təmi sözü azərbaycan dilində

təmi

Yazılış

  • təmi • 83.3333%
  • Təmi • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Təmi Hacıyev
Təmi Hacıyev — Sovet Azərbaycanının yarıməsirlik yubleyində "yubley medalı" ilə təltif edilmişdir, "Çiçəklənən Azərbaycan" ümumrespublika festivalı laureatı, "Gənclər və Tələbələr" festivalının laureatı, "Respublika xalq teatrlarına baxış" laureatı, "Respublika özfəaliyyət incəsənət" festivalında festival laureatı. Təmi Hacıyev 25 may 1929-cu ildə Naxçıvanın Culfa rayonunun Teyvaz kəndində anadan olmuşdur. 1957-ci ildən Təmi Hacıyevin həyatı Qəbələ ilə bağlıdır və həmin ildə əmak fəaliyyətinə başlayıb. 1975-ci ildə Bakı Mədəni-maarif texnikomunu bitirib. Klub işçisi və özfəaliyyət teatr kollektivinin rəhbəri və s. işlərdə çalışıb. El şənliklərində, konsert proqramlarında çoxlu sayda çıxışları olub. 1962-ci ildə "Çiçəklənən Azərbaycan", 1967-ci ildə "Azərbaycan özfəaliyyət incəsənəti" ümumrespublika festivallarında iştirak edib. Təmi Hacıyevin Qəbələdə Məmmədhəsən Dəmirov, Sirac Gəncimov, Asim Əliyev kimi xanəndələrin yetişməsində mühüm rolu olub. O həmdə məharətlə tar çalırmış.
Erməni-Azərbaycan müharibəsi (1918-1920) zamanı etnik təmizləmələr və qırğınlar
Erməni-Azərbaycan müharibəsi (1918–1920-ci illər) Rusiya imperiyasının süqutundan sonra başlanmış və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının ilk aylarına qədər davam edən ADR və Ermənistanın iştirakı ilə Zaqafqaziyanın azərbaycanlı və erməni icmaları arasında baş vermiş qanlı silahlı münaqişədir. Əsasən Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının etnik cəhətdən qarışıq rayonlarına nəzarət etmək üçün baş verən münaqişə hər iki tərəfdən kütləvi etnik təmizləmə və zorakılıq alovları ilə müşayiət olunmuşdur . == Səbəbləri == Rusiya Vətəndaş Müharibəsi zamanı etnik münaqişələrin öyrənilməsinə həsr olunmuş 1000 səhifəlik əsərin müəllifi (o cümlədən. h. erməni-azərbaycanlı), rus tarixçisi V. P. Buldakov etnik zəmində törədilən qırğınların səbəbləri haqqında fikirlərini bildirir. Beləliklə, aqressivliyin artması fizikada "kiçik təlaşların həddindən artıq böyüməsi" adlanan bir sxemə görə baş verir, burada həm sabit mənfi etnik nümayəndəliklər, həm də situasiya qorxuları aktivləşir. Buldakovun fikrincə, çoxölçülü münaqişənin tipik regionu olan Zaqafqaziyada və Şimali Qafqazda məhz bu baş verib . Poqromların ümumrusiya səbəbləri arasında o, insanları paxıllıq edən və xalqları eqoist edən imperiyanın irsini qeyd edir . Buldakov onu da qeyd edir ki, soyğunçuluq arzusu çox vaxt poqromla əlaqələndirilir; bu amil həmişə poqromları müşayiət etdiyi halda, etnik qırğınlar həm də təkcə mənimsəmə ilə deyil, həm də yad olanın "ritual" məhv edilməsi ilə xarakterizə olunur . İmperiyanın süqutu zamanı Azərbaycan və erməni xalqları arasında köklü XI əsrə söykənən dərin sosial antaqonizm yaranmışdı; Bundan əlavə, ermənilərlə azərbaycanlılar arasında etnik və dini zəmində qarşılıqlı düşmənçilik mövcud idi.
