Salyan sözü azərbaycan dilində

Salyan

Yazılış

  • Salyan • 99.7525%
  • SALYAN • 0.2021%
  • salyan • 0.0454%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Beştalı (Salyan)
Beştalı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Yerli əhali arasında Yaxa (sahil) Beştəli də adlandırılır. XIX əsrə aid sənədlərdə Ərəb Beştalu və ya Beştalu kimi qeydə alınan bu yaşayış məntəqəsinin Ərəb Balaoğlan və Ərəb Qardaşbəyli kəndlərinin camaatı tərəfindən salınması haqqında məlumat vardır. 1933-cü ildə Beştalı Salyan kimi qeydə alınmışdır. Oykonimin beş və talı ("tala" sözünün variantı) sözlərindən düzəldiyi və "beş tala" mənasını ifadə etdiyi ehtimal olunur. Türk dillərində tal və tala sözlərinin "düz", "kəndir", "qat, lay, mərtəbə" mənalarında işlənməsi də məlumdur. Kür çayının sağ sahilində düzənlikdə yerləşir. Çayın sahilində Tuğay meşəsi vardır. Qonşu kəndlər Cəngan və Kür Qaraqaşlı kəndləridir. Kənddə "İmam Hüseyn" məscidi dini icması fəaliyyət göstərir.
Bəydili (Salyan)
Bəydili — Azərbaycan Respublikasının Salyan rayonunun Sarvan inzibati ərazi vahidində kənd. Bala Kur çayının sahilindədir. Tam adı Puta Bəydili ("Puta adlanan ərazidə yaşayan bəydillilər") olmuşdur. Cox vaxt Bəydilli variantında da yazıya alınmışdır.
Cəngan (Salyan)
Cəngan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Kür Qaraqaşlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Salyan düzündədir. Mustafabəyli, Birinci Rəncbərlər adları ilə də tanınır. Qaradolaqların cəngan tirəsinin adı ilə bağlı olduğu ehtimal edilir. Cəngan sözü "döyüş meydanı, vuruş yeri" mənalarında da işlənir.
Gomuşçu (Salyan)
Gomuşçu — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Kür çayının sahilində, Şirvan düzündədir. Tədqiqatçılar oykonimləri Şahsevənlərin gomuşçu tayfasının adı ilə əlaqələndirirlər.
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Rəvayətə görə bu kənd keçmiş zamanlarda çox böyük olmuş, daha sonra Kür çayının gəlməsi ilə kənd iki yerə bölünmüşdür. Bir hissəsi Kürün sağ sahilində, digər hissəsi isə sol sahilində qalmışdır. Belə olduğuna görədə bir hissə Sabirabad rayonuna, digər hissə isə Salyan rayonuna daxildir. Bəhs etdiyimiz Gəncəli kəndinin yaxınlığında Piratman adlanan kiçik bir ərazi var. Bu ərazi əvvəllər daha kiçik olmuş, sonradan isə nisbətən böyümüşdür.
Həsənli (Salyan)
Həsənli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir.
