Eli sözü azərbaycan dilində

Eli

Yazılış

  • Eli • 52.8428%
  • eli • 45.8194%
  • ELİ • 1.3378%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacıəlili eli
Hacıəlili eli— Cənubi Azərbaycanda yaşayan türk tayfalarından biridirlər. Onlar Cənubi Azərbaycanın kütləvi olaraq iki bölgəsində yaşamaqdadırlar: Qaradağın Əhər bölgəsində və Vərziqanın şimalında, digər qolları isə Marağa ətrafında yaşamaqdadır. 1960-cı ildə hələ də köçəri həyat sürən hacıəlililərin yaylaqları Qaradağın Dizmar və Üzümdil şəhristanlarında, qışlaqları isə Keyvan və Qarmaduz bölgəsində yerləşməkdə idi. Marağadakı hacıəlililərin yaylaqları Səhənd dağı ətəklərində, qışlaqları isə Urmiya gölünün şərq sahillərində, Azərşəhrin şimal-qərindəki Qoğanda, Cığatıçay idi. Qaradağda yaşayan hacıəlililərin tirələri bunlar idi: Qaraxanlı, Tərəkəmə, Yağbastılı, Müqəddəm, Özbək Müqəddəm, Gəncəli, Qarabağlı, Çərikli, Mədədli, Pirəlili, Zeynbəyli, Kəngərli və Qaradağlı. Marağada yaşayanların tirələri isə bunlar idi: İnallı, Zərgər, Yağbastılı və Dosmallu. Lady Sheilin bildirdiyinə görə, hacıəlililər 1849-cu ildə 800 ailədən ibarət olmuşdur. İran ordusu sənədlərində nolrın sayı 985 ailə kimi göstərilir. Hacıəlililər Məşrutə inqilabı zamanı mühüm rol oynamış və konstitusiya tərəfdarlarını müdafiə etmişdirlər. Eyni zamanda onların bir hissəsi Şimali Azərbaycanda da yaşamışdırlar.
Kolanı eli
Kolanı tayfası — Azərbaycanda yaşayan tayfa. Bəzilərinə görə türk tayfası, bəzilərinə görə isə kürd və türklərdən ibarətdir. Kolanıların yaşadığı Ağdam, Ağdərə, Kəlbəcər, Şirvan, Naxçıvan və İrəvan bölgələrinə aid 19-cu əsrə aid bütün siyahıyaalmalarda Kolanı kəndlərin əhalisi istisnasız olaraq milliyətcə tatar (azərbaycanlı), danışdığı dil tatar (Azərbaycan dili), din İslam-şiə olaraq qeydiyyata alınmışdır. == Etimologiyası == Tədqiqatçıların mülahizəsinə görə, Kol, Kül, Gül qədim türklərdə "böyük" mənasında işlənmiş (məsələn, Kül Təgin-Gül Tigin, Kol Erki), bu söz toplum anlamında isə "çoxluq, böyük, el" mənalarını ifadə edir. Güman edilir ki, "kul, kol" tayfa adı olaraq işlənmiş, "an" şəkilçisini isə "yaşayış yeri" mənasında izah etmək daha düzgündür. Köçdükləri yeni yerlərdə "Kol, Kul tayfasının yaşadığı yer" mənasında işlənən "Kolan, Kulan" toponiminə mənsubiyyət bildirən "lı" şəkilçisi də əlavə olunaraq bu yerə aid olan tayfanı xarakterizə etmişdir. Yəni, "Kolan, Kulan yaşayış yerindən olanlar". Mülahizələrə görə adın əsli Kolanlı olmuş, dildə "Kolannı" kimi də işlənmiş, sonradan yazıya köçürüldükdə bir "n" hərfi də düşərək Kolanı yazılmışdır. Azərbaycan ərazisində bu tayfanın adı ilə bağlı bir çox toponimlər mövcud olmuşdur. == Tarixi == Orta əsrlərə aid mənbələrdə Anadoluda, Kilis ərazisində oğuzların bayat qoluna bağlı hesab edilən Kolanlu tayfasının yaşadığının əks olunması, Kolanı tayfasının oğuzların bir qolu olan qarapapaqlara aid edilməsi, Qazax-Borçalı bölgəsində yaşamış Qarapapaq tayfası barədə araşdırmada bu tayfanın qolları içərisində Kolanıların da adı qeyd olunması, Kolanlıların oğuz tayfalarının üstünlük təşkil etdiyi Qaraqoyunlu tayfa ittifaqının tərkibində olması, Türkiyənin Yozqat vilayətində yerləşən Kolanlı kəndi sakinlərinin türkmən-oğuz mənşəli hesab olunması, Anadolu ərazisində yaşamış oğuz tayfa ittifaqına daxil olmuş tayfalardan birinin Kolanşam türkmənləri adlandırılması, bu tayfanın adı ilə bağlı olduğunu güman edilən Golan yer adının Türkmənistanın şimalında, Daş Oğuz (Dış Oğuz) vilayətində yerləşməsi, XVI əsrdə Anadoluda, Sivasda oğuzlarla bağlı olduğu irəli sürülən Kayı-Kolan kənd adının olması əsasında bu fikrə gəlmək olur, lakin bəzi tədqiqatçılar bu tayfanı bulqar, peçeneq, kəngərli və digər türk tayfalarına da aid edirlər.