Etnik təmizləmələr
Etnik təmizləmələr — bir etnik qrupa məxsus olan insanların məcburi surətdə müəyyən ərazidən köçürülməsi siyasəti. Bir sıra hallarda "etnik təmizləmələr" əhalinin kütləvi köçürülməsi ilə yanaşı, məcburi emiqrasiya, deportasiya və genosid forması ala bilər. Etnik təmizləmələr dini və milli mənsubluqdan irəli gələrək siyasi, strateji və ideoloji səbəblərdən ola bilər. 1988-1994-cü illər Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində bir milyondan artıq Azərbaycanlı (qaçqınlar və məcburi köçkünlər, soyqırıma məruz qalanlar) etnik təmizləməyə məruz qalmışdır. Bu, Azərbaycanın ümumi əhali sayına nisbətdə dünya üzrə rekord göstəricidir. == Bəzi müasir etnik təmizləmələr == XX əsrdə çoxsaylı etnik təmizləmələr baş vermişdir. Azərbaycanlıların (150 mindən çox) 1948-1953-cü illərdə Ermənistandan (öz dədə-baba torpaqları olan Qərbi Azərbaycan ərazilərindən) deportasiya edilməsi. Azərbaycanlıların (300 minə yaxın) 1988-1991-ci illərdə Ermənistandan (öz dədə-baba torpaqları olan Qərbi Azərbaycan ərazilərindən) deportasiya edilməsi. Azərbaycanlıların (800 minə yaxın) 1988-1994-cü illərdə Rusiya və Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının bir hissəsini işğalı nəticəsində Dağlıq Qarabağdan və ətraf ərazilərdən qovulması. Qırğıstanda 2010-cu ildə baş verən hadisələr.
Eynəkli təmizçi
Eynəkli təmizçi (lat. Cepphus carbo) — Təmizçilər fəsiləsinə aid dəniz quşu. == Təsvir == Bədəninin uzunluğu təqribən 38 sm-dir. Ayaqları qırmızı, dimdiyi qaradır. Heç bir yarımnövü yoxdur. == Yayılması == Sakit okeanın şimal-şərqində, Oxot dənizində, Rusiyanın Kuril adalarında və Yaponiyanın Hokkaydo adasında yayılmışdır. Eynəkli təmizçinin arealı Sakitokean təmizçisinin arealı ilə üst-üstə düşür, lakin sonuncu daha şimala nüfuz edir. == Davranış == Səhər və günortadan sonra aktivdir. Quşlar sahilə yaxın, 15–20 m-dən çox olmayan dərinliklərdə qidalanır. Balalar əsasən balıq, onayaqlı xərçəngkimilər və çoxilliklərlə qidalanır.
Gəmilərin Təmiri Zamanı Texniki Təhlükəsizlik (1965)
Gəmilərin təmiri zamanı texniki təhlükəsizlik (film, 1965)
Hafiz Təmirov
Hafiz Hacxalıl (Hafiz Ziyatxan oğlu Təmirov 1981) — Azərbaycan şairi. == Həyatı == 1981-ci ildə qədim oğuz-türk yurdu olan indiki Ermənistanın İlməzli kəndində doğulub. Bakı şəhərində yaşayır. Ziyadxan, Turan və Dəniz adlı üç övladı var. == Təhsili == Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Bakı Dövlət Unuversitetini bitirib. == Yaradıcılığı == “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”,“Dərdimdən ölən dərdlərim”, "İşıq", "Sevgi də bir vətəndir" , "Xatirən var" "Arzu ömrü uzatmır" adlı şeir kitablarının müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. == Hal-hazırdakı fəaliyyəti == Hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, "Polis" qəzetinin redaktoru, polis polkovnik-leytenantıdır. Dövri mətbuatda şeir və məqalələrlə çıxış edir.
