Səmi sözü azərbaycan dilində

Səmi

Yazılış

  • Səmi • 53.3333%
  • səmi • 40.0000%
  • SƏMİ • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əs-Səmi
Əs-Səmi (ər. السميع) — Allahın adlarından biri.
Babək Səmidli
Babək Mətləb oğlu Səmidli (7 yanvar 1974, Göyçay – 23 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, İkinci Qarabağ müharibəsinin şəhidi. Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan 44 günlük müharibədə Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrında minaya düşməsi nəticəsində şəhid olub. == Həyatı == Səmidli Babək Mətləb oğlu 1974-cü il yanvar ayının 7-də Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur. === Təhsili === 1980-ci ildə Göyçay şəhəri 6 nömrəli orta məktəbə daxil olmuş və 1991-ci ildə həmin orta məktəbi bitirmişdir. 1993-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1997-ci il, 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olmuşdur. === Ailəsi === Ailəli idi. Mətləb və Səmid adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Babək Səmidli 1997-ci ilin sentyabr ayından 1998-ci il may ayına qədər İstanbulda yerləşən Tuzla Piyadə məktəbində zabit vəzifəsində ixtisaslaşma kursunda təhsil almışdır. 1998-ci ilin avqust ayına qədər Türkiyə Quru Qoşunlarının Birinci Ordusunun briqadasında motoatıcı taqım komandiri vəzəfəsində təcrübə keçmişdir.
Civanqapıcıbaşı Sultanzadə Səmiz Mehmed Paşa
Sultanzadə Mehmed Paşa (d. 1603 - ö. iyul 1646, Krit adası) — I İbrahim dövründə 1 il 10 ay 17 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. == Həyatı == Sultanzadə Mehmed Paşa təxminən 1603-cü ildə dünyaya gəlmişdir. Atası Əbdürrəhman bəy Rüstəm Paşa və Mihrimah Sultanın nəvəsi, anası Ayşə xanım isə Cığalızadə Yusif Sənan Paşanın qızı idi. Atasının Osmanlı sülaləsinə yaxınlığı səbəbilə “Sultanzadə” ləqəbi ilə anılır. Sarayda Əndərun təhsilini bitirdikdən sonra 18 yaşında II Osmanın Lehistan səfəri əsnasında qapıçıbaşı olaraq saraydan ayrıldı. 1630-cu ildə qübbə vəziri olan Mehmed Paşa 1633-cü ilin oktyabrında İrəvan səfəri hazırlıqları əsnasında bilinməyən səbəblə vəzifədən alındı və Rodos adasına sürgün edildi. Çox keçmədən bağışlandı və 1637-ci ildə Misir bəylərbəyi təyin olundu. 3 il davam edən bu vəzifəsinin ardından Sultan İbrahimin dövründə paytaxta çağırıldı və qübbə vəziri seçildi.
Məcid Səmii
Məcid Səmii (19 iyun 1937, Tehran) — Neyrocərrah, iranli tibbi alimi. Almaniyada yaşayır Məcid Səmii Tehranda anadan olmuşdur. Ailəsi Tehrandan Rəştə gedərək Telefon Evi məhəlləsində (Bahr əl-Ulum) yerləşdikdən sonra, ilk təhsilini bu şəhərdə və orta təhsilini Rəştdə Şahpur Liseyində tamamladı.
Səmid Əliyev
Səmih Sancar
