German sözü azərbaycan dilində

German

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • German • 93.3498%
  • german • 6.4039%
  • GERMAN • 0.2463%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
German Abix
Vilhelm Herman Abix (alm. Otto Wilhelm Hermann von Abich‎; 11 dekabr 1806[…], Berlin[…] – 1 iyul 1886, Vyana[…]) — Almaniya geoloqu, səyyahı, tədqiqatçısı. == Həyatı == Otto Vilhelm Herman fon Abiх 1843-cü ildə Estоniyanın Tartu Universitetinin geоlоgiya kafedrasına dəvət оlunduqdan sоnra bütövlükdə Qafqazı, İranı tədqiq etmiş, Abşerоn yarımadasında və Хəzər dənizindəki bəzi palçıq vulkanlarını öyrənmiş, Azərbaycanın geоlоji quruluşuna və 1859-cu il Şamaхı zəlzələsinə aid bir sıra əsərlər yazmışdır. О, Qafqaz dağlarının bir sıra hündür zirvələrindən yan keçsə də, оvalıq sahələrin хəritəsini kifayət qədər düzgün tərtib etmişdir. == İstinadlar == == Mənbə == Богачёв В. В., Гeрман-Вильгeльм (Гeрман Васильeвич) Абих, "Тр. Гeологич. института Азeрбайджанского филиала АН СССР", 1939, т. 12/63.
German Berterame
German Berterame (13 noyabr 1998-ci ildə Villa Mariyada anadan olub) — Argentina Primyera Diviziyası təmsilçilərindən olan San-Lorenzo klubunda hücumçu kimi çıxış edən peşəkar Argentinalı futbolçudur. == Klub karyerası == === San-Lorenzo === Berterame San-Lorenzo akademiyası vasitəsilə inkişaf etmişdir. Berterame öz peşəkar karyerasında debütünü 29 aprel 2017-ci ildə Gimnaziya La Plata klubuna qarşı oyunda etmişdir. O, 81-ci dəqiqədə Qonzalo Berqessionu əvəz etmişdir. Həmin görüşdə San-Lorenzo liqa görüşündə rəqibinə 1-0 hesabı ilə qalib gəlmişdir. == Karyera statistikası == === Klub === 30 May 2017 tarixində yenilənib 1Libertadores Kuboku görüşləri daxildir. 2Argentina Superkuboku görüşləri daxildir.
German Burgos
German Burgos (isp. Germán Adrián Ramón Burgos; 16 aprel 1969) — futbolçu == Karyera == === Klub === Burgos peşəkar karyerasına "Ferrocarril Oeste." klubunda 1989-cu ildə başladı. German klubun heyətində beş mövsüm keçirdi, lakin yalnız son iki mövsümdə komandanın əsas qapıçısı oldu. Ümumilikdə, klubda 104 matç keçirib. 1994-cü ildə "River Plate" klubuna transfer olundu. Ilk mövsümündə, "milyonerlər"in heyətində keçirilən 33 matçda iştirak edən Burgos, zaman keçdikcə tez-tez qapısında yer alırdı. 1999-cu ilin yayında Ispaniyanın Malyorka klubuna gəldi. Komandada iki mövsüm keçirdi, yalnız 12 matçda iştirak etdi. 2001-ci ildə başqa ispan klubu olan Atletiko Madrid klubuna transfer olundu. 2001/02 mövsümündə əsas qapıçı idi, lakin növbəti iki mövsüm ərzində, yalnız 14 matçda oynadı.
German Gesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). == Həyatı == Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.
German Helkvist
German Avqustoviç Helkvist (23 sentyabr (5 oktyabr) 1894, Balaxanı, Bakı qəzası – 21 oktyabr 1968, Moskva) — Sovet alimi, geoloq və coğrafiyaşünas. Rusiya elmlər akademiyasının Sibir şöbəsinin müxbir üzvü. == Bioqrafiya == Helviks 1894-cü il 5 oktyabrda Balaxanıda anadan olub. 1919-cu ildə Tomskda Geolkomda kollektor kimi işləməyə başladı. 1923-cü ildə Tomsk Politexnik Universitetinin dağ bölməsini bitirib. Azərbaycanda neft çıxarmayla bağlı müəssisələrdə işləyirdi: geoloq, geoloji-kəşfiyyat bürosu direktorunun köməkçisi (Bakı, 1924—1932), Prikurinski (Azneft) rayonunun baş geoloqu (1932—1936), "Mayneft" trestinin baş geoloqu (Nefteqorsk, 1936 — 1939). 1927 — 1930-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dərs deyib. 1930—1931-ci illərdə ABŞ-da ezamiyyətdə olub. 1939-cu ildən mərkəzi orqanlarda baş geoloq işləyirdi (1939—1941), geoloji bölmənin müdiri, xalq komissarının böyük referenti, baş geoloq (1941 — 1949), SSRİ neft sənayesi nazirliyində nazirin baş məsləhətçisi (1949—1950). 1950-ci ildən 1957-ci ilədək Ümumittifaq neft-qaz elmi-tədqiqat institutunda, neft və qaz yataqlarının kəşfiyyatı laboratoriyasının müdiri işləmişdir.
