təm sözü azərbaycan dilində

təm

Yazılış

  • təm • 68.0000%
  • TƏM • 22.6667%
  • Təm • 9.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Gəmilərin Təmiri Zamanı Texniki Təhlükəsizlik (1965)
Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965)
Hafiz Təmirov
Hafiz Hacxalıl (Hafiz Ziyatxan oğlu Təmirov 1981) — Azərbaycan şairi. == Həyatı == 1981-ci ildə qədim oğuz-türk yurdu olan indiki Ermənistanın İlməzli kəndində doğulub. Bakı şəhərində yaşayır. Ziyadxan, Turan və Dəniz adlı üç övladı var. == Təhsili == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Unuversitetini bitirib. == Yaradıcılığı == “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”,“Dərdimdən ölən dərdlərim”, "İşıq", "Sevgi də bir vətəndir" , "Xatirən var" "Arzu ömrü uzatmır" adlı şeir kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Hal-hazırdakı fəaliyyəti == Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, "Polis" qəzetinin redaktoru, polis polkovnik-leytenantıdır. Dövri mətbuatda şeir və məqalələrlə çıxış edir.
Kimya-biologiya təmayüllü respublika liseyi
Kimya – biologiya təmayüllü Respublika liseyi- 1969-cu ildə beynəlmiləl orta məktəbin bazası əsasında yaradılmış və kimya–biologiya təmayüllü 5№-li internat məktəb kimi fəaliyyətə başlamışdır. == Haqqında == Bu məktəb uzun müddət N. Nərimanov adına Tibb İnstitunun baza məktəbi olmuş və 1991-ci ildən lisey statusu almışdır. Lisey yarandığı gündən öz nəticələrinə görə bütün Respublikada yaxşı mənada tanınmağa başlamışdır. Lisey savadlı, səriştəli müxtəlif ixtisas müəllimləri ilə komplektləşdirilmiş, istedadlı şagirdləri cəlb etməklə böyük uğurlar qazanmışdır və Respublikanın ən mötəbər təhsil ocaqlarından birinə çevrilmişdir. Lisey kimya və biologiya təmayüllü olduğundan məzunların çoxu tibb sahəsinə maraq göstərmiş, müəyyən qismi isə digər maraqlandıqları peşələrə yiyələnmişlər. Lisey yarandığı gündən bu günə kimi yüzlərlə, minlərlə yüksək ixtisaslı kadrlar hazırlamış, onların bir çoxu Respublikamızla yanaşı bu gün də MDB ölkələrində və xarici ölkələrdə uğurla fəaliyyət göstərməkdədirlər. == Maddi texniki bazası == Lisey 4 mərtəbəli tədris korpusundan, 3 mərtəbəli yataqxanadan, 1 mərtəbəli yeməkxanadan, 1 mərtəbəli yardımçı təsərrüfat binasından və emalatxanadan ibarətdir. Son illərdə liseyin maddi-texniki bazası daha da möhkəmləndirilmiş, bütün korpusların dam örtükləri yenidən qurulmuş, pəncərələr plastik pəncərələrlə əvəz edilmiş, yeni informatika kabinetləri yaradılmış, internetə qoşulan müasir kompüterlərlə təhciz olunmuş, müasir kimya, fizika və biologiya laboratoriyaları quraşdırılmış, şagird partaları və stulları, müəllim stol və stulları, yazı lövhələri tamamilə yeniləşdirilmişdir. Lisey notbuk və proyektor, həmçinin elektron dərs vəsaitləri ilə təmin olunmuşdur.
Kross platform proqram təminatı
Cross platform və ya çoxlu platforma proqramları birdən çox kompüter platforması üçün yazılan proqramlardır. Kompüter platforması dedikdə aparat və proqram təminatından (əməliyyat sistemindən) ibarət platforma başa düşülür. Çox vaxt isə cross platform dedikdə bir proqramın bir neçə əməliyyat sistemində işləməsi başa düşülür.
Kükürd qazından təmizlənmə üsulları
Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur. == Kükürd qazı == Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır. == Qrupları == Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar: Sonradan sərbəst halda çıxarmadan təmizləmə; Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə. Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır. == Kükürd qazını zərərsizləşdirməyin üsulları == Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır: Maqnezit üsulu Əhəng üsulu Ammonyaklı tsiklik proses Ammonyak turşu üsulu Quru ammonyak üsulu Manqan-oksid üsulu İonitlərlə SO2-nin təmizlənməsi == Maqnezit üsulu == Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir. == Əhəng üsulu == Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir. == Ammonyaklı tsiklik proses == Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir. == Ammonyak turşu üsulu == Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.
