seli sözü azərbaycan dilində

seli

Yazılış

  • seli • 96.9543%
  • Seli • 3.0457%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Maqnit seli
Maqnit seli – maqnit induksiya vektorunun modulu,səthin sahəsi və maqnit induksiya vektoru ilə səthin normalı arasındakı bucağın kosinusu hasilinə bərabərdir. Φ=BS.cosα. Əgər naqil çərçivə sabit ω bucaq sürəti ilə maqnit sahəsində fırlansa ondan keçən maqnit seli t-zamanından asılı olaraq Φ=BScosωt kimi dəyişər.Naqil çərçivənin uclarında yaranan elektrik hərəkət qüvvəsi E.H.Q. ε=ωBSsinωt qanunu ilə dəyişər. Əgər sarğıların sayı N olarsa yaranan induksiya E.H.Q. N dəfə böyük olar. Ölkəmizdə istifadə edilən dəyişən cərəyan qurğuları əsasən 50Hs dəyişən cərəyan üçün nəzərdə tutulmuşdur. Dəyişən cərəyan şəbəkəsindəki gərginlik transformatorların köməyi ilə asanlıqla lazım olan gərginliyə çevrilə bilər. Φ B = ∬ S B ⋅ d S {\displaystyle \Phi _{B}=\iint \limits _{S}\mathbf {B} \cdot {\rm {d}}\mathbf {S} } Elektromaqnit induksiya qanunu: Qapalı keçirici konturda yaranan induksiya elektrik hərəkət qüvvəsi əks işarə ilə götürülmüş maqnit selinin dəyişmə sürətinə bərabərdir: ε=-ΔΦ/Δt və ε=-dΦ/dt.Maqnit sahəsi artdıqda,yəni ΔΦ/Δt>0 olduqda,e. h. q.-nin işarəsi mənfi olur.Bu zaman maqnit selinə əks təsir göstərən induksiya cərəyanı yaranır.Maqnit seli azaldıqda ΔΦ/Δt<0,e.h.q.müsbət olur və cərəyan,zəifləyən maqnit selini gücləndirməyə çalışır.
Meteor seli
Meteor seli hər ilin eyni ayda gedən qısamüddətli və sıx (dəqiqədə 1000-dən çox) meteorların dəstəsi. Böyük meteor seli radiantının daxil olduğu bürcə görə adlandırılır. Yerdən görən kimi meteor seli meteor yağışı adlanır. Əsas meteor seliləri Kvadratidlər, Liridlər, η-Akvaridlər, δ-Akvaridlər, Perseidlər, Drakonidlər, Orionidlər, Tauridlər, Leonidlər, Germinidlər və Ursidlərdir.
London pivə seli
London pivə seli (ing. London Beer Flood) — 17 oktyabr 1814-cü ildə İngiltərənin London şəhərinin Sent-Eqidi prixodunda baş vermiş tragikomik faciə. Totenhem-Kort-Roadda yerləşən "Meux and Company" pivə zavodunda bir pivə sisternin partlaması nəticəsində 610 m³ pivə ətrafa yayılmış və digər pivə sisternlərinə də domino effekti ilə təsir göstərərək, partlamasına səbəb olmuşdu. Nəticədə isə 1470 m³-dan çox pivə küçələrə dağılmış və ağlasığmaz dağıntılar meydana gətirmişdi. Pivə dalğası iki evi dağıtmışdır. "Tavistock Arms" barının divarını çökməsi nəticəsində Elanor Kuper adlı gənc işçi dağıntılar altında qalmışdır.Bir neçə dəqiqə ərzində Corc Strit və Nyu-Striti alkaqol basmış, nəticədə bu zaman çay içən ana və qızı ölmüşdürlər. == Tarixi == Pivə zavodu Sent-Eqidinin kasıblar yaşayan məhəlləsinin mənzillərinin arasında yerləşirdi. Burada ailələrin hamısı zirzəmi evlərdə yaşayırdılar. Faciə nəticəsində azı səkkiz kişi boğulmuş və ya aldığı yaralardan ölmüşdür. Pivə zavodu əvvəlcə məhkəməyə verilsə də, sonda hadisənin məsuliyyəti heç kimin üzərinə qoyulmamışdır.
