fərma sözü azərbaycan dilində

fərma

Yazılış

  • fərma • 80.0000%
  • Fərma • 20.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fərmail Paşayev
Fərmail Sabir oğlu Paşayev (12 oktyabr 1966, Xanlar rayonu) — Gəncə Dövlət Kukla Teatrına direktoru (2018). == Həyatı == Fərmail Paşayev 1966-cı ildə anadan olub. 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasını bitirib. 1987-1991-ci illərdə Texniki Universitetin “Ülvi” rəqs kollektivinin rəhbəri olub. 1991-1998-ci illərdə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyası “Göy göl” mahnı və rəqs ansamblında artist-rəqqas kimi çalışıb. 1998-ci ildə Gəncə Dövlət Kukla Teatrında aktyor vəzifəsinə təyin olunub. 1999-cu ildə C.Məmmədquluzadənin “Poçt qutusu” eyni adlı hekayəsinə verdiyi quruluşdan sonra quruluşçu rejissor kimi fəaliyyət göstərib. 2000-ci ildə Gəncə Dövlət Kukla teatrına baş rejissor təyin olunub. Peşəkar səhnədə xeyli sayda tamaşaya quruluş verib. Ə.Səmədlinin “Artıq tamah baş yarar”, ”Cırtdan”, R.Həsənlinin “Ağca və Sarıca”, M.Seyidzadənin “Büllur qəsr”, R,Əlizadənin “Keçəlin toyu”, ”Hamam,hamam içində”, F,Tarverdiyevin “Oğul Noğul”, Xalq nağılı “Şəngülüm,Şüngülüm, Məngülüm”, “Göyçək Fatma”, A.Əlizadə “Toya gecikən tülkü”, H.X.Andersenin “Qar Kraliça”, B.Zvinin “Taxta Kral”, A.S.Ekzüperinin “Balaca Şahzadə”, N.Gəncəvinin “Xeyir və Şər”, A.S.Puşkinin “Qızıl balıq”, M.F.Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah”, “Xırs quldurbasan”, C.Rodarinni “Çippolino”, S.İbrahimlinin “Səlim və Sehirbaz” və s.
Fərman
Fərman, hökümdarın möhürünü daşıyan yazılı əmir. Farsca buyurmaq, əmr etmək mənasına gələn fərman ( fars. فرمان‎ ) sözündən yaranmışdır. Elxanilər, Qızıl Orda və Kırım xanlığında yarlıq sözü, Qaraqoyunlu ilə Ağqoyunlularda sözümüz, Böyük Səlcuq, Anadolu Səlcuqlularında pərvanə, Məmlüklərdə mevkii sözü işlədilməkdə idi.
Fərman Abdullayev
Fərman Şəkili (4 noyabr 1954, Nuxa – 5 mart 2013, Bakı) — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi. == Həyatı == Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur. Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir.. == Filmoqrafiya == Aşkarsızlıq şəraitində… (film, 1986) Boş yer (film, 1989) Zirzəmi (film, 1990) "Fransız" (film, 1995) Həm ziyarət, həm ticarət...
Fərman Bağırov
Fərman Bağırov (tam adı:Bağırov Fərman Camal oğlu; 1936 – 15 iyun 2020, Bakı) — Fotoqraf, jurnalist == Həyatı == 1936-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Bakı Dövlət Universitetində müəllim işləyib. "Kommunist" qəzetində işləyib. Daha sonra isə Milli Məclisin (MM) rəsmi orqanı olan "Azərbaycan" qəzetinin fotoillüstrasiya şöbəsinin müdiri olub. 15 iyun 2020-ci ildə koronavirusdan Bakı şəhərində vəfat etmişdir. == Təltif və mükafatları == Azərbaycan Ali Sovetin Fəxri fərmanı (1969) Əməkdar incəsənət xadimi Tərəqqi medalına layiq görülüb.