Kolanı (Salyan)
Kolanı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidinə daxil olan kənd. Düzənlikdədir. XIX əsrdə Dağ Kolanı adı ilə Quşçu-Şamaxı yolu üstündə yaşayan kolanılar suyun olmaması üzündən Pirsaat çayının sol sahilinə köçərək indiki kəndin əsasını qoymuşlar. Yerli əhali yaşayış məntəqəsini Qumlavar Kolanısı da adlandırır. Oykonim kolanı tayfasının adı ilə bağlıdır. Bu kənddə Kolanlı tayfası meskunlaşıb təqribi olaraq 1845-ci illərdən məskunlaşan Kolanlılar buradan: Biləsuvar, Əli-bayramlı, Şamaxı və Naxçıvanın cənub qərbində oğuz türk tayfasından olan bu Kolanlılar adət-ənənələrini davam etdirirlər. Kolanlı tayfası qədim türk tayfaları arasında ən böyük tayfalardandır. Salyan rayonunda yerləşən kolanlı tayfası özü də 3 hissəyə bölünüb: Şahbazlılar, Mənsimovlar və Məmmədovlar nəsli, lakin Məmmədovlar sonradan Şamaxıya köç ediblər bununla da əlaqə tam olaraq kəsilib. Hal-hazırda Şahbazlılar və Mənsimovlar Biləsuvar rayonunda (keçmış Puşkin) r-nunda daha çox məskunlaşıblar.[mənbə göstərin] Kolanı kəndi 2018 Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Kərimbəyli (Salyan)
Kərimbəyli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. 2006-cı ilə qədər Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində tabe kənd. Əmr http://www.e-qanun.az/framework/11605. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin sakinlərin Qarabağdan gəlmiş kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyildir. Rəvayətə görə təxminən XIX əsrin ortalarında bu kəndin yerləşdiyi yerdə Şirvan əyalətinin Bico bəylərindən olan Kərim bəyin evi, mal-qara qışlağı var imiş. Sovet dövründə kənd Kür çayı kənarında yerləşdiyinə görə, pambıq əkin sahələrini suvarmaq üçün burada su nasosları quraşdırılmışdır. 1950-60-cı illərdə buraya Sabirabad rayonunun Həşimxanlı kəndindən buraya iş üçün bir qrup ailə köçüb gəlmişdir.
Peyk (Salyan)
Peyk — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Peyk kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine Peyk kəndində Rayon İcra hakimiyyəti başçısının görüş-qəbulu Salyan rayon İcra hakimiyyəti başçısının 4 sentyabr 2012-ci il tarixdə Varlı kənd inzibati ərazi dairəsinin Peyk kəndində səyyar görüş-qəbulu keçirilmişdir. Görüş-qəbulda 145 nəfər kənd sakini iştirak etmişdir. Rayonun hüquq-mühafizə orqanları, xidmət təşkilatı rəhbərlərinin iştirak etdikləri qəbulda vətəndaşlara heç bir məhdudiyyət qoyulmadan sərbəst müraciət etməsinə şərait yaradılmışdır. Qəbulda kənd sakinlərindən Faiq Sərxan oğlu Zərbalıyev, Meyrənsə Hüseynbaba qızı Əliyeva, Ənvər Məlik oğlu Həsənov, Rəşidov Aydın Babasəli oğlu, Ağamədi Şərəfxan oğlu Əlirzayev, Yədulla İsa oğlu Əliyev və başqaları son vaxtlar rayonda aparılan abadlıq-quruculuq işlərini, ərazidən keçən Kürsəngi-Yolüstü kəndarası yolunun tikintisini böyük məmnunluqla qeyd etmiş, eyni zamanda kollektorların təmizlənməsi, elektrik dirək və naqillərin dəyişdirilməsi, kəndin qazlaşdırılmasının sürətləndirilməsi, qış aylarında kənd məktəbin qızdırılması ilə əlaqədar müraciətlər etmişlər. Vətəndaşların müraciətləri yerində araşdırılmış və icrası ilə əlaqədar konkret vaxt qoyulmaqla aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Rayon İcra hakimiyyətinin başçısı T.Kərimov regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində rayonda aparılan işlər barədə kənd sakinlərinə məlumat vermişdir.[mənbə göstərin] Peyk kəndi Birinci Varlı, İkinci Varlı kəndləri ilə birlikdə Varlı bələdiyyəsinin daxilindədir. Kənddə Peyk kənd məscidi dini icması fəaliyyət göstərir.
Qızılağac (Salyan)
Qızılağac — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Kənddə Qızılağac kənd məscidi dini icması fəaliyyət göstərir.
Seyidlər (Salyan)
Seyidlər — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 537 nəfərdir. Kənd seyidlər nəslinin məskunlaşması nəticəsində yaranmışdır.