Maşından-asılı proqram təminatı
Maşından-asılı (ing. machine-dependent, rus. машинно-зависимы) — müəyyən kompüterlə bağlı olan və onun spesifik və ya unikal xüsusiyyətini gerçəkləşdirən proqram və ya qurğu. Maşından-asılı proqramları, yaxud qurğuları başqa bir kompüterdə asanca (əgər, ümumiyyətlə, mümkündürsə) istifadə etmək olmur. Maşından-asılı olan yüksək səviyyəli dillər maşının bütün imkanlarından tam istifadə etməyə, aydın və asanlıqla oxunan proqramlar yazmağa imkan verirlər. Bu dillərdə operatorlar və ifadələr istifadəçi üçün daha rahat şəkildə yazırlar. Onlara misal olaraq PL/M dilinin göstərmək olar. Bununla belə bu dillər konkret quruluşdan çox asılıdır və bu səbəbə görə praktikada geniş yayılmışdır. Maşından-asılı olmayan yüksək səviyyəli dillərin yaxud alqoritmik dillərin tərkibində maşından asılı olan operatorlar iştirak etmir. Bu dillərə Alqol, Fortran, BASIC, Fokal, PL/1, Paskal və s.
Metanoldan yüksək təmizliyə malik hidrogenin alınması
Meysəm Təmmar
Meysəm Təmmar (ərəb. ميثم التمار‎) — Erkən dövr İslam alimi; Əlinin yaxın səbabəsi. == Həyatı == Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər. Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli onu həmin qadından alıb, azad etdi. Meysəm həzrət Peyğəmbərin səhabələrindən sayılır. Onun həyatının əvvəlləri və ilkin islamdakı bioqrafiyası haqqında yetərincə məlumat yoxdur.
Mikroiqtisadiyyat təməlləri
Mikroiqtisadiyyat təməlləri (ing. Microfoundations) — iqtisadi agentlərin davranışının ilkin mikroiqtisadi təsvirinə əsaslanan makroiqtisadiyyatın qurulmasına bir yanaşma, daha sonra ayrı-ayrı modelləri bütövlükdə iqtisadiyyatı təsvir edən vahid makroiqtisadi model halına gətirməklə təşkilin izahı. Makroiqtisadiyyata mikroiqtisadi yanaşma, nəticədə müşahidə edilə bilən bütün makroiqtisadi dəyişənlərin (məhsul, istehlak, investisiya, işsizlik, inflyasiya, məzənnə və s.) fərdi iqtisadi agentlərin fərdi qərarlarının nəticəsi olduğuna əsaslanır. == Tarixi == Makroiqtisadiyyat ayrıca tədqiqat sahəsi olaraq Con Meynard Keynsin əsərlərindən sonra, xüsusən 1936-cı ildə "İş, faiz və pulun ümumi nəzəriyyəsi" kitabının nəşrindən sonra meydana çıxdı. Keyns fərdi davranışın iqtisadi fəaliyyətdəki dalğalanmalara necə yol açdığını izah etməyə çox az əhəmiyyət verdi. Eyni zamanda əsərlərində bəzi mikroiqtisadi şərtlər olmuşdur. Məsələn, ailələrin əlverişli gəlirə görə seçdikləri istehlak səviyyəsini izah etmək üçün istehlaka (qənaətə) marjinal meyl konsepsiyasından istifadə etmişdir. Ev təsərrüfatlarının gəlirlərinin sabit hissəsini istehlaka, qalan hissəsini isə qənaətə xərclədiklərinə inanırdı. Keyns bunu əsas psixoloji qanun adlandırdı və onu kifayət qədər mikroiqtisadi əsaslandırıcı hesab etdi. Eynilə, investisiya səviyyəsini sərmayəçilərin heyvan ruhunun fərziyyəsi — sərmayə və məcmu tələbin artmasına və ya azalmasına gətirib çıxaran investor hissində ani bir dəyişiklik əsasında izah etdi.