Kross platform proqram təminatı
Cross platform və ya çoxlu platforma proqramları birdən çox kompüter platforması üçün yazılan proqramlardır. Kompüter platforması dedikdə aparat və proqram təminatından (əməliyyat sistemindən) ibarət platforma başa düşülür. Çox vaxt isə cross platform dedikdə bir proqramın bir neçə əməliyyat sistemində işləməsi başa düşülür.
Kükürd qazından təmizlənmə üsulları
Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur. == Kükürd qazı == Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır. == Qrupları == Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar: Sonradan sərbəst halda çıxarmadan təmizləmə; Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə. Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır. == Kükürd qazını zərərsizləşdirməyin üsulları == Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır: Maqnezit üsulu Əhəng üsulu Ammonyaklı tsiklik proses Ammonyak turşu üsulu Quru ammonyak üsulu Manqan-oksid üsulu İonitlərlə SO2-nin təmizlənməsi == Maqnezit üsulu == Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir. == Əhəng üsulu == Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir. == Ammonyaklı tsiklik proses == Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir. == Ammonyak turşu üsulu == Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.
Maşından-asılı proqram təminatı
Maşından-asılı (ing. machine-dependent, rus. машинно-зависимы) — müəyyən kompüterlə bağlı olan və onun spesifik və ya unikal xüsusiyyətini gerçəkləşdirən proqram və ya qurğu. Maşından-asılı proqramları, yaxud qurğuları başqa bir kompüterdə asanca (əgər, ümumiyyətlə, mümkündürsə) istifadə etmək olmur. Maşından-asılı olan yüksək səviyyəli dillər maşının bütün imkanlarından tam istifadə etməyə, aydın və asanlıqla oxunan proqramlar yazmağa imkan verirlər. Bu dillərdə operatorlar və ifadələr istifadəçi üçün daha rahat şəkildə yazırlar. Onlara misal olaraq PL/M dilinin göstərmək olar. Bununla belə bu dillər konkret quruluşdan çox asılıdır və bu səbəbə görə praktikada geniş yayılmışdır. Maşından-asılı olmayan yüksək səviyyəli dillərin yaxud alqoritmik dillərin tərkibində maşından asılı olan operatorlar iştirak etmir. Bu dillərə Alqol, Fortran, BASIC, Fokal, PL/1, Paskal və s.
Metanoldan yüksək təmizliyə malik hidrogenin alınması
Müstəqil proqram təminatı satıcısı
Müstəqil proqram təminatı satıcısı (en. independent software vendor (ISV) ~ ru. независимый продавец программного обеспечения ~ tr. bağımsız yazılım satıcısı) – proqram təminatının özgə gəlişdiricisi: əsas istehsalçı və satıcıdan asılı olmadan proqram təminatı yaradan fərd və ya qurum. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Məhracan Əl Təmim (qəzet)
"Məhracan Əl Təmim" (qəzet) — Kərkükdə çap olunmuş qəzet. 1985-ci il mart ayının əvvəlində üç gün müddətində Kərkükdə təşkil edilmiş festivalla əlaqədar şənlik xəbərlərini işıqlandırmaq məqsədilə “Məhracan Əl Təmim” adlı ərəb dilində gündəlik qəzet işıq üzü görüb. Qəzet Kərkük Təbliğat və Mədəniyyət Mərkəzində formalaşmış heyət tərəfindən dərc edilmişdir. Qəzetin baş yazarı Muhsin Duvazə Əli olmuşdur. Şəkillərlə zəngin 4 səhifə şəklində Bələdiyyə mətbəəsində dərc edilmiş qəzetin festival günlərində cəmi 4 sayı işıq üzü görüb. İlk sayı 1985-ci il fevralın 28-i cümə axşamı dərc edilmiş qəzetin 4-cü son sayı, 1985-ci il martın 3-ü bazar günü dərc edilib. Festival xəbərlərindən başqa, yerli sənət xəbərlərini də əhatə edən “Məhracan Əl Təmim” xalqa pulsuz olaraq paylanılırdı.