Kəbirli eli
Kəbirli eli — qədim-qayım Qarabağın ellərindən biri. == Tarixi == Kəbirli eli orta çağda oymaq kimi Cavanşir elinin tərkibində olub. Bilginlər arasında biçimlənən rəyə görə kəbirlilər Xəzər ulusuna qatılan Kəbər oymağının qalığıdır. XVII yüzildə Kəbirli oymağı Cavanşir elinin tərkibindən çıxaraq müstəqil elə çevrildi. Tərkibində bir neçə oymaq vardı. 1722-ci ildə qiyamçı əfqan qoşunu hücum edib Səfəvi dövlətinin paytaxtını tutur. Osmanlı sultanı III Əhməd də Qızılbaş məmləkətindən ərazi qoparmaq məqsədilə yürüşə hazırlaşır. Tutarlı bəhanə bulan kimi orduya hücuma keçməyi əmr edir. 1724-cü ildə çoxsaylı Osmanlı ordusu Qarabağa girdi. Gəncə-Qarabağ bəylərbəyi azsaylı qoşunla sərhədi savuna bilmədi.
Kəlhor eli
Kəlhurlar və ya Kəlhorlar — İran və İraqda yaşayan kürd tayfası. Ravlinson onların yəhudimənşəli olmaqlarını bildirmişdir.
Kəlhur eli
Kəlhurlar və ya Kəlhorlar — İran və İraqda yaşayan kürd tayfası. Ravlinson onların yəhudimənşəli olmaqlarını bildirmişdir.
Kəngərli eli
Kəngərli eli və ya Kəngərli tayfası — Azərbaycan türklərinin etnogenezində iştirak etmiş türk mənşəli tayfalardan biri. Kəngərlilərin varislərinin bir qismi hal-hazırda Azərbaycan Respublikasında və İranın müxtəlif regionlarında yaşamaqdadırlar. Onlar Səfəvi imperiyası dövründə əsas Qızılbaş tayfalarından biri olan Ustaclıların bir tirəsini təşkil etmişdirlər. == Tarixləri == Pierre Oberlingə görə, bu tayfanın digər adı Kungurlu və Kəngərlü formasında keçməkdədir. O, Rasonyiyə istinad edərək Kəngər adının Peçeneqlərin bir qolunun adı olduğunu yazsa da, Zəki Vəlidi Toğanın bu ikisi arasında hər hansısa əlaqənin görünmədiyini bildirdiyini də qeyd etmişdir. Kəngərlilər Səfəvi imperiyası zamanı Qızılbaş tayfa konfederasiyasını təşkil edən Ustaclı tayfasının ən böyük tirələrindən biri olmuşdurlar. Rus etnoqrafı Şopen hesab edirdi ki, genişərlilər Naxçıvana Şimaldan gəlmiş peçeneqlərin və ya Kumanların nəslindəndirlər ki, bu da onların şimal tipi ilə təsdiqlənir. Bu ideyanı dəstəkləyən bir material salnamədə də keçməkdədir. Salnaməyə görə, berendeylər, qarabörklülər, torklar və digər kanqlılar qışı Biçinakda keçirirmişlət, tatarlar da geniş sahələri biçənək adlandırdığı üçün onları da peçeneqlər və ya polovtsilər adlandırırmışlar. Burada adıkeçən kanqlılar da kəngərlilər olması güman edilir.
Milan eli
Milan eli — İranda və Azərbaycanda yaşayan kürd dilli el. Mənşə yerləri Ərəbistandır.Əksəriyyəti Qərbi Azərbaycan və Şimali Xorasan ostanlarında yaşayırlar. == Tayfalar == Elin tərkibində altı əsas tayfa olmuşdur.