German Hesse
Herman Hesse (alm. Hermann Hesse‎; 2 iyul 1877[…] – 9 avqust 1962[…]) — alman-isveçrə yazıçısı, şairi və rəssamı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1946). == Həyatı == Alman yazıçısı, şair və publisist Herman Hesse Vürtemburqda, missioner ailəsində doğulmuşdu. Valideynləri uzun müddət Hindistanda xristianlığın yayılması ilə məşğul olmuşdular. Onlar Hermanın da ailə ənənəsini davam etdirərək missioner olmasını istəyirdilər. Gələcək yazıçı bu arzuya qarşı çıxmasa da, təhsil aldığı Latın məktəbində və protestant seminariyasında məhz valideynlərinin istəyini yerinə yetirmək baxımından heç bir parlaq nəticə göstərməmişdi. Seminariyadakı nizam-intizam qaydalarını mütəmadi şəkildə pozmağa başlayanda isə onu sərt qaydaları ilə seçilən bu təhsil ocağından yerli-dibli qovmuşdular. Bir müddət atasının dini kitablar çap edən nəşriyyatında işləmişdi. Sonrakı illərdə də müxtəlif peşələr dəyişmişdi. Nəhayət, 1895-ci ildə Tübingen universitetində kitab satışı ilə məşğul olmağa başlamışdı.
German Krupkin
German Krupkin — XX əsrin ən yaxşı violonçel ifaçılarından biri, Azərbaycan Simfonik Orkestrinin əsasını qoyanlardan biri. == Həyatı == Mərhum violonçelist evli idi və iki oğul övladı var idi. Yaxınları onu Qrişa çağırırdı. Həyat yoldaşı Yevgeniya Krupkina mahir piano ifaçısı idi və opera teatrında çalışırdı. == Fəaliyyəti == XX əsrin ən yaxşı violonçel ifaçılarından olan German Krupkin Leopold Rostropoviçin tələbəsi olmuşdur. Musiqiçi Niyazi ilə birlikdə filarmoniyada Azərbaycan Simfonik Orkestrinin əsasını qoymuşlar. Azərbaycan kinosunda musiqi tərtibatçısı kimi 40-a yaxın filmdə çalışmışdır. Həmçinin, Azərbaycan televiziyasında bir neçə televiziya tamaşasına musiqi tərtibatı vermişdir.
German Melvill
Herman Melville (ing. Herman Melville), 1 avqust 1819[…], Manhetten, Nyu-York ştatı[…] – 28 sentyabr 1891[…], Nyu-York, Nyu-York ştatı[…]) — ABŞ yazıçısı, şair. == Həyatı == Herman Melvill 1 Avqustda 1819-cu ildə Nyu-Yorkda anadan olmuşdur. Onun birinci iki kitabı çox diqqəti əldə etdi, baxmayaraq ki onlar bestsellerlər deyildilər və onun məşhurluğu yalnız bir neçə ildən sonra, əsasən də "Moby Dik" romanından sonra başladı. Ömrünün son illərində o demək olar ki, tamamilə unudulmuşdu. Herman Melvill 28 sentyabr, 1891-ci ildə vəfat edib. Onun 20-dən çox romanı dünya dillərinə tərcümə olunmuşdur. Bir Amerikan ədəbiyyat klassiki qəbul edilən Mobi Dik adlı tanınmış əsərin müəllifidir. Uzun illər boyu unudulmuş bir yazıçı olaraq qalmış,1920-ci ildə yenidən kəşf edilib böyük bir yazıçı kimi tanınmışdır. Amerikan ədəbiyyatının klassiklərindən olan "Mobi Dik" əsərinin yazıçısı məhz Herman Mervil olmuşdur.
German Minkovski
Herman Minkovski (ing. Hermann Minkowski; 22 iyun 1864[…], Aleksotas[d] – 12 yanvar 1909[…], Göttingen) — Alman riyaziyyatçısı və fizikidir; həndəsəyə, ədədlər nəzəriyyəsində həndəsi üsullara, riyazi fizikaya hidrodinamikaya aid əsərlərin müəllifidir; xüsusi nisbilik nəzəriyyəsinin kinematikasının həndəsi şərhini vermişdir (Minkovski fəzası). == Həyatı == Herman Minkovski 1864-cü ildə doğulub. 1909-cu ildə vəfat edib.
German Mqaloblişvili
German Andreyeviç Mqaloblişvili (gürc. გერმანე ანდრიას ძე მგალობლიშვილი; 1884, Quriya – 1937) — sovet və gürcü siyasətçisi, 1931–1937-ci illər ərzində Gürcüstan SSR Xalq Komissarları Şurasının sədri olmuşdur. 1921-ci ildən RK(b)P-nin üzvü olmuşdur, 1920-ci illərin ikinci yarısında Gürcüstan SSR maliyyə xalq komissarı idi. 1930-cu il noyabrın 20-dən 1931-ci il oktyabrın 13-dək Gürcüstan Kommunist Partiyasının (bolşeviklərin) MK siyasi bürosunun üzvlüyünə namizəd idi. 1931-ci ilin sentyabrın 22-dən 1937-ci ilin iyulunadək Gürcüstan SSR Xalq Komissarları Şurasının sədri vəzifəsində çalışmışdır. Daha sonra həbs edilərək 1937-ci ildə ya vəfat etmişdir yada qətlə yetirilmişdir.
