* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 1. “Seçmək”dən f.is. 2. sif. Oxşarları, bənzərləri arasında ən yaxşısı, ən əlası, ən gözəli, ən xoşa gələni; əla, ən yaxşı. Seçmə üzük. Seçmə xalça. – Ağır sandıq seçmə parçalarla dolu idi. Mir Cəlal. 3. sif. Ən hörmətli, ən görkəmli, ən seçilmiş, ən sayılan. Toya seçmə adamları çağırmaq. – [Bəhlul:] …Mərziyənin xətrinə mən də çox yerə seçmələr (is.) sırasında dəvət edilirdim. B.Bayramov. 4. is. biol. Canlı təbiətin inkişafı prosesində həyatın dəyişən şəraitinə ən çox uyğunlaşmış orqanizmlərin davam gətirib yaşaması. Beləliklə, mühit amilləri şəraiti ilə əlaqədar olaraq seçmə nəticəsində camışlarda tənəffüs (südlük) tipi formalaşmışdır. A.Ağabəyli. // Seleksiya. [Qarabağ atı] xalqın uzun əsrlər boyu apardığı yaradıcılıq işi nəticəsində, xalq seçməsi (selleksiyası) nəticəsində yaranmışdır. “Qarabağ atı”. 5. sif. məc. Gözəl, xoş, ürəyəyatan. Birinə göz edirdi, bəzisinə gülümsünürdü və kimisinə də seçmə bir kompliment deyib nəzərini özünə cəlb edirdi. Çəmənzəminli.
Azərbaycan dilinin izahlı lüğəti / seçmə2 is. Saçma, qırma. Məni oğru bilib seçməni qarnıma doldurar. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / seçmə2 I сущ. от глаг. seçmək 1. выбор. İxtisas seçmə выбор профессии, yol seçmə выбор дороги (пути), mövzu seçmə выбор темы; namizəd seçmə выбор кандидатуры 2. выборка (выписка, сделанная из чего-л.). Material seçmə выборка материала 3. избрание. Dövlət başçısı seçmə избрание главы государства, deputat seçmə избрание депутата 4. отбор (взятие из общего числа того, что требуется). Toxum seçmə отбор семян, ən yaxşılarını seçmə отбор самых лучших; təbii seçmə естественный отбор, süni seçmə искусственный отбор, kütləvi seçmə массовый отбор, fərdi seçmə индивидуальный отбор II прил. 1. выборочный (не сплошной, частичный). Seçmə müşahidə выборочное наблюдение, seçmə yoxlanış выборочная проверка, seçmə üsulu выборочный способ 2. избирательный (основанный на свойстве производить отбор); селективный. Seçmə qabiliyyati избирательная способность, seçmə təsir избирательное действие, seçmə mühit селективная среда 3. избранный (лучший, выделяющийся чем-л. среди других). Seçmə adamlar избранные люди, seçmə istedadlar избранные таланты 4. отборный (отобранный из числа других как лучший по качеству). Seçmə qoşunlar отборные войска, seçmə almalar отборные яблоки, seçmə üzüm salxımları отборные кисти винограда, seçmə buğda отборная пшеница 5. отборочный (преследующий цель отбора). Seçmə yarışlar отборочные соревнования, seçmə turnir отборочный турнир 6. элитный (представляющий собой лучшие, отборные экземпляры, сорта каких-л. растений, животных). Seçmə toxumlar элитные семена, seçmə qarğıdalı элитная кукуруза, seçmə heyvanlar элитные животные
Azərbaycanca-rusca lüğət / seçmə1 1. f.is. кил. seçmək; 2. прил. хкягъай, лап хъсан, сад хьтин гзаф затӀарин арадай хкуднавай, бегенмиш тир, виридалай хъсан, квайни-квай; seçmə parça хкягъай парча; 3. сущ. биол. ччан алай тӀебиатдин вилик финифин процессда яшайишдин дегиш жедай шартӀариз дурум гана организмар яшамиш хьунухь; // селекция; 3. прил. пер. иер, гуьзел, рикӀиз хуш, лап хъсан (мес. хкет).
Azərbaycanca-ləzgicə lüğəti / seçmə(Cəlilabad) qırma. – Barıtım var, ancağ seçməni baha vereylər
Azərbaycan dilinin dialektoloji lüğəti.