* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | ••••• | 6.85 |
2003 | ••••••• | 10.63 |
2004 | •••••••• | 12.46 |
2005 | •••••••• | 12.15 |
2006 | •••••• | 9.23 |
2007 | •••••••••• | 15.43 |
2008 | •••••••• | 12.42 |
2009 | •••••••••••••• | 22.08 |
2010 | •••••••••••••••••••• | 32.41 |
2011 | ••••••••••••••• | 22.99 |
2012 | •••••••••••• | 18.67 |
2013 | ••••••••••••• | 20.28 |
2014 | ••••••••••••• | 19.56 |
2015 | •••••••••• | 15.65 |
2016 | ••••••••• | 13.54 |
2017 | •••••••••• | 15.12 |
2018 | •••••••••• | 15.28 |
2019 | ••••••••• | 13.63 |
2020 | ••••••• | 11.14 |
1 [lat. forma] 1. Şeyin xarici görünüşü, şəkli. Yarpağın forması. – Müsəlman papaqlarının ağırlığı, böyüklüyü və formaları Molla Nəsrəddinin dostlarına necə ki lazımdır, əyandır… C.Məmmədquluzadə. // İnsan bədəni hissələrinin, fiqurunun çevrəsi. Uzun zaman əzələlər fəaliyyətsiz qaldıqda və fiziki hərəkətlər çatışmadıqda insan bədəninin forması dəyişir. (Qəzetlərdən). 2. Tip, quruluş, təşkilat sistemi; struktur. Yeni dövlət forması. İdarə forması. Təşkilat forması. // Növ müxtəlifliyi. Revmatizmin ağır forması. // İfadə üsulu, qaydası. Danışıq forması. 3. Bədii əsərin növü, janrı. Müxtəlif forma və janrda çoxlu musiqi əsəri yaradılmışdır. – İkinci dövrün xüsusiyyəti mündəricənin genişlənməsində, müxtəlif dramatik formaların (melodram, faciə) meydana çıxmasındadır. M.İbrahimov. 4. Ülgü, biçim, şablon, nümunə. Milli xalq geyimlərinin tədqiq edilib öyrənilməsi yeni modaların biçim və formalarının zənginləşməsinə kömək edər. (Qəzetlərdən). // Mətbəə naborunun qoyulduğu çərçivə, habelə çərçivəyə qoyulmuş naborun özü. 5. Bir şeyin müəyyən olunmuş nümunəsi, tipi. Bülleten forması. Hesabat forması. Anketin forması. 6. Rənginə, biçiminə və başqa əlamətlərinə görə müxtəlif kateqoriyalara mənsub şəxslər üçün vahid paltar tipi; rəsmi paltar, geyim. Hərbi forma. Məktəbli forması. Dəmiryolçu forması. – Bahar fəslinin axırında Mirzə Səfərin oğlu darülfünun tələbəsi formasında evlərinə görüşməyə gəldi. Ə.Haqverdiyev. Milis işçilərinin özləri də forma deyil, adi paltar geymişdilər. H.Seyidbəyli. 7. dilç. Qrammatik kateqoriyaların, söz və cümlələrin qarşılıqlı əlaqəsini zahirən ifadə edən vasitə. Sözün forması. Felin qeyrimüəyyən forması. 8. inc. ədəb. Bir şeyin məzmununu ifadə etmək üçün istifadə olunan bədii vasitələr sistemi. Bayatının müxtəlif formaları. – Hindistan indi də müxtəlif və zəngin rəqs formalarının xəzinəsi hesab olunur. “Azərb.”.
Azərbaycan dilinin izahlı lüğəti / forma6 1. FORMA, QURULUŞ, STRUKTUR, TİP 2. FORMA, RƏSMİ GEYİM 3. forma bax ülgü
Azərbaycan dilinin sinonimlər lüğəti / forma1 FORMA – MƏZMUN Formanı müəyyən edən və şərtləndirən məzmunun özüdür.
Azərbaycan dilinin antonimlər lüğəti / forma1 FORMA I is. [ lat. ] Xarici görünüş. Onun forması mənə yaxşı təsir bağışlayır. FORMA II is. [ lat. ] Rəsmi paltar (hərbi və mülki xidmətçilər və məktəblilər üçün). O, hərbi formada idi. FORMA III is. [ lat. ] ədəb. Bədii əsər üçün təsvir vasitələri məcmuyu. Bu formalar əsərdəki hadisələri bir növ tamamlayırdı. FORMA IV is. [ lat. ] qram. Şəkil. Azərbaycan dilində felin xüsusi və ümumi formaları var.
Azərbaycan dilinin omonimlər lüğəti / forma2 I сущ. форма: 1. внешнее очертание, наружный вид предмета. Yarpağın forması форма листа, oval forma овальная форма, uzunsov forma продолговатая форма 2. очертания человеческого тела, фигуры (обычно женской). İnsan bədəninin forması форма человеческого тела 3. внешнее выражение чего-л., обусловленное определенным содержанием, сущностью; тип, устройство, способ организации чего-л. İdarəetmənin forma və metodları формы и методы управления, ideoloji işin yeni formaları новые формы идеологической работы 4. филос. способ существования, внутренняя организация содержания. Forma və məzmunun vəhdəti единство формы и содержания, təfəkkür formaları формы мышления 5. разновидность, жанр художественного произведения. Möhtəlif dramatik formalar различные драматические формы 6. прием, способ выражения чего-л. Müraciət forması форма обращения, danışıq forması форма беседы, kəskin formada в резкой форме 7. разновидность заболевания, связанная с характером протекания. Revmatizmin ağır forması тяжёлая форма ревматизма, infarktın ağrısız forması безболезненная форма инфаркта 8. установленный образец чего-л. Protokol forması форма протокола, anket forması форма анкеты 9. строго установленный порядок в чём-л. (действии, способе изготовления, ношении одежды и т.п.). Məktəb forması школьная форма, hərbi forma военная форма, polis forması полицейская форма 10. лингв. средство внешнего выражения грамматических категорий, взаимоотношений слов и предложений. Sözün forması форма слова, ismin hal formaları падежные формы имени существительного; felin gələcək zaman formaları формы будущего времени глагола
Azərbaycanca-rusca lüğət / forma1 i. 1. form; shape; ~ və məzmun form and content; fel ~sı verbal form; qramatik ~lar grammatical forms; qutunun ~sı the shape of the box; 2. tex. (qəlib) mould; 3. (qiyafə) uniform; ~da olmaq 1) to be* in good form, to feel* fit; 2) to be* in the uniform; ~da olmamaq to be* out of form; ~ vermək to give* a form / shape (to)
Azərbaycanca-ingiliscə lüğət / forma1 is. 1) forme f ; configuration f ; 2) tex. moule m (qəlib) ; 3) uniforme m, tenue f
Azərbaycanca-fransızca lüğət / forma1 [lat. forma] форма (1. са затӀунин винел патан акунар, шикил; кӀалуб; 2. тип; къайда, къурулуш; структура; 3. жуьре, тегьер; жанр; 4. кӀалуб, чешне, шаблон; 5. ппек (са пешедин инсанри, мес. аскерри, школьникри ва мс. алукӀдай са жуьредин пекер); 6. лингв. форма; 7. бедендин кӀалуб, фигура).
Azərbaycanca-ləzgicə lüğəti / forma\ - Şeyin xarici görünüşü, şəkli. Bir şeyin məzmununu ifadə etmək üçün istifadə olunan bədii vasitələr sistemi.
Fəlsəfə terminlərinin izahlı lüğəti