Mükri eli
Mükri eli — Kürd əşirəti. == Soy-kökü == Soy-kökü haqqında müxtəlif mülahizələr var. Bəzi tarixçilər bu eli kürd, bəziləri isə türk kökənli sayırlar. Monqol fütuhatı dönəmində Azərbaycana, İrana, Kiçik Asiyaya gələn uluslardan biri də Merkitlər idilər. Rojbəyani Mükri sözünü, Mekritdən gəlməsini söyləyib. Mənbələr mukri(n) və ya muqri(n) tayfalarının avarların tərkibində Qafqaza axını haqqında məlumat verir. Şərəfəddin Bedlisi, mükrilərin nəsəbin İraqın Şəhri Zur şəhərində yaşayan Mükriyyə qəbiləsinə yetirir. == Tarixi == XVI yüzilliyin sonlarında yazılan, kürd tayfalarının tarix və coğrafiyasını əks etdirən və kürd tarixinin araşdırılmasında əsas mənbə rolunu oynayan "Şərəfnamə" kitabında bu gün Savuqbulaq bölgəsində geniş bir əraziyə yiyələnmiş Mükrilərin Osmanlı ərazisindəki Zül şəhəri (Şəhrəzur hazırda İraqa daxildir) ətrafında yaşayan Mükriyə tayfasına bağlı olduğu yazılır. Rəvayətə görə, Baban paşaları nəslinə mənsub Seyfəddin adlı bir şəxs Baban tayfasını və digər kürd əşirətlərini toplayıb Azərbaycandakı Dəryaz bölgəsini Çabuklu türklərindən alaraq orada məskunlaşmışdır. "Seyrüld-əkrad" müəllifinə görə də, Mükri eli XVI yüzilliyin sonlarında Osmanlı torpaqları və Quzey Mesopotamiyadakı İbn Ömər ərazisindən (indiki Suriya) Azərbaycana köç etmişlər.
Müqəddəm eli
Müqəddəm eli — Azərbaycan xalqının tanınmış qurumlarından biri. Marağada yaşam sürür. == Elin tarixi == Orta çağda Bayat tayfası elinin aparıcı və nəcib tayfası Bayat tayfası eli idi. Elxanlar bu tayfadan çıxırdı. Bayat tayfası sonra Otuziki elinin tərkibindən çıxıb müstəqil elə çevrildi. Otuziki elinə müqəddəmlər başçılıq etməyə başladılar. 1606-cı ildə I Şah Abbas Qarabağı osmanlılardan azad etdi. Bu dönəmdə Bayat tayfasının başçısı Əmir Ağaxan sultan Müqəddəm idi. Şah Müqəddəm oymağına Marağa vilayətində ölkə təklif etdi. Əmir Ağaxan sultan razılaşıb, oymağı ilə birgə Marağaya köçdü.
Məhəmmədxanlı eli
Məhəmmədxanlı eli— Qaradağ vilayətində yaşayan türk tayfası və ya Qaradağ tayfalarından biri. Onlar Şərqi Azərbaycan bölgəsinin Qaradağ vilayətinin bir çox hissəsində yaşamaqdadırlar. Onların yaylaqları Marzrud ətrafında, qışlaqları isə Xudafərinin Heydərxanlı kəndində yerləşməkdədir. A. Lamptona görə, Qaradağ bölgəsindəki otlaqlar, həmçinin qışlaqlardakı əkinə yararlı torpaqlar xanlara məxsus olmuşdur. Hal-hazırda tayfanın bir çox üzvü oturaq həyat akemiş və Tehran şəhərinin ətraflarında yaşamaqdadır. Tayfanın hakim tirəsinin bəzi törəmələri yayları Çaparlı otlaqlarında keçirirlər, həmçinin tayfan olan bəzi şəxslər yaxın keçmişdə Germanabda villalar tikdirmişdirlər. == Qısa tarixləri == Məhəmmədxanlıların iddialarına görə onlar Qacar dövründə Məhəmməd xan tərəfindən formalaşdırılmışdırlar. Təbrizdə saxlanılan İran ordusu sənədlərinə əsasən Cavad xan, Səməd xan, Əsədullah xan, Abdullah xan və II Əsədullah xan adlı xanlar Məhəmməd xanın ölümündən sonra bu tayfaya rəhbərlik etmişdirlər. Tayfanın sonuncu xanı olan II Əsədullah xan İslam inqilabı ərəfəsində millət vəkili idi. O, qısamüddətli həbs edilmiş və mülkləri müsadirə edilmişdir.
Məməsəni eli
Məməsəni eli—İranda Fars ostanında yaşayan el. == Tarixi == El öz adını Məhəmmədhəsən bəydən götürüb. Məmməsəni eli Fars ostanının Məməsəni şəhristanında və Rüstəmdarda məskunlaşıb. El əhli öz kökünü Lurlara bağlayır. Məməsənilər Rüstəm, Bəgəş, Cavid və Düşmənziyari tayfalarına bölünür. Maldarlıq heyvandarlığın ən geniş yayılmış sahəsidir. Maldarlıq məməsənilərin yüksək keyfiyyətli südə və ətə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Məhsuldar ev heyvanları içərisində qaramal özünə xüsusi bir yer tutur. Qaramal el əhalisi üçün ən qiymətli məhsullar (süd, ət), sənaye üçün isə yüksək keyfiyyətli gön, heyvan kəsildikdə alınan məhsullar: sümük, buynuz, qan, bağırsaq, tük və s. verir.
Məngur eli
Məngur eli — Kürd əşirəti. == Tarixi == Osmanlı (İraq) ərazisindən köçən Məngurlar Sərdəşti, Piran eli isə Xana şəhəri və kəndlərini ələ keçirmişlər.