Təzəkənd (Salyan)
Təzəkənd — Azərbaycan Respublikasının Salyan rayonunun Qarabağlı kənd inzibati ərazi vahidinə daxil olan kənd. Təzəkənd kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine Salyan rayonundakı indiki Təzəkəndin keçmiş adı da (Uqrukənd) uyğur etnonimi ilə bağlıdır. Tədqiqat göstərir ki, Uqrukənd toponimi Uyğurkənd adının fonetik dəyişikliyə uğramış şəklidir. Xalq etimologiyasına əsasən uqru sözünün “oğru” mənasında anlaşılması nəticəsində sovet dövründə həmin kəndə Təzəkənd adı verilmişdir. Bu ərazinin belə adlandırılmasının bir başqa önəmli səbəbi tarixi mənbəələrdən götürülmüş faktlara görə Uyğurkənd adı uyğunkənd, (uyğun yer) sözününü dəyişikliyə uğramış halıdır. Orta əsrlərdə Elxani hökmdarı, Hülakü xanın və Yesunçin xatunun oğlu Abaqa xan 1266-cı ildə döyüşmək üçün Qızıl Orda hökmdarı Bərkə xanı Kür çayının qarşı sahilindəki 300 minlik ordusunun seyr edərkən, bu sahilin savaş üçün daha uyğun olduğunu bildirmiş, atasının Kür çayı üzərində yenicə bişmiş kərpicdən inşa etdirdiyi (indiki Sabirabad rayonu ərazisindəki Xankeçən kəndi yaxınlığında) körpünü dağıtdırmış və qarşı tərəfdən uzun müddət Qızıl orda ordusunu dayandırmış və Bərkə xan ordusunu daha şimala çevirərək Kaxeti üzərinə səfər edərkən qızdırmadan qəfil ölmüş və bu səbəbindən döyüşün baş tutması ləngimişdir.
Varlı (Salyan)
Birinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd. İkinci Varlı — Azərbaycanın Salyan rayonunda kənd.
Xocallar (Salyan)
Xocalı (keçmiş adı Xocallar) — Azərbaycan Respublikasının Salyan rayonunun Kür Qaraqaşlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsini xocalı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.
Xocalı (Salyan)
Xocalı (keçmiş adı Xocallar) — Azərbaycan Respublikasının Salyan rayonunun Kür Qaraqaşlı inzibati ərazi vahidində kənd. Kür çayının sahilində, Salyan düzündədir. Yaşayış məntəqəsini xocalı nəslinə mənsub ailələr saldığı üçün belə adlandırılmışdır.
Xıdırlı (Salyan)
Xıdırlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Yaşayış məntəqəsi XIX əsrin ortalarında Cavad qəzasında Mışovdağın ətəyində qışlayan 46 ailədən ibarət maldar xıdırlı tayfasının məskunlaşması nəticəsində yaranmışdır. Etnotoponimdir. Kənddə Xıdırlı kənd məscidi dini icması fəaliyyət göstərir.
Xələc (Salyan)
Xələc — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Əvvəllər iki müstəqil kəndlərdən - Aşağı Xələc (1965-ci ildə Yenikənd) və Yuxarı Xələc (1965-ci ildən Xələc) ibarət olmuşdur. Mənbələrə görə, kəndin əhalisi XVIII əsrin 20-ci illərində Şamaxıdan köçüb gəlmişdır. Onlar əvvəllər köçəri həyat sürmüş, yazı Zəngəzurda, Üçtəpə yaylaqlarında, qışı Mil və Muğan düzlərində keçirmışlər.