Fərman Eyvazlı
Fərman Allahverdi oğlu Eyvazov — yazıçı, jurnalist, "Azərnəşr"də tərcüməçi (1965-1976), Azərbaycan Jurnalistlər İttifaqında şöbə müdiri (1967-1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Fərman Eyvazlı 6 Mart 1931-ci ildə Qazax rayonundaanadan olub. 1956-cı ildə Moskva Maksim Qorki İnstitutunun Ədəbiyyat ixtisasından məzun olub. Fərman Eyvazlı 26 noyabr 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. == Ədəbi fəailyyəti == Ədəbi fəaliyyətə 1950-ci illərdə başlayan yazıçının ilk şeiri ,,İlk Səsim’’, Azərbaycan Gəncləri qəzetində yayımlanmışdır. 1986-cı ildə ,,Drujba Narodov’’ jurnalında baş müxbir, 1961-cı ildə Radio və Televiziya Komitəsində aparıcı kimi çalışmışdır. 1965-ci ildə ,,Azərnəşr’’də tərcüməçi, 1967-ci ildə Azerbaycan Jurnalistlər Birliyinde şöbə müdiri olub. 1962-ci ildə Azərbaycan Yazıçılar Birliyinə, 1970-ci ildə Azərbaycan Jurnalistlər Birliyinə üzv olmuşdur. == Əsərləri == Mən niyə qayıtmadım, Bakı, 1961. Qaçaq Kərəm, Bakı, 1986-1987-1990.
Fərman Eyvazlı (yazıçı)

Fərman Eyvazov
Fərman İsgəndər oğlu Eyvazov – şərqşünas alim, filosof == Həyatı == Fərman İsgəndər oğlu Eyvazov 19 yanvar 1936-cı ildə Astarada anadan olmuşdur. 1943-1954 illərdə Astara rayonunda orta məktəbdə təhsil almışdır. 1954-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1960-cı ildə oranı bitirmişdir. Universiteti bitirdikdən sonra AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda (indiki Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu) kiçik elmi işçi işləmişdir. 1963-1967 illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1969-cu ildən Fərman Eyvazov Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda pedaqoji fəaliyyətə başlamışdır. 1971-1973 illərdə İranda referent-tərcüməçi işləyən Fərman Eyvazov İranda çalışan sovet mütəxəssislərinin işini asanlaşdırmaq məqsədilə rusca-farsca texniki lüğət hazırlamış 1972-ci ildə orada çap etdirmişdir. İrandan qayıtdıqdan sonra yenə də müəllimlik fəaliyyətilə məşğul olmuş, 1977-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda dosent kimi fəaliyyət göstərmişdir. Fərman Eyvazov Respublika Təhsil Nazirliyi tərəfindən Əfqanıstana göndərilir. O, 1982-1988-ci illərdə bu ölkədə Nəqliyyat Nazirliyində referent-tərcüməçi, sonra keçmiş SSRİ səfirliyində müşavir işləməklə, Əfqanıstan İctimai Elmlər Akademiyasında mühazirələr oxumuşdur.
Fərman Gülməmmədov
Fərman Gülməmmədov (Gülməmmədov Fərman İbrahim oğlu) — Azərbaycan əsilli həkim və Ukraynanın Əməkdar Elm Xadimi. == Həyatı == Fərman Gülməmmədov 1939-cu il noyabrın 7-də Borçalı mahalında – Gürcüstanın o vaxtkı Lüksemburq, indiki Bolnisi rayonunun Darvaz kəndində anadan olub. == Təhsili == 1947-ci ildə Darvaz kənd orta məktəbinin birinci sinfinə gedib, sonra təhsilini Bolnisi qəsəbəsində rus orta məktəbində davam etdirib. 1958-ci ildə orta məktəbi bitirib və elə həmin ildə Ukraynanın Donetsk Tibb İnstitutuna qəbul olunub. == Peşə fəaliyyəti == 1964-cü ildən Donetsk vilayət xəstəxanasında həkim kimi fəaliyyətə başlayıb. Az sonra isə Klinik-cərrahiyyə şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1971-ci ildə dissertasiya müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsi qazanıb. 1984-cü ildə "Yoğun bağırsaq xəstəliklərində cərrahi müalicə" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, ttibb elmləri doktoru elmi dərəcəsinə yüksəlib. Fərman Gülməmmədov 1991–1994-cü illərdə Azərbaycanda — Bakı şəhərində işləyib və Azərbaycan Elmi Tədqiqat Qastroenterologiya İnstitutunda bağırsaq xəstəliklərinin cərrahi əməliyyatları sahəsinə rəhbərlik edib. 1995-ci ildə yenidən Donetskə qayıdıb və Tibb Universitetinin "Ümumi cərrahlıq" kafedrasının müdiri vəzifəsində fəaliyyətə başlayıb.