Mərkəzi Təminat və Marketinq idarəsi
Nasizmdən təmizlənmə
Nasizmdən təmizlənmə, nasistlərdən təmizlənmə və ya denasifikasiya (alm. Entnazifizierung‎) – Müttəfiq Dövlətlərin İkinci Dünya Müharibəsindən sonra Almaniya və Avstriya cəmiyyətlərində həyata keçirdiyi və Nasional Sosializmin təsirini mədəniyyət, cəmiyyət, iqtisadiyyat, mətbuat, hüquq və siyasət sahələrindən silmək üçün həyata keçirdiyi siyasəti təsvir edir. Siyasət çərçivəsində məsul təşkilat rəhbərləri və əlaqədar qurumlar birbaşa işdən çıxardıldı və həmin təşkilatlar bağlanıldı. Bu siyasətə müharibədən dərhal sonra keçirilən Potsdam konfransında qərar verildi. Siyasi cəhətdən həyata keçirilən tədbirlər Soyuq müharibənin başlaması ilə faktiki olaraq dayandırıldı. İkinci Dünya Müharibəsi dövründə Nasist Almaniyasının təslim olmasından sonra, Berlindən 26 km cənub-qərbdə yerləşən Potsdamda 1945-ci il 17 iyul ilə 2 avqust arasında təşkil edilən Potsdam Konfransı, xüsusilə Almaniya və Avstriyada nasizmdən təmizlənmə işlərinə başlamağa qərar verdi. Berlindəki Müttəfiq Komandanlığı 1946-cı ilin yanvarında fəaliyyətə başladı. Bu çərçivədə müəyyən şəxslər və təşkilatlar müşahidə altına alındı və bunlar haqqında qərarlar qəbul edildi. Bütün Müttəfiq Dövlətlər ümumi prinsiplərdə razılaşsalar da, onların nəzarəti altında olan ərazilərdə bunun həyata keçirilməsi çox fərqlənirdi. Nasizmin aradan qaldırılması fəaliyyətinə nasist rejiminin istifadə etmiş olduğu simvolların çıxarılması da daxildir.
Neft və Qaz Quyularının Əsaslı Təmiri (1980)
Neft və qaz quyularının əsaslı təmiri (film, 1980)
Proqram təminatı
Kompüterin proqram təminatı (PT) – təlimatlar yığımından ibarət olub, kompüteri idarə edir və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı üç tipə bölünür: sistem proqram təminatı,tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Sistem proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini və istifadə edilməsini təmin edir. Tətbiqi proqram təminatı özündə istifadəçinin tətbiqi programlar paketini birləşdirir. Bu proqramlar paketində istifadəçinin konkret məsələsini həll edə biləcək proqramlar olur. Instumental proqram təminatı (Və ya Proqramlaşdırma sistemləri)Proqram yaratma vasitələridir. Kompilyator, İnterpretator, Translyatorlar, Proqram dilləri redaktorları və s. Quraşdırılmış sistemlər və ya proqram mühəndisi müxtəlif sənayelərdə müxtəlif komponentlər üçün etibarlı Xüsusi Mikro Proqram təminatının hazırlanmasına və layihələndirilməsinə kömək edir. Sistem proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir. BIOS; Əməliyyat sistemləri; Qurğu drayverləri; HESABLAMA MAŞINLARI VƏ KOMPÜTERLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT, R.Q. ƏLƏKBƏROV, t.e.n., AMEA İnformasiya Texnologiyaları İnstitutu.