Səmih Sancar (7 mart 1911 – 8 dekabr 1984, İstanbul) — Türk əsgəri. Türkiyə Silahlı Qüvvələrinin 16-cı Baş Qərargah rəisi. 1930-cu ildə Kuleli Hərbi liseyini,1932-ci ildə Hərbi Akademiyanı topçu müdavim rütbəsi ilə bitirmişdir. 1934-cü ildə Topçu Sinfi məktəbini bitirmişdir. 1939-cu ilədək müxtəlif artilleriya birliklərində batareya komandiri vəzifəsini icra etmişdir. 1939-cu ildə daxil olduğu Hərbi Akademiyanı 1942-ci ildə bitirib müdavim oldu. 1960-cı ilə qədər müxtəlif qərargah və birliklərin komandanlığı vəzifəsini icra etmişdir. 1960-cı ildə briqada generalı, 1963-cü ildə general-mayor, 1964-cü ildə general-leytenant və 1969-cu ildə ordu generalı rütbəsinə yüksəlmişdir. briqada generalı rütbəsi ilə 4-cü Diviziya komandanı,Baş Qərargah heyəti rəisi və Baş Qərargah əməliyyat rəisi,general-mayor rütbəsi olan Hərbi Akademiyalar komandiri müavini,5-ci Korpus komandirinin müavini və Quru qüvvələri Əməliyyatları baş qərargah başçısının müavini,general-leytenant rütbəsi ilə Quru Qoşunları Təhsil Korpusu komandiri və 9-cu Korpus komandiri vəzifələrini icra etdi. 29 avqust 1969–29 avqust 1970-ci tarixləri arasında jandarma baş komandanlığı və bu tarixdən sonra 28 avqust 1972-ci ilədək 2-ci Ordu komandiri vəzifələrini icra etdi.
Səmiilər
Səmiilər — Gilanda yaşayan Azərbaycan əsilli sülalə. Onların cəddi Şeyx Səmi Milani Azərbaycanidir.
Səmimə Laçın
Səmimə Laçın — Tanınmış Azərbaycan aktrisası. Səmimə Sabir qızı Səlimova 30 iyun 1972-ci ildə Laçın şəhərində anadan olub. Bərdə şəhər 3 saylı orta məktəbini bitirib. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissorluğu fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildən "Turan" teatr- studiyasının yaradıcısı və rəhbəridir. Geniş tamaşaçı kütləsinə Məhkumlar (film, 2012) serialındakı Tünzalə obrazı ilə tanışdır. Ailəlidir, üç övladı var. Məhkumlar (film, 2012) – Tünzalə Toy gecəsi (film, 2013) - Cəvahir Göyçək fatimə (film, 2014 – Xavər Sevgi naminə (film, 2015) - Nara. Taksi parkı (film, 2014 –Zinyət Tək olanda qorxma...
Səmin Bağçaban
Səmin Bağçaban (fars. ثمین باغچه‌بان‎), (24 sentyabr 1923, Təbriz – 19 mart 2008, İstanbul) İran azərbaycanlısı olan musiqiçi, bəstəkar, yazıçı və tərcüməçi. 1925-ci ildə Təbriz şəhərində anadan olmuşdur. Səmin Bağçaban, İranda ilk dəfə olaraq uşaq bağçası və karlar üçün məktəb təsis edən Cabbar Bağçabanın oğludur. Atasının işlərinə görə Şiraz və Tehran şəhərlərində böyümüşdür. Yazıçı, bəstəkar, tərcüməçi və musiqiçi olmuşdur. 1984-cü ildə Türkiyəyə köçmüş və burada yaşamağa başlamışdır. Türkiyəyə gəldikdən sonra Ankaradakı təhsil illərindən tanıdığı türk opera müğənnisi və musiqiçisi Evelin Bağçaban ilə ailə həyatı qurmuşdur.Türkiyə dövründə bir çox əsərlər yazmış və tərcümələr etmişdir. Bəstələdiyi musiqilərdən bir qismi İsveçrədə Mənuçöhr Şahbay tərəfindən ifa edilmişdir. 2008-ci ilin 19 martında İstanbulda vəfat etmişdir.
Səmirom
Səmirüm — İranın İsfahan ostanının şəhərlərindən və Səmirüm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,260 nəfər və 6,593 ailədən ibarət idi.
Səmirom şəhristanı
Səmirüm şəhristanı — İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səmirüm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 23,200 nəfər və 5,419 ailədən ibarət idi.
