* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. [ər.] 1. Tərkibi təmiz olan, heç bir qatışığı olmayan, xalis qatışıqsız. Saf qızıl. Saf inci. Saf metal. – Ələsgərin ağlın aldın sərindən; Saf gövhərsən, sərraf seçib dərindən. Aşıq Ələsgər. [Bəxtiyar:] Saf incidir hər bir sözü; Onu seçməz qoca gözü. A.Şaiq. Bizi yola saldı Bakıdan bahar; Ləpələr Xəzərdə saf gümüşdülər. N.Xəzri. 2. Sağlam, zədəsiz, salamat. Saf bədən. Saf ürək. Saf qan. – [Zakir:] Hüsnünə xiridar olandan bəri; Saf cana yetişib ziyan əlindən. Q.Zakir. [Oğlan] …güləndə dodaqlarının arasından sədəf kimi saf dişləri ağarırdı. M.Rzaquluzadə. 3. Təmiz, aydın, parlaq, duru, şəffaf. Ay saf göydə öz gediş sürətini artırmış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdilər. H.Nəzərli. Duman tərk eləyir dağlar qaşını; Göstərir saf sular Ayı, ulduzu. N.Xəzri. 4. məc. Təmiz, düz, namuslu. Saf adam. – Xacə Mübarək vaqiən çox saf və sadiq adam idi. M.F.Axundzadə. Qaratel İkramın xətrini çox istəyir, onu öz atası Qafar kimi saf və təmiz olduğuna şübhə eləmirdi. Ə.Əbülhəsən. // məc. Ləkəsiz, səmimi. Saf məhəbbət. Saf duyğu. Saf qəlb. – Təmiz qəlbimdəki saf niyyətimi; İstəyirsən bir də yoxla, sevirəm. S.Rüstəm. □ Saf eləmək – təmizləmək, saflaşdırmaq, qatışıqlardan təmizləmək. Deyirlər şireyi-innab təndə qanı saf eylər; Çox əmdim ləli-yarı, görmədim, Seyyid, bir asarın. S.Ə.Şirvani. Ələsgər istər ki, bir bahar ola; Əridib gövhəri saf eyləmişəm. Aşıq Ələsgər. ◊ Özünü safa çıxar(t)maq – bax çıxar(t)maq (“öz”də). İnsafdan xaricdir ki, biz öz qüsurumuzu bilkülliyyə özgənin boynuna atıb, özümüzü safa çıxardaq. F.Köçərli.
Azərbaycan dilinin izahlı lüğəti / saf2 ə. 1) qatışığı olmayan; təmiz; 2) fırıldaq və s. bilməyən; təmiz (adam haqqında).
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / saf3 \ – içinə, daxilinə qərib başqa heç bir şey qarışmayan, ari. Tətbiq etməklə əlaqəsi olmayan elmlər. Saf intuisiya \ isə Kantın fəlsəfəyə gətirdiyi bir termindir. Daxilində hisslərin nizama gir-dikləri sağ hiss, biliyin ilkin şərtidir. Saf əql \ – ilkin bilik qabiliyyəti, təcrübə-dən asılı olmayan qabiliyyəti üçün Kantın istifadə etdiyi termin. İçərisində hisslə əlaqədar heç bir şey olmayan əql.
Fəlsəfə terminlərinin izahlı lüğəti / saf1 Ərəbcədir, bizdə qatqısız (qarışığı olmayan) sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / saf1 SAF – ÇİRKLİ Səhərin saf və gözəl havası, kolların və meyvələrin ətri, quşların nəğmələri insana zövq-səfa verirdi (S.S.Axundov); Şəhərin havası çirklidir. SAF – ÇÜRÜK Qəlbinizdə varsa kin, qəzəb; çıxarın atın, çürük diş kimi (R.Rza); Onun inci kimi saf dişləri var (“Azərbaycan”). SAF – QARIŞIQ Saf gümüşə çürük saman zərər verər (Ata. sözü); Bu, qarışıq qızıldır.
Azərbaycan dilinin antonimlər lüğəti / saf2 прил. 1. чистый: 1) без примеси чего-л. постороннего или с незначительной примесью. Saf maddə чистое вещество, caf qızıl чистое золото, saf yun чистая шерсть 2) не замутненный грязью, песком и т.п. (о воде); прозрачный. Saf bulaq чистый родник 3) безоблачный, не затуманенный; ясный. Səma saf idi небо было чистым 4) свежий, не душный, не пыльный и т.п. (о воздухе). Saf dağ havası чистый горный воздух 5) глубокий, яркий (о цвете, тоне, оттенке). физ. Saf spektr чистый спектр 6) звонкий, отчетливый, без хрипа (о голосе, звуке). лингв. Saf səslər чистые звуки 7) перен. нравственно безупречный, правдивый и честный, без грязных, корыстных помыслов и действий. Saf adam чистый человек 8) исполненный высокой нравственности, возвышенный. Saf məhəbbət чистая любовь, saf hisslər чистые чувства, saf niyyət чистые помыслы, намерения 9) получающийся, остающийся после вычета чего-л. экон. saf (xalis) çəki чистый вес, saf (xalis) gəlir чистый доход, saf (xalis) mənfəət чистая прибыль, saf (xalis) məhsul чистая продукция 2. здоровый (обладающий здоровьем, не больной). Saf dişlər здоровые зубы, saf orqanizm здоровый организм 3. самородный (встречающийся в природе в химически чистом виде – о драгоценных камнях). Saf metal самородный металл
Azərbaycanca-rusca lüğət / saf1 s. pure; neat; ~ qızıl pure gold; ~ gümüş pure silver; ~ su pure water; ~ hava clear / pure air; ~ spirt neat spirits pl.
Azərbaycanca-ingiliscə lüğət / saf1 sif. 1) pur, -e ; ~ qızıl or m fin ; ~ su eau f pure ; 2) clair, -e ; ~ səs voix f claire ; voix limpide ; 3) candide
Azərbaycanca-fransızca lüğət / saf1 [ər.] прил. саф (1. михьи, халис, маса акахьай затӀ галачир; saf qızıl саф кьизил; // saf eləmək саф авун, михьи авун, маса ахьахьай затӀарикай михьун; 2. сагълам, рехне квачир, саламат (мес. беден, рикӀ); 3. михьи, ахъа, экуь; алахьай (мес. цав); 4. дуьз, михьи, намуслу, къени (мес. кас); // пер. леке квачир; мес. муьгьуьббат); ** özünü safa çıxar(t)maq кил. öz (özünü təmizə çıxarmaq).
Azərbaycanca-ləzgicə lüğəti / saf(Bərdə, Qazax, Tərtər, Yevlax) bax sap. – Sən saf yaxşı adamsaη (Bərdə); – Söynün oğlu saf özünə oxşo:r (Qazax)
Azərbaycan dilinin dialektoloji lüğəti.