Proqram təminatı mühəndisliyi
Proqram təminatı mühəndisliyi və ya Proqram mühəndisliyi - sistemləşdirilmiş standartlar qrupundan istifadə etməklə proqram vasitələri və komplekslərinin işlənilməsi, praktiki tətbiqi, müşayiət edilməsi və təkmilləşdirilməsini təmin edən elm sahəsidir Proqram mühəndisliyi təkcə proqram təminatının texniki məsələləri ilə deyil, həm də proqram layihələrinin idarə edilməsi, maliyyələşdirilməsi, kollektivin idarə edilməsi və s. kimi məslələrlə də məşğul olur. Bundan əlavə, proqram mühəndisliyinin əsas məqsədlərindən biri də proqram təminatının istehsalı prosesini dəstəkləmək, maksimal effektivliyə və keyfiyyətə nail olmaq üçün vasitə, metod və nəzəriyyələrin işlənilməsindən ibarətdir. Proqram təminatı mühəndisliyi proqram təminatının dizaynı, yaradılması, idarə edilməsi ilə maraqlanan sahədir. İlk dəfə 1968-ci ildə NATO-nun keçirdiyi proqram təminatı mühəndisliyi konfransında bu termindən istifadə edilib. İEEE tərəfindən proqram təminatı mühəndisliyi barədə "Software Engineering Body of Knowledge" (SWEBOK) nəşr olunub. Proqram təminatı mühəndisliyi dinamik şəkildə dəyişən peşə sahəsidir. Aparat platformalarının fasiləsiz şəkildə inkişaf etməsi, eyni zamanda, onların sənaye və istehsalatın müxtəlif sahələrində tətbiqinin getdikcə artması proqram təminatına olan tələbatı daha da artırır. Bununla yanaşı, proqramlaşdırma texnologiyaları da dayanmadan inkişaf edir. Minlərlə proqramlaşdırma dili mövcud olduğuna görə bu dillər üçün müxtəlif kitabxanalar, modullar, işlənilmə mühiti və s.
Proqram təminatı piratçılığı
Proqram təminatı patenti — proqram təminatında olan riyazi və alqoritmik metodlara alınan patent; yaxud kompüterdə proqram təminatı vasitəsilə yerinə yetirilən hər hansı bir şeyə alınan patent. Proqramlar və verilənlər bazaları əsasən müəlliflik hüququ ilə qorunur. Bu, proqramın konkret reallaşmasına icazəsiz istifadədən hüquqi qorunma təminatı verir. Ölkələrin əksəriyyətində belə qorunma müddəti müəllifin ölüm günündən hesablanmaqla 70 ildir. Bəzi ölkələrdə proqram təminatını patent hüququ mexanizmlərinin köməyilə qorumağa icazə verilir. Başqa patentlər kimi, proqram təminatı patenti də daha qısa müddətə (adətən, təxminən 20 il) verilir, ancaq bu zaman verilmiş texnologiyanın reallaşmasının əsasında dayanan ideyaları qoruyur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 794 s.
Proqram təminatının verifikasiyası
Proqram təminatının verifikasiyası proqram mühəndisliyinin nizam-intizamıdır və onun məqsədi proqramın bütün gözlənilən tələbləri təmin etməsindən əmin olmaqdır. Proqram təminatının verifikasiyasına iki əsas yanaşma forması vardır: Dinamik verifikasiya, belə ki o test və ya təcrübə olaraq tanınır. Bu verifikasiya nöqsanların tapılması üçün yaxşıdır. Statik verifikasiya, belə ki o analiz etmə olaraq tanınır. Statik test icra olmadan bir sistemin və ya komponentin araşdırılmasıdır. Dinamik verifikasiya proqramın həyata keçirilməsi (gedişatı) zamanı sərgilənir və dinamik olaraq onun davranış tərzi yoxlanılır və o bir qayda olaraq Test fazası olaraq bilinir. Verifikasiya baxış prosesidir. Testlərin çərçivəsindən aslı olaraq biz onu 3 növ kateqoriyaya bölə bilərik: Kiçik testlər: tək funksiyanı və ya klası yoxlayan test Böyük testlər: klaslar qrupunu yoxlayan test. Buna misal olaraq aşağıdakıları göstərmək olar Modul testi (tək modul) İnteqrasiya testi (birdən çox) sistem testi (bütün sistem) Qəbul testi: bir proqramın qəbul meyarlarını yoxlamaq üçün müəyyən edilmiş formal test Funksional test Qeyri-funksional test Proqram təminatı verifikasiyası çox zaman proqram təminatı validasiya ilə qarışıq salınır. Bunlar arasındakı fərq: Proqram təminatının verifikasiyası soruşur ki, "Biz proqramı doğrumu qururuq?" bu o deməkdir ki, sistem öz spesifikasiyasına uyğun gəlirmi.
