Selman Vaksman
Selman Abraham Vaksman (ing. Selman Abraham Waksman) — (22 iyul 1888[…] – 16 avqust 1973[…])
Amerika mikrobioloq və biokimyaçısı.1952-ci ildə Fiziologiya və Tibb üzrə Nobel Mükafatı laureatı. Karolinska İnstitutundan Arvid Volqren Nobel mükafatına layiq görülən.
ABŞ Milli Elmlər Akademiyasının üzvü (1942), Paris Elmlər Akademiyasının xarici üzvü (1955; 1937-ci ildən müxbir). Selman Vaksman 16 avqust 1973-cü il Woods Hole, Massaçusets, ABŞ -da ömrünün 85-ci ilində vəfat edib.
== Həyatı ==
Selman Vaksman 22 iyul 1888-ci ildə Vinnitsa yaxınlığındakı Novaya Priluka şəhərində kiçik kirayəçi Yakov Vaksmanın və univermağın sahibi Freida Vaksmanın (London əsilli) ailəsində anadan olub. Odessadakı 5 saylı gimnaziyanı bitirib. 1910-cu ildə ABŞ-yə mühacirət etdi. O, Kənd Təsərrüfatı Texnikumuna daxil olub, orada torpaq mikrobiologiyası ixtisası üzrə təhsil alıb. 1918-ci ildə Berklidəki Kaliforniya Universitetində fermentlərin kimyasını öyrənərək doktorluq dərəcəsi aldı.