Yenikənd (Salyan)
Yenikənd — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Cənubi-Şərqi Şirvan düzündədir. Əvvəllər iki müstəqil kənd olub. Yuxarı və Aşağı Xələc kəndləri. Aşağı Xələc kəndi 1965-ci ildən Yenikənd kəndi adını alıb. Yenikən kəndi 2012 Arxivləşdirilib 2016-08-29 at the Wayback Machine Əhalisi 2110 nəfərdir.[mənbə göstərin] Kənddə Yenikənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Salyan
Salyan — Azərbaycan Respublikasında şəhər, Salyan rayonunun inzibati mərkəzi. 1915-ci ildə şəhər statusu almışdır. Tarixən monqollar Salyan şəhərini monqol dilində "Dalan-Navur" adlandırmışdır. Salyan şəhəri əsrlərlə Şirvanşahlar dövlətinin tərkibində olmuşdur. Bakı hakimliyinə aid olan bu şəhər dövrünün əsas şəhərlərindən idi. Burada gəmiqayırma emalatxansı vardı. Şəhərə gəmi ilə gəlinir və burada balıq yetişdirilirdi. Salyan Quba xanlığından asılı idi və Nadir şah tərəfindən geri alınmışdı. XVIII əsrin ortalarında Salyan İbrahim Rudbari tərəfindən ələ keçirildi. Onun hökmranlığından narazı qalan salyanlılar kömək üçün Quba xanlığına üz tutdular və 1757-ci ildə Fətəli xanın komandanlığı altında olan qoşunlar Salyanı tutdular, İbrahim Rudbarini qovdular və şəhəri Quba xanlığına birləşdirdilər.
Qarabağlı (Salyan)
Qarabağlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən Qarabağlı kəndinin maraqlı tarixi var. Tarixi mənbələrdə göstərilir ki, Qarabağlı kəndi əsasən 1698–1700-cü illərdə Ağdam rayonunun Abdal və Gülablı kəndindən köçən ailələr tərəfindən formalaşmışdır. Bu fakt Qarabağlı kənd qəbristanlığında olan hicri tarixi ilə yazılmış baş daşlarında olan əski əlifba ilə yazılan yazılardan məlum olur. Sonradan 1845-ci illərdən, 1905-ci illərədək Şamaxıdan Kolanı tayfalarının bir hissəsi həm susuzluqdan bu ərazilərə yerləşmiş, həmdə qışlaqlarını burada salmışdır. 1948-ci ildə isə Stalinin əmri ilə Qərbi Azərbaycandan, yəni Ermənistanın Əzizbəyov rayonundan (keçmiş Dərələyəz mahalı, 18-ci əsrdə Qarababa adlanan sonralar Paşalı adlanan, əsasən Terp (Tarixi mənbələrdə Derp) və Tarp kəndləri) buraya 80–90 ailə köçürülmüş və burada onlara yaşayış evləri tikilmişdir.[mənbə göstərin] Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlər. 2009-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında Qarabağlı kəndinin cəmi əhalisi 8367 nəfər olub. Qasımov Elməddin Aqil oğlu (1999-2020) Daşdəmirov Elmar Seymur oğlu (2001-2020) Mustafayev Samir Elşən oğlu (1995-2020) Xanəlıyev Albaba Elşən oğlu (2002-2020) Şirəliyev Kənan Telman oğlu (2001-2020) 15 sentyabr 2012-ci il tarixində rayonun Qarabağlı kəndində 480 şagird yerlik tam orta məktəb binasının açılıb. Ümumilikdə Qarabağlı inzibati vahidliyində 4 təhsil ocağı var. Qarabağlı-1 və Qarabağlı-2 saylı tam orta məktəb Qarabağlı kəndində yerləşir.