Nəfər eli
Nəfər eli — türk əsilli Azərbaycan tayfası. == Tarixi == Nəfər eli əvvəlcə qaşqayların tərkibində olub. Sonra isə ixtilaflar nəticəsində eldöndülük edərək müstəqil bir quruma çevrilmişdir. XIX əsrin 70-ci illərində baharlı, inallı, baseri və ərəb tayfaları ilə birlikdə Xəmsə elini yaratmışlar. == Qolları == Bədəkli oymağı Tatımlı oymağı Çonqarı oymağı Dəvəlixanlı oymağı Zamanxanlı oymağı Səttarlı oymağı Səncərli oymağı Şuli oymağı Çini oymağı Tatım oymağı Əraçi oymağı Qadlı oymağı Qubadlı oymağı Qarabacaqlı oymağı Qeydərli oymağı == Elin tanınmış nümayəndələri == Hüseyn xan Nəfər—Nadir şah Qırxlı-Avşar tərəfindən Baharlı oymağının kələntəri təyin edilmişdi. Məhəmmədtağı xan Nəfər—atası Hüseyn xandan sonra Nəfər elinin və Baharlı oymağının kələntəri. Ələkbər xan Nəfər—atası Məhəmmədtağı xandan sonra Nəfər elinin və Baharlı oymağının kələntəri. == Mənbə == Ənvər Çingizoğlu, Onlar neçə nəfərdilər? "Soy" dərgisi, №1 (34). Bakı, 2010.səh.42-45.
Eli
Eli — ad. Eli Vizel — Nobel Sülh mükafatı laureatı, ədəbiyyatçı. Eli Dükommen — isveçrəli jurnalist, pasifist. Eli Puje — ABŞ aktrisası. Eli Qlader — Norveç rəssamı.
Osanlu eli
Osanlu (Asanlu, Osalu, İsalu, Usanli) – Azərbaycan xalqının etnogenezində duran qurumlardan biri Osanlu elidir. Osanlular İranın Tehran və Simnan ostanlarında yaşayırlar. Osanlular İranın Zəncan ostanı ndan bu məntəqələrə köçürülüblər.
Padar eli
Padarlar — Azərbaycan türklərinin etnoqrafik qruplarından biri. Fəzlullah Rəşidəddin Cəmi ət-Təvarixdə On–Uyğurların (fars. اون ایغور‎) tayfa siyahısında altıncı tayfanın adını "Badar" (fars. بادار‎) kimi yazmışdır. Alman əsilli şərqşünas, tarixçi və dilçi Yozef Makvart Fəzlullah Rəşidəddinə istinadən Padarları On–Uyğurların bir tayfası hesab etmiş, türk tarixçi, şərqşünas–türkoloq Əhməd Zəki Vəlidi Toğan da bu fikirlə razılaşmışdı. Məhəmmədhəsən bəy Vəliyev-Baharlı hesab edirdi ki, Səfəvilər ləzgiləri itaətə gətirmək üçün padarları onlara yaxın rayonlara köçürüblər. == Tarixi == Tarixçi Əhməd Zəki Vəlidi Toğan "Azərbaycan" adlı kitabanda padarlar haqqında yazır: "…müxtəlif yerlərdəki padar tayfasına aid məskənlər diqqəti cəlb edir. Hər iki qəbilə (Sulduz və Padar-Ə. Ç.) bu əraziyə gəldikdən sonra torpağa bağlanmışdır. Padar onuyğur tayfasının biridir.. Böyük etnoqraf alim Məhəmmədhəsən bəy Vəlili-Baharlı Padar elinin Azərbaycanda yerləşməsindən bəhs etmişdir.
Pazuki eli
Pazuki, müxtəlif bölgələrdə hərflərlə (Pazuki, Pizuki, Bazuki, Paziki, Bizuki) tələffüz olunan bir türk tayfasının adıdır. Pazuki zamanla fərqli sözlərə çevrilən, lakin ümumilikdə fonetik kökü türk mənşəli Bezuki, Bozuk, Buzuki, Pizuk, Bizik sözləridir. Türk dilində Buzuk sözü eyni zamanda qəbilə bölgələrindən birinin - Oğuz Türklərinin də adını daşıyır .. Anadolu Türkmənlərində kökləri olan böyük Pazuki tayfası tədricən mədəniyyətindən və dilindən uzaqlaşaraq kürddilli xalqların yanına gəldi və zamanla kürddilli oldu. Tarixin eniş-yoxuşları səbəbindən bu qəbilə müxtəlif bölgələrə köç etdi və bir çox dilləri qəbul etdi və uzaq iqlim və torpaqlarda bu köçlər zamanla bu xalqın bir çox fərqli mədəniyyət və dilləri qəbul etmələrinə səbəb oldu. Vaxt keçdikcə bu xalqın orijinal kimliyi birmənalı olmayan bir dövrdə qalır.Amma bu qəbilənin ana dili türk idi ki, bu xalqın əksəriyyəti bu dili unutmuşdur.. Zamanla Pazuki xalqının mənşəyi Pazukialıların on əsr əvvəl Anadoluda mövcud olan çox köhnə türkmən kökləri var. Bu gün də Pazuki tayfası kürd tayfaları ilə birlikdə yaşayan və kürd tayfaları arasında uzun müddət qaldıqları müddətdə kürd dilində danışaraq öz kimliklərini unutduran İraq və Suriyanın Türkomansları ilə əlaqələndirilə bilər. Türk Kürdüstanda (kürd olduqdan sonra) kürd tayfasının böyük qollarını meydana gətirdilər. Pazuki qəbiləsi bir əsrdən çoxdur Türk Kürdüstanındakı Van gölünün şimal bölgələrini və Kermanşah torpaqlarını idarə etmişdir.