German Vamberi
Arminius Vámbéry (Latın və İngilis adı) (Macarca: Arminius Vámbéry və Almanca: Hermann Vámbéry) d. 12 və ya 19 mart 1832, Szerdahely/Macarıstan; öl. 15 sentyabr 1913, Budapeşt/Macarıstan (əsas adı: Hermann Wamberger, Bamberger ya da Vamberger), Macar əsilli bir şərqşünas və türkoloq, səyyah və yəqin Böyük Britaniya Krallığı əmrində bir casus. == Həyatı == Vamberi, fəhlə, dindar bir yəhudi ailəsinin uşağı olaraq dünyaya gəlib. Doğulanda qismi iflic olan Vamberi, on iki yaşından etibarən dolanacağı üçün işləmək məcburiyyətində qalıb, əvvəlləri dərzi şagirdi, sonraları xüsusi müəllim olaraq. Bundan əlavə etnoqrafiya və filologiya sahələrində tədqiqatlar keçirdi. Vamberi, Bratislava yaxınlığında Sveti Yur monastırında piyaristlərdən təhsil aldıqdan sonra öz üzərində işləyərək bir nəçə dili öyrəndi. Əvvəlləri Avropa dillərinə əhəmiyyət verən Vámbéry, daha sonra Ərəbcə, Türkcə (Osmanlıca) və Farsca dillərini yaxşıca öyrəndi. Macar xalqının türk kökənlərini tapmaq arzusu ilə 22 yaşında olanda Konstantiniyyəyə gəldi və orada Asıf Bey və daha sonra Rıfat Paşanın xidmətində frənk lisanları (Avropa dilləri) müəllimi olaraq işlədi. İstanbulda yaşadığı 1857–1863-çü illəri arasında, müxtəlif Türk ağız və ləhcələrini öyrənmə fürsətini də tapıb.
German Veyl
Herman Veyl (ing. Hermann Klaus Hugo Weyl; 9 noyabr 1885[…] – 8 dekabr 1955, Sürix) — alman riyaziyyatçısı, nəzəri fiziki və filosofu. 1933-cü ildə nasistlərin hakimiyyətə gəlməsi ilə Almaniyanı tərk edərək ABŞ-də məskunlaşmış və 1951-ci ilədək Prinston Universitetində işləmişdir. Funksiyalar nəzəriyyəsi, ədədlər nəzəriyyəsi, qruplar nəzəriyyəsi üzrə əsərlərin müəllifidir. Həndəsənin vektor aksiomatikasını qurmuşdur. == Həyatı == == İstinadlar == == Ədəbiyyat == "Uşaqlar üçün ensiklopediya. Riyaziyyat.", Bakı, "Şərq-Qərb", 2008.
German dilləri
German dilləri – Hind-Avropa dil ailəsinin bir qolu.
German-Skandinav mifologiyası
German-skandinav mifologiyası (Qədim german mifologiyası, Skandinav mifologiyası) — qədim german tayfalarından olan anqlların, saksonların, normanların, danların və digərlərinin e.ə. V əsrdən başlayaraq xristianlığı qəbul etdikləri dövrə kimi formalaşdırdıqları mifologiya. Bu mifologiyanın əsas mənbəyi əslən islandiyalı nasir Snorri Sturlusona məxsus olan "Böyük Edda" və "Edda" adlı bədii və mənsur əsərlərindəki mətnlərdən qaynaqlanır. Danimarkalı salnaməçi Sakson Qrammatikin yazdığı "Danimarkalıların əməlləri" adlı əsərində də bir sıra müxtəlif mifoloji süjetlər öz əksini tapmışdır. Bu sahəyə dair qiymətli məlumatlara məşhur Roma tarixçisi Tasitin qədim german əsatirləri əsasında yazdığı "Germaniya" əsərində də rast gəlinir. == Dünyanın yaranması == Dünya yaranmamışdan əvvəl o, Ginnunqaqap adlı dərin və qara uçurumdan ibarət idi. Bu uçurumun bir tərəfində Niflheym adlı buz səltənəti (qadın başlanğıcı hesab edilir), digər tərəfində isə Muspellheym adlı od səltənəti vardı (kişi başlanğıcı hesab edilir). Niflheym səltənətində Hvergelmir adlı bulaq vardı və bu bulaqdan 12 ədəd güclü su axını (Elivaqar) öz mənbəyini götürərdi. Uçurumun hər iki tərəfi birləşərək ən əvvəl dünyada ilk canlı sayılan İmiri və sonradan Audumla adlı bir düyəni əmələ gətirir. İmirin tərindən bir cüt canlı, kişi və qadın yaranır.
