ferma-çərçivə sözü azərbaycan dilində

ferma-çərçivə

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ferma-çərçivə • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Çərçivə
Çərçivə — rəsm, fotoşəkil və bəzi hallarda mətnlərin ətrafını əhatə edən dekorativ xarakterli hissələr. Çərçivələr eyni zamanda rəsm və fotoşəkillərin qorunması və divar və ya digər səthlərdə quraşdırılması məqsədilə da istifadə olunurlar. Şəklin sərhəddi - (ingiliscə graphic limits, rusca границы рисунка – kompüter ekranında: qrafik proqramda qrafik görüntünün sərhədi. Bəzi qrafik mühitlərdə şəklin sərhədinə (onu tam əhatə edən minimal düzbucaqlıya) çox zaman sərhəd düzbucaqlısı və ya sərhəd çərçivəsi deyilir. == Xarici keçidlər == Art of the Picture Frame Resources from the National Portrait Gallery. PPFA-Professional Picture Framers Association Arxivləşdirilib 2013-04-15 at Archive.today == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ferma
Ferma — insanların bitki və heyvanları yetişdirib, yararlandıqları müəssisə. Günümüzdə bir çox növ ferma var; balıq, inək, qoyun, donuz, göbələk, toyuq, arı və dəvəquşu fermaları kimi. == Adı == Azərbaycan dilində işlənilər ferma XX-ci əsrdə rusca ферма sözündən keçib, rusca isə fransızca ferme sözündən, sözün kökü latınca firmus ("bərk, dözümlü"). Lakin, XX-ci əsrdə Azərbaycanda sovet hökuməti olduğuna görə Azərbaycanda fermalar əvəzinə kolxoz (колхоз - коллективное хозяйство), yəni, kollektiv təsərrüfatı işlənirdi, ferma isə kapitalist ölkələrdə işlənilən təsərrüfat sayılırdı. XX-ci əsrə kimi Azərbaycan dilində ciftlik/çiftlik (farsca cüft/çift - "cüt, qoşa, ikili" və "lik" şəkilçisi, Osmanlı dilindən gəlməsi ehtimal olunur) və məzrə/məzrəə (ərəb. مزرعة‎) sözlərinə rast gəlmək olardı.
Ferma nöqtəsi
Ferma-Toriçelli nöqtəsi ABC üçbucağının daxilində elə F nöqtəsinin yerləşməsi haqqında məsələni tələb edirdi ki, FA+FB+FC cəmi minimal olsun. == Tarixi == Həndəsədə çox gözəl bir teoremin adı Fermanın ilə bağlıdır. Bu üçbucaqda Ferma-Toriçelli nöqtəsinin tapılmasıdır. Bu nöqtə keçmişin ən böyük 3 riyaziyyatçısının adı ilə bağlıdır. İlk dəfə onun haqqında Pyer Fermanın işlərində danışılır. O, ABC üçbucağının daxilində elə F nöqtəsinin yerləşməsi haqqında məsələni tələb edirdi ki, FA+FB+FC cəmi minimal olsun. İsveçrə alimi Yakob Şteyner bu məsələyə daha ümumi halda baxmışdır: o, 3 məntəqəni birləşdirən ən qısa yol şəbəkəsinin tapmağa çaışırdı. Məlum olur ki, şəbəkə mütləq bir nöqtədə birləşən düzxətli yollardan ibarət olmalıdır, belə ki, yollardan biri nöqtəyə çevrilə bilər. Belə qoyuluşda məsələ sırf praktiki əhəmiyyət daşıyır, məsələn, naqil şəbəkələrinin çəkilişində belə bir məsələni həll etmək lazım gəlir. == Nöqtənin qurulması == Fermanın klssik məsələsinin həlli üçün belə bir fiziki modeli bu formada qurmaq olar: Hər hansı lövhə üzərində bir üçbucaq çəkək.
Ferma ədədləri
Ferma ədədləri - F n = 2 ( 2 n ) + 1 {\displaystyle F_{n}=2^{(2^{n})}+1} şəklində olan ədədlərə deyilir, haradaki n mənfi ədəd deyil. == Haqqında == XVII əsrin məşhur riyaziyyatçısı Pyer Ferma 22n + 1 şəklində olan ədədləri öyrənmişdi. Bu ədədləri Ferma ədələri adlandırırlar. Alim qəbul etmişdi ki bu ədədlərin hamısı sadə ədədlərdir. Onun buna əsası da vardı. Ona görə ki, n=0; 1; 2; 3; 4 qiymətləri üçün, həqiqətən Ferma ədədləri sadə ədədlərdir. Ancaq XVIII əsrdə Leonard Eyler göstərdi ki, 225 +1 = 232 + 1 = 4294967297 ədədini 641 və 6700417 sadə ədədlərinin hasili şəklində göstərmək olar. Digər tərəfdən yuxarıda göstərilən beş ədəddən başqa sadə Ferma ədələrinin olması məlum deyil. Maren Mersenə ( 1588-1648-ci illərdə yaşamış Fransız rahibi, həmçini riyaziyyatçısı, əgər 2n -1 sadə ədəddirsə onu Mersen ədədi adlandırırlar) ünvanladığı məktublarının birində Pyer Ferma belə bir təklif irəli sürür ki, n ikinin qüvvətidirsə 2n + 1 şəkilndə olan ədədlər mütləq sadədir. Ferma həmçinin bilirdi ki, n ikinin qüvvəti deyilsə, onda 2n + 1 ədədi sadə deyil.
Pyer Ferma
Pyer Ferma (fr. Pierre de Fermat; d. 1601 – ö. 1665) — Fransız riyaziyyatçı, məşhur Böyük Ferma teoreminin yaradıcısı. O, XVII əsrin ən nəhəng riyaziyyatçılarından biridir. Ədədlər nəzəriyyəsi, həndsə, cəbr, riyazi analiz (maksimum və minimumların tapılma üsulları), ehtimal nəzəriyyəsilə məşğul olmuşdur. Rena Dekartla birlikdə analitik həndəsənin yaradıcılarında biridir. Ədədlər nəzəriyyəsində onun iki teoremi – Fermanın böyük və kiçik teoremləri xüsusilə məşhurdur. Fransız riyaziyyatçısı Ferma Pyer, Tuluz şəhərində parlamentdə məsləhətçi işləmişdir. Heç bir kitab yazmamışdır (o vaxtlar elmi jurnallar da yox idi).
Əsas paylayıcı çərçivə
Əsas paylayıcı çərçivə (ing. main distribution frame; MDF) — avadanlığın kabellərə və abonent daşıyıcı avadanlığa qoşulması üçün istifadə olunan siqnal paylayıcı çərçivə. MDF, mübadilə avadanlığının və lokal kommutasiyaların sonlarının MDF-də keçid naqilləri ilə birləşdirildiyi lokal telefon stansiyası daxilində yerləşən son nöqtədir. Telefon xətləri vasitəsilə xidmət göstərən bütün kabel-mis cütləri MDF-də dayandırılır və MDF vasitəsilə lokal mübadilə daxilində avadanlıqlara paylanır. Aralıq paylayıcı çərçivələrə (IDF) gedən kabellər MDF-də dayanır. Magistral kabellər eyni MDF-də və ya ayrıca magistral əsas paylayıcı çərçivədə (TMDF) dayana bilər. Digər paylama çərçivələri kimi, MDF də yamaq panelindən (patch panel) daha ucuza və daha yüksək tutumla obyektlərin təyin edilməsində çeviklik təmin edir. Ən geniş yayılmış MDF növü hər iki tərəfdən əlçatan olan uzun polad rəfdir. Bir tərəfdən dayandırma blokları rəflərin ön hissəsində üfüqi şəkildə yerləşdirilir. Atqılar rəflərdə uzadılır və şaquli olaraq yerləşdirilən digər dayandırma bloklarına şaquli vəziyyətdə getmək üçün izolyasiya edilmiş polad halqadan keçir.
Böyük Ferma Teoremi
Bu teoremi Diofantın "Hesab" kitabının ikinci hissəsində, 8-ci məsələnin qarşısında yazmışdı: "Verilən kvadartı iki kvadrata ayırın". Başqa sözlə desək, verilmiş a ədədi üçün x2 + y2 = a2 tənliyini rasional həllərini tapmaq tələb olunur. Bu da ki bizlərə çox yaxşı tanış olan Pifaqor teoremidir və onun sonsuz sayda həlli var. Ferma qeyd etmişdir: "Kubu iki kuba, kvadratın kvadratını iki kvadratın kvadratına, ümumiyyətlə dərəcəsi ikidən böyük sonsuzluğa qədər heç bir qüvvəti bütün həmin dərəcəli iki qüvvətə ayırmaq olmaz. Mən bunun həqiqətən çox gözəl isbatını tapmışam, ama onun üçün yer olduqca azdır". Tutaq ki, bizə belə bir məsələ verilib: Verilmiş tam müsbət n üçün a n + b n = c n {\displaystyle a^{n}+b^{n}=c^{n}\,\!} düsturunu ödəyən a,b və c tam ədədlərini tapın(a,b,c>0). Başqa sözlə xn + yn = zn qeyri-müəyyən tənliyinin n≥3 olduqda, heç bir rasiolnal həlli yoxdur. Bu təklif Fermanın böyük və ya sonuncu teoremi adlanır. İlk baxışdan asan və ya adi görünən bu məsələ təxminən üç əsr yarım dünyanın böyük riyaziyyatçılarına meydan oxumuşdur, оnun isbatını riyaziyyatçılar 350 ildən çox axtarmalı olmuşlar. Bu məsələnin həlli Ferma Teoremi (və ya Böyük Ferma Teoremi və ya Son Ferma Teoremi) ilə bağlıdır.
Dahi Ferma Teoremi
Bu teoremi Diofantın "Hesab" kitabının ikinci hissəsində, 8-ci məsələnin qarşısında yazmışdı: "Verilən kvadartı iki kvadrata ayırın". Başqa sözlə desək, verilmiş a ədədi üçün x2 + y2 = a2 tənliyini rasional həllərini tapmaq tələb olunur. Bu da ki bizlərə çox yaxşı tanış olan Pifaqor teoremidir və onun sonsuz sayda həlli var. Ferma qeyd etmişdir: "Kubu iki kuba, kvadratın kvadratını iki kvadratın kvadratına, ümumiyyətlə dərəcəsi ikidən böyük sonsuzluğa qədər heç bir qüvvəti bütün həmin dərəcəli iki qüvvətə ayırmaq olmaz. Mən bunun həqiqətən çox gözəl isbatını tapmışam, ama onun üçün yer olduqca azdır". Tutaq ki, bizə belə bir məsələ verilib: Verilmiş tam müsbət n üçün a n + b n = c n {\displaystyle a^{n}+b^{n}=c^{n}\,\!} düsturunu ödəyən a,b və c tam ədədlərini tapın(a,b,c>0). Başqa sözlə xn + yn = zn qeyri-müəyyən tənliyinin n≥3 olduqda, heç bir rasiolnal həlli yoxdur. Bu təklif Fermanın böyük və ya sonuncu teoremi adlanır. İlk baxışdan asan və ya adi görünən bu məsələ təxminən üç əsr yarım dünyanın böyük riyaziyyatçılarına meydan oxumuşdur, оnun isbatını riyaziyyatçılar 350 ildən çox axtarmalı olmuşlar. Bu məsələnin həlli Ferma Teoremi (və ya Böyük Ferma Teoremi və ya Son Ferma Teoremi) ilə bağlıdır.
Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası
Milli azlıqların müdafiəsi üzrə Çərçivə Konvensiyası (ing. Framework Convention for the Protection of National Minorities) — 1 fevral 1995-ci ildə imzalanan Avropa Şurası konvensiyası. Fransa, Monako, Andorra və Türkiyə tərəfindən imzalanmamış Avropa Şurasına üzv dövlətlərdən; imzalanmış, lakin Belçika, Yunanıstan, İslandiya və Lüksemburq tərəfindən təsdiqlənməmişdir.Konvensiyanın həyata keçirilməsinə iştirakçı ölkələrin hesabatlarını qiymətləndirən Məşvərət Komitəsi və CC-nin fikirlərinə əsasən tövsiyələr verən Avropa Şurası Nazirlər Komitəsi nəzarət edir. Fərdi şikayət mexanizmi yoxdur və konvensiya zəif bir mexanizm kimi qəbul edilir. == Strukturu == Preambula və I hissə (maddə 1-3) - konvensiyanın məqsədləri, prinsipləri və orada təsbit edilmiş hüquqlardan istifadə hüququ. II hissə (maddə 4-19) - konvensiya tərəflərinin öhdəliklər kataloqu: Maddə 4. Ayrı-seçkiliyin qadağan edilməsi. Maddə 5. Asimilyasiya siyasətinin qadağan edilməsi. Maddə 6.
BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası
İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası (ing. Framework Convention on Climate Change, UN FCCC) — keçmiş SSRİ-nin bütün ölkələri və bütün sənayeləşmiş ölkələr daxil olmaqla dünyanın 180-dən çox ölkəsi tərəfindən iqlim dəyişmələri problemi ilə əlaqədar ölkələrin ümumi fəaliyyət prinsiplərinə dair bir müqavilə. Konvensiya 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində təntənəli şəkildə qəbul edildi və 21 mart 1994-cü ildə qüvvəyə mindi (Rusiya 1994-cü ildə UNFCCC-ni təsdiqlədi). == Əlavə I və Əlavə II ölkələri, inkişaf etməkdə olan ölkələr == UNFCCC imzalayan ölkələr üç kateqoriyaya bölünür: Əlavə I spesifik emissiyalara nəzarət öhdəliyi götürmüş ölkələr (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvləri və keçid iqtisadiyyatı olan ölkələr, cədvələ baxın); Əlavə II inkişaf etməkdə olan ölkələrə və keçid iqtisadiyyatı olan ölkələrə yardım etmək üçün xüsusi maliyyə öhdəlikləri götürən ölkələr (müstəsna olaraq İƏİT üzvləri) (ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı və tətbiqinə kömək daxil olmaqla); İnkişaf etməkdə olan ölkələr. == Qurumlar == Tərəflərin Konfransı (Conference of the Parties, COP) — hər il konvensiyanın müddəalarının yerinə yetirilməsini nəzərdən keçirmək, konvensiya qaydalarının daha da inkişaf etdirilməsinə qərar vermək və yeni öhdəliklər barədə danışıqlar aparmaq üçün toplaşan ali orqandır. === Köməkçi orqanlar === Konvensiyanın iki köməkçi orqanı Tərəflərin Konfransına hazırlaşmaq üçün ildə ən azı iki dəfə toplanır. Elmi və Texnoloji Məsləhət üzrə Yardımçı Qurum (Subsidiary Body for Scientific and Technological Advice, SBSTA) — konfransa milli hesabat və emissiya reyestri standartlarının təkmilləşdirilməsi üçün rəhbərlik daxil olmaqla elm, texnologiya və metodologiya ilə bağlı tövsiyələr verir. Tətbiq üçün Köməkçi Qurum (Subsidiary Body for Implementation, SBI) — konvensiyanın icrasını qiymətləndirməyə və nəzərdən keçirməyə kömək edir, məsələn, konvensiya tərəfləri tərəfindən verilən milli hesabatları nəzərdən keçirərək. Həm də maliyyə və inzibati məsələlərlə məşğul olur. == Həmçinin bax == Paris sazişi (2015) == İstinadlar == == Ədəbiyyat == UNFCCC (2005) Caring for Climate: A guide to the Climate Change Convention and the Kyoto Protocol (revised 2005 edition).

Oxşar sözlər

#ferma-çərçivə nədir? #ferma-çərçivə sözünün mənası #ferma-çərçivə nə deməkdir? #ferma-çərçivə sözünün izahı #ferma-çərçivə sözünün yazılışı #ferma-çərçivə necə yazılır? #ferma-çərçivə sözünün düzgün yazılışı #ferma-çərçivə leksik mənası #ferma-çərçivə sözünün sinonimi #ferma-çərçivə sözünün yaxın mənalı sözlər #ferma-çərçivə sözünün əks mənası #ferma-çərçivə sözünün etimologiyası #ferma-çərçivə sözünün orfoqrafiyası #ferma-çərçivə rusca #ferma-çərçivə inglisça #ferma-çərçivə fransızca #ferma-çərçivə sözünün istifadəsi #sözlük