Albalı selikli mişarcısı
Albalı selikli mişarcısı-(lat. Caliroa cerasi) buğumayaqlılar tipinin pərdəqanadlılar dəstəsinin həqiqi mişarcılar fəsiləsinə aid olan növ == Xarici quruluşu == Yetkin mişarcı qanadları açılmış halda 10 mm-dir. Bədəni qara, ön ayaqların baldırları isə sarımtıldır. Qanadlar olduqca şəffafdır. Yalançı tırtıl yaşılımtıl sarıdır. Axırıncı yaşda 15-20 mm uzunluqda olur. Bədəni ön tərəfdən yoğun, arxaya doğru getdikcə nazilir. Pupu ağımtıl rəngdə olur. Albalı mişarcısı torpağın 2-5 sm dərinliyində baramalar içərisində qışlayır. Yazın axırlarında tırtıllar puplaşır, 7-10 gündən sonra puplardan yetkin mişarcılar uçur.
Cerom Selincer
Cerom Devid Selincer (ing. Jerome David Salinger; 1 yanvar 1919[…], Nyu-York, Nyu-York ştatı – 27 yanvar 2010[…], Korniş[d], Nyu-Hempşir) — Amerika yazıçısı. Yazıçının ilk qələm əsəri "Gənc adamlar" hekayəsi 1940-cı ildə işıq üzü görüb. 1941–48-ci illərdə "Colliers", "Esquire" və "Cosmopolitan" kimi dəbli jurnallarda iyirmi hekayə yayımlayıb. Selincerə dünya şöhrətini 1951-ci ildə yazdığı yeganə romanı "Çovdarlıqda uçurumdan qoruyan" gətirmişdi. Əsər dünyada qısa müddətdə 60 milyon nüsxə ilə satılmışdı. Selincer Dzen-Buddizm məktəbindən təsirlənmiş və bunu əsərlərinə yansıtmışdır. 1963-cü ildən heç bir yeni kitabı çıxmamış və yazıçı qapalı həyat tərzi keçirməyə başlamışdır. 1951-ci ildə yazdığı "Çovdarlıqda uçurumdan qoruyan" romanı isə əməlli-başlı səs-küyə səbəb olmuşdu. Burada baş qəhrəman olan Holden Kolfildin necə uşaqlıq, gənclik illüziyalarından böyüməsi əsrarəngiz və ən əsası bənzərsiz təsvir olunub.
Lui-Ferdinand Selin
Lui-Ferdinand Selin (fr. Louise-Ferdinand Céline; 27 may 1894[…], Kurbevua[d], Sena[d], Fransa – 1 iyul 1961[…], Mödon[d], Sena-i-Uaza[d], Fransa) — fransız yazıçısı və həkim. "Voyage au bout de la nuit" və "Mort à crédit" əsərləri ilə dünya şöhrəti qazanmışdır. == Bioqrafiya == == Əsərləri == La vie et l’oeuvre de Philippe Ignace Semmelweis 1818–65 (1924) Voyage au bout de la nuit (1932) L’Église (1933) Mort à crédit (1936) Mea culpa (1936) Bagatelles pour un massacre (1937) Les beaux draps (1941) L’École des cadavres (1942) Guignol’s band (1944) Foudres et flèches (1948) Scandale aux abysses (1950) Casse-pipe (1952) Normance.
Metyu Seliqman
Metyu Seliqman (14 iyul 1955 – 17 aprel 2020, London) — Böyük Britaniya gitaraçısı. == Həyatı == 14 iyul 1955-ci ildə doğulub. Metyu Seliqman Böyük Britaniyada Devid Boui və Şineyd Okonnor ilə birlikdə çıxış edibdir. Seliqman 1980 və 1990-cı illərdə tanınmış ifaçılarla birlikdə eyni səhnəni bölüşüb. 1985-ci ilin iyul ayında məşhur pop və rok musiqiçilərini bir yerə toplayan “Live Aid” xeyriyyə konsertində Boui ilə birlikdə gitara ifa edib. 17 aprel 2020-ci ildə koronavirus xəstəliyindən Londonda vəfat edib.