German Henrix Qossen
German Henrix Qossen (alm. Hermann Heinrich Gossen‎; 7 sentyabr 1810[…], Düren, Köln[d] – 13 fevral 1858[…], Köln, Reyn əyaləti[d]) —Almaniya iqtisadçısı. == Həyatı == Hermann Heinrich Gossen Düren, Roer (departament) (Roerdépartement və ya Departement de la Roer), Birinci Fransa İmperiyasında anadan olub. Bu gün həmin ərazi Şimali Reyn-Vestfaliya, Almaniya kimi tanınır. Hermann Köln (Köln), Şimali Reyn-Vestfaliya, Prussiyada vəfat etdi. Valideynləri Georg Joseph Gossen (15 dekabr 1780 - 7 oktyabr 1847) (aka Georg Josef Gossen) və Maria Anna Mechtilde (Mechthildis) Scholl (22 fevral 1768 - 29 iyun 1833) idi. Georg və Mariya 25 oktyabr 1804-cü ildə Axendə evləndilər. Hermanın ata tərəfdən babası Arnold Winand Gossen, 3 sentyabr 1774-cü ildə Selgersdorf, Jülich, Prussiyada Anna Cordula Schmitz ilə evləndi. Arnold Winand Gossen - Kurfürstlicher steuereintreiber (Seçki vergi yığan) və Wahlrentenmanager (Seçki pensiya meneceri) - Düren şəhərində, Jülich hersoqluğunda və Prussiyanın Aşağı Reyn bölgəsinin digər hissələrində fəaliyyət göstərən ən hörmətli məmurlardan biri idi. Bununla belə, 1790-cı illərin ortalarından başlayaraq Arnold, Arnoldun davamlı biznes əməliyyatları apardığı Prussiya ərazilərinin Fransa tərəfindən alınması səbəbindən tədricən öz mövqeyini və gəlirini itirdi.
German Potoçnik
German Potoçnik (sloven. Herman(n) Potočnik, ləqəbi German Nordunq, alm. Hermann Noordung‎) — milliyyətcə sloven olan Avstriya-Macarıstan raket mühəndisi və astronavtikanın qabaqcıllarından biri. == Bioqrafiya == Atasının ölümündən sonra (1894) Marburq an der Dravada (Ştiriya hersoqluğu) böyüür. Sonralar (ehtimal ki, əmisi, imperator və kral ordusunun general-mayorunun dəstəyi ilə) Moraviyadakı ordu məktəblərində, 1910-1913-cü illərdə, Mödlinqdəki Hərbi Texniki Akademiyada təhsil almışdır. O, kiçik leytenant rütbəsi, mühəndis dərəcəsi ilə "körpülərin və dəmir yollarının tikintisi" ixtisasını bitirmişdir. Birinci Dünya müharibəsi zamanı Qalisiya, Serbiya və Bosniyada xidmət etmişdir. 1915-ci ildə baş leytenant rütbəsi almışdır. 1919-cu ildə kapitan rütbəsində səhhətinə görə (vərəm) təqaüdə çıxır. Vyana Texnologiya Universitetində elektrik mühəndisliyi və maşınqayırma mühəndisliyi üzrə təhsil alıb.
German Ştaudinger
German Ştaudinger — German Ştaudinger (alm. Hermann Staudinger‎; 23 mart 1881[…], Vorms, Hessen knyazlığı – 8 sentyabr 1965, Frayburq-im-Braysqau) -polimerlər kimi təsvir etdiyi makromolekulların varlığını nümayiş etdirən alman üzvi kimyaçısıdır. O, kimyanın bu sahəsindəki fəaliyyətinə görə 1953-cü ildə Nobel mükafatına layiq görülüb. Bundan əlavə, alimin görkəmli xidmətləri ketenlərin kəşfi və Ştaudinger reaksiyasıdır. == Bioqrafiyası == Ştaudinger 23 mart 1881-ci ildə Reyn çayının Vorms şəhərində anadan olub. Bitkilərə və çiçəklərə olan marağından Halle Universitetində Georg Klebsin yanında botanikanı öyrənməyə başladı. 1899-cu ildə orta məktəbi bitirdikdən sonra atası ona botanikanı daha dərindən başa düşmək üçün kimya kursu almağı təklif etdi. Atasının məsləhətinə qulaq asan German Halle, Darmstadt və Münhen universitetlərində kimya üzrə təhsil alır. Tədricən kimya onun əsas marağına çevrildi və artıq 1903-cü ildə, cəmi 22 yaşında Daniel Vorlenderin rəhbərliyi ilə Halledə elmlər doktoru dərəcəsi aldı. Ştaudinger üzvi kimya üzrə tədqiqatlarını Strasburq Universitetində D. Tielenin laboratoriyasında davam etdirib.
German Burqos
German Burgos (isp. Germán Adrián Ramón Burgos; 16 aprel 1969) — futbolçu == Karyera == === Klub === Burgos peşəkar karyerasına "Ferrocarril Oeste." klubunda 1989-cu ildə başladı. German klubun heyətində beş mövsüm keçirdi, lakin yalnız son iki mövsümdə komandanın əsas qapıçısı oldu. Ümumilikdə, klubda 104 matç keçirib. 1994-cü ildə "River Plate" klubuna transfer olundu. Ilk mövsümündə, "milyonerlər"in heyətində keçirilən 33 matçda iştirak edən Burgos, zaman keçdikcə tez-tez qapısında yer alırdı. 1999-cu ilin yayında Ispaniyanın Malyorka klubuna gəldi. Komandada iki mövsüm keçirdi, yalnız 12 matçda iştirak etdi. 2001-ci ildə başqa ispan klubu olan Atletiko Madrid klubuna transfer olundu. 2001/02 mövsümündə əsas qapıçı idi, lakin növbəti iki mövsüm ərzində, yalnız 14 matçda oynadı.
