Səlma sözü azərbaycan dilində

Səlma

Yazılış

  • Səlma • 97.9167%
  • səlma • 2.0833%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Səlma Gürbüz
Selma Gürbüz (türk. Selma Gürbüz) — Türk rəssam və heykəltaraş. O, Türkiyənin çağdaş rəssamlıq sahəsində öndə gedən adlarından biri olmuşdur. Əsərləri Londondakı Britaniya Muzeyində, Parisdəki Galerie Maeght Kolleksiyasında, İstanbulda Santral İstanbulda, İstanbul Bilgi Universiteti, İstanbul Modern və Proje 4L və Ankaradakı Rəsm və Heykəl Muzeyindədir. Rəssamlıqdan başqa heykəltaraşlıq, toxuculuq, oyma kimi müxtəlif formalarda əsərlər də hazırlamış, Ömər Kavurun “Əqrəbin səyahəti” (1997) və “Qarşılaşma” (2002) filmlərinin bədii rejissorluğunu da üzərinə götürmüşdür. 1960-cı ildə İstanbulda anadan olmuşdur. Rəssamlıq təhsilinə 1978-ci ildə İngiltərədəki Ekseter Universitetində rəssamlıq, fotoqrafiya və teatr sahəsində başlamışdır. 1980-1982-ci illərdə Ekseter İncəsənət Dizayn Kollecində rəssamlıq və heykəltaraşlıq təhsili alıb. 1984-cü ildə Mərmərə Universiteti Gözəl Sənətlər Fakültəsinin Rəssamlıq fakültəsini bitirib. İlk fərdi sərgisini 1986-cı ildə İstanbulda açıb.
Səlma xanım Sultan
Səlma xanım Sultan (13 aprel 1914, Konstantinopol – 13 yanvar 1942) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. Səlma xanım Sultan 13 aprel 1914-cü ildə anasının Ortaköydəki sarayında dünyaya gəldi. Anası Sultan Muradın qızı Xədicə Sultan, atası isə onun ikinci əri Rauf Hayri bəydir. Hələ 4 yaşında ikən valideynləri boşanmış, 10 yaşında ikən isə 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi anası və qardaşıyla birlikdə sürgün edilmişdir. Beyrutda məskunlaşan ailə, Rauf Hayri bəyin göndərdiyi məvaciblə yaşamağa davam etsə də, qısa zaman ərzində atasının həbs olunmasıyla, bu gəlir mənbəyini də itirdilər. 1931-ci ildə Osmanlı sülaləsindən 2 sultanın — Dürrüşəhvar Sultan və Nilüfər xanım Sultanın dünyanın ən zəngin müsəlmanı olan Heydərabad nizamının oğullarıyla evlənməsinin ardından, Xədicə Sultan da qızı Səlma xanıma ər namizədi axtarmağa başladı. Ancaq bütün var-dövlətini itirən və sürgün edilən bir sultanın qızı üçün namizəd tapmaq olduqca çətin oldu. Nəhayət, Kotvara rajası Seyid Sacid Hüseyn Əli namizəd olaraq uyğun görüldü və Səlma xanım, uzun illər ailəsinə xidmət edən xədim Zeynəl ağayla birlikdə 1937-ci ildə Hindistana gəlin köçdü. Toy mərasimindən bir neçə ay sonra anası Xədicə Sultan iflic keçirərək vəfat etdi. İstanbuldakı saray yaşantısı və Beyrutdakı kosmopolit həyat tərzinin ardından, Səlma xanım düşdüyü yeni mühitə uyğunlaşa bilmədi.
Səlma Aliyə Kavaf
Səlma Aliyə Kavaf (1 iyul 1962, Dənizli) — türk siyasətçisi, müəllimi. Dövlət naziri Kavaf 2007-2009-cu illərdə Ədalət və İnkişaf Partiyasından Dənizli millət vəkili kimi millət vəkili vəzifəsini tutub. O, Dənizlidən seçilən ilk qadın millət vəkilidir. İngilis dilini bilən Kavaf evlidir və bir övladı var. Səlma Aliyə Kavaf 1962-ci ildə Niyazi və Gülseren Bostancı cütlüyünün qızı olaraq dünyaya gəlib. İki bacısından biri olan Səma Ramazanoğlu da özü kimi siyasətçidir. İbtidai və orta təhsilini Dənizlidə bitirmişdir. Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Türkologiya bölməsini bitirib. Türkiyə Respublikası Milli Təhsil Nazirliyinə tabe olan liseylərdə 7 il müəllim kimi çalışmışdır. Özəl sektorda menecer olaraq da işləyib.
Camalabad (Səlmas)
Camalabad (fars. جمال اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 292 nəfər yaşayır (50 ailə).
Dərab (Səlmas)
Dərab (fars. ‎‎داراب‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 243 nəfər yaşayır (39 ailə).
Hüsaməddin xan Səlmasi