Paula Selinq
Paula Selinq (rum. Paula Seling) — 25 dekabr 1978-ci ildə anadan olmuş Rumıniyalı məşhur müğənni. Paula Selinq Ovidiu Çerneutsyanu ilə birlikdə "Playing with Fire" mahnısı ilə Rumıniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və finala vəsiqə qazanaraq, Rumıniyaya 3-cü yeri qazandırıb. Bu Rumıniyanın müsabiqə tarixində əldə etdiyi ən yüksək nəticə olub. Selinq 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində ölkəsini yenidən təmsil etmək üçün Rumıniyanın Milli Finalına qatılacağını bildirsə də, daha sonra mahnısının hazır olmadığı üçün seçimlərə qatılmayıb. Lakin müğənni növbəti illərdə Avroviziyaya yenidən qayıtmaq niyyətində olduğunu açıqlayıb. Paula Selinq Avroviziya 2012-nin final mərhələsində Rumıniyanın səslərini açıqladı. 1 mart 2014-cü ildə Paula Selinq və Ovidiu Çerneutsyanunun "Miracle" mahnısı ilə Kopenhagendə keçiriləcək 2014 Avroviziya Mahnı Müsabiqəsində yenidən Rumıniyanı təmsil etmək üçün seçildikləri elan edildi.
Seliakiya
Seliakiya — həzm sistemi ilə əlaqədar irsi xəstəlik. Vaxtında təyin olunmamış seliakiya uşağın inkişafında müxtəlif pozulmalara səbəb olur - fiziki inkişafın ləngiməsi (çəkin və boyun normalara uyğun olmaması), anemiya, sümüklərin kövrək olması və tez-tez qırılması, diş problemləri, cinsi inkişafının ləngiməsi və s. Çox zaman bu xəstəliyin diaqnozu uşaq vaxtlarnda qoyulur. Lakin bəzən diaqnoz vaxtında qoyulmur və uşaq, daha sonra isə böyük uzun illər ərzində müxtəlif xəstəliklərdən uğursuz olaraq müalicə olunur (disbakterioz, anemiya və s.) və nəticədə düzgün diaqnoz hətta insanın 30-40 yaşında qoyulur. == Xəstəliyin fəsadları == Seliakiya zamanı insanın orqanizmində "qlyüten" zülalına qarşı dözümsüzlük yaranır. Qlyüten arpa, çovdar, buğda kimi yarmaların tərkibinə daxildir. Xəstənin bağırsaqlarına bu zülalın hətta mikroskopik miqdarı (milliqrammlar) düşdükdə orada iltihab və həzm və sovurma proseslərin pozulması yaranır. Nəticədə insanda qəbizliklə növbələşən ishal (həcmli üfunətli nəcis), ürəkbulanması, qusma, qarında köp, ağrılar, iştahanın azalması inkişaf edir. İltihablaşmış bağırsaq orqanizmin sağlamlığı və inkişafı üçün lazım olan maddələri tam şəkildə sovura bilmir və insan orqanizmində bir çox vacib maddələrin (dəmir, kalsium, zülallar, yağlar, vitaminlər və s.) çatışmazlığı yaranır. Məhz bu səbəbdən seliakiya xəstəliyi olan uşaqların fiziki inkişafında geriləmə (az çəki, kiçik boy), anemiya (dəmir elementinin çatışmazlığına görə), diş və sümük problemləri (kalsiumun çatışmazlığına görə), dəridə səpgilər və s.