Piran eli
Piran eli (kürd. پیران) — Kürd ellərindəndir ki İran (Qərbi Azərbaycan) və İraqda yaşayırlar. Piranlar kürd dilinin soran ləhcəsində danışırlar və sünni müsəlmandırlar. Piran eli, Məməş və Məngur elləri ilə birlikdə böyük Balbas elini təşkil edirlər, Balbas eli Qərbi Azərbaycana köçmədən öncə Ərbilin şərqində yaşayırdı == Tarixçə == Piran eli ki İraqda sakinidirlər, 14-cü (Hicri şəmsi) əsrdən başlayaraq İrana köçüblər və Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanında sakinləşiblər.
Püsyan eli
Püsyan — Azərbaycanda kürddilli tayfa. Qızılbaş tayfaları arasında, şiələrdən ibarət olmuşdur. Şah I Abbasın dövründə Yunsur paşanın başçılğı ilə Qarabağa köçmüşlər. Bəzi mənbələrdə onların Anadoludan gəldiyi də qeyd olunur. Buna əlavə olaraq, 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.
Qacar eli
Qacar tayfası (Qacar qəbiləsi; Qacar oymağı; Qacar soyu) — Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi). "An Ethnohistorical dictionary of the Russian and Soviet empires"-ə görə bu gün azərbaycanlıların İranın şimalında yaşayan sub-etnik qrupudur. == Yaşayış yerləri == Kompakt şəkildə Gorgan ostanının Sovar-Şaku şəhristanında və Mazandaran ostanının Xəzər-Cərib vadisində yaşıyırlar. Sayları 35 mindən çoxdur. == Tarixi == Qacarların əcdadları XIII-XIV əsrlərdə Orta Asiyadan Ön Asiyaya köç etmişlər. Qacar hərbçiləri Səfəvilər dövlətinin hərbi dayağı olmuşlar. == Din == Qacarların əksər hissəsi şiə müsəlmanlar, az bir hissəsi isə sünnilərdir. == Məşğuliyyətləri == Vadidə əkinçiliklə, dağlarda isə heyvandarlıqla (keçi və qoyun bəsləmənməsi) məşğul olurlar. Bir çox Qacar türkləri şəhərlərdə yaşayırlar və yüksək sosial statusa malikdirlər.
Qaradağlı eli
Qaradağlılar — Azərbaycan türklərinin tayfalarından biri olan Qaradağlılar bölgədəki digər tayfaların əksəriyyəti kimi Səfəvi imperiyasındakı mühüm tayfalardan biri olmuşdurlar. Hal-hazırda əsasən eyni adlı Qaradağ vilayətində yaşamaqdadırlar. Onların mütləq əksəriyyəti şiədir və Azərbaycan türkcəsinin Qaradağ ləhcəsində danışmaqdadırlar. Qaradağ ləhcəsi Azərbaycan türkcəsinin ən saf ləhcələrindən biri hesab edilir. 75.000-80.000 arası saylarının olduğu müəyyən edilir. Qacar sülaləsinin Rusiya ilə olan müharibələrindən sonra Cənubi Qafqazda yaşayan Qaradağlı tayfasının bəzi nümayəndələri Araz çayının cənubuna köçüb yenidən Qaradağda məskunlaşmışdır. == Haqqında == Qaradağlılar müasir İranda Türkman yatağı deyilən, Araz çayının cənubunda yerləşən, tayfa ilə eyni adı daşıyan Qaradağ vilayətində yaşayan türk tayfalarından biridirlər. Qaradağ adı Azərbaycan türkcəsində böyük dağ və ya dağlıq yer mənasına gəlməkdədir. Bu sözün sonuna lı şəkilçisi əlavə olunmaqla tayfanın adı meydana çıxmışdır. Tarixçi Ənvər Çingizoğlu Qaradağlı tayfasını Səfəvi imperiyasının qurulmasında iştirak edən əsas tayfalardan biri kimi göstərməkdədir.
