* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. və zərf [ər.] Vaxtından, mövsümündən qabaq, tez əkilən. Faraş əkin. – Aqronomlar deyirlər ki, faraş səpin yaxşı olur. Ə.Vəliyev. Faraş səpilmiş reyhan iyi adamı valeh edir. Mir Cəlal. // Mövsümündən, vaxtından qabaq doğulan (ev heyvanları haqqında). Faraş balalar isə hər gün çimizdirilməli və sərinlikdə saxlanmalıdır. // Tezyetişən, tezböyüyən. Faraş kələm. Faraş göyərti. – [Gülşən] manqa üzvlərinə altdan-altdan baxıb, kimin nə cür işlədiyinə ciddi nəzər saldıqdan sonra faraş bir kolun yanına gəldi. Ə.Vəliyev. Bir səs deyir: – Rza, durma! Rza, yaz! Qırçın tarla, faraş qoza, bol pambıqlı yaza yaz! R.Rza. ◊ Faraş gəlmək – 1) vaxtından qabaq özünü göstərmək, havaların qızışması (əsasən yaz mövsümü haqqında). İl faraş gəlsə, yaylaqda ot, qışlaqda güzdək və xəsil bol olsa, qoyun saxlamaq asandır. Ə.Vəliyev. Yaz da bu il dağ ətəyinə faraş gəlmişdi. B.Bayramov; 2) sürətlə inkişaf etmək, gözlənildiyindən tez böyümək. Muğanın pambığı faraş gələndə; Qozalar gül açıb üzə gülərdi. S.Vurğun.
Azərbaycan dilinin izahlı lüğəti / faraş1 Ərəbcə “vaxtından tez” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / faraş2 прил. 1. ранний: 1) совершаемый в самом начале какого-л. периода времени. Faraş səpin ранний сев 2) такой, который вырастает, становится зрелым прежде других. Faraş tərəvəz ранние овощи, faraş kələm sortları ранние сорта капусты, faraş yazlıq bitkilər ранние яровые культуры, faraş göyərti ранняя зелень; faraş kartof ранний (ранний картофель) 3) родившийся, появившийся на свет прежде других (о животных). Faraş quzu ранний ягнёнок 4) преждевременный. Faraş qar ранний снежок; yaz bu il faraş oldu весна была в этом году ранняя 2. скороспелый (рано созревающий, быстро достигающий зрелости – о растениях, сельхозяйственных животных); faraş gəlmək: 1. созревать раньше времени; 2. прийти, наступить раньше времени
Azərbaycanca-rusca lüğət / faraş1 s. early; ~ tərəvəz early vegetables; ~ meyvə early fruit; Bahar bu il faraşdır Spring has come early this year
Azərbaycanca-ingiliscə lüğət / faraş1 sif. précoce ; prématuré, -e ; hâti//f, -ve ; ~ tərəvəz primeurs f pl
Azərbaycanca-fransızca lüğət / faraş1 [ər.] прил., нареч. фараш (вахтундилай вилик, фад цадай; фад ханвай; фад агакьдай, фад чӀехи жедай); ** faraş gəlmək фараш атун а) фад атун, вахтундилай вилик атун, вичи-вич къалурун (гатфари); б) фад чӀехи хьун, къуваран хьун, фад агакьун (мес. памбагар).
Azərbaycanca-ləzgicə lüğəti / faraş