tullantı sözü azərbaycan dilində

tullantı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tullantı • 91.8718%
  • Tullantı • 8.1282%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tullantı
Tullantı, istifadə olunmayan materialların tullantısıdır. Tullantılar bir çox materialdan ibarət ola bilər. Ən yüksək dəyəri olan tullantılar metal tullantılarıdırlar. Tullantı alverçiləri insanların əllərində olan yararsız tullantıları asanlıqla götürürlər və bundan sonra onları əridib yenidən xammala çevirə bilirlər. Bu proses təkrar-təkrar istifadə olunarsa, təkrar emal baş verir. Beləliklə də, tullantılar özlüyündə bazara çevrilirlər. Məsələn, hal-hazırda yeni olan elektron cihaz gələcəkdə köhnəldikcə tullantıya çevrilə bilər və tullantıya çevrildikdən sonra onun tərkibində olan dəmir, polad, mis və qurğuşun kimi materiallardan yenidən istifadə edilə bilər.
Kosmik tullantı
Kosmik tullantı (həmçinin orbit zibili, orbit tullantısı, kosmik zibil, kosmik artıq və kosmik töküntü olaraq da tanınır), insanlar tərəfindən yaradılan, lakin artıq heç bir faydalı məqsədə xidmət etməyən Yer ətrafındakı orbitdəki cisimlərin məcmusudur. Bunun ilk nümunəsi, kosmosa ilk insan addımı olan Sputnik I süni peykidir. 4 oktyabr 1957-ci ildə Sputnik I orbitə buraxıldı və 3 aydan çox qalmasına baxmayaraq Sputnik yalnız 3 həftə işləmiş və 2 aydan çox dünya ətrafında dövrə vurmuşdur. Buda onu ilk kosmik tullantı etmişdir. Bu obyektlər keçmiş raket mərhələlərini və işləmək qabiliyyətini itirmiş peyklərin partlaması və toqquşması nəticəsində yaranan bütün hissəcikləri ehtiva edir. Məsələn, 10 fevral 2009-cu ildə artıq işlək vəziyyətdə olmayan bir Rusiya peyki ABŞ-nin aktiv “İridium” ticarət məqsədli peyki ilə toqquşub onu məhv etmiş və bu qəza nəticəsində kosmik tullantıların üstünə daha 2000 ədəd əlavə edilmişdir. Tullantı təbəqəsi raket mühərriklərindən meydana gələn tozlardan, boya lövhələri kimi səth pozğunluqları məhsullarından, RORSAT nüvə enerjisi peykləri tərəfindən yayılan soyuduculardan, Needles layihəsinin qruplarından, mikrometorların və ya çox kiçik dağıntıların kosmos vasitələrinin üstündəki təsiri nəticəsində sərbəst buraxılan cisimlərdən meydana gəlir. Bu obyektlərin orbitlərinin kosmik aparatın uçuş istiqamətləri ilə üst-üstə düşmə ehtimalının yüksək olması nəticəsində kosmik zibillər tez-tez potensial toqquşma riski yaradırlar. Kosmik zibillərin təxminən on milyonlarla ölçülən böyük əksəriyyəti boya hissəcikləri və raket yanacağı şlakları kimi kiçik hissəciklərdən ibarətdir. Bu kiçik hissəciklərin təsiri eroziv və qumlama kimi zərərlərə səbəb olur.
Məişət tullantıları
Məişət tullantıları — məişət tullantıların bir neçə növü var. Ağır məişət tullantıları (AMT) predmet və ya mal, ehtiyac zərurətini itirmiş, çox hissəsi tullantıya dönmüş materialdır. AMT 3 hissədən ibarətdir: bioloji, qeyri bioloji( süni və sintetik hissə) və sonuncu hissə lazımsız tullantı hissəsi Tullantıların öyrənilməsi «Tullantı arxeologiyası», onun utilizasiyası ilə məşğul olan bölməsi Qabrologiya adlanır. ATM çox mürəkkəb getorogen qarışıqdan ibarətdir Morfoloji cəhətdən ATM indiki dövrə nəzərən müxtəfil komponentlidir. Bioloji tullantı Qida tullantıları Sintetik tullantılar kağız – qəzet, jurnal, hədiyyəlik paketlər və s. neft məhsulları: plastmas dəri, rezin tekstil Müxtəlif metallar (ağır və əlvan) şüşə ATM -in kimyəvi tərkibi Onun keyfiyyətini müəyyən etməklə yanaşı bioqazınn alınması üşün vacibdir. Dövlət Statistika Komitəsinin illik hesabatına əsasən 2017-ci il ərzində ölkə ərazisində ümumilikdə 6.6 mln. m³ məişət tullantısı əmələ gəlmişdir. Məişət tullantılarının idarə edilməsi probleminin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir ki, bu tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı»na uyğun olaraq Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısını emal etmək gücünə malik müasir məişət tullantılarının yandırılması zavodunun və ildə 200 min ton məişət tullantısını çeşidləyən müasir zavodunun tikilməsi və istismara verilməsidir. Məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə son dövrlərdə ölkəmizdə həyata keçirilən digər bu kimi tədbirlər ümumilikdə idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun inkişafının təməlini qoymuşdur və hazırda da bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir.
Radioaktiv tullantılar
Radiaktiv tullantılar — tərkibində müəyyən normadan artıq radioaktiv izotop olan tullantılar: maye, bərk və qaz halında ola bilər. Maye radiaktiv tullantılar atom elektrik stansiyalarında istifadə edilmiş nüvə yanacağının regenerasiyasında, elm texnika və tibbdə müxtəlif radioaktiv şüalanma mənbələrindən istifadə etdikdə əmələ gəlir. Radioaktiv tullantıların yayılması və canlı orqanizmlərə zərərli təsir göstərməməsi üçün onların basdırılması.
Tullantılar
Tullantılar – istehsal, məişət, nəqliyyat və başqa sahələrdə əmələ gələn və bilavasitə yerində istifadə edilməyən tullantılar. Lakin tullantılardan təsərrüfatın qeyri sahələri üçün real və potensial məhsul kimi istifadə etmək olar. Yararsız tullantı zibil sayılır. Təhlükəli və zərərli komponentləri məhv etmək məqsədilə tullantıla ra fiziki agentlərlə (radiasiya, işıq və s.) təsir göstərilməsi. Tullantılar haqqında məlumat asan Tulantılar haqqında geniş mılumat Tullantıların turş və qələvi xassələrini neytrallaşdırma prosesi. Müəssisənin ətraf mühitə atılacaq maye və ya qaz tullantılarının icazə verilən ümumi miqdarı. Tullantıların norması elə hesablanır ki, müəyyən regionun bütün müəssisələri tərəfindən atılan zərərli tullantıların miqdarı yol verilən konsentrasiyanı keçməsin. Texnoloji üsul tətbiq etməklə tullantılardan suyun ayrılması və onun yenidən istifadəsi. Tullantıların bioloji zərərsizləşdirilməsi, tullantıların zərərli komponentlərinin, çirkab sularında isə mikroorqanizmlərin və üzvi maddələrin yox edilməsi. Təbii resurslardan səmərəli istifadə etmək məqsədilə ayrı-ayrı təsərrüfat və sənaye kompleksindən tullantısız məhsul almağa yönəldilən texnologiya.
Tullantıların təkrar emalı
Tullantıların təkrar emalı köhnə metal və ya plastik əşyaların müəyyən bir çevrilmə yolu ilə yenidən istifadəyə yararlı hala gətirilməsi üçün həyata keçirilən bütün proseslərin cəmidir. Bu işlə məşğul olan insanlar tullantıları zibilliklərdən və ya iş yerlərindən yığırlar və bu işi görən biznesmenlərə satırlar. Biznesmenlər də öz növbələrində onları emal edən fabriklərə verirlər.
Tullantıların yığılması
Tullantıların təkrar emalı köhnə metal və ya plastik əşyaların müəyyən bir çevrilmə yolu ilə yenidən istifadəyə yararlı hala gətirilməsi üçün həyata keçirilən bütün proseslərin cəmidir. Bu işlə məşğul olan insanlar tullantıları zibilliklərdən və ya iş yerlərindən yığırlar və bu işi görən biznesmenlərə satırlar. Biznesmenlər də öz növbələrində onları emal edən fabriklərə verirlər.