Loren German
Lauren Christine German (29 noyabr 1978, Hantinqton-Biç[d], Kaliforniya) amerikalı aktrisa'dır. O, ilk böyük rolunu 2002-ci ildə yeniyetmə romantik dram filmi A Walk to Remember filmində, ardınca The Texas Chainsaw Massacre (2003) və Hostel: Part II (2007) qorxu filmlərində oynamışdır. 2011-ci ildən 2012-ci ilə qədər German, CBS polis draması Havay Beş-0-nın ikinci mövsümündə DHS agenti Lori Veston kimi əsas rol oynamışdır və 2012-2014-cü illərdə o, NBC-nin Chicago Fire dramında Lesli Şey rolunu oynamışdır. 2016-2021-ci illərdə o, Amerika fantaziya komediya-dramasında Lucifer-də detektiv Chloe Decker kimi rol almışdır. == Həyatı == German Kaliforniya'nın Huntinqton-Biç şəhərinin Orange County ətrafında anadan olmuşdur. Onun atası Riçard German damar cərrahıdır. Onun ata tərəfdən babası Ceyms German hollandiyalı olmuşdur o, 1909-cu ildə Amsterdam'da anadan olmuşdur. O, uşaq ikən ailəsi ilə birlikdə Hollandiya'dan ABŞ-a köçmüşdür. Laurenin ailəsinin qalan hissəsi isə ingilis'lərdir. O, Los Alamitos Liseyində və Orange County İncəsənət Liseyində oxumuşdur və sonra antropologiya təhsili aldığı Cənubi Kaliforniya Universitetinə daxil olmuşdur.
Alfred German Frid
Alfred German Frid (11 noyabr 1864[…], Vyana – 5 may 1921, Vyana, Avstriya) — yəhudi əsilli avstriyalı pasifist, naşir, jurnalist və Alman sülh cəmiyyətinin qurucularından biri. 1911-ci ildə Tobias Asserlə birlikdə Nobel sülh mükafatına layiq görülmüşdür. == Həyatı == Alfred German Frid 11 noyabr 1864-cü ildə Avstriya-Macarıstanın paytaxtı olan Vyanada anadan olmuşdur. 15 yaşında olarkən məktəbdən ayrıldı və kitab dükanında işləməyə başladı. 1883-cü ildə Berlinə köçdü və burada 1887-ci ildə öz kitab dükanını açdı. 1889-cu ildə Berta fon Zutner Əllərinizi endirin! (alm. Die Waffen nieder!‎) kitabını dərc etdikdən sonra, Alfred German Frid onunla birlikdə 1892-ci ildə eyniadlı jurnal buraxmağa başladı. Əllərinizi endirin! jurnalı və onun davamı olan Sülh gözləntisi (alm.
Proto-German dili
Proto-German dili və ya proto-germanca Hind-Avropa dillərindən olan proto-dildir. ISO 639-2 kodudur. Alman dilləri bu əsas dildən inkişaf etmişdir. Protogerman dilini ana dili kimi danışan insanlara protogerman xalqı deyilir.
Roma-German muzeyi
Roma-German muzeyi (alm. Römisch-Germanisches Museum‎) — Almaniyanın Köln şəhərində yerləşən paleolit dövründən başlamış erkən orta əsrləri əhatə edən nadir eksponatlarla zəngin arxeoloji muzey. Roma-German muzeyi 1946-cı ildə iki şöbə (roma və frank epoxaları) əsasında yaradılmışdır. Roma şöbəsinin bugünkü tərtibatı 1974-cü ilin martından başlanğıc götürür. Ən qiymətli eksponatı muzeyin alt mərtəbəsində yerləşdirilmiş Dionis mozaykası kimi tanınan 1941-ci ildə Köln şəhərində aşkar olunan roma dövrünə aid döşəmə təsvirləridir. Ust mərtəbədəki döşəmə ətrafı eyvanlardan bu mozayik sənət əsərini yuxarıdan aşağı bütövlüklə seyr etmək mümkündür. Yuxarı mərtəbələrdə xronoloji və tematik prinsip əsasında imperator Avqustun zamanına, şəhərin Roma imperiyasının Reyn limanı sayıldığı dövrə aid, eləcə də imperator Konstantin tərəfindən Reyn çayı üzərində saldırılmış taxta körpü və Roma yaşayış məskəni olmuş bir zamanlar çayın sol sahildə yerləşmiş Divitiya ərazisindən tapılmış eksponatlar nümayiş olunur. Muzeyin eksponatlarına Roma dövrünə aid şəhər qala divarlarının qalıqları da aiddirlər. Dionis mozayik döşəməsinin yerləşdiyi mərtəbədə eyni zamanda yeni eranın I–IV əsrlərinə aid Qədim Roma şəhərinə xas və aid olan məişət əşyaları nümayiş etdirilir. Üst qatlardakı kolleksiyaya Köln regionunda ilk insan məskəninə, paleolit, tunc və dəmir dövrlərə aid tapıntılar, xüsusən ümumavropa əhəmiyyətli Köln-Lindental rayonunda tapılmış, Liney-lento mədəniyyətinə aid dulusçuluq nümunələri və qalıqları daxildirlər.