Səmirüm
Səmirüm — İranın İsfahan ostanının şəhərlərindən və Səmirüm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 26,260 nəfər və 6,593 ailədən ibarət idi.
Səmirüm şəhristanı
Səmirüm şəhristanı — İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Səmirüm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 23,200 nəfər və 5,419 ailədən ibarət idi.
Səmiz Əli Paşa
Səmiz Əli Paşa (ö. 28 iyun 1565, İstanbul) - I Süleyman dönəmində 1561-1565 illəri arasında sədrəzəm olmuş Osmanlı dövlət adamıdır. Herseq Sancağı'nda Praca (Brazzo) qəsəbəsində Pracic ailəsindən Hüseyn adında birinin oğludur. 1520-ci illərdə dəvşirmə olaraq İstanbul’a gətirilmiş və Parqalı İbrahim Paşa’nın kəndxudası olan qohumu Çeştə Bâli’nin yardımlarıyla saraya girmişdir. Əndərun’da təhsil aldıqdan sonra 1545'də mir-i aləm, 1546'da yeniçəri ağası və sonrasında Rumeli bəylərbəyi oldu. Aprel 1549 tarixində vəzirlik rütbəsilə Misir bəylərbəyliyi vəzifəsinə gətirildi. Dekabr 1553'də ikinci vəzir ünvanı ilə İran səfərinə qatıldı. Kürəkən Rüstəm Paşa'nın vəfatından sonra sədrəzəm təyin edildi. Sədrəzəmlik dönəmində Avstriya-Macarıstan imperiyası ilə münasibətləri tənzimlədi. Səmiz Əli Paşa 28 iyun 1565 tarixində sədrəzəm olaraq vəfat etdi.
İkram Səmidov
Səmiha Ayverdi
Səmiha Ayverdi (25 noyabr 1905 – 22 mart 1993) — türkiyəli yazıçı, mütəfəkkir, mütəsəvvif. XX əsr türk ədəbiyyatında öz dəsti-xətti ilə seçilən Səmiha Ayverdi (Samiha Ayverdi) 25 noyabr 1905-ci ildə İstanbulda Şahzadəbaşı bölgəsində soylu bir ailədə anadan olmuşdur. Anası Meliha xanım, atası isə polkovnik İsmayıl Hakkı bəydir. Səmiha xanımın qardaşı Əkrəm Haqqı bəy türk mədəniyyətinin, sənət tarixinin inkişafında, memarlıq sahəsində misilsiz xidməti olan önəmli şəxsiyyətlərdən biri olmuşdur. Səmiha xanımın soykökü məşhur Ramazanoğullarına qədər gedib çıxır. Babası Zərdəbiyik Həsən bəy Girit üsyanında şəhid olmuşdur. Bir yaşından yetim qalan İsmayıl Haqqı bəy atasının yolu ilə gedərək hərbçi kimi fəaliyyətə başlamış, Balkan və I Dünya müharibəsində qəhrəmanlıq göstərərək vuruşmuş, qazi olmuşdur. Səmiha xanımın ana tərəfdən nəsil şəcərəsi Bektaşi dərvişi Gül Babaya dayanır. Gül Baba (ölüm tarixi 1541) XVI əsrdə yaşamış, Sultan Süleyman Qanuninin Budin fəthində iştirak edərək, şəhid olmuşdur. Gül Babanın təkkəsi və məzarı hazırda Budapeştdə muzey kimi qorunub saxlanılır.

səmi sözünün leksik mənası və izahı

"səmi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#səmi nədir? #səmi sözünün mənası #səmi nə deməkdir? #səmi sözünün izahı #səmi sözünün yazılışı #səmi necə yazılır? #səmi sözünün düzgün yazılışı #səmi leksik mənası #səmi sözünün sinonimi #səmi sözünün yaxın mənalı sözlər #səmi sözünün əks mənası #səmi sözünün etimologiyası #səmi sözünün orfoqrafiyası #səmi rusca #səmi inglisça #səmi fransızca #səmi sözünün istifadəsi #sözlük