tullantı sözünün leksik mənası və izahı

tullantı sözünün sinonimləri (yaxın mənalı sözlər)

tullantı sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. 1. отходы (остатки какого-л. производства, годные для использования в другом производстве), выбросы. İstehsalat tullantıları производственные отходы, neft sənayesi tullantıları отходы (выбросы) нефтяной промышленности, экол. zərərli tullantılar вредные выбросы, radioaktiv tullantılar радиоактивные отходы 2. отбросы: 1) негодные остатки чего-л.; kağız tullantıları макулатура, metal tullantıları металлолом, cürbəcür tullantılar всякие отбросы 2) перен. морально разложившиеся члены общества. Cəmiyyətin tullantıları отбросы общества

    Azərbaycanca-rusca lüğət / tullantı

tullantı sözünün inglis dilinə tərcüməsi

tullantı sözünün fransız dilinə tərcüməsi

tullantı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. гадрайбур, гадардайбур, хкатаяр, амукьаяр (са кар ийидамаз хкатай герек амачир, виже техкъвер гадардай ва я гадарнавай артух затӀар).

    Azərbaycanca-ləzgicə lüğəti / tullantı

"tullantı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tullantı nədir? #tullantı sözünün mənası #tullantı nə deməkdir? #tullantı sözünün izahı #tullantı sözünün yazılışı #tullantı necə yazılır? #tullantı sözünün düzgün yazılışı #tullantı leksik mənası #tullantı sözünün sinonimi #tullantı sözünün yaxın mənalı sözlər #tullantı sözünün əks mənası #tullantı sözünün etimologiyası #tullantı sözünün orfoqrafiyası #tullantı rusca #tullantı inglisça #tullantı fransızca #tullantı sözünün istifadəsi #sözlük