Salami sözü azərbaycan dilində

Salami

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Salami • 94.6237%
  • salami • 5.3763%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Salami
Salami — İranın Rəzəvi Xorasan ostanının Xaf şəhristanının Salami bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,056 nəfər və 1,341 ailədən ibarət idi.
Niyam Salami
Niyam Salami (doğum adıyla: Niyaməddin Salam oğlu Səfərov; d. 15 fevral 1976, Masallı) — Azərbaycan müğənnisi Səfərov Niyaməddin Salam oğlu 1976-ci il fevral ayının 15-də Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. 1982–1992-cü illərdə Masallı rayonu, Ərkivan kənd orta məktəbində təhsil almışdır. 1994–1996-ci illərdə Bakı şəhərində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris almışdır. 2009–2021-ci illərdə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə işbirlikləri olmuş, bəstəkardan vokal dərsləri almış və onun müğənni üçün bəstələdiyi 7 mahnısını ifa etmişdir. Atası Səfərov Salam İsmayıl oğlu 1956-cı ildə Masallı rayonundə Ərkivan kəndində anadan olmuşdur. Uzun illər Dəmir yollarında mexanik vəzifəsində çalışmışdır. 2001-ci ildə dünyasını dəyişib. Anası Səfərova Hacıxanım Fərhad qızı Astara rayonunun Kakalos kəndində anadan olmuşdur. Evdar qadın olmuşdur.
Nea Salamina Famaqusta FK
Nea Salamina — Kiprin futbol klubu 1 dəfə Avropa kuboklarında iştirak edib.
Salamin
Salamin (yun. Σαλαμίνα və ya Σαλαμίς) — Yunanıstanın Afina yaxınlığındakı Saronikos körfəzinin eyni adlı adalarının ən böyüyü. Adanın sahəsi 91,503 kvadrat kilometrdir. 2011-ci il siyahıyaalmasına görə, əhalisi 39,283 nəfərdir. Attika periferiyasının Adalar adlı periferiya vahidində eyni adlı cəmiyyətə aiddir. Cəmiyyətin inzibati mərkəzi Salamin şəhəridir. Eramızdan əvvəl VII-VI əsrlərdə adanın sahibi olmaq üçün Afina və Meqara arasında uzun mübarizə gedirdi. Salamin yaxınlığında antik dövrün ən məşhur döyüşlərindən biri baş vermişdir və burada yunanlar Femistoklun komandanlığı altında eramızdan əvvəl 480-ci ildə İran donanmasını məğlub etmişdilər. Salamin həmçinin Troya müharibəsi zamanı salaminlərə başçılıq edən Ayaksın adası kimi tanınır. Perama — Pirey bölgəsinin işçi əhalisi üçün bağ zonasıdır, xarici turistlərə burada nadir qarşılaşmaq olar.
Salamin (Kipr)
Salamin (yun. Σαλαμίς və ya yun. Σαλαμίνα της Κύπρου) — Kipr adası, Şimali Kipr Türk Respublikasının Famaqusta şəhərinin 6 km qədər şimalında yerləşən antik şəhər. Şəhər Trodos dağından qaynaqlanan Pedios (Qanlıdərə) çayının dənizə tökülən hövzəsinə yaxın bir yerdə salınmışdır. XIX əsrin sonlarında, ağaclarla və torpaq təbəqəsiylə örtülmüş bir halda kəşf edilmiş və 1952-1974-cü illər arasında edilən qazıntılar nəticəsində şəhərin böyük bir hissəsi ortaya çıxarılmışdı. 1974-cü ildə ara verilən qazıntılar 1998-ci ildə Ankara Universiteti tərəfindən təkrar başlanmışdır. İncildə də adı çəkilən şəhər, həvari Barnaba və həvari Pavelin vəəzlərinə şahid olmuşdur. Tunc dövrünün sonlarındakı köçlərlə Anadoludan gələn qövmlər və Yunanıstandan gələn axeylər tərəfindən qurulmuşdur. Bir başqa rəvayətə görə, Troya müharibəsinə qatılan və Salamin adası kralı Telamonun oğlu Tefkros şəhərin qurucusu olaraq bilinməkdədir. Antik şəhərdə tapılan ən qədim tapıntılar, şəhərin nekropolundan əldə edilən mənbələrə görə eramızdan əvvəl XI əsrə aiddir.
Salamin döyüşü
Salamin dəniz döyüşü e.ə 500–449-cu illər Yunan-İran müharibəsi əsnasında, e.ə 27 sentyabr 480-ci ildə Eqey dənizindəki Salamin adası yaxınlığında yunan(350–380 gəmi, komandan Evribid) və pers(1000 yaxın gəmi, komandan Kserks) donanmaları arasında baş verib. Afinalı strateq Femistoklun fəndinə görə yunan donanması iki cərgəyə düzüldü. Kserks gəmiləri 3 cərgəyə düzdü, bu isə onların manevr imkanını dar sahədə xeyli məhdudlaşdırdı. Döyüş əməliyatını yunanlar başladı. Onların gəmiləri daha çevik və yüngül idi. Qəti hucuma dözməyən perslər geri çəkilməyə başladı; sıralarının sıxlığına görə hərəkət azadlığından məhrum oldular və yunanların gəmilərinin qoçlarının zərbələrindən və bir biriləri ilə toğğuşmaları səbəbindən xeyli itki verdilər. Nəticədə perslər məğlub oldular. Onlar 200 gəmi itirdilər, yunanlar −40. Salamin döyüşündəki qələbə Yunan-İran müharibəsinin gedişini yunanların xeyrinə dəyişdi. Советская военная энциклопедия Москва 1980 Военное издательство министерства обороны СССР T. 8 səh.
Salaminli Hegesi
Salaminli Hegesi (q.yun. Ἡγησίας ὁ Σαλαμίνιος) — epik sikla aid "Kipriya" poemasının mümkün müəlliflərindən biri kimi xatırlanan qədim yunan şairi. Patriarx I Foti "Kitabxana" əsərində ondan bəhs etmişdir. Digər qədim mənbələr bu şeiri Kiprli Stasin və ya hətta Homerin özünə aid edirdilər. Hegesi haqqında başqa heç nə məlum deyil, o cümlədən onun həqiqətən mövcud olub-olmaması da dəqiq deyil. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Đurić, Miloš N. Istorija helenske književnosti. Beograd. 1991. Mason, Charles Peter. Hegesias (2) // Smith, William (redaktor).

salami sözünün leksik mənası və izahı

Oxşar sözlər

#salami nədir? #salami sözünün mənası #salami nə deməkdir? #salami sözünün izahı #salami sözünün yazılışı #salami necə yazılır? #salami sözünün düzgün yazılışı #salami leksik mənası #salami sözünün sinonimi #salami sözünün yaxın mənalı sözlər #salami sözünün əks mənası #salami sözünün etimologiyası #salami sözünün orfoqrafiyası #salami rusca #salami inglisça #salami fransızca #salami sözünün istifadəsi #sözlük