Fərman Hüseynov
Fərman Hüseynov (16 yanvar 1962, Həsənabad, Neftçala rayonu) — azərbaycanlı siyasi-ictimai xadim. == Həyatı == Fərman Hüseynov 16 yanvar 1962-ci ildə Neftçala rayonunun Həsənabad qəsəbəsində anadan olub. 1979-cu ildə Həsənabad qəsəbə orta məktəbini bitirib. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram-kino" fakültəsini bitirib 1983–1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrına aktyor vəzifəsində işləyib. 1983–1985-ci illərdə keçmiş SSRİ-nin Sverdlovsk vilayətində hərbi xidmətdə olub. 1985–1992-ci illərdə Neftçala rayon Mədəniyyət şöbəsində rayon Mədəniyyət Evinin müdiri, metodisti, Tarix Diyarşünaslıq muzeyində baş elmi işçi, Qızlar Kollecində müəllim işləyib. 1992-ci ildə Azərbaycan Politoloqiya İnstitutunun "Dövlətçilik" fakültəsinə daxil olub, milli hakimiyyət devriləndən sonra fakültənin ləğv edilməsi səbəbindən təhsili yarımçıq qalıb. 1990-cı ilin 25 yanvarında Bakıda yanvar qırğınını törədən sovet hərbi birləşmələrinin Neftçalada həyata keçirdikləri cinayət nəticəsində ağır güllə yarası aldığı üçün III qrup əlildir. == Siyasi fəaliyəti == Fərman Hüseynov 1990-cı illərin əvvəlində Neftçalada milli hərəkatın lideri olmuş, Azərbaycan Xalq Cəbhəsinin Neftçala Rayon Şöbəsinin ilk sədri seçilmişdir. 1990-cı ilin ortalarında rayonda ilk müstəqil mətbuat orqanı olan "Əqidə" qəzetini təsis edib.
Fərman Kərimzadə
Fərman İsmayıl oğlu Kərimzadə (Kərimov) (3 mart 1937, Vedi – 17 mart 1989, Bakı, SSRİ) — azərbaycanlı yazıçı-nasir, 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, kinoredaktor, bir çox filmlərin ssenari müəllifi. == Həyatı == Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944–1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955–1960). İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962–1965). Sonra "Yüksəliş" rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü, məsul katib işləmişdir (1962–1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965–1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına "Azərbaycan film" kinostudiyasında kollegiya üzvü (1970–1977), "Ədəbiyyat və incəsənət" qəzetinin xüsusi müxbiri (1977–1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980–1981) işləmişdir. F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü" tarixi əsərlərinin, "Təbriz namusu", "Qarlı aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair məşhur əsərlərin müəllifidir.
Fərman Mahmudov
Fərman Mahmudov (23 fevral 1940, Böyük Əmili, Qutqaşen rayonu – 14 sentyabr 1996, Bakı) — Azərbaycanlı arxeoloq. == Haqqında == Fərman Rəsul oğlu Mahmudov 1940-cı ilin fevralın 23-də Qutqaşen rayonunun Böyük Əmili kəndində anadan olmuşdur. İbtidai təhsilini öz kəndlərində, orta təhsilini qonşu Hacıalılı kənd orta məktəbində başa vurmuşdur. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 1962-ci ildə oranı bitirmişdir. 1962-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutuna işə qəbul edilmişdir. Burada baş laborant və kiçik elmi işçi vəzifəsində işləmişdir. Elə həmin ildən ömrünün sonuna qədər taleyini arxeologiya elminə bağlamış, bir sıra arxeoloji ekspedisiyalarda (Qəbələ, Qax və s.) iştirak etmiş, qısa bir müddətdə çöl-tədqiqat işlərinin sirlərini mənimsəmiş, 1963–1966-cı illərdə Tarix institutunun aspirantı olmuş, qafqazşünas Y. İ. Krupnovun elmi rəhbərliyi ilə işləmişdir. Təcrübəli arxeoloq İ. H. Nərimanovla birgə işləməsi F. R. Mahmudovun həyatında mühüm rol oynamışdır. Onun tövsiyəsi ilə F. R. Mahmudova "Cənubi-Şərqi Azərbaycanın tunc və dəmir dövrünün əvvəllərində mədəniyyəti" mövzusu müəyyən edilir. F. R. Mahmudovun həmin zonada apardığı ilk qazıntılar bu mövzunun perspektivli olduğunu göstərir.