Selibat
Selibat (lat. caelibatus - kişi nikahsızlığı, lat. caelebs - subay kişi) — katolik ruhanilərin məcburi nikahsızlığı. Erkən orta əsrlərdə Roma papalarının selibat haqqında dekretləri olsa da, onlar faktiki cəhətdən yerinə yetirilməyib. Onu praktikada yalnız XIII əsrin ortalarında təmin etmək mümkün olub. Katolik kilsəsi selibatdan kilsə torpaq sahibliyinin qorunması məqsədilə istifadə edib. Belə ki, selibat torpaqların katolik ruhanilərin varisləri arasında bölünməsinin qarşısını alıb. XX əsrdə bu məhdudiyyəti aradan qaldırmaq üçün bəzi cəhdlər göstərilib, lakin 1967-ci ildə Roma papası selibatın toxunulmazlığını və müqəddəsliyini yenidən təsbit edib. Protestantlıq, ümumiyyətlə selibatı tanımır, pravoslavlıqda isə o yalnız rahiblərə şamil olunur.
Selikli Sporlular sinfi
Selikli Sporlular sinfi (lat. Myxosporıdıa ) — Heyvan qamçılıları yarımsinfinə aid olan sinif. == Haqqında == Miksosporidilər, əsasən balıqlarda, qisməndə də suda-quruda yaşayanlarda və sürünənlərdə parazitlik edir. Bu parazitlərin 700-ə qədər növü məlumdur. Parazitlər balıqların əzələlərini, qəlsəmələrini, beynini, böyrəklərini, sidik kisəsini və digər orqanlarını zədələyərək, balıqçılıq təsərrüfatına böyük ziyan vururlar. Miksosporidilər inkişaflarının ilk mərhələsindən birnüvəli formada olurlar, sonradan isə protoplazma kütləsinə malik olan çoxnüvəli formaya keçir. Bədən boşluğunda yaşayan miksosporidilər çılpaq olub, amöbvarı hərəkət edir. Toxumalarda yaşadıqda isə onlar örtüklə əhatə olunurlar və bir neçə mm-dən bir sm-ə qədər ölçüyə malik olurlar . Balıqlar sporu udmaqla parazitə yoluxurlar . Balığıın bağırsağında həzm fermentlərinin təsirindən spor açılır və dalayıcı kapsula xaricə atılaraq bağırsağın divarına yapışır.
Selikli qişa
Selikli qişa (lat. tunica mucosa) — yumşaq, nəm, bir çox nahiyələrdə büküşlü, çəhrayı və tünd qırmızı rəngdə olur, artıq dərəcədə genəlmə qabiliyyətinə malikdir. Əsasını lifli birləşdirici toxumadan əmələ gəlmiş xüsusi səfhə - lat. lamina propria mucosae təşkil edir; boşluğa baxan səthi müxtəlif şəkilli (yastı və silindrəbənzər) epitel ilə örtülüdür. Çoxqatlı yastı epitel ilə örtülü olan nahiyələrdə lifli birləşdirici toxumadan məməciklər - lat. papillae əmələ gəlir. Selikli qişanın bəzi nahiyələrində saya əzələ liflərindən təşkil olunmuş əzələ səfhəsində - lat. laminamuscularis mucosae təsadüf olunur. Selikli qişa həzm və tənəffüs aparatında ağız boşluğunu, ağız vəzilərinin axacaqlarını, əsnəyi, udlağı, eşitmə borularını və onun əlavə boşluqlarını (ciblərini), göz yaşı-burun axacaqlarını, qırtlağı, nəfəs borusunu, bronxları, qida borusunu, mədəni, bağırsaqları, ödlüyü, öd axacaqlarını və pankreas axacağını örtür. Sidik-cinsiyyət aparatında isə bu qişa sidik üzvlərindən böyrək ləyənini, sidik axarlarını, sidikliyi və sidik kanalını, kişi cinsiyyət üzvlərindən - xaya artımları axacaqlarını, toxum kisəciklərini və qadın cinsiyyət üzvlərindən - uşaqlıq borularını, uşaqlığı və uşaqlıq yolunu örtür.Selikaltı qat - lat.