Müstəqil proqram təminatı satıcısı
Müstəqil proqram təminatı satıcısı (en. independent software vendor (ISV) ~ ru. независимый продавец программного обеспечения ~ tr. bağımsız yazılım satıcısı) – proqram təminatının özgə gəlişdiricisi: əsas istehsalçı və satıcıdan asılı olmadan proqram təminatı yaradan fərd və ya qurum. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Məhracan Əl Təmim (qəzet)
"Məhracan Əl Təmim" (qəzet) — Kərkükdə çap olunmuş qəzet. == Məlumat == 1985-ci il mart ayının əvvəlində üç gün müddətində Kərkükdə təşkil edilmiş festivalla əlaqədar şənlik xəbərlərini işıqlandırmaq məqsədilə “Məhracan Əl Təmim” adlı ərəb dilində gündəlik qəzet işıq üzü görüb. Qəzet Kərkük Təbliğat və Mədəniyyət Mərkəzində formalaşmış heyət tərəfindən dərc edilmişdir. Qəzetin baş yazarı Muhsin Duvazə Əli olmuşdur. Şəkillərlə zəngin 4 səhifə şəklində Bələdiyyə mətbəəsində dərc edilmiş qəzetin festival günlərində cəmi 4 sayı işıq üzü görüb. İlk sayı 1985-ci il fevralın 28-i cümə axşamı dərc edilmiş qəzetin 4-cü son sayı, 1985-ci il martın 3-ü bazar günü dərc edilib. Festival xəbərlərindən başqa, yerli sənət xəbərlərini də əhatə edən “Məhracan Əl Təmim” xalqa pulsuz olaraq paylanılırdı.
Mərkəzi Təminat və Marketinq idarəsi
Nasizmdən təmizlənmə
Nasizmdən təmizlənmə, nasistlərdən təmizlənmə və ya denasifikasiya (alm. Entnazifizierung‎) – Müttəfiq Dövlətlərin İkinci Dünya Müharibəsindən sonra Almaniya və Avstriya cəmiyyətlərində həyata keçirdiyi və Nasional Sosializmin təsirini mədəniyyət, cəmiyyət, iqtisadiyyat, mətbuat, hüquq və siyasət sahələrindən silmək üçün həyata keçirdiyi siyasəti təsvir edir. Siyasət çərçivəsində məsul təşkilat rəhbərləri və əlaqədar qurumlar birbaşa işdən çıxardıldı və həmin təşkilatlar bağlanıldı. Bu siyasətə müharibədən dərhal sonra keçirilən Potsdam konfransında qərar verildi. Siyasi cəhətdən həyata keçirilən tədbirlər Soyuq müharibənin başlaması ilə faktiki olaraq dayandırıldı. == Ümumi çərçivə == İkinci Dünya Müharibəsi dövründə Nasist Almaniyasının təslim olmasından sonra, Berlindən 26 km cənub-qərbdə yerləşən Potsdamda 1945-ci il 17 iyul ilə 2 avqust arasında təşkil edilən Potsdam Konfransı, xüsusilə Almaniya və Avstriyada nasizmdən təmizlənmə işlərinə başlamağa qərar verdi. Berlindəki Müttəfiq Komandanlığı 1946-cı ilin yanvarında fəaliyyətə başladı. Bu çərçivədə müəyyən şəxslər və təşkilatlar müşahidə altına alındı və bunlar haqqında qərarlar qəbul edildi. Bütün Müttəfiq Dövlətlər ümumi prinsiplərdə razılaşsalar da, onların nəzarəti altında olan ərazilərdə bunun həyata keçirilməsi çox fərqlənirdi. Nasizmin aradan qaldırılması fəaliyyətinə nasist rejiminin istifadə etmiş olduğu simvolların çıxarılması da daxildir.
Neft və Qaz Quyularının Əsaslı Təmiri (1980)
Neft və qaz quyularının əsaslı təmiri (film, 1980)
Odla Təmasda (1972)
== Məzmunu == Film Azərbaycan xalqının bir çox ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqəsinə həsr olunmuşdur. Kinolentin ilk kadrlarından bəlli olur ki, Bakının yaşı min ildən çoxdur. Abşeron nefti hələ Makedoniyalı İsgəndərin zəmanəsində "odlu yağ" adı ilə məşhurmuş. Filmdən bu da məlum olur ki, Azərbaycanın xarici ölkələrlə əlaqəsi ta qədimdən bu günədək ardıcıl olaraq mövcud imiş. Və bu mövcudluq Azərbaycan, Hindistan neftçilərinin dostluğunda, Bakıda keçirilən Asiya, Afrika və Latın Amerikası yazıçılarının beynəlxalq konfransında, görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin Bağdad milli balet məktəbinə rəhbərliyini əks etdirən kinokadrlarda təzahür olunur. Eyni zamanda göstərilir ki, Azərbaycanın xarici ölkələrlə mədəni-iqtisadi əlaqəsi gündən-günə inkişaf edir.