Qarakeçili eli
Qarakeçili eli (kürd. Qeregêçî/Qergêçî, türk. Karakeçili) — Türkiyədə yaşayan türkmən tayfası. == Mənşəyi == Bəzi Osmanlı mənbələrində türkmən tayfası kimi, bəzilərində isə kürd kimi qeyd olunmuşdular. Kürd tayfalarının Mil və Zil adlı iki qola bölündüyünü bildirən Ziya Gökalpın fikrinə görə, Qarakeçili tayfası Zil qoluna aiddir. Osmanlı sultanı II Səlimin hakimiyyəti dövrünə aid sənədlərə görə, Qarakeçili tayfasının nümayəndələrinin çoxunun köçəri olduğu yazılmışdır. 1891-ci ildə Sultan II Əbdülhəmidin təşkil etdiyi Həmidiyyə alaylarında Qarakeçili tayfasının üzvləri də iştirak edirdilər. Elazığ və Tuncelidə ana dili türk dili olan və türk kimliyini daşıyan Qarakeçili tayfasının nümayəndələri var.
Qaramanlı eli
Qaramanlı eli — Azərbaycanda yaşayan türklərin tarixində iştirak etmiş Qızılbaş ellərindən biri. Müasir Türkiyə ərazisindən ticari mənfəətlər və Azərbaycan ərazisində yeni türk imperiyası qurmaq məqsədi ilə köç etmiş nəsil. Mənşə olaraq Anadolu türkmanlarıdır. == Tarixi == XII əsrdə Anadoludan Qafqaza gələn Qarabəyli ailəsinin üzvləri Azərbaycanın bir sıra bölgələrində qərar tutduqdan sonra tabe edilmiş camaatları Qaramanlı eli altında birləşdirdilər. Bəzi alimlər Qaramanlı soyunun Osmanlıdakı Qaraman bəyliyindən gəldiyini güman edirlər. Qan bağları mövcuddur, amma hər ikisi ayrı müstəqil xanədanlar olmuşlar. XIV yüzilliyin sonlarında Bərdə, Gəncə və şimal bölgələrini idarə edən ağalardan birinin adı Qaraman bəy idi. Qaraman bəy Qara Yusif bəy Baranlı-Qaraqoyunluya sadiq biri olmuşdur. Vəfat edəndən sonra vilayəti oğulları idarə etməyə başladılar. Elə bu dönəmdə Əmir Teymur Barlasın yürüşləri başlandı.
Qaraqoyunlu eli
== Qaraqoyunlu Ulusu == a) Qara-Qoyunlu oymağı: Qara-Qoyunlu ulusunu ətrafında toplayaraq onun özəyini təşkil edən Qara-Qoyunlu oymağı, Türk etnologiyasında çox dəfə göründüyü kimi, idarəçi bir rol oynamaq surəti ilə qəbiləvi mahiyyətini itirmişdir. 15-ci və 16-cı yüzillərdə Anadolunun müxtəlif yerlərindəki Qara-Qoyunlu və Qaraca-Qoyunlu kimi adlar daşıyan oymaqların, bu oymaq ilə əqrəba olduqlarına dair dəlillərə sahib olmadığımız kimi, Gündoğu Anadolu və Azərbaycanda bəzi qalıqları zamanımızadək gələn tayfalar ilə bu tarixi oymaq arasında daha çox siyasi bir münasibətin varlığına işarə edə bilər. b) Sə’dlü: Qara-Qoyunlu oymağı ətrafında toplanaraq eyni addakı eli (ulus) meydana gətirən digər təşəkküllərə gəldikdə, bunların başında Sə’dlü oymağı gəlir. Bu oymaq daşıdığı adı 14-cü yüzildə (hər halda ortalarında və ya ikinci yarısının başlarında) onu idarə etmiş olan Sə’d adında bir boy-bəyindən almış olub, bu bəyin Qara-Qoyunlu ailəsi ilə qohumluğu olduğu anlaşılır. Çünki, İranlı müəlliflər Sə’din uşaqlarının Qara-Qoyunlu hökmdarlarının əmioğluları olduqlarını söyləməkdədirlər. Naxçıvan və Sürməli yörəsi (Osmanlı tarixçilərinin Sürməli çuxuru), Hafiz-i Əbrunun qeyd etdiyi kimi, bu oymağın əski yurdu idi. 15-ci yüzildən etibarən tarixlərdə tez-tez keçən və Səfəvilərin İrəvan və adı keçən məntəqələrdən mütəşəkkil bir uc əyaləti olan Çuxur-i Sə’d (Çuxr-i Sə’d) və ya Sə’d (Saat) Çuxuru bu qəbilənin adı və yurdu ilə ilgili olsa gərəkdir. Qara-Qoyunlu bəylərindən Qara-Məhəmməd və oğlu Qara-Yusif ilə bəylik davası üçün mücadilə edən və Misirli tarixçilər tərəfindən Qara-Məhəmmədin qardaşının oğlu olduğu söylənən, Pir yaxud Qara-Həsənin bu oymağın başı olması mümkündür. Bu xüsusiyyət nə olursa olsun Sə’dlü oymağı haqqında bildirilməsi gərəkli xüsusdur, onun Qara-Qoyunlu ulusunu təşkil edən ən qüvvətli iki qəbilədən biri olması və Qara-Qoyunluların siyasi uğurlarında önəmli bir rol oynamış olmasıdır. Qara-Qoyunlu dövlətinin yıxılmasından sonra bu oymaq da digər təşəkküllər kimi, ilk öncə Ağ-Qoyunluların sonra da Səfəvilərin xidmətində bulunmuş, fəqət əski əhəmiyyətini davam etdirə bilməmişdir.