Selin (Əbyəlil)
Selin kəndi (başq. Сиҙәм) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Alməhəmməd kənd sovetliyinə daxil olan kənd. == Əhali == == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askar): 49 km., ən yaxın dəmiryol stansiyasından (Alməhəmməd stansiyası): 3 km. Maqnitaqorsk:60 km ən yaxın şəhər Sibay: 40 km.Dəniz səviyyəsindən hündürlüyü: 372 m. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Selin Dion
Selin Dion (fr. Céline Marie Claudette Dion; 30 mart 1968[…]) — Kanada pop müğənnisi. 1988-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin qalibi. O, musiqi tarixindəki ən müvəffəqiyyətli qadın müğənnilərdən biri hesab olunur.
Selin Dəmiratar
Selin Dəmiratar (20 mart 1983 və ya 21 mart 1983, İstanbul) — aktrisa. == Həyatı == Selin Dəmiratar 20 mart 1983-cü ildə Ərzincanda dünyaya gəlmişdir. Ən çox aktrisa kimi tanınmışdır. Selin Dəmiratar atasının işinə görə daim şəhər dəyişmək məcburiyyətində qalmışdır. Bu səbəbdən Adana, Ankara, Antalya və İstanbul kimi bir çox şəhərdə yaşamışdır. Aktyorluq karyerasına ilk olaraq "Qoçum Mənim" adlı TV serialı ilə başlayıb. Burada mükəmməl bir aktyorluq edən Selin Dəmiratar şöhrət olma yolundakı ən böyük addımını beləcə atmışdır. Lisey təhsilini bir çox şəhərdə oxuyan Gözəl aktyor Universiteti isə Memar Sinan Universitetində oxumuşdur. 1999-cu ildəki keçirilən "Miss Globe" gözəllik müsabiqəsində Türkiyə də birinci dünya da isə 3-cü Sırada yer alıb. Göstərdiyi bu uğur ilə önü açılmış, şöhrət qazanmışdır.
Selina Markez
Selina Markez (d. 16 iyul 1999) — Salvadorlu üzgüçü. Selina Markez Salvadoru 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Selina Markez birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 200 m arxası üstə stilində, təsnifat mərhələsində iştirak etdi. 2:22.73 saniyəlik nəticəsi ilə 33 üzgüçü arasında 30-cu oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Selinoqrad
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Selinski rayonu
Selinski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Selina qəsəbəsidir. Rostov-na-Donu şəhərindən 135 km məsafədə yerləşir. == Tarix == Rayon 1923-cü ildə Zapadno-Konnozavodçeski (inqilabdan əvvəl rayonun ərazisi at yetişdiricilərinə aid idi) adı ilə qurulur, daha sonra Salsk dairəsinin bir hissəsi olur. Rayonun bütün əhalisi (indiki sərhədlər daxilində) əsasən sonradan Sredneeqorlıkski və Lopanski kənd sovetlərininn bir hissəsi olan ərazidə yaşayırdı. 1930-cu ildə adı Qiqantovski olaraq dəyişdirilir (rayon mərkəzi Qiqant kəndində köçürülür), sonra ləğv edilir və ərazisi Salski rayonuna birləşdirilir. RSFSR Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı və Azov-Qara dəniz Regional İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 28 dekabr 1934-cü il tarixli Azov bölgələrinin bölgüsü haqqında fərmanı əsasında Selinski rayonu qurulur. Rayon mərkəzi Selin kəndi olur. Rayon əsasən keçmiş Qiqantovski (Zapadno-Konnozavodçevski) ərazisi hesabına qurulur. 1963-cü ildə ləğv edilir, ərazisi Yeqorlıkski rayonunun tərkibinə daxil olur.
Selinum anisum
Adi cirəgülü (lat. Pimpinella anisum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin cirəgülü cinsinə aid bitki növü. == Yayılması == Adi cirəgülünün vətəninin Aralıq dənizi sahilləri və ya Yaxın Şərq olduğunu hesab edilsə də hələ də, onun vətəni dəqiq məlum deyil. Bəzi müəlliflər (Dekandol, Kalestani) isə bu bitkinin yabanı əcdadının Anisum creticum olduğunu hesab edirlər. == Sinonimləri == Anisum odoratum Raf. Anisum officinale DC. Anisum officinarum Moench Anisum vulgare Gaertn. Apium anisum (L.) Crantz Carum anisum (L.) Baill. Ptychotis vargasiana DC. Selinum anisum (L.) E.H.L. Krause Seseli gilliesii Hook. & Arn. Sison anisum (L.) Spreng.
Selinum foeniculum
Adi razyana (lat. Foeniculum vulgare) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin razyana cinsinə aid bitki növü. Adi raziyana boyu 2 metrə qədər uzanan ikillik ətirli ot bitkisidir. Razyananın nəzəri cəlb edən sarı rəngdə xırda çiçəkləri vardır. Uzunsov yumurtavarı, qoşa dənədən ibarət meyvələri olur. Vətəni Aralıq dənizi və Yaxın Şərqdir. Azərbaycanda bu bitkiyə Dəvəçi-Xaçmaz zonasında və Abşeronda çox rast gəlinir. Meyvələrinin tərkibində efir yağı, piyli yağ, karotin, C vitamini və s. olur. Dərman məqsədilə razyananın meyvələrindən istifadə olunur.
Selinum graveolens
İyli kərəviz (lat. Apium graveolens) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin kərəviz cinsinə aid bitki növü. == Sinonimləri == Apium celleri Gaertn. Apium decumbens Eckl. & Zeyh. Apium dulce Mill. Apium graveolens var. bashmensis Hosni Apium graveolens var. butronensis D.Gómez & G.Monts. Apium graveolens subsp.
Selinus
Selinus — Türkiyənin Antalya ilinin ərazisində, Qazipaşa mahalı yaxınlığında qədim şəhər. Alanyanın 45 kilometr şərqində kiçik bir yarımadanın yamacında qurulan qədim dövrə aid şəhərdir. == Tarixi == Şəhərin tarixi [[milad]dan əvvəl VI əsrə qədər uzanmaqdadır. Roma imperatoru Trayan, Şərqi Aralıq dənizində Part səfərindən qayıdarkən xəstələnərək gəldiyi bu şəhərdə 9 avqust 117-ci ildə ölmüş və külü Romaya göndərilmişdir. Şəhər bir müddət Trayanapolis adını almışdır. Yarımadanın bəndlərlə əhatə olunmuş təpəsində şəhərin qalası vardır. Zirvə Aralıq dənizinə baxan bir mənzərəyə sahibdir. Şəhərin aqorası dəniz kənarındadır. Aqoranın dağılmasına baxmayaraq qranit sütunları görünür. Yamacdakı bəndlərin içində kilsə qalığı vardır.
Selio Dias
Selio Dias (8 fevral 1993) — Portuqaliyalı cüdoçu. Selio Dias Portuqaliyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Selio Dias birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Beninin nümayəndəsi Seltus Dossou Yovo ilə üz-üzə gəldi. Həmin görüşdə İbrahim Xələf rəqibinə 1:100 hesabı ilə uduzdu.
Seliqavol
Seliqavol — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Biləsər kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Seliqavol kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Seliqovan
Seliqavol — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Biləsər kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Seliqavol kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.74 dəfə / 1 mln.
2003 •••••••••••••••••••• 2.36
2004 •••••• 0.67
2006 •••••• 0.68
2007 •• 0.21
2008 ••••••••••• 1.22
2009 ••••• 0.48
2010 ••••••• 0.73
2011 •••••• 0.69
2012 ••••••• 0.77
2013 ••••••••• 1.02
2014 •••••• 0.69
2015 •• 0.17
2016 •• 0.17
2017 •••••• 0.65
2018 •• 0.15
2019 •••••••••••••••••••• 2.36
2020 ••••• 0.53

"seli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#seli nədir? #seli sözünün mənası #seli nə deməkdir? #seli sözünün izahı #seli sözünün yazılışı #seli necə yazılır? #seli sözünün düzgün yazılışı #seli leksik mənası #seli sözünün sinonimi #seli sözünün yaxın mənalı sözlər #seli sözünün əks mənası #seli sözünün etimologiyası #seli sözünün orfoqrafiyası #seli rusca #seli inglisça #seli fransızca #seli sözünün istifadəsi #sözlük