Odla təmasda (film, 1972)
== Məzmunu == Film Azərbaycan xalqının bir çox ölkələrlə siyasi, iqtisadi və mədəni əlaqəsinə həsr olunmuşdur. Kinolentin ilk kadrlarından bəlli olur ki, Bakının yaşı min ildən çoxdur. Abşeron nefti hələ Makedoniyalı İsgəndərin zəmanəsində "odlu yağ" adı ilə məşhurmuş. Filmdən bu da məlum olur ki, Azərbaycanın xarici ölkələrlə əlaqəsi ta qədimdən bu günədək ardıcıl olaraq mövcud imiş. Və bu mövcudluq Azərbaycan, Hindistan neftçilərinin dostluğunda, Bakıda keçirilən Asiya, Afrika və Latın Amerikası yazıçılarının beynəlxalq konfransında, görkəmli balet ustası, SSRİ Xalq artisti Qəmər Almaszadənin Bağdad milli balet məktəbinə rəhbərliyini əks etdirən kinokadrlarda təzahür olunur. Eyni zamanda göstərilir ki, Azərbaycanın xarici ölkələrlə mədəni-iqtisadi əlaqəsi gündən-günə inkişaf edir.
Proqram təminatı
Kompüterin proqram təminatı (PT) – təlimatlar yığımından ibarət olub, kompüteri idarə edir və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı üç tipə bölünür: sistem proqram təminatı,tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Sistem proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini və istifadə edilməsini təmin edir. Tətbiqi proqram təminatı özündə istifadəçinin tətbiqi programlar paketini birləşdirir. Bu proqramlar paketində istifadəçinin konkret məsələsini həll edə biləcək proqramlar olur. Instumental proqram təminatı (Və ya Proqramlaşdırma sistemləri)Proqram yaratma vasitələridir. Kompilyator, İnterpretator, Translyatorlar, Proqram dilləri redaktorları və s. Quraşdırılmış sistemlər və ya proqram mühəndisi müxtəlif sənayelərdə müxtəlif komponentlər üçün etibarlı Xüsusi Mikro Proqram təminatının hazırlanmasına və layihələndirilməsinə kömək edir. == Proqram təminatının təsnifatı. == Sistem proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir.
Proqram təminatı mühəndisliyi
Proqram təminatı mühəndisliyi və ya Proqram mühəndisliyi - sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir Proqram mühəndisliyi təkcə proqram təminatının texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məslələrlə də məşğul olur. Bundan əlavə, proqram mühəndisliyinin əsas məqsədlərindən biri də proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, yaradılması, idarə edilməsi ilə maraqlanan sahədir. İlk dəfə 1968-ci ildə NATO-nun keçirdiyi proqram təminatı mühəndisliyi konfransında bu termindən istifadə edilib. İEEE tərəfindən proqram təminatı mühəndisliyi barədə "Software Engineering Body of Knowledge" (SWEBOK) nəşr olunub. == Proqram təminatının yaradılmasının mərhələləri == Proqram təminatı mühəndisliyi dinamik şəkildə dəyişən peşə sahəsidir. Aparat platformalarının fasiləsiz şəkildə inkişaf etməsi, eyni zamanda, onların sənaye və istehsalatın müxtəlif sahələrində tətbiqinin getdikcə artması proqram təminatına olan tələbatı daha da artırır. Bununla yanaşı, proqramlaşdırma texnologiyaları da dayanmadan inkişaf edir. Minlərlə proqramlaşdırma dili mövcud olduğuna görə bu dillər üçün müxtəlif kitabxanalar, modullar, işlənilmə mühiti və s.
Proqram təminatı piratçılığı
Proqram təminatı patenti — proqram təminatında olan riyazi və alqoritmik metodlara alınan patent; yaxud kompüterdə proqram təminatı vasitəsilə yerinə yetirilən hər hansı bir şeyə alınan patent. Proqramlar və verilənlər bazaları əsasən müəlliflik hüququ ilə qorunur. Bu, proqramın konkret reallaşmasına icazəsiz istifadədən hüquqi qorunma təminatı verir. Ölkələrin əksəriyyətində belə qorunma müddəti müəllifin ölüm günündən hesablanmaqla 70 ildir. Bəzi ölkələrdə proqram təminatını patent hüququ mexanizmlərinin köməyilə qorumağa icazə verilir. Başqa patentlər kimi, proqram təminatı patenti də daha qısa müddətə (adətən, təxminən 20 il) verilir, ancaq bu zaman verilmiş texnologiyanın reallaşmasının əsasında dayanan ideyaları qoruyur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 794 s.