Qaraçorlu eli
Qaraçorlu — Azərbaycan ellərindən biridir. Əksər mənbələr, o cümlədən "Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri", Pyer Oberlin, Mehrdad İzadi və Qiyasəddin Qeybullayev onların əslən Xorasandan olan bir kürd kökənli qrup kimi təsvir etmişdir. Buna baxmayaraq, Əhməd Cəfəroğlu onları İran türklərindən olan bir el kimi hesab edib. Azərbaycan mənbələrinə görə, qaraçorlular xəzərlərin bir qoludur. Əsaslanma ondan ibarətdir ki, ərəb qaynaqlarında xəzərlərin ağ xəzərlər və qara xəzərlər olaraq iki qola bölündüyü qeyd olunmuşdur. Qara xəzərlərin bir adı da, guya saçlarının qara olduğuna görə "qaraçur" idi. Qaraçorlular İranın Şərqi Azərbaycan, Ərdəbil və Qərbi Azərbaycan ostanlarında yaşayırlar. Şərqi Azərbaycan ostanında Qaradağ elinin oymaqlarından və Qərbi Azərbaycan və Ərdəbil ostanlarında Şahsevən elinin oymaqlarından məhsub olunur. Onlardan Qafqazda əsasən Zəngəzur regionunda yaşamışlar. Türkiyənin Tokat vilayətinin Zilə ilində də kürd qaraçorlu tayfaları yaşayır.
II Elizabet
Kraliça II Elizabet (bəzi Azərbaycandilli mənbələrdə II Yelizaveta) və ya Elizabet Aleksandra Mariya Vindzor (ing. Queen Elizabeth II, Elizabeth Alexandra Mary Windsor; 21 aprel 1926[…], Meyfer[d], Böyük London – 8 sentyabr 2022, Balmoral qalası[d], Aberdinşir[d]) — Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası, həmçinin Millətlər Birliyinin sədri və ora daxil olan 14 dövlətin kraliçası (Avstraliya, Antiqua və Barbuda, Baham adaları, Beliz, Qrenada, Kanada, Yeni Zelandiya, Papua-Yeni Qvineya, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya, Süleyman adaları, Tuvalu, Yamayka). Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu. 29 may 1953-cü ildən 31 may 1961-ci ilədək Cənubi Afrika İttifaqının Kraliçası olmuşdur. Vindzorlar sülaləsinin nümayəndəsidir. Taxt-taca 6 fevral 1952-ci ildə sahib olub, 2 iyun 1953-cü ildə isə rəsmi tacqoyma mərasimi keçirilib. Elizabet York hersoqu, gələcək Böyük Britaniya kralı VI Georqun (1895–1952) və ledi Elizabet Bouz-Layonun (1900–2002) böyük qızıdır. Onun baba və nənələri: ata tərəfdən Böyük Britaniya kralı V Georq (1865–1936) və kraliça Mariya Tek (1867–1953), ana tərəfədən Stratmor qrafı Klod Corc Bouz-Layon (1855–1944) və Sesiliya Bouz-Layondur (1883–1961). Əmisi VIII Eduard hakimiyyət iddiasından rəsmi əl çəkəndən və atası 1936-cı ilin dekabrında taxt-taca sahib olandan sonra 10 yaşlı Elizabet vəliəhd olur və valideynləri ilə birlikdə Kensinqtondan Bukingem sarayına köçür. Gələcək kraliça xoş əfval-ruhiyyəli atmosferdə böyüyüb.