Pulsuz və açıq mənbə proqram təminatı
Pulsuz və açıq mənbə proqram təminatı — (qısaca PAMPT) həm pulsuz proqram təminatı, həm də açıq mənbə proqram təminatı kompüter proqramı kimi təsnif edilə bilər.Beləliklə, əsər hər kəsin sərbəst surətdə köçürə, işində istifadə edə və istənilən şəkildə dəyişdirə biləcəyi lisenziyaya çevrilir; insanlar könüllü proqram qruplarını inkişaf etdirməyə təşviq edilir və mənbə kodu açıq şəkildə paylaşılır. PAMPT-ın istifadəsi; O, istifadəçilərə aparatları üzərində daha çox nəzarət, eləcə də artan təhlükəsizlik və sabitlik (xüsusilə zərərli proqram baxımından), məxfiliyin qorunması, o cümlədən proqram təminatı xərclərinin azaldılmasını təmin edir. Linux və OpenBSD kimi pulsuz və açıq mənbəli əməliyyat sistemləri bu gün milyonlarla serverdə, stolüstü kompüterlərdə, smartfonlarda (Google Android kimi) və digər cihazlarda geniş şəkildə istifadə olunur. Bundan əlavə, Pulsuz proqram lisenziyaları və açıq mənbə lisenziyaları bir çox proqram paketləri tərəfindən istifadə olunur. 1950, 1960 və 1970-ci illərdə pulsuz proqram təminatının verdiyi azadlıqlar kompüter istifadəçiləri üçün daha çox yayılmışdı. Proqram təminatı, o cümlədən mənbə kodu kompüter istifadəçiləri arasında geniş şəkildə paylaşıldı. Əksər şirkətlər pulsuz proqram təminatını təmin edən aparat əsaslı biznes modeli var idi. Daha sonra bu təşkilatların proqram mübadiləsini asanlaşdırmaq üçün bəzi təchizatçılar yaradılmışdır; nümunələr üçün SHARE və DECUS-a baxın. 1960-cı illərin sonlarında proqram təminatı ətrafında dominant biznes modeli indi dəyişirdi. Böyüməkdə olan və inkişaf etməkdə olan proqram təminatı sənayesində bu yeni şirkətlər aparat istehsalçısının qablaşdırılmış proqram məhsulları ilə rəqabət aparmaq əvəzinə, proqram təminatı hazırlayır və onu birbaşa satır, avadanlıq gəlirlərinin maliyyələşdirilməsindən daha çox gəlir əldə edirdi.
Pəncərə təmizləyən
Pəncərə təmizləyən — pəncərə, güzgü və digər şüşə səthlərini təmizləyən insan.
Quyunun Yeraltı Təmiri Zamanı Təhlükəsizlik Texnikası (1960)
Quyunun yeraltı təmiri zamanı təhlükəsizlik texnikası (film, 1960)
Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı. Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük.

"təmi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#təmi nədir? #təmi sözünün mənası #təmi nə deməkdir? #təmi sözünün izahı #təmi sözünün yazılışı #təmi necə yazılır? #təmi sözünün düzgün yazılışı #təmi leksik mənası #təmi sözünün sinonimi #təmi sözünün yaxın mənalı sözlər #təmi sözünün əks mənası #təmi sözünün etimologiyası #təmi sözünün orfoqrafiyası #təmi rusca #təmi inglisça #təmi fransızca #təmi sözünün istifadəsi #sözlük