Hüsaməddin xan Xosrov xan oğlu Səlmasi (?-?)—arif, alim. == Həyatı == Hüsaməddin xan Xosrov xan oğlu Xoy vilayətinin Səlmas şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Hüsaməddin xan Səfirülarifeyn Pərviz xanın nəvəsidir. Azərbaycanın məşhur Zəhəbiyyə silsiləsindəndir. Onun ata-babaları Salmas mahalında yaşam sürən Lək tayfasının başçıları olublar. Hüsaməddin xan Səlmasi Azərbaycanın tanınmış ariflərindəndir. Bir risalənin müəllifi idi. Bəzi kitabları Təbrizdə çap olunub.
Həftvan (Səlmas)
Həftvan (fars. هفتوان‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafiyası == Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində, Zola çayının şimal sahilində yerləşir. Dəniz səviyyəsindən 1 392 metr təşkil edir.Məlhəm Urmiya şəhərindən 70 km şimal-qərbdə yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 6.313 nəfər yaşayır.
Kəhriz (Səlmas)
Kəhriz (fars. كهريز‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 354 nəfər. yaşayır (64 ailə).
Mirabad (Səlmas)
Mirabad (fars. ميراباد‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 104 nəfər. yaşayır (24 ailə).
Mirzə Həsən xan Səlmasi
Mirzə Həsən xan Mirzə Mehdi xan oğlu Səlmasi (1844-1911)—XIX əsr Azərbaycan şairi. Mirzə Həsən xan Mirzə Mehdi xan oğlu 1844-cü ildə Xoy vilayətinin Səlmas şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Həsən xan Səlmasi Nasirəddin mirzənin yanında xidmət etmiş, pişxidmət vəzifəsinə yüksəlmişdi. Mirzə Həsən xan Səlmasi şair idi. Xosrovi təxəllüsü ilə qəlb oxşayan şeirlər yazırdı. Mirzə Həsən xan Səlmasi 1911-ci ildə vəfat edib.
Məlhəm (Səlmas)
Məlhəm (fars. ملحم‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Yaşayış məntəqəsi Qərbi Azərbaycan ostanının mərkəzində, Zola çayının sağ sahilində yerləşir. Dəniz səviyyəsindən 1 405 metr təşkil edir.Məlhəm Urmiya şəhərindən 65 km şimal-şərqdə yerləşir. 2006-cı il məlumatına görə kənddə 4 576 nəfər. yaşayır.
Nimtac xanım Səlmasi
Nimtac xanım Səlmasi (1869-?)—Cənubi Azərbaycan şairəsi. Nimtac xanım Səlmasi 1869-cu ildə Cənubi Azərbaycanın Salmas bölgəsinin Ləkistan mahalının Sultan Əhməd kəndində anadan olmuşdu. Atası Məsudi-divan ləqəbli Məsud xan Ləkistanın sərkərdələrindən idi. Babası Hacı Vəzir Ləkistani Salmasın məşhur şəxsiyyətlərindən sayılırdı. Anası "Ağa xanım" ləqəbli Nərgiz xanım idi. 1919-cu ildə Şəkkak əşirətinin başçısı İsmayıl ağa Simitko dəstələri Urmiyada toplaşdığı zaman Salmas əhalisi özünü müdafiə etməyə hazırlaşıb. Həmin vaxt Salmasın Ləkistan mahalının əhalisi çox çətinliklər 15 min güllə əldə edib və öz silahlılarına təlim keçiblər. Digər tərəfdən Simitko onları güllələri təhvil verməyə çağırıb və bildirib ki, əgər təslim olmasanız qadın və uşaqların qətl ediləcəyi qaçılmazdır. Nəhayət 1919-cu il dekabrın 19-da Ləkistan əhalisi ilə talançı Simitko qoşunu arasında savaş başladı. Ləkistanlı kişi və qadınlar hamısı savaşa qoşuldu və böyük qəhrəmanlıq göstərdilər.
Qəzrabad (Səlmas)
Qəzrabad (fars. قذراباد‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 120 nəfər. yaşayır (25 ailə).
Süsənabad (Səlmas)
Süsənabad (fars. سوسن اباد‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 167 nəfər. yaşayır (38 ailə).
Səid Səlmasi