II Elizabetin ölümü
Birləşmiş Krallıq və Millətlər Birliyinin ən uzun hökm sürmüş kraliçası olan II Elizabet 8 sentyabr 2022-ci ildə Şotlandiyada yerləşən Balmoral qalasında 96 yaşında öldü. Xəbər BBC tərəfindən canlı yayımda Britaniya Yay Vaxtı ilə 18:31-də ictimaiyyətə bildirildi. Günün səhər saatlarında həkimlər sağlamlığının sürətlə pisləşdiyini və tibbi müayinədə olduğunu bildirdi. == Xronologiya == 8 sentyabr 2022-ci ildə İngiltərə vaxtı ilə 12:30-da Bukinqem sarayı kraliçanın müayinə altında olduğunu və həkimlərin narahat olduğunu açıqladı. Kraliçanın ailəsi Vilyam və Harri ilə birlikdə yanında olmaq üçün qalaya getdilər. BBC kraliçanın vəziyyətini yaxından izləmək məqsədi ilə saat 14:00 civarında BBC One proqramını 18:00-a qədər dayandırdı. Digər kanallarda kraliçanın vəziyyəti ilə əlaqəli xüsusi yayım proqramları verildi. Saat 15:00-da BBC müxbiri Yelda Hakim Elizabetin öldüyünə dair heç bir rəsmi açıqlama olmamasına baxmayaraq kraliçanın öldüyü haqda tvit paylaşdı. Daha sonra tviti sildi. 16:30-da Baş nazir Liz Trass kraliçanın ölümü barədə məlumatlandırıldı.
I Elizabet
I Elizabet (7 sentyabr 1533, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 24 mart (3 aprel) 1603, Riçmond sarayı[d], Böyük London regionu[d]) — İngiltərənin Tüdor sülaləsindən olan sonuncu kraliçası. Əlavə olaraq İrlandiyanın və şərti olaraq Fransanın kraliçası hesab edilirdi. Həyatı boyunca heç vaxt evlənmədi və bu səbəbdən tarixi mənbələrdə Bakirə Kraliça adlanır. I Elizabetin iqtidarda olduğu müddət İngiltərə tarixində Qızıl dövr(Golden age) adlanır. Dövrünün üzərindən 4 əsr keçməyinə baxmayaraq öz populyarlığını heç itirməmişdir. == Dünyaya gəlməsi == Atası VIII Henrix,18 yaşında ikən kral olmuş,İspaniya kralı Ferdinand ilə kraliça İzabelin həyatda qalan yeganə qızları Katerina ilə ittifaq evliliyi etmək məcburiyyətində qalmışdı. Lakin 25 yaşında Elizabetin anası olacaq Anna Boleynə aşiq olmuşdu. Katerinadan ayrılmaq istəsə də qanunlar buna mane olurdu, İngilitərə də digər qərbi avropa ölkələri kimi katolik idi və buna görə də bu evliliyin gerçəkləşməsi üçün ruhani lider Papadan icazə istəməli idi. Papa icazə vermədi. İspanlar da bu evliliyə qarşı çıxırdılar və Katerina üzərindən İngiltərəni əl altında saxlamaq istəyirdilər.
Kraliça Elizabet Torpağı
Kraliça Elizabet Torpağı (ing. Queen Elizabeth Land) — Böyük Britaniyanın Antarktika ərazilərinə daxil olan bölgə. Bölgə Ueddell dənizi ilə Cənub qütbü arasında yerləşir. == Tarix == Kraliça Elizabet Torpağı 18 dekabr 2012-ci II Elizabetin taxt-tacda olmasının 60 illiyi münasibətilə adlandırılmışdır == Ətraflı məlumat == Kraliça Elizabet Torpağının ərazisi 437 000 km² təşkil edir. Torpaq üçbucaqlı bir seqment olaraq bir hissəsi cənub qütbünə söykənir. Şimaldan Ronn şelf buzlağı və Filhner şelf buzlağı, şimal-şərqdən Kots Torpağı, şərqdən Kraliça Mod Torpağı ilə sərhədlənir. Kraliça Elizabet Torpağının qərbində Elsuort Torpağı yerləşir. Kraliça Mod Torpağının mərkəzi Pensakol dağlarıdır. Ərazi 1956-cı ili yanvarında aşkarlanmışdır. Torpaq bütün britaniya xəritələrində göstərilir == Argentinanın reaksiyası == Argentina Böyük Britaniyanın bölgəyə olan ərazi iddiasına öz etirazını bildirmişdir.
La Forza (Elina Neçayeva mahnısı)
"La Forza" (azərb. Güc‎) — Estoniyalı soprano Elina Neçayevanın, operatik-pop üslublu mahnısı. Mahnı sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsində, Estoniyanı uğurla təmsil etmişdir. == Mahnı == İtalyan dilində səsləndirilən opera-pop janrlı "La forza" musiqi əsərinin söz yazarları Kseniya Kuçukova və Elina Neçayevadır. Adında da olduğu kimi, insan ruhuna "İlahi güc" bağışlayan möhtəşəm opera əsərinin musiqi bəstəsi isə, Mikel Mattisen və Timo Ventə məxsusdur. Adıçəkilən bəstəkarlar mahnının ifasında, bek-vokalçı olaraq da iştirak etmişdir. == Buraxılış tarixi == == Beynəlxalq arenada == "La forza" Estoniyanın milli seçim yarışması olan "Eesti Laul"un 2018-ci il buraxılışında, Elina Neçayevanın ifası ilə qələbə qazanmışdır. Bu, mahnının beynəlxalq səhnələrdə səslənməsinə şərait yaratdı. Avroviziya Mahnı Müsabiqