tullan sözü azərbaycan dilində

tullan

Yazılış

  • tullan • 64.2857%
  • Tullan • 35.7143%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tullan, görüm! (film, 2007)
Tullan, görüm! (ing. Jump In!) — 2007-ci ildə çəkilən Disney Channel orjinal filmidir. Baş rollarda — Korbin Blyu və Keke Palmer. Film ilk dəfə 12 yanvar, 2007-ci ildə nümayiş etdirilmişdir. == Rollarda == Korbin Blyu Keke Palmer Devid Reivers == Xarici keçidlər == Tullan, görüm! — Internet Movie Database saytında.
Kosmik tullantı
Kosmik tullantı (həmçinin orbit zibili, orbit tullantısı, kosmik zibil, kosmik artıq və kosmik töküntü olaraq da tanınır), insanlar tərəfindən yaradılan, lakin artıq heç bir faydalı məqsədə xidmət etməyən Yer ətrafındakı orbitdəki cisimlərin məcmusudur. Bunun ilk nümunəsi, kosmosa ilk insan addımı olan Sputnik I süni peykidir. 4 oktyabr 1957-ci ildə Sputnik I orbitə buraxıldı və 3 aydan çox qalmasına baxmayaraq Sputnik yalnız 3 həftə işləmiş və 2 aydan çox dünya ətrafında dövrə vurmuşdur. Buda onu ilk kosmik tullantı etmişdir. Bu obyektlər keçmiş raket mərhələlərini və işləmək qabiliyyətini itirmiş peyklərin partlaması və toqquşması nəticəsində yaranan bütün hissəcikləri ehtiva edir. Məsələn, 10 fevral 2009-cu ildə artıq işlək vəziyyətdə olmayan bir Rusiya peyki ABŞ-nin aktiv “İridium” ticarət məqsədli peyki ilə toqquşub onu məhv etmiş və bu qəza nəticəsində kosmik tullantıların üstünə daha 2000 ədəd əlavə edilmişdir. Tullantı təbəqəsi raket mühərriklərindən meydana gələn tozlardan, boya lövhələri kimi səth pozğunluqları məhsullarından, RORSAT nüvə enerjisi peykləri tərəfindən yayılan soyuduculardan, Needles layihəsinin qruplarından, mikrometorların və ya çox kiçik dağıntıların kosmos vasitələrinin üstündəki təsiri nəticəsində sərbəst buraxılan cisimlərdən meydana gəlir. Bu obyektlərin orbitlərinin kosmik aparatın uçuş istiqamətləri ilə üst-üstə düşmə ehtimalının yüksək olması nəticəsində kosmik zibillər tez-tez potensial toqquşma riski yaradırlar. Kosmik zibillərin təxminən on milyonlarla ölçülən böyük əksəriyyəti boya hissəcikləri və raket yanacağı şlakları kimi kiçik hissəciklərdən ibarətdir. Bu kiçik hissəciklərin təsiri eroziv və qumlama kimi zərərlərə səbəb olur.
Məişət tullantıları
Məişət tullantıları — məişət tullantıların bir neçə növü var. Ağır məişət tullantıları (AMT) predmet və ya mal, ehtiyac zərurətini itirmiş, çox hissəsi tullantıya dönmüş materialdır. AMT 3 hissədən ibarətdir: bioloji, qeyri bioloji( süni və sintetik hissə) və sonuncu hissə lazımsız tullantı hissəsi Tullantıların öyrənilməsi «Tullantı arxeologiyası», onun utilizasiyası ilə məşğul olan bölməsi Qabrologiya adlanır. == Tərkibi == ATM çox mürəkkəb getorogen qarışıqdan ibarətdir Morfoloji cəhətdən ATM indiki dövrə nəzərən müxtəfil komponentlidir. Bioloji tullantı Qida tullantıları Sintetik tullantılar kağız – qəzet, jurnal, hədiyyəlik paketlər və s. neft məhsulları: plastmas dəri, rezin tekstil Müxtəlif metallar (ağır və əlvan) şüşəATM -in kimyəvi tərkibi Onun keyfiyyətini müəyyən etməklə yanaşı bioqazınn alınması üşün vacibdir. Dövlət Statistika Komitəsinin illik hesabatına əsasən 2017-ci il ərzində ölkə ərazisində ümumilikdə 6.6 mln. m³ məişət tullantısı əmələ gəlmişdir. Məişət tullantılarının idarə edilməsi probleminin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir ki, bu tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı»na uyğun olaraq Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısını emal etmək gücünə malik müasir məişət tullantılarının yandırılması zavodunun və ildə 200 min ton məişət tullantısını çeşidləyən müasir zavodunun tikilməsi və istismara verilməsidir. Məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə son dövrlərdə ölkəmizdə həyata keçirilən digər bu kimi tədbirlər ümumilikdə idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun inkişafının təməlini qoymuşdur və hazırda da bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir.
Radioaktiv tullantılar
Radiaktiv tullantılar — tərkibində müəyyən normadan artıq radioaktiv izotop olan tullantılar: maye, bərk və qaz halında ola bilər. Maye radiaktiv tullantılar atom elektrik stansiyalarında istifadə edilmiş nüvə yanacağının regenerasiyasında, elm texnika və tibbdə müxtəlif radioaktiv şüalanma mənbələrindən istifadə etdikdə əmələ gəlir. == Radiaktiv tullantıların yerin dərinliklərində basırılması == Radioaktiv tullantıların yayılması və canlı orqanizmlərə zərərli təsir göstərməməsi üçün onların basdırılması.
Suya tullanma
Suya tullanma, müəyyən bir yüksəklikdən atlayıb, havada estetik hərəkətlər etdikdən sonra suya dimdik girməyə dayanan idman növüdür. Ümumiyyətlə balıqlama edilən atlayış əsnasında ayrıca müxtəlif gimnastika və akrobatika hərəkətləri həyata keçirilir. Tramplen atlanma. Yarışmalarda tramplen atlanmaları, su üzündə 5 və 10 metr yüksəklikdəki sabit bir platformla 1 ya da 3 metr yüksəklikdəki elastik sıçrayış taxtasından edilir. Olimpiya oyunlarında ancaq 10 metrlik yüksəkliklə 3 metrlik sıçrayış taxtaları istifadə olunur. Yarışmalarda ən azından 3 hakim sıçrama,bədənin havadakı vəziyyəti,nəzərdə tutulan hərəkətin edilməsini,suya baş vurmanı nəzərə alaraq xal verirlər.Hər atlanma üçün verilən xallar toplanır çətinlik səviyyəsinə vurulur.11 atlanmadan sonra ən çox bal yığan idmançı birinci olur. Kişilərdə 5-i vacib,6-si sərbəst 11 atlayış,qadınlarda 5-i sərbəst və 5-i vacib olan 10 atlayış edilir. Qüllə atlanma. Tramplendən fərqli olaraq,üzərindən atlanan platform tərpənən deyil və sudan yüksəkliyi 10 metrdir.Yarışmalarda atlayışlar 5 qrupda həyata keçirilir;ayrıca ancaq sabit platformlarda əlüstü furuşla atlanmalar da edilir. Birinci qrupda yer alan idmançı üzü suya taxtanın və ya platformanın ucundan atlanar.
Suya tullanma 2017 Su idman növləri üzrə Dünya Çempionatında – Kişilər 1 metr tramplin
Kişilər 1 metr tramplin — 2017 Su idman növləri üzrə Dünya Çempionatında 14 və 16 iyul 2017-ci il tarixləri aralığında keçirilən yarışdır. == Nəticələr == Təsnifat mərhələsinə 14 iyul 11:00-da start verilmişdir. Final mərhələsinə 16 iyul 15:30-da start verilmişdir.Yaşıl finalçılar deməkdir.
Tullantılar
Tullantılar – istehsal, məişət, nəqliyyat və başqa sahələrdə əmələ gələn və bilavasitə yerində istifadə edilməyən tullantılar. Lakin tullantılardan təsərrüfatın qeyri sahələri üçün real və potensial məhsul kimi istifadə etmək olar. Yararsız tullantı zibil sayılır. == Tullantıların fiziki zərərsizləşdirilməsi == Təhlükəli və zərərli komponentləri məhv etmək məqsədilə tullantıla ra fiziki agentlərlə (radiasiya, işıq və s.) təsir göstərilməsi. Tullantılar haqqında məlumat asan Tulantılar haqqında geniş mılumat == Tullantıların neytrallaşdırılması == Tullantıların turş və qələvi xassələrini neytrallaşdırma prosesi. == Tullantıların norması == Müəssisənin ətraf mühitə atılacaq maye və ya qaz tullantılarının icazə verilən ümumi miqdarı. Tullantıların norması elə hesablanır ki, müəyyən regionun bütün müəssisələri tərəfindən atılan zərərli tullantıların miqdarı yol verilən konsentrasiyanı keçməsin. == Tullantıların susuzlaşdırılması == Texnoloji üsul tətbiq etməklə tullantılardan suyun ayrılması və onun yenidən istifadəsi. Tullantıların bioloji zərərsizləşdirilməsi, tullantıların zərərli komponentlərinin, çirkab sularında isə mikroorqanizmlərin və üzvi maddələrin yox edilməsi. == Tullantısız texnologiya == Təbii resurslardan səmərəli istifadə etmək məqsədilə ayrı-ayrı təsərrüfat və sənaye kompleksindən tullantısız məhsul almağa yönəldilən texnologiya.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (Üçtəkanla tullanma)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Kişilər (Üçtəkanla tullanma) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 14 ölkənin 14 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 16.38 nəticə göstərən Azərbaycanın idmançısı, Nazim Babayev qazandı. İkinci pilləni 16.34 nəticə göstərən Moldovanın idmançısı Vladimir Letnikov qazandı. Üçüncü pilləni isə 15.87 nəticə göstərən İsrail idmançısı Tom Yakobov qazandı. == Medalçılar == == Nəticə == === Final === Finalda 14 ölkənin 14 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
Yüngül atletika 2015 Avropa Oyunlarında — Qadınlar (Üçtəkanla tullanma)
Yüngül atletika 2015 Avropa Oyunlarında — Qadınlar (Üçtəkanla tullanma) — 22 iyun tarixində Bakının Olimpiya Stadionunda baş tutdu. Yarışlarda 13 ölkənin 13 idmançısı qüvvəsini sınadı. Yarışlarda final 22 iyun tarixində keçirildi. Yarışlarda birinci pilləni 14.41 nəticə göstərən İsrailin idmançısı, Anna Minenko qazandı. İkinci pilləni 13.95 nəticə göstərən Slovakiyanın idmançısı Dana Veldakova qazandı. Üçüncü pilləni isə 13.27 nəticə göstərən Azərbaycan idmançısı Yekaterina Sarıyeva qazandı. == Medalçılar == == Nəticə == === Final === Finalda 13 ölkənin 13 idmançısı mübarizə apardı. Yarışlar 22 iyun tarixində baş tutdu.
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Kişilər (fərdi, dayaqla tullanma)
İdman gimnastikası 2015 Avropa Oyunlarında — Kişilər (fərdi, dayaqla tullanma) — 15, 20 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Yarışlarda ölkələrin 76 idmançısı qüvvəsini sınadı. Yarışlarda təsnifat mərhələsi 15 iyun tarixində baş tutdu. Yarışların finalı isə 20 iyun tarixində keçirildi. Yarışların qızıl medalını 15.266 xal toplayan Ukrayna idmançısı Oleq Verniayev, gümüş medalı 15.116 xal toplayan Hollandiya idmançısı Kasimir Şmidt, bürünc medalı isə 14.996 xal toplayan Azərbaycan idmançısı Oleq Stepko qazandı. == Medalçılar == == Nəticə == === Təsnifat mərhələsi === Təsnifat mərhələsində - ölkənin 76 idmançısı mübarizə apardı. Yarışlar 15 iyun tarixində baş tutdu. Yarışlarda ilk 6 yeri tutan idmançı finala vəsiqə qazandı. Finala yalnızca bir ölkənin bir idmançısı vəsiqə qazandı. Q — Finala vəsiqə qazandı === Final === Finalda 6 ölkənin 6 idmançısı mübarizə apardı.
Hündürlükdən tullanma
Hündürlükdən tullanma (ing. bungee jumping) — böyük bir elastik ipə bağlı olan bir insanın çox hündür məsafədən tullanmasını əhatə edən bir attraksiondur. Başlatma meydançası adətən bina və ya kran kimi hündür strukturda, dərin dərə üzərindən körpüdə və ya qaya kimi təbii coğrafi obyektin üzərində qurulur. İsti hava şarı və ya vertolyot kimi yerin üzərində uçmaq qabiliyyətinə malik olan bir tipli təyyarədən tullanmaq da mümkündür. Həyəcan sərbəst düşmə və beynin buraxdığı adrenalin hormonlarından irəli gəlir. Şəxs tullananda ip uzanır və ip geri çəkildikcə tullanan adam yenidən yuxarıya doğru uçur və bütün kinetik enerji dağılana qədər yuxarı və aşağı salınmağa davam edir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.04 dəfə / 1 mln.
2010 •••••••••••••••••••• 0.27
2012 ••••••• 0.09

"tullan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tullan nədir? #tullan sözünün mənası #tullan nə deməkdir? #tullan sözünün izahı #tullan sözünün yazılışı #tullan necə yazılır? #tullan sözünün düzgün yazılışı #tullan leksik mənası #tullan sözünün sinonimi #tullan sözünün yaxın mənalı sözlər #tullan sözünün əks mənası #tullan sözünün etimologiyası #tullan sözünün orfoqrafiyası #tullan rusca #tullan inglisça #tullan fransızca #tullan sözünün istifadəsi #sözlük