Fərman Muradov
Fərman Muradov (1906, Araz Yağlıvənd, Qaryagin qəzası – 1987) — Sosialst əməyi qəhrəmanı, Məşədi Əmir Murad yüzbaşının nəvəsidir. == Həyatı == Fərman Musa oğlu Muradov 1906-cı ildə Qaryagin qəzasının Yağlıvənd obasında doğulmuşdu. İbtidai təhsil almışdı. Əmirmuradlılar repiressiyaya uğradıqları dönəmdə sürgün olunmuşdular. Qazaxıstanın Cambul vilayətinin Çu rayonun "Yeni yol" kəndində məskunlaşmışdılar. Doğma yurd-yuvasından min kilometrlərlə uzaqda, "Yeni yol"da yeni həyata başlayan Fərmana çətinliklərlə olsa da ağ gün nəsib olur. Çuğundur briqadasına başçılıq edərkən bir neçə il dalbadal, hətta bütün ölkə üçün rekord sayılan nəticə göstərə göstərə bilir. Qısa müddətdə ölkənin müxtəlif yerlərindən onun yanına, qabaqcıl iş təcrübəsini öyrənmək üçün sıravi kolxozçular, adlı-sanlı çuğundurçular, mütəxəssislər və nümayəndələr gəlir. Nəhayət çox yüksək əmək nailiyyətlərinə görə, 1947-ci ildə SSRI Ali Soveti Rəyasət heyətinin fərmanı ilə Fərmana Lenin ordeni təqdim edilməklə Sosialist Əməyi Qəhrəmanı adı verilir. Fərman 1987-ci ildə vəfat edib.
Fərman Məmmədov
Fərman Məmmədov (alim)
Fərman İmran oğlu Məmmədov (25 iyun 1955, Qıraq Kəsəmən, Ağstafa rayonu) — AMEA Riyaziyyat və Mexanika İnstitutunun Riyazi fizika tənlikləri şöbəsinin baş elmi işçisi, riyaziyyat elmlər doktoru, professor. == Həyatı == Fərman İmran oğlu Məmmədov, 25 iyun 1955-ci ildə Azərbaycan SSR Qazax rayonu Qıraq Kəsəmən kəndində anadan olmuşdur. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu (indiki ADNSU) "Tətbiqi riyaziyat" ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1981–1984-cü illərdə AzTU-nun "Ali riyaziyyat" kafedrasında əyani aspirant, 1984-cü ildən 2005-ci ilə kimi asistent və dosent vəzifələrini icra etmişdir. 2007–2010-cu illərdə Türkiyənin Diclə Universitetində professor, 2006–2007 və 2011–2013-cü illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunda "Riyazi analiz" və "Riyazi fizika tənlikləri" şöbəsinində baş elmi işçi vəzifəsində işləmişdir. 2013-cü ildən SOCAR Neftqazelmitədqiqatlayihə institutunda aparıcı elmi işçi vəzifəsində işləyir. == Elmi Tədqiqat sahəsi == Sobolev-Poincare tipli (həmçinin kəsr tipli) çəkili inteqral bərabərsizliklər. Dəyişən üstlü Lebeq fəzalarında Hardi operatorunun məhdudluq və kompaktlıq xassələri hardi-Littlvud maximal operatorlarının onların kəsr tərtibinin çəkili dəyişən üstlü Lebeq fəzalarında məhdudluğu. Xüsusi törəməli elliptik və parabolik tipli tənliklərin keyfiyyət nəzəriyyəsi. Harnak bərabərsizliyi, Həllər ailəsinin Hölder mənasında kəsilməzliyi, aprior qiymətləndirmələr, aradan qaldırıla bilən məxsusiyyət, fraqmen-Lindelef tipli teoremlər, varlıq və yeganəlik məsələləri, Maye axınları üçün Poiseuil tipli düstur, Filtrasiya məsələlərində Düpit düsturu tipli nəticələr.
Fərman Məmmədov (mühacir)
Fərman Məmmədov (riyaziyyatçı)

Fərman Nəbiyev
Fərman Bəhram oğlu Nəbiyev (28 fevral 1960, Mingəçevir) — Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2010), "Qızıl qələm", "H.B.Zərdabi" mükafatları laureatı, "Mingəçevir işıqları" qəzetinin baş redaktoru, "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin rəhbəri. == Həyatı == Fərman Nəbiyev 28 fevral 1960-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur. == Təhsili == 1977-ci ildə Mingəçevirdəki 3 saylı orta məktəbi, 1986-cı ildə ADU-nun (hazırda BDU) jurnalistika fakültəsini bitirmişdir. == Karyerası == 1980-ci ildən mətbuatda çalışır. Bir müddət korrektor işlədikdən sonra, yerli qəzetlərdə müxbir və şöbə müdiri ("Mingəçevir işıqları" və "Səda"), respublika qəzetlərinin bölgə müxbiri ("Ülfət", "Həyat") olmuşdur. 1992-1993-cü illərdə Mingəşevir İcra hakimiyyəti başçısı yanında mətbuat xidmətinin rəisi olmuşdur. 1999-cu ildə "Mingəçevir işıqları" adı ilə şəxsi qəzetini təsis edib və həmin vaxtdan qəzetin baş redaktorudur. 2009-cu ilin noyabrında ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Mingəçevir Media Mərkəzini açıb. 2004-cü ilin dekabrından "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin prezidentidir. 2010-cu ilin iyulunda İREX-lə partnyor kimi Mingəçevirdə İcma Məlumat Mərkəzini, avqust ayından isə Beynəlxalq Miqrasiya Təşkilatının maliyyə yardımı ilə İnsan alveri qurbanları üçün reabilitasita və reinteqrasiya mərkəzini yaradıb.
Fərman Qasımov
Fərman Hüseyn oğlu Qasımov — iqtisad elmləri doktoru, professor, Ukrayna Tex­no­lo­ji Elmlər Akademiya­sı­nın akade­miki == Həyatı == Fərman Qasımov 20 oktyabr 1938 ildə Bakıda anadan olmuşdur. O, 1946-1956 illərdə 7 saylı dəmir yol məktəbində oxumuş, 1957-1962 illərdə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsində ali təhsil almışdır. Fərman Qasımov Sumqayıt şəhərində "Neftkimyaavtomatlaşdırma" Elmi-Tədqiqat İnstitutunda mühəndis, böyük mühəndis (1962-1966), Dövlət Plan Komitəsi yanında Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki-İqtisadi Tədqiqatlar İnstitutunda şöbə müdiri(1966-1973), elmi işlər üzrə direktor müavini (1973-1994) vəzifələrində işləmişdir. Fərman Qasımov 1994 ildə Dövlət Elm və Texnika Komitəsi nəzdində yaradılan Elmi-Tədqiqat, Təcrübi-Konstruktor İşlərinin və Müdafiə Olunmuş Dissertasiyaların Dövlət Qeydiyyatı Mərkəzinə (DQM) direktor təyin olunmuşdur. 2003 ildə DQM Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeçiliyinə verilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 avqust 2008-ci il 197 saylı qərarı ilə DQM-in adı dəyişdirilərək AMEA Elmi İnnovasiyalar Mərkəzi (EİM) adlandırılmışdır. O, 2014 ilə kimi Elmi İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışmış, 2014-2015 illərdə baş direktorun məsləhətçisi işləmişdir. Fərman Qasımov 1971 ildə Moskvada SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadiyyat-Riyaziyyat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1984-cü ildə Tallin şəhərində Estoniya SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun nəzdində fəaliyyət göstərən Regional İxtisaslaşmış Elmi Şurada doktorluq dissertasiyasını müdafiə edərək, iqtisad elmləri doktoru dərəcəsinə layiq görülmüşdür. Ona 1994 ildə AAK-nın qərarı ilə professor rütbəsi verilmişdir. Fərman Qasımov 27 mart 2016 ildə Bakı şəhərində vəfat etmişdir.
Fərman Qasımov (alim)

Fərman Qulamov
Fərman Qulamov (4 fevral 1945, Astara – 23 dekabr 2016) - Müasir Azərbaycan təsviri sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam (2016). == Həyatı == 1945-ci ildə Astara şəhərində anadan olub. 1967-ci ildə Ə. Əimzadə adına rəssamlıq məktəbini bitirib.1976-cı ildə isə Tiflis şəhərində təhsil alıb. 1986-cı ildə Xəzərətrafı respublikaların Biennalı sərgisində III mükafata layiq görülmüşdür. 1993–1994-cü illərdə Bakı, Fulendorf və Moskva şəhərlərində fərdi sərgiləri keçirilmişdi. 1994-cü ildə "Humay" mükafatı ilə təltif olunan rəssam dəzgah boyakarlığı ilə məşğul olur. Əsərləri Fransa, Almaniya, Polşa, Finlandiya, Türkiyə, İran, Əlcəzairdə nümayiş etdirilib, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın "Bu gün" (orqalit) və "Günaydın" (orqalit) əsərləri nümayiş etdirilir. 1945-ci ildə Azərbaycanda, Astara şəhərində anadan olmuşdur. 1967-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirmişdir.