Roman-German hüququ
Roman-German hüququ — dünyada yayılmış hüquq sistemlərindən biri Roman-german hüquq sisteminin formalaşması, müəyyən mənada, ictimai inkişafın qanunauyğunluqları ilə, hüququn siyasət və iqtisadiyyatla əlaqəsi ilə şərtlənirdi. Yeni yaranmaqda olan mülkiyyət münasibətlərinin, mübadilə, ilkin yığım, iqtisadi məcburetməyə keçilməsi bu prosesə əhəmiyyətli dərəcədə təsir etmişdir. Resepsiya hələ Orta Əsrlər dövründə Avropa ölkələrinin hüquq texnikasında və başqa hüquqi hadisələrdə oxşar cəhətlərin yaranmasına səbəb oldu. Yeni dövrdə burjua inqilabları hüququn sosial təbiətini köklü şəkildə dəyişdi, feodal hüquq institutlarını ləğv etdi və qanunları roman-german hüququnun əsas mənbəyinə çe- virdi. Qanuna, milli hüquq sisteminin yaradılması üçün zəruri vasitə kimi baxıhrdı. Qanunlara yetirilən bu diqqət məcəllələşdirmənin də həyata keçirilməsini şərtləndirdi. Bu sonuncu proses hüquqa müəyyənlik və aydınlıq gətirmək- lə, onun tətbiqini asanlaşdırdı və kontinental Avropada hüquq normasma və bütövlükdə hüquqa baxışlarm formalaşmasının məntiqi yolla başa çatdırılmasına səbəb oldu. Roman-german hüquq sistemini başqa hüquq sistemlərindən fərqləndirən aşağıdakı xüsusiyyətləri qeyd etmək olar: Roma hüququ ilə üzvi əlaqəsinin olması, onun Roma hüququ əsasında yaranması və inkişaf etməsi. #Roman german hüquq sistemi daha çox doktrinal və ideya-nəzəri səciyyə dışıyır. Bununla əlaqədar olaraq qərb ədəbiyyatında belə bir fikir hökm sürür ki, sivil hüquq sistemində alim-hüquqşünasların əsərləri məhkəmə qərarları kimi mühüm nüfuza malikdir.
Şotland (german) dili
Skots dili — Şotlandiyada və İrlandiyanın şimalındakı Olster bölgəsinin bəzi hissələində danışılan German dillərinə aid dil. Bəzən sözügedən dil Şotland kelt dili fərqləndirilmək üçün "Loland Skots" olaraq da adlandırılır.
Şotland german dili
Skots dili — Şotlandiyada və İrlandiyanın şimalındakı Olster bölgəsinin bəzi hissələində danışılan German dillərinə aid dil. Bəzən sözügedən dil Şotland kelt dili fərqləndirilmək üçün "Loland Skots" olaraq da adlandırılır.
Erythraea germanica
Kiçik qızılçətir (lat. Centaurium erythraea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin qızılçətir cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == İkiillik ot bitkisi olub, hündürlüyü 35-40 sm-dir. Kökü böyük olmayan, zəif inkişaf edən, gövdəsi düzqalxan, tək və ya bir neçə saylı, dördtilli, yuxarı hissəsi çəngəlşəkilli budaqlanaraq yuxarıya doğru istiqamətlənmişdir. Gövdədə yarpaqları qarşı-qarşıya, oturaq, uzunsov-neştərşəkilli, uzunluğu 3 sm, damarları yaxşı görünən, kök üstündə olan yarpaqları və çətiri vardır. Çiçəyin uzunluğu 1,5 sm, tünd-çəhrayı rəngli olub, çətirçəkilli-süpürgəvari hamaşçiçəkdir. Adətən ömrünün 2-3 ilində çiçəkləyir. Gövdəsi yarpaqlı və çiçəkli olmaqla, düzqalxan, tək və ya budaqlanan, yaşıl və ya sarımtıl-yaşıl, çılpaq, oyuqlu, qabırğalı, uzunluğu 10-30 sm, qalınlığı isə 2mm-dir. Kökətrafı yarpaqları uzunsov-tərsyumurtaşəkilli, küt, əsasından daralmış, uzunluğu 4 sm, qalınlığı isə 2sm-dir. Yarpaqları oturaq, qarşı-qarşıya, uzunsov-neştərvari, itiuclu, bütövkənarlı, çılpaq, qalxanşəkilli-süpürgəvari, çiçəkləri isə çəhrayı-bənövşəyidir.
Genista germanica
Alman nazı (lat. Genista germanica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz (bitki) cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Cytisus germanicus (L.) Vis. Euteline germanica (L.) Raf. Lissera germanica (L.) Fourr. Voglera germanica (L.) Fourr.
Germanik
Neron Yuli Sezar Germanik (lat. Germanicus Iulius Caesar Claudianus) — Roma imperiyasının konsulu. Desim Klavdi Neronnun oğlu. Kaliqula, Kiçik Aqrippinanın atası. == Xarici keçidlər == (Soprintendenza per i Beni Archeologici dell'Umbria) "The Bronze Statue of Germanicus" Arxivləşdirilib 2006-05-08 at the Wayback Machine of Amelia (Terni). Circumstances of the chance discovery in 1963 and restoration of this extremely fine heroic portrait bronze. Life of Caligula by Suetonius (Loeb Classical Library translation) Much of Caligula's biography focuses on his famous father.
Germanium
== Giriş == Germanium (Ge), periodik cədvəldə 32 nömrəli elementdir. Bu metalloid element, kimyəvi xüsusiyyətlərinə görə silisiuma bənzəyir və əsasən elektronika və optoelektronika sənayesində istifadə olunur. Germanium, gümüşü-ağ rəngli və yarımkeçirici xüsusiyyətləri olan bir elementdir. == Tarixçə == Germanium 1886-cı ildə alman kimyaçı Clemens Winkler tərəfindən kəşf edilmişdir. O, bu elementi argyrodit mineralının tərkibində tapmış və adını Almaniyanın latın adı olan "Germania"dan götürmüşdür. Winkler, germaniumun mövcudluğunu əvvəllər Dmitri Mendeleev tərəfindən proqnozlaşdırılan ekasilisium elementi ilə uyğunlaşdırmışdır. == Kimyəvi Xüsusiyyətləri == Germanium kimyəvi olaraq passiv bir elementdir və oksigenlə reaksiya verərək germanium dioksid (GeO2) əmələ gətirir. O, həmçinin halogenlərlə reaksiya verərək müxtəlif germanium halogenidləri əmələ gətirir. Germanium, yarımkeçirici xüsusiyyətlərə malikdir və bu xüsusiyyəti onu elektronika sənayesində əhəmiyyətli edir. == Tətbiqlər == === Elektronika və Optoelektronika === Germanium yarımkeçirici xüsusiyyətlərinə görə transistorlar, diodlar və digər elektron komponentlərdə istifadə olunur.
Germanium oksid (IV)
Germanium — oksidi (IV) Germanium oksidi (IV) (germanium dioksid) germanium və oksigenin binar qeyri — üzvi kimyəvi birləşməsi olub amfoter oksiddir. Kimyəvi formulu GeO2 . Germanium – dioksidin forması silisium dioksidə çox oxşardır. İki kristallik və üçüncü amor modifikasiya halında mövcuddur : Heksoqonal β- GeO2, α- kvars ilə eyni quruluşa malikdir. Tetraqonal α- GeO2 (mineral forma argutit) SnO2 tipli struktura malikdir. Yüksək təzyiq altında CaCl2 tipli rombik formaya keçir. Amorf GeO2 şüşəvari kvarsa bənzəyir, suda həll olandır. Tetraqonal germanium dioksid 1033 °C -də heksoqonal formaya keçir. ∆Hα→ β=21,6kC/mol == Alınması == Germanium dioksidi GeCl4 hidrolizə uğradıb, alınan çöküntünün 900°C-də qurutmaqla alınır. Bu zaman adətən amorf və heksoqonal GeO2 qarışığı alınır.
Germanizasiya
Almanlaşdırma və ya germanizasiya — təbii və ya məcburi assimilyasiya nəticəsində alman dilinin və mədəniyyətinin digər xalqlar arasında yayılmasına verilən ümumi ad. Həmçinin, bu termin latın qrafikasından istifadə etməyən dillərdən götürülmüş xarici sözlərin alman dilinə uyğunlaşdırılmasına aid edilir. == Almanlaşdırmanın növləri == Alman dilinin və mədəniyyət elementlərinin tarixən müxtəlif formaları və yayılma dərəcələri mövcuddur. Son antik dövrdən orta Reyn, Yuxarı Dunay və Alp dağlarının Roma əhalisi tədricən almanlaşmaya məruz qalmışdır. Eklektik qəbuldan əlavə, XI əsrdə Bamberq yeparxiyasında yaşayan bütpərəst slavyanlarla baş verdiyi kimi, alman mədəniyyətində tamamilə "məhv edilmə" nümunələri var. Almaniya imperiyasının qanunvericiliyinə uyğun olaraq təşkil edilən Yaponiya imperiyasının və müasir Yaponiyanın qanunvericiliyində alman mədəniyyətinin eklektik qəbul edilməsinə nümunələr mövcuddur. Almanlaşdırma mədəni əlaqə olub, siyasi qərarla (məsələn, Yaponiya nümunəsi) və ya zorla (xüsusilə imperiya və Nasist Almaniyası nümunələrində) yeridilirdi. == İndiki vəziyyət == Müasir Almaniyada danimarkalılar, frizlər və lujiçan slavyanlar ənənəvi milli azlıqlar kimi təsnif edilir və onlara mədəni muxtariyyət zəmanət kimi verilir. 1955-ci ildə Danimarka və Almaniya arasında Danimarkadakı alman, həmçinin Almaniyadakı danimarkalı azlıqların statusunu vtənzimləyən müqavilə imzalanmışdır. Şlezviq-Holşteyndə frizlərin dilinin qorunması haqqında qanun qəbul edilmişdir.
