* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Seçilən, müəyyən üstünlüyü olan; seçmə. Koroğlu həmişə yazıqyuzuğun, əlindən iş gəlməyən adamların dalınca ya özü gedər, ya da dəlilərin sayseçmələrindən göndərər. “Koroğlu”. Aşıq Ələsgər … gördü ki, bir-birinnən say-seçmə oğlanlardı. “Aşıq Ələsgər”.
Azərbaycan dilinin izahlı lüğəti / say-seçmə1 Türkmən dilində say sözü “sağlam” mənasında işlədilir. Deməli, say və sağ kökdaşdır. Say-seçmə “sağlamları (igidləri) seçmək” deməkdir. Say(sağ, saq) sözünün mənaları sırasında “чуткий”, “осторожный”, “трезвый” anlamları da mövcuddur. Ayıq-sayıq sözündəki sayıq da say sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / say-seçmə