Fərman Quliyev
Fərman Ağadədə oğlu Quliyev (19 may 1937, Sütəmurdov, Lənkəran rayonu – 7 noyabr 2023, Sütəmurdov, Lənkəran rayonu) — kənd təsərrüfatı elmləri doktoru, professor; Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin direktoru. Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İB-nin prezidenti və Azərbaycan Ekologiya və Ətraf Mühitə Nəzarət Mərkəzi İB-nin Lənkəran Cənub Regional departamentinin sədridir. == Həyatı == Fərman Ağadədə oğlu Quliyev 19 may 1937-ci ildə Azərbaycan Respublikasının Lənkəran rayonunun Sütəmurdov kəndində ziyalı ailəsində anadan olmuşdur. 1943-cü ildə Lənkəran rayonunun Sütəmurdov kəndinin yeddillik məktəbinə daxil olmuş və 1950-ci ildə həmin məktəbi bitirmişdir. 1950–1954-cü illərdə Lənkəran şəhərinin Subtropik Bitkilər Texnikumunda təhsil almış, 1954-cü ildə oranı əla qiymətlərlə bitirmişdir. 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinə daxil olmuş və 1959-cu ildə yuxarıda adı çəkilən İnstitutu bitirmişdir. O, 7 noyabr 2023-cü ildə vəfat edib. Noyabrın 8-də doğulduğu Sütəmurdov kəndində yerləşən "Sütəmurdov Kənd Qəbirstanlığı"-da dəfn olunmuşdur. == Elmi fəalliyəti == 1959–1961-ci illər ərzində Azərbaycan Elmi-tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun Lənkəran Filialında kiçik elmi işçi vəsifəsində işləmişdir. 1961–1962-ci illərdə sabiq Ümumittifaq Çay və Subtropik Bitkilər Elmi-tədqiqat İnstitututunda (ÜİÇ və SBETI) kiçik elmi işçi vəzifəsində işləmişdir.
Fərman Quliyev (alim)

Fərman Salmanov
Fərman Salmanov (28 iyul 1931, Morul, Şamxor rayonu – 31 mart 2007, Moskva) — 1961-ci ildə Qərbi Sibirin Tümen vilayətinin nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı sovet geoloqu, Sosialist Əməyi Qəhrəmanı. Rusiya Federasiyasının əməkdar geoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsi "Qlavtumengeologiya" rəhbəri (1978–1987), SSRİ Geologiya nazirinin birinci müavini (1987–1991), Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surqut şəhəri və Texas ştatının fəxri vətəndaşı. Lenin ordeni (1970), Qırmızı Əmək Bayrağı ordeni (1971, 1976), "Oktyabr inqilabı" ordeni (1983), Lenin mükafatı (1970), İvan Qubkin mükafatı (1980) ilə təltif olunmuşdur. 2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut hava limanına azərbaycanlı geoloq Fərman Salmanovun adı verilib. == Həyatı == Fərman Salmanov Şəmkir rayonun Morul kəndində anadan olmuşdur. Orta məktəbi yüksək qiymətlərlə başa vuran Fərman Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Ali təhsilini başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilir. O tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gəlir və Sovet rəsmilərinin icazə olmadan kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surgut bölgəsinə getməyi qərara alır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz ərazi kimi təqdim edilirdi. Rəsmi dairələr Salmanovun bu qərarına görə ona qarşı cinayət işi qaldırmaq istəyirlər, lakin komandasının tətil hədə-qorxuları hakimiyyət dairələrinin missiyaya raziliq verməsi ilə nəticələnir.
Fərman Süleymanov
== Siyahı ==
Fərman Yaqublu
İkinci Qarabağ müharibəsindən sonra şəhid olan Azərbaycan hərbçilərinin siyahısı — aşağıda 10 noyabr 2020-ci ildən sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 21 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Siyahıda 12-15 sentyabr 2022-ci ildə və 19-20 sentyabr 2023-cü ildə baş verən hərbi əməliyyatlar zamanı şəhid olan 80 və 204 hərbi qulluqçu barədə məlumatlar ayrıca siyahılarda verilmişdir.

fərma sözünün leksik mənası və izahı

"fərma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#fərma nədir? #fərma sözünün mənası #fərma nə deməkdir? #fərma sözünün izahı #fərma sözünün yazılışı #fərma necə yazılır? #fərma sözünün düzgün yazılışı #fərma leksik mənası #fərma sözünün sinonimi #fərma sözünün yaxın mənalı sözlər #fərma sözünün əks mənası #fərma sözünün etimologiyası #fərma sözünün orfoqrafiyası #fərma rusca #fərma inglisça #fərma fransızca #fərma sözünün istifadəsi #sözlük