Germanlar
Germanlar və ya germandillilər — müasir Almaniya, Avstriya, Bohemiya və Polşanın qərb hissəsini əhatə edən Germaniya ərazisində III əsrdən IX əsrə qədər yaşamış xalq. Xalqların böyük köçü dövründə german xalqı da Avropaya gəlib çıxmışdır. Bugünkü hollandlar, almanlar və avstriyalılar başda olmaqla ingilislər, flamandlar, Skandinav xalqları (danlar, norveçlilər, isveçlilər, islandlar, farerlilər) və almandilli isveçrəlilər german xalqlarındandır.
Germanvinqs Hava Yolları reys 9525
Germanvinqs Hava Yolları reys 9525 - 24 mart 2015-ci ildə Fransanın Nitsa şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası. Airbus A-320-211 modelli təyyarə 24 mart tarixində Barselona şəhərindən yerli vaxtla saat 10-01- də səmaya qalxmışdır. Düsseldorf şəhərində enməli olan təyyarənin içində 150 nəfər vardı. 144 nəfəri sərnişin, 6 nəfəri isə təyyarə heyətinin üzvü olan şəxslərin hamısının qəza nəticəsində həlak olduğu ehtimal edilir. Təyyarənin Fransanın Nitsa şəhərindən 100 km şimalda qəzaya uğradığı müəyyənləşdirilib. == Sərnişinlər və təyyarə heyəti == Qəza nəticəsində həlak olan 150 nəfərdən 72 nəfəri Almaniya, 51 nəfəri İspaniya digər 27 nəfər isə başqa ölkələrinin vətəndaşlarıdır.
Germany
Almaniya (alm. Deutschland‎ [ˈdɔʏtʃlant]) və ya rəsmi adı ilə Almaniya Federativ Respublikası (alm. Bundesrepublik Deutschland‎ [ˈbʊndəsʁepuˌbliːk ˈdɔʏtʃlant]) — Mərkəzi və Qərbi Avropada yerləşən federativ parlament respublikası. Şimaldan Baltik və Şimal dənizləri, cənubdan Alp dağları, Boden gölü və Yuxarı Reynlə əhatə olunmuşdur. Ölkə şimaldan Danimarka, şərqdən Polşa və Çex Respublikası, cənubdan Avstriya və İsveçrə, cənub-qərbdən Fransa, qərbdən Lüksemburq, Belçika və Niderlandla həmsərhəddir. Əhalisi təxminən 83 milyondur ki, bu da Avropanın ən böyük (Rusiyadan sonra) əhalisidir. Almaniya həm də ABŞ-dən sonra dünyada ikinci ən çox mühacirət edilən ölkədir. Almaniya ərazisinə 16 federal torpaq daxildir, ümumi sahəsi 357,386 kvadrat kilometr təşkil edir və mülayim mövsümi iqlimə sahibdir. Almaniya dünyada ABŞ-dən sonra ən çox miqrant qəbul edən ikinci ölkədir 83 milyon nəfərlik əhalisi ilə Avropada Rusiyadan sonra ikinci, Avropa İttifaqına üzv ölkələr arasında isə ilk yerdədir. Almaniya yüksək səviyyədə desentralizasiyalaşmış ölkədir.
Iris germanica
Mavi süsən (lat. Iris germanica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin süsən cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Bu növ çoxillik ot bitkisi olub, iri, inkişaf edən, azbudaqlı kökə, aşağı tərəfdə isə çoxsaylı kökə malikdir. Kökümsovun zirvəsində 4-6 yarpaqları vardır. Yarpaqlarının hündürlüyü 1 m-ə qədər, göyümtül-yaşıl, tutqun, qılıncvari və paralel damarlıdır. Gövdə üzərində bir neçə iri, gözəl çiçəkləri olur. Çiçəkyanlığı sadə, tacabənzər, 3 xarici yarpaqcığının kənarları qatlanmış, 3 daxili yarpaqcığı isə yuxarıya doğru yönəlmişdir. Erkəkciyi 3 olub, yuxarı yarpaqcıq arasında yerləşmişdir. Aşağı yumurtalıqlı olub, üçyuvalıdır. Çiçəkləri tünd-bənövşəyi rəngli, qutucuqmeyvədir.

german sözünün leksik mənası və izahı

"german" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#german nədir? #german sözünün mənası #german nə deməkdir? #german sözünün izahı #german sözünün yazılışı #german necə yazılır? #german sözünün düzgün yazılışı #german leksik mənası #german sözünün sinonimi #german sözünün yaxın mənalı sözlər #german sözünün əks mənası #german sözünün etimologiyası #german sözünün orfoqrafiyası #german rusca #german inglisça #german fransızca #german sözünün istifadəsi #sözlük