farsa sözü azərbaycan dilində

farsa

Yazılış

  • farsa • 66.6667%
  • Farsa • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alireza Jam Farsadi
Alireza Jam Farsadi (3 aprel 2000, Təbriz) — Musiqiçi. == Həyatı == Alireza Jam Farsadi 2000-ci il aprelin 3-də İranın Təbriz şəhərin də anadan olub. Səkkiz yaşında fortepiano təhsili almağa başladı lakin, onu İrandaki musiqi təhsili qane etmədiyinə görə atası onu daha güclü musigi təhsili alması üşün hər həftə Təbriz şəhərindən Naxçıvan Muxtar Respublikasına aparırdı. 2010-cu ildə ailəcə Bakıya köçdülər. O burada Tofiq Quliyev adına 12 sayılı musiqi məktəbinə daxıl oldu. 2017-ci ildə Dubaida keçirilən beynalxalq ArtKelen müsabiqəsində birinci yeri qazandı. 2018-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilmiş Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin hesabat konsertində uğurlu çıxışına görə Bakı Şəhər Mədəniyyəti və Turizm Baş İdarəsi tərəfindən Fəxri Fərman ilə təltif edilmişdir. 2019 ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nə daxil olmuşdur. 2019-cu ildə Legends of Autumn İnternational Art Contest və Ümumilli Lider Heydər Əliyev in xatirəsinə ikinci elmi-ifaçılıq konfransında birinci yeri qazanmışdır.
Farsal döyüşü
Farsal döyüşü (Pharsalos, Pharsala) — Yunanıstanın Larisa nomunun (Fessaliya) Farsal şəhəri yaxınlığında Yuli Sezarın vətəndaş müharibəsi gedişində E.ə. 48-ci il 6 iyunda Qay Yuli Sezarın 30 min piyada və 1–2 min süvaridən ibarət qoşunu ilə Qney Pompeyin başçılığı altında Roma senatının 30 min piyada və 3–4 min süvaridən ibarət qoşunları arasında baş verən həlledici döyüş. == Döyüş == Tərəflərin döyüş qaydaları hərəsində 10 şerenqa olan üç xəttdən ibarət idi. Sezarın ordusunun sol cinahı ilə Pompey ordusunun sağ cinahı dik enişli sahili olan Enipay bulağına dirənmişdilər. Buna görə də rəqiblərin süvariləri bulaqdan əks tərəfdə cəmlənmişdilər. Pompeyin süvarilərinin zərbə imkanlarını nəzərə alaraq, Sezar üçüncü sıradan seçmə 6 koqorta çıxararaq onları, xüsusi ehtiyat kimi öz sağ cinahının arxasında yerləşdirdi, üçüncü xəttin qalan koqortaları ümumi rezervi təşkil edirdilər. Döyüşün əvvəlində Pompeyin süvariləri Sezarın süvarilərini sıxışdıra bildi, lakin onun xüsusi rezervi, sonra isə süvarilər tərəfindən əkshucuma məruz qaldı və qaçmağa başladı. Pompeyin süvarilərini təqib edən Sezarın piyada və süvariləri Pompeyin əsas qüvvələrinin arxasına çıxdı. Bu anda Sezar döyüşə əsas rezervi daxil etdi. Bu döyüşün taleyini həll etdi.
Farsan
Farsan-— İranın Çahar-Mahal və Bəxtiyari ostanının şəhərlərindən və Farsan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,219 nəfər və 5,665 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dilində danışırlar və şiə müsəlmandırlar.
Farsan şəhristanı
Farsan şəhristanı (fars. شهرستان فارسان‎‎) — İranın Çahar-Mahal və Bəxtiyari ostanında yerləşən şəhristan. Şəhristanın inzibati mərkəzi Farsan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 90,111 nəfər və 19,878 ailədən ibarət idi.
Farsala
Farsala (yun. Φάρσαλα) — Yunanıstanda qədim Farsala şəhərinin yerində mövcud olan kiçik bir şəhər. Dəniz səviyyəsindən 160 metr hündürlükdə, Profitis İlias dağının yamacında, Enipefsa çayının yaxınlığında, Larissadan 38 kilometr cənubda, Volosdan 48 kilometr qərbdə və Afinadan 187 kilometr şimal-qərbdə yerləşir. Fessaliya periferiyasında Larissa periferik vahidində eyniadlı icmanın (dima) inzibati mərkəzi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 9298 nəfər əhali yaşayır. Fessaliya və ümumiyyətlə Yunanıstanın böyük kənd təsərrüfatı mərkəzidir. Əhalinin böyük hissəsi kənd təsərrüfatında (pambıqçılıq və maldarlıq) və kənd təsərrüfatı məhsullarının emalı ilə məşğuldur. == Tarix == Arxeoloji tapıntılar Farsala ərazisində əhalinin neolit dövründən davamlı olaraq məskunlaşdığını göstərir. Ayia-Paraskevi (yun. Αγία Παρασκευή) qayasında, Apidanos çayının (Απιδανός) mənbəyində, şəhərin şimal-qərbində Miken yaşayış məntəqəsi aşkar edilmişdir.

Oxşar sözlər

#farsa nədir? #farsa sözünün mənası #farsa nə deməkdir? #farsa sözünün izahı #farsa sözünün yazılışı #farsa necə yazılır? #farsa sözünün düzgün yazılışı #farsa leksik mənası #farsa sözünün sinonimi #farsa sözünün yaxın mənalı sözlər #farsa sözünün əks mənası #farsa sözünün etimologiyası #farsa sözünün orfoqrafiyası #farsa rusca #farsa inglisça #farsa fransızca #farsa sözünün istifadəsi #sözlük