Derma sözü azərbaycan dilində

Derma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Derma • 60.0000%
  • derma • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dermaptera
Dəriqanadlılar (lat. Dermaptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. == Ümumi məlumat == Dəriqanadlılar və ya qulağagirənlər xalq arasında çox pis ad çıxarmış, özünəməxsus görkəmi ilə fərqlənən nisbətən kiçik (0,5-5 sm) cücülərdir. Bədəni uzunsov, yüngülcə yastılanmış, qarıncığın zirvəsində dəstə üçün səciyyəvi olan iki uzun qısqac formalı sıx törəməsi vardır. Erkəklərdə qısqaclar dişilərdəkindən xeyli güclü inkişaf etmişdir. Qulağagirənlər bitki və heyvan qalıqları ilə qidalanırlar. Bəzi növləri canlı mədəni bitkiləri yeyərək onlara nəzərəçarpacaq dərəcədə ziyan vururlar. Onların yaşayış evlərinə girib yorğan-döşəyi və paltarları zədələməsi, çörəyi gəmirməsi halları da məlumdur. Hazırda Yer kürəsində 1800 növə yaxın qulağagirən məlumdur.
Dermatit
Dermatit (yun. δέρμα, δέρματος — dəri + lat. itis — keçmək, dönmək) — dərinin üzərinə xarici fiziki və ya kimyəvi faktorun birbaşa təsir etdiyi yerdə əmələ gələn iltihab. Bəzən bu termin daha geniş mənada dərinin hər hansı iltihabının adı kimi istifadə olunur (məs. atopik dermatit). Tibbdə çaşqınlığı azaltmaq üçün "kontakt dermatit" termini qəbul edilir. Digər səbəblərdən yaranan dəri zədələri toksikermiya adlanır. == Təsnifatı == Sadə — zərərverici faktorun təsiri altında dəri hüceyrələrində nekrobiotik dəyişikliklər nəticəsində sürətlə inkişaf edən dermatit; Allergik — həssaslaşmış limfositlərin təsiri nəticəsində gecikmiş tipli iltihablı dermatit. İnkişaf səbəblərinə görə dermatit travmatik, tibbi, termik (yanıq, donma), rentgen şüaları və müxtəlif radioaktiv maddələrin şüalanması, yaraya yaxın olması, ziyil, nekrobasil, parazitar (qotur) və s. əlamətlərə görə fərqlənir.
Dermatologiya
Dermatologiya (yunan sözü olub "derma" – dəri, "logos" – elm deməkdir) — dərinin struktur quruluşu və funksiyalarını normada və hər hansı bir patalogiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir. Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.
Dermatom
Dermatom, tibb dilində vücudun “coğrafi” hissiyat hissələrinə verilmiş olan addır. Periferik sinir sistemində dərinin səthi hisslərini qəbul edən bu hissə o sinirə məxsus olan dermatom olaraq adlandırılır.
Dermatomiozit
Dermatomiozit – dəri və əzələlərin sistem və iltihabı xəstəliyi. == Etiologiyası. Patogenezi == Dermatomiozitin etiologiyasında virus-infeksiyasının (koksaki B2) təsiri güman edilir. Ağırlaşdırıcı amillər soyuqlama , travmalar, hamiləlik , dərman vasitələrinə qarşı dözümsüzlük ola bilir. Müxtəlif immun patoloji pozulmaları xarakterikdir. Qadınlarda xəstəliyin iki pik dövrün (keçid və klimakterik dövrdə) təyin olunması neyro endokrin reaktivliyinin əhəmiyyətini göstərir. Ailəvi genetik meylilik də ola bilər. == Ümumi məlumat == Çox zaman xroniki olur, lakin kəskin də ola bilər. Bir neçə həftədən sonra ölümlə nəticələnir. Əsasən 40–50 yaşlı qadınlarda olur.
Dermatoqlifika
Dermatoqlifika (q.yun. δέρμα «dəri», δέρματος + γλύφω «kəsirəm, həkk edirəm») – insan orqanizmini baxışdan keçirmək üçün, insanın ovuc içi və pəncələrinin dərisinin naxışlarının əlamətini öyrənən psevdo-elmi üsuldur. Dermatoqlifik əlamətlər bəzi xromosom və çoxfaktorlu xəstəliklərin, zehni geriləmənin markerləri ola bilər, həm də etnodiaqnostik əlamətləri ola bilər, bundan əlavə olaraq şəxsiyyətin identifikasiyasında istifadə olunur. Lakin 2009-cu ilin hesabatında göstərildiyi kimi, “elmi” əsas elmi metoddan çıxarılan nəticələrə deyil, subyektiv müqayisəyə əsaslanır. Rusiyada 2016-cı ildə dərc edilən Yalan elmlərlə Mübarizə Komissiyasının 1 nömrəli memorandumu dermatoqlifikaya həsr olunub. Tədqiqatçıların fikrincə, dermatoqlifika xiromantiyaya xas olan bir sıra xüsusiyyətlərə malikdir, eyni zamanda bir sıra başqa psevdo-elmi anlayışlara, məsələn, sosionika, astrologiya və s. Elektron tibdə dermatoqlifik tədqiqatların nəticələrinin tətbiqi əhəmiyyət kəsb edir. Dermatoqlifika termini H.Kummins və C.Midlonun adı ilə bağlı olsa da, elmi istiqamət kimi Qaltonun klassik “Fingerprints” kitabının nəşri ilə tanındı. Qaltonun əsas tədqiqat obyekti şəxsi identifikasiya sisteminin inkişaf etdirilməsi olmasına baxmayaraq, o, barmaq izi ilə təsvir olunan bioloji variasiyanı, uzunmüddətli tədqiqatlar zamanı barmaq izlərinin dəyişməz xarakteristikalarını, varisliyi məsələlərini araşdırmışdır. O, öz elmi araşdırmalarının nəticəsi olaraq qeyd edir ki, əldə, xüsusən də ovuc hissədə olan xətlərin insanın xromosom dəstinin müəyyən edilməsində, müəyyən gen xəstəliklərinin hələ simptomları özünü büruzə vermədən tanınmasında rolu böyükdür[3].
Dermatoveneroloq
Dermatoveneroloq — dəri və zöhrəvi xəstəlikləri sahəsində ixtisaslaşmış həkim. == Qısa məlumat == Dermatoveneroloq ixtisasına sahib olan həkimlər dəri və zöhrəvi, yəni dəri xəstəlikləri və cinsi yolla yoluxan xəstəlikləri müalicə edirlər. Dermatoveneroloq sözü dermatoloq və veneroloq sözlərinin birləşməsindən əmələ gəlmişdir. Dermatoloq dedikdə dəri həkimi veneroloq dedikdə isə zöhrəvi xəstəlikləri həkimi nəzərdə tutulur. Adətən dermatoloq və veneroloq eyni həkim olduğu üçün onlara dermatoveneroloq deyə müraciət edirlər. Azərbaycan və Türkiyədə 4 illik rezidentura təhsilindən sonra dəri və zöhrəvi xəstəlikləri sahəsində ixtisaslaşan həkimlərə Dermatoveneroloq ixtisası verilir. == Verdiyi xidmətlər == Dermatoveneroloqların xəstələrə verdiyi xidmətlər spektrumu çox genişdir. Bu ixtisas sahiblərinin müayinə və müalicə etdikləri xəstəlik çeşidləri digər tibb ixtisas sahibləri ilə müqayisədə daha genişdir.
Dermatoz
Dermatoz — (yun. δέρμα - dəri) müxtəlif dəri xəstəlikləri. Dermatoz həm anadangəlmə, həm də qazanılmış ola bilər. İnsan dəri sistemi dermatozlar kimi tanınan xəstəliklərin geniş spektri, eləcə də bir çox qeyri-patoloji vəziyyətlərə (məs. müəyyən şərtlərdə melanonikiya) malikdir. == Ümumi məlumat == Həkimə müraciətlərin sayı az olsa da, minlərlə dəri xəstəlikləri təsvir edilmişdir. Bu şərtlərin təsnifatı çox vaxt nozoloji çətinliklərlə əlaqələndirilir, çünki əsas səbəblər və patogenetikalar çox vaxt məlum deyil. Çox vaxt insanlar nevroloji anomaliyalara, endokrin sistemdə pozuntulara və ya zəifləmiş immunitet vaxtı inkişaf edən neyrodermatit kimi zədələnmələrə meyllidirlər. == Növləri == Dermatozun yaş məhdudiyyəti yoxdur və müxtəlif növləri var. Ən çox yayılan dermatit, ekzema və pullu dəmrov xəstəlikləridir.
Fatma Çiçək Derman
Fatma Çiçək Derman (1945, Ankara) — təzhip-miniatür sahəsi üzrə mütəxəssis, professor . == Həyatı və yaradıcılığı == Fatma Çiçək Derman 1945-ci ildə Ankarada doğulmuşdur. İstanbul Qız Liseyini və İstanbul Universiteti ədəbiyyat fakültəsinin sənət tarixi bölümünü bitirib. O, 1985-ci ildən 2012-ci ilə qədər Mərmərə Universitetinin Gözəl Sənətlər Fakültəsində müəllimlik etmişdir. Fakültə dekanı, Ənənəvi Türk Sənətlər Bölümü və Təzhip-miniatür əsas sənət sahəsinin yaradıcısı kimi rəhbərliklərdə çalışdı. 1976-cı ildən başlayaraq 24 il müddətində fəxri olaraq Kubbealtı Nakışhânesinde təzhip müəllimliyi etmişdi. Fatma Çiçək Derman ilk şəxsi sərgisini 1987-ci ildə Qanuni Sultan Süleyman Sərgisi əhatəsində Çikaqoda açmış, müxtəlif illərdə Türkiyədə və xarici ölkələrdə sərgiləri olmuşdur. Türkiyə Respublikası Kültür Nazirliyi tərəfindən keçirilən Dövlət Türk Süsləmə Sənətləri seçici təşkilatında 1990-cı ildən etibarən yer alan F.Ç.Derman Yaponiyada Türk ili olaraq elan edilən 2003-cü ildə professor Uğur Dermanla birlikdə East Asia (Toua) Universiteti tərəfindən dəvət edilmiş, burada sərgi və konfranslarla sənətlərini tanıtmışlar. Professor Uğur Dermanın həyat yoldaşı olan Fatma Çiçək Dermanın üç oğlu, üç nəvəsi vardır. Professor Fatma Çiçək Derman 9 magistr işinin və 7 doktorluq dissertasiyasının elmi rəhbəri olmuşdur.
Kontakt dermatit
Kontakt dermatit — kimyəvi və ya fiziki agentlərin təsirindən yaranan dərinin kəskin və ya xroniki iltihabı. Tez-tez allergik kontakt dermatitin səbəbi bəzi şampunların, losyonların, nəmləndirici kremlərin bir hissəsi olan törəmələrdən ayrılan formaldehidə reaksiyadır. == Epidemiologiyası == Kontakt dermatit bütün peşə dəri xəstəliklərinin 95%-ni təşkil edir. Kontakt dermatitin vaxtı və yayılması ilə bağlı dəqiq statistika azdır. Bir neçə aparılan tədqiqatın nəticələri metodoloji fərqlərə görə müqayisə edilə bilməz. == Simptomları == Kontakt dermatit, yad bir maddə ilə təmas nəticəsində yaranan lokallaşdırılmış səpgi və ya dəri qıcıqlanmasıdır. Kontakt dermatitə dərinin yalnız səthi bölgələri təsirlənir. Təsirə məruz qalan toxumanın iltihabı epidermisdə (dərinin ən xarici təbəqəsi) və xarici dermisdə (epidermisin altındakı təbəqə) mövcuddur. Kontakt dermatit şiddətli qaşınma ilə nəticələnir. Onların sağalması bir neçə gündən həftələrə qədər çəkə bilər.
Xəzər dermatolitonu
Xəzər dermatolitonu (Dermatolithon capsicum (Foslie) Zaberzh. (Melobesia caspica Foslie, Litholepis caspica Foslie)) - qırmızı yosunlar şöbəsinə aid bitki növüdür. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir Xəzər endemikidir. Nazik və ya kifayət qədər qalın qabıqlar əmələ gətirir, cavan olduqda yuvarlaq, yaşlandıqca qeyri-müəyyən çevrə formasını alır. Qabıqlar birqatlıdır, çox vaxt bir-birinin üzərinə söykənmiş olur və buna görə çoxqatlı görünür. Tallom bütün aşağı səthi ilə süxura yapışır. Hipotali hüceyrələri köndələn kəsikdə (14)23 – 34 sm hündürlükdə və 11-17 sm enindədir; hüceyrələrin uzunluğu eninə bərabərdir və ya iki dəfə ondan böyükdür. Konseptakul tetrasporangili, spermatangi və karposporlarla birgə 315 sm diametrindədir və hündürlüyü 143 mm. Tetrasporanginin hündürlüyü 46-65 sm və qalınlığı 26-37 sm; karposporlar demək olar ki, şarvaridir, 31-46 (63) sm diametrindədir.
Dermanyssiae
Dermanyssidae (yun. Derma - dəri və nýsso - sancmaq), Mesostigmata (orta stiqmalı gənələr) alt dəstəsinə aid olan bir gənə (mite) fəsiləsidir. Bu fəsilənin üzvləri əsasən quşların və məməlilərin ektoparazitidir və qanla qidalanırlar. == Xüsusiyyətləri == Dermanyssidae fəsiləsinin üzvləri aşağıdakı xüsusiyyətlərlə xarakterizə olunur: Ektoparazit həyat tərzi: Əsasən quşların və məməlilərin qanını əmərək yaşayırlar. Stiqmaların yeri: Stiqmalar (tənəffüs dəlikləri) adətən koksaların (ayaqların birinci seqmenti) yan tərəfində yerləşir. Xeliserae quruluşu: Xeliserae (ağız hissələri) qan əmməyə uyğunlaşmışdır və iti, kəsici uclara malikdir. Bədən forması: Bədən oval və yastı şəklində olur, bu da onlara ev sahibinin tükləri və ya lələkləri arasında asanlıqla hərəkət etməyə imkan verir. == Həyat dövrləri == Dermanyssidae gənələrinin həyat dövrü yumurta, larva, protonimfa, deutonimfa və yetkin mərhələlərindən ibarətdir. Larvalar altı ayaqlı, nimfalar və yetkinlər isə səkkiz ayaqlıdır. == Tibbi və iqtisadi əhəmiyyəti == Dermanyssidae gənələri, ev sahiblərində qan itkisinə, dəri qıcıqlanmasına və allergik reaksiyalara səbəb ola bilər.
Atopik dermatit
Atopik ekzema və ya atopik dermatit xəstəliyi — dərinin qaşıntılı qızartılı xroniki allergik mənşəli patologiyasıdır. Qaşıntılı qızartılar bədənin istənilən yerində yarana bilər. Lakin, əsasən yanaqlarda, bükənəklərdə, əl və ayaqda yaranır. Gecələr qaşıntı kəskinləşir. Atopik ekzema xəstəliyi erkən uşaqlıq vaxtlarından başlayır. == Etiopatogenez == Atopik ekzema xəstəliyinin yaranması genetik səbələrə bağlıdır. Adətən valideynlərdin birində atopik vəziyyət olur. Yəni, valideynlərdən birində allergik rinit, konyuktivit, astma və ya atopik ekzemanın özü olur. Dərinin barier funskiyasında məsul olan fillagrin və bənzəri proteinlərin genetik pozunutusu əsasə səbəblərdən biridir. Bu səbəbdən dəridə qaşıntı və qızartılar yaranır.

"derma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#derma nədir? #derma sözünün mənası #derma nə deməkdir? #derma sözünün izahı #derma sözünün yazılışı #derma necə yazılır? #derma sözünün düzgün yazılışı #derma leksik mənası #derma sözünün sinonimi #derma sözünün yaxın mənalı sözlər #derma sözünün əks mənası #derma sözünün etimologiyası #derma sözünün orfoqrafiyası #derma rusca #derma inglisça #derma fransızca #derma sözünün istifadəsi #sözlük