Proqram təminatının verifikasiyası
Proqram təminatının verifikasiyası proqram mühəndisliyinin nizam-intizamıdır və onun məqsədi proqramın bütün gözlənilən tələbləri təmin etməsindən əmin olmaqdır. Proqram təminatının verifikasiyasına iki əsas yanaşma forması vardır: Dinamik verifikasiya, belə ki o test və ya təcrübə olaraq tanınır. Bu verifikasiya nöqsanların tapılması üçün yaxşıdır. Statik verifikasiya, belə ki o analiz etmə olaraq tanınır. Statik test icra olmadan bir sistemin və ya komponentin araşdırılmasıdır. == Dinamik verifikasiya (Test, təcrübə) == Dinamik verifikasiya proqramın həyata keçirilməsi (gedişatı) zamanı sərgilənir və dinamik olaraq onun davranış tərzi yoxlanılır və o bir qayda olaraq Test fazası olaraq bilinir. Verifikasiya baxış prosesidir. Testlərin çərçivəsindən aslı olaraq biz onu 3 növ kateqoriyaya bölə bilərik: Kiçik testlər: tək funksiyanı və ya klası yoxlayan test Böyük testlər: klaslar qrupunu yoxlayan test. Buna misal olaraq aşağıdakıları göstərmək olar Modul testi (tək modul) İnteqrasiya testi (birdən çox) sistem testi (bütün sistem) Qəbul testi: bir proqramın qəbul meyarlarını yoxlamaq üçün müəyyən edilmiş formal test Funksional test Qeyri-funksional test Proqram təminatı verifikasiyası çox zaman proqram təminatı validasiya ilə qarışıq salınır. Bunlar arasındakı fərq: Proqram təminatının verifikasiyası soruşur ki, "Biz proqramı doğrumu qururuq?" bu o deməkdir ki, sistem öz spesifikasiyasına uyğun gəlirmi.
Pulsuz və açıq mənbə proqram təminatı
Azad və açıq mənbəli proqram təminatı — (qısaca AAMPT) həm azad proqram təminatı, həm də açıq mənbəli proqram təminatı kompüter proqramı kimi təsnif edilə bilər. Beləliklə, əsər hər kəsin sərbəst surətdə köçürə, işində istifadə edə və istənilən şəkildə dəyişdirə biləcəyi lisenziyaya çevrilir; insanlar könüllü proqram qruplarını inkişaf etdirməyə təşviq edilir və mənbə kodu açıq şəkildə paylaşılır. AAMPT-ın istifadəsi; O, istifadəçilərə aparatları üzərində daha çox nəzarət, eləcə də artan təhlükəsizlik və sabitlik (xüsusilə zərərli proqram baxımından), məxfiliyin qorunması, o cümlədən proqram təminatı xərclərinin azaldılmasını təmin edir. Linux və OpenBSD kimi azad və açıq mənbəli əməliyyat sistemləri bu gün milyonlarla serverdə, stolüstü kompüterlərdə, smartfonlarda (Android kimi) və digər cihazlarda geniş şəkildə istifadə olunur. Bundan əlavə, Azad proqram lisenziyaları və açıq mənbə lisenziyaları bir çox proqram paketləri tərəfindən istifadə olunur. == Tarixi == 1950, 1960 və 1970-ci illərdə azad proqram təminatının verdiyi azadlıqlar kompüter istifadəçiləri üçün daha çox yayılmışdı. Proqram təminatı, o cümlədən mənbə kodu kompüter istifadəçiləri arasında geniş şəkildə paylaşıldı. Əksər şirkətlər azad proqram təminatını təmin edən aparat əsaslı biznes modeli var idi. Daha sonra bu təşkilatların proqram mübadiləsini asanlaşdırmaq üçün bəzi təchizatçılar yaradılmışdır; nümunələr üçün SHARE və DECUS-a baxın. 1960-cı illərin sonlarında proqram təminatı ətrafında dominant biznes modeli indi dəyişirdi.
Pəncərə təmizləyən
Pəncərə təmizləyən — pəncərə, güzgü və digər şüşə səthlərini təmizləyən insan.
Quyunun Yeraltı Təmiri Zamanı Təhlükəsizlik Texnikası (1960)

təm sözünün leksik mənası və izahı

təm sözünün ləzgi dilinə tərcüməsi

"təm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təm nədir? #təm sözünün mənası #təm nə deməkdir? #təm sözünün izahı #təm sözünün yazılışı #təm necə yazılır? #təm sözünün düzgün yazılışı #təm leksik mənası #təm sözünün sinonimi #təm sözünün yaxın mənalı sözlər #təm sözünün əks mənası #təm sözünün etimologiyası #təm sözünün orfoqrafiyası #təm rusca #təm inglisça #təm fransızca #təm sözünün istifadəsi #sözlük