 26.01
2020 •••• 7.16

türkan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan qadın adlarının izahlı lüğəti.

türklər, türklərin vətəni.

Azərbaycan qadın adlarının izahlı lüğəti.

"türkan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#türkan nədir? #türkan sözünün mənası #türkan nə deməkdir? #türkan sözünün izahı #türkan sözünün yazılışı #türkan necə yazılır? #türkan sözünün düzgün yazılışı #türkan leksik mənası #türkan sözünün sinonimi #türkan sözünün yaxın mənalı sözlər #türkan sözünün əks mənası #türkan sözünün etimologiyası #türkan sözünün orfoqrafiyası #türkan rusca #türkan inglisça #türkan fransızca #türkan sözünün istifadəsi #sözlük