Salyan bələdiyyələri
Salyan bələdiyyələri — Salyan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Salyan bələdiyyəsi
Salyan bələdiyyələri — Salyan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Salyan döyüşləri
Salyan döyüşləri — daşnak-erməni silahlı birləşmələri tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqının köməyinə gəlmiş türk hərbi qüvvələrinin və Azərbaycan hərbi birləşmələrinin keçirdiyi döyüş əməliyyatlarından biri. Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin əsasən erməni zabit və əsgərlərindən ibarət olan qoşunlarına qarşı 1918-ci il iyunun sonunda və iyulun ortalarında Salyan bölgəsində (Kür çayı boyunca və indiki Neftçala ətrafında) baş vermişdir. Salyan ətrafında döyüşlərin aparılmasına hər iki tərəf mühüm diqqət yetirirdi. Çünki Muğanda bol taxıl ehtiyatları var idi. Digər tərəfdən Kür boyu ərazilərin nəzarət altında saxlanması ilə bolşevik-daşnak qüvvələrinin Yevlaxa qədər üzüb Yevlax körpüsünü partlatmaq təhlükəsinin qarşısını almaq olardı. Buna nail olmaq üçün Qafqaz İslam Ordusu komandanlığı konkret tədbirlərə əl atdı, çar ordusunda xidmət etmiş mayor Nazim Ramazanovun komandalığı altında Cavadda silahlı dəstə təşkil olunmasına yardım göstərildi. Dəstəyə 10-cu Qafqaz piyada alayının 28-ci taborundan bir bölük, 30-cu taborundan bir pulemyot tağımı və iki rus topu verildi. Azərbaycan süvarilərindən ibarət 140 nəfərlik bir dəstə də N. Ramazanovun tabeliyində idi. İyunun 26-da Qarabucaq kəndində düşərgə salan bolşevik-daşnak qüvvələri səhərisi gün Kür çayının hər iki sahili boyunca irəliyə doğru hərəkətə başladı. Surra kəndi yaxınlığında N. Ramazanovun dəstəsinin mühafizə postlarında dayanmış azsaylı döyüşçülərlə düşmən qüvvələri arasında iki saata qədər davam edən döyüş baş verdi.
Salyan düzü
Salyan düzü — Kür çayının sağ sahilində Muğan düzü ilə Xəzər dənizi arasındakı ərazidə yerləşir. Xüsusilə Qızılağac körfəzinin sahil boyu əraziləri bataqlıqlaşmışdır. Ərazisindən Bakı-Astara dəmir yolu keçir. Quruçöl-yarımsəhra iqliminə sahibdir. Cənub-şərqi bataqlıq fauna və florası ilə zəngindir. Qızılağac Milli Parkının ərazisinin bir hissəsini əhatə edir.
Sarvan (Salyan)
Sarvan — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Bəydili kəndi Dayıkənd kəndi Kənddə Sarvan kənd məscidi dini icması fəaliyyət göstərir. Qüdrət Səmədov — kolxoz sədri, sosialist əməyi qəhrəmanı.
Azərbaycan Müəllimlər İnstitutu (Salyan filialı)
Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı
Cümə məscidi (Salyan)
Cümə məscidi — Azərbaycanın Salyan rayonunun inzibati mərkəzində yerləşən tarixi-memarlıq abidəsi. Cümə məscidi 1283-cu ildə (miladi təqvimi ilə 1865-ci il) Hacı Mehdinin oğlu Ağahüseynin şərəfinə usta Kərbəlayi Əli Əkbər tərəfindən inşa edilib. Əsas giriş qapısının sol tərəfində divara vurulmuş dəmir lövhədə yazılmışdır: "1865. Məscidi usta Kərbəlayı Əli Əkbər Hacı Mehdinin oğlu Ağa Hüseynin adına tikmişdir." Cümə məscidinin ustası Kərbəlayı Əli Əkbər Hindistanda, eləcə də Ərdəbildə də məscid tikmişdir. O, əslən ərdəbillidir. 18 günbəzdən ibarət olan Cümə məscidi sovetlər dönəmində repressiya qurbanına çevrilib. Yol çəkilişi adı altında abidənin bir hissəsi sökülüb və məscid kimi fəaliyyət göstərilməsinə qadağa qoyulub. 1969-cu ildə tarixi abidə statusu alan bu məsciddən anbar, rəsm qalareyası və digər məqsədlər üçün istifadə olunub. Cümə məscidi 2003-cü ildə Kür daşqınlarına məruz qalıb. Nəticədə 15 günbəzdən 9-u uçub, 6-sı isə qəzalı vəziyyətə düşüb.
