İlya Safonov
İlya Moiseyeviç Safonov (d. 1909 və ya 1913, Rusiya – ö. 17 mart, 1967) — Sovet İttifaqı Qəhrəmanı (3 iyun 1944).
İlya Safonov 1913-cü ildə Rusiyanın Krasnodar diyarı Kurqan rayonunun Novomixaylovskaya stansiyasında anadan olub. Milliyətcə rusdur. 15 yaşında olarkən Bakıya gəlmişdir. 1943-cü ildə Bakı Şəhər Hərbi Komissarlığından orduya çağırılmışdır. Kapitan, 320-ci atıcı diviziyanın 478-ci minomyot alayının komandiri İlya Safonov Dnepr çayının alınmasında fərqlənmişdir.
3 iyun 1944-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Lenin, A. Nevski ordenləri və Qırmızı Ulduz medalı ilə təltif edilmişdir.