Səid Məşədi Xəlil oğlu Haqverdiyev Cənubi Azərbaycanda yetişmiş tərəqqipərəst şairlərdəndir. Dilməqan şəhərində doğulmuşdur. Mədrəsədə oxumuş, ömrünün çox hissəsini Avropa ölkələrinə səyahətdə keçirmişdir.Osmanlı şəhərlərinə də səfərləri olmuşdur. Farsca, fransızca yaxşı savadı var imiş. Səyahət Səid Səlmasinin istər mədəni və istərsə məfkurəvi inkişafına çox böyük təsir etmişdir. Bir müddət Bakıda yaşamışdır. Vətəninə qayıtdıqdan sonra tərəqqi və mədəniyyət yolunda var qüvvəsi ilə çalışmış, öz xərci ilə Səlmasda məktəb açmış, "Şəfəq" adlı qəzet nəşr etdirmişdir. 1905-ci il inqilabı nəticəsində Cənubi Azərbaycanda əmələ gələn azadlıq hərəkatının fəal iştirakçılarından olmuşdur. Bakıda "Füyuzat" jurnalında yeni ruhda şeirlər çap etdirmişdir. Azərbaycan dilində ilk dəfə sonet yazan şairdir.1909-cu ildə Xoy şəhərinə mətbəə apararaq, orada yeni kitabların nəşrilə məşğul olmuşdur.
Səlman Farsi
Salman Farsi (ərəb. سلمان الفارسي‎, fars. سلمان فارسی‎; 568, Kazeroun, Sasanilər dövləti – 657, Ktesifon) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. Səlman Farsi İslamın çiçəkləndiyi dövrdə böyük xidmətləri ilə Peyğəmbərin (s) ən yaxın adamlarından oldu və onun vəfatından sonra da bu yolda mətinliklə dayana bildi. Peyğəmbər Səlmanın həqiqət axtarışında olmasını yüksək qiymətləndirərək demişdir: "Əgər din Sürəyyada da (bürc) olmuş olsaydı, Səlman ona yol tapardı.” Səlmanın zöhd və təqvası hamı tərəfindən qəbul olunmuş bir həqiqətdir. O, ibadət və cihadda nümunə sayılır, elm və imanda öndə gedirdi. Onun təvazökarlığı və sadəliyi, Əhli-beytə (ə) iman və ixlası, həqiqət yolunda dözümü, vilayət xəttində sabitliyi, xüzu və xüşusu, ədalət və kamalı, bir sözlə bütün xüsusiyyətləri yaşadığı dövrün azğınlıqları içində həqiqət axtaranlar üçün bir nümunə idi. Səlman müsəlmanlıq iftixarına nail oldu və Peyğəmbər (s) vasitəsi ilə azadlığa çıxdı. O, bir müddət Mədain şəhərinin hakimi oldu. Həyatının heç bir dönəmində haqq yolda büdrəmədi.
Səlmanşəhr
Səlmanşəhr — İranın Mazandaran ostanının Tonekabun şəhristanının Abbasabad bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 9,592 nəfər və 2,605 ailədən ibarət idi.
Səlmas
Salmas (fars. سلماس‎, az-əbcəd. سلماس، دیلمقان‎), Səlmas[mənbə göstərin] və ya digər tarixi adı Dilməqan — İranda şəhər və Qərbi Azərbaycan ostanında yerləşən Salmas şəhristanının Mərkəzi. E'timad-ü səltənə bu şəhərin adının Assuriya hökümdarı Salmanasardan iqtibas olduğunu iləri sürmüşdür. Övliya Çələbi Salmas haqqında yazır: Tohid Məlikzadə Salmas adının iki bəxşdən təşkil tapdığını irəli sürür, bunlar Salma və as sözləridir. Salma salmaq feilindən törəmişdir, As isə Kültigin kitabələrində adı qeyd olunan As ve ya Az mədəniyyətindən alınmışdır. As/Az sözü məntəqədəki adlarda dəfələrcə qeyd ounub; Azərbaycan (Az+ərbaycan), Sivas (Siva+as), Astara (As+tara), Minas (Min+as) və s. Nəticədə Salmas sözünün mənası; "As elinin yurdu" şəklində özünü əks edir. 9 min illik Kültəpə (Əhrivan təpəsi)Yaxın şərqin ən qədimi yaşayış məskənlərindən biri olan Əhrivan təpə, Salmas şəhərinin şimal Qərb bölgəsində yer almışdır. Kültəpənin qazıntılarında tapılmış arxeoloji materiallar, salmasın qədim yaşayış mərkəzi olduğunu sübut edir.
Vərik (Səlmas)
Vərik (fars. وريك‎‎‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 177 nəfər. yaşayır (32 ailə).
Zəngü (Səlmas)
Zəngü (fars. ‎زنگو‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 208 nəfər. yaşayır (38 ailə).
Şirani (Səlmas)
Şirani (fars. شيراني‎‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 280 nəfər. yaşayır (45 ailə).

səlma sözünün leksik mənası və izahı

"səlma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səlma nədir? #səlma sözünün mənası #səlma nə deməkdir? #səlma sözünün izahı #səlma sözünün yazılışı #səlma necə yazılır? #səlma sözünün düzgün yazılışı #səlma leksik mənası #səlma sözünün sinonimi #səlma sözünün yaxın mənalı sözlər #səlma sözünün əks mənası #səlma sözünün etimologiyası #səlma sözünün orfoqrafiyası #səlma rusca #səlma inglisça #səlma fransızca #səlma sözünün istifadəsi #sözlük