Kərimbəyli bələdiyyəsi (Salyan)
Salyan bələdiyyələri — Salyan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Muğan Salyan FK
Muğan futbol klubu Salyanda yaranmışdır. İlk adı "NBC" olmuşdur. Komanda futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak edib. Klubun təsisçilərinin qərarı ilə Muğan FK Futbol üzrə Azərbaycan çempionatının 2011-2012-ci futbol mövsümündə adını dəyişdirərək, Rəvan FK adı ilə Bakı şəhəri Bayıl qəsəbəsinin təmsilçisi olaraq fəaliyyətini davam etdirmişdir. Prezident: Surxay Əhmədov Vitse-prezident: Yaşar Məmmədov Transfer işləri üzrə vitse-prezident:Bəhruz Şirəliyev Mətbuat katibi: Rövşən Abdullayev Komandanın bayrağı müasirliyi ifadə edən tünd qırmızı, saflıq və paklıq rəmzi sayılan ağ rənglərdən ibarətdir. Qırmızı eyni zamanda rənglər arasında ən çox nəzərə çarpan, daima göz önündə olan güc, qüdrət, aktivlik və enerji rəngidir. Komandanın loqosunda həmçinin eyni rəngləri müşahidə etmək olar. Loqoda simvolik olaraq maral təsvirləri əks olunmuşdur. Maral cəldliyin çevikliyin, sürətin və cürətin rəmzidir.
Plastik Salyan FK
Plastik futbol klubu 1971-ci ildə Salyanda yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatında iştirak etmişdir.
Salam, Salyan (film, 1992)
Kinolent respublikamızın bölgələrindən biri olan Salyana, onun tarixinə və bugünkü həyatına, əmək adamlarına həsr olunmuşdur. Film Salyan Rayon Aqrokombinatının sifarişi ilə çəkilmişdir. Rejissor: Ceyhun Cəmiloğlu Ssenari müəllifi: Mirzəağa Mirmövsümov Operator: Nemət Rzayev Səs operatoru: Əsəd Əsədov Salyan Rayon Aqrokombinatı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 325.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 88.14 dəfə / 1 mln.
2002 ••• 13.70
2003 •••• 25.98
2004 ••••• 33.35
2005 ••••••• 43.86
2006 ••••••••••••••• 98.88
2007 •••••••••••••••••••• 135.10
2008 •••••••••••••••• 106.46
2009 ••••••••••••••••• 113.43
2010 ••••••••••••• 86.42
2011 •••••••••••••••••• 119.68
2012 •••••••••••••••••••• 131.05
2013 •••••••••••• 80.23
2014 •••••••••• 65.90
2015 ••••••• 46.95
2016 •••••••••• 65.25
2017 ••••••••••• 74.30
2018 ••••••••••• 72.52
2019 ••••••••••• 71.49
2020 •••••••••••• 78.11

salyan sözünün fransız dilinə tərcüməsi

salyan sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan kişi adlarının izahlı lüğəti

bərə yeri, salların sahilə yan aldığı yer (Salyan şəhəri və rayonunun adındandır).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"salyan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#salyan nədir? #salyan sözünün mənası #salyan nə deməkdir? #salyan sözünün izahı #salyan sözünün yazılışı #salyan necə yazılır? #salyan sözünün düzgün yazılışı #salyan leksik mənası #salyan sözünün sinonimi #salyan sözünün yaxın mənalı sözlər #salyan sözünün əks mənası #salyan sözünün etimologiyası #salyan sözünün orfoqrafiyası #salyan rusca #salyan inglisça #salyan fransızca #salyan sözünün istifadəsi #sözlük