* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] Görüşərkən bir-birinə sülh və əmin-amanlıq diləmək ifadəsi. □ Salam e(y)ləmək klas. – salamlamaq, salamını yetirmək. [Qərib:] Məndən Şahsənəmə sən salam elə; Gəlməsə dağıdaram bağı, Ağcaqız. “Aşıq Qərib”. Harda gördün, ona salam eylə; Baş əyib qultək, ehtiram eylə. S.Ə.Şirvani. Salam göndərmək – birisi ilə və ya məktub vasitəsilə uzaqda olan bir şəxsə öz dostluq hisslərini bildirmək. Salam vermək – biri ilə görüşərkən “salam” deyib təbrik etmək. Əsgər daxil olub, salam verir. Ü.Hacıbəyov. Salam(ını) almaq – salama salam ilə cavab vermək. [Dərviş:] Salamımı bir qoca ağsaqqal kişi aldı. A.Divanbəyoğlu. Lətifə [Tahirin] salamını aldı, nə üçün belə gec gəldiklərini soruşdu. M.Hüseyn. // Salam – görüşərkən təbrik sözü kimi işlənir. Salam, yoldaşlar! Salam, əziz vətəndaşlar! ◊ Salam atəşi – bax salyut. Salam atəşləri isə o qədər də çox ara vermir, bir də uğuldayaraq yeri-göyü titrədirdi. M.Hüseyn. Salama durmaq – hörmət əlaməti olaraq ayaq üstə dayanıb durmaq. [İdris] …Hərbi salama durub, hadisə haqqında qısa raport verdi. Ə.Məmmədxanlı.
Azərbaycan dilinin izahlı lüğəti / salam2 sülh; sağlamlıq; sağlıq (Allahın epitetlərindən biri).
Azərbaycan kişi adlarının izahlı lüğəti / salam1 Ərəbcə “sülh”, “sağlamlıq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / salam1 1. SALAM [Qəndab:] Salam, ay etibarsız xalaqızı.. (B.Bayramov); ƏSSALAM (köhn.) Əssalam, ey əhaliyi-Qafqaz.. (S.Ə.Şirvani); GÜNAYDIN Gülyaz: Salam, usta baba, günaydın, qızlar!.. (M.Rzaquluzadə); XOŞ GÖRDÜK Bəhmən: Vay, xoş gördük, haradan belə? (S.Vurğun). 2. SALAM, TƏBRİK Vidadi ilə içəriyə girənlərin salam, təbrik və alqış səsləri eşidildi (Ə.Vəliyev); SALAM-DUA [Nurəddin:] Məndən Bahara salam-dua yetir.. (S.S.Axundov).
Azərbaycan dilinin sinonimlər lüğəti / salam1 1. привет, приветствие, поклон, салют; 2. здравствуй, здравствуйте;
Azərbaycanca-rusca lüğət / salam2 I сущ. 1. привет (выражение дружеского расположения, дружеских чувств, доброжелательства). Atəşin salam горячий привет, alovlu salam пламенный привет, qardaşlıq salamı братский привет, səmimi salam сердечный привет 2. приветствие (принятое обращение – слова, жест, движение при встрече). Salam almaq отвечать, ответить на приветствие II межд. здравствуй! здравствуйте! привет!; здорово! (приветствие при встрече); salam vermək здороваться, поздороваться, приветствовать, salam eyləmək kimə приветствовать, поприветствовать кого; salam yetirmək см. salam söyləmək, передавать, передать привет, salam göndərmək посылать, послать привет; salam söyləmək kimdən передавать, передать привет от кого; salamı kəsmək переставать, перестать здороваться; salama durmaq воен. отдавать, отдать честь
Azərbaycanca-rusca lüğət / salam1 i. 1. greeting, regard(s); (hərb.) salute; ~ yollamaq to send* one’s regards; Ona məndən salam deyin / söyləyin Give him my regards; O sizə atəşin salam göndərir He sends you his warmest / kindest regards; 2. greeting, salute; salutation; Salam! How do you do? (səhər) good morning!; (gündüz) good afternoon! (axşam) good evening! (gecə) good night! ~ almaq to acknowledge a salute, to return the greeting; ~ vermək bax salamlaşmaq; ~ yetirmək to send* one’s (best) regards (i.); to beg to be remembered (to); ~ı kəsmək to cease relations (with)
Azərbaycanca-ingiliscə lüğət / salam1 is. salut m, compliment m ; ~ vermək saluer vt, complimenter vt ; ~ yetirmək présenter les salutations de qn, dire bon-jour de la part de qn ; ~ göndərmək souhaiter le bonjour à qn de la part de qn, adresser un salut à qn
Azərbaycanca-fransızca lüğət / salam1 [ər.] сущ. салам; salam göndərmək саламар ракъурун (са касдиз лагьана ва я ччар кхьена); salam vermək салам гун (“салам(алейкум” лугьун); salam(ını) almaq салам къа(х)чун, садан саламдиз саламдалди жаваб хгун, “алейкумсалам” лугьун; ** salam atəşi кил. salyut; salama durmaq гьуьрметдин лишан яз кӀвачел акъвазун.
Azərbaycanca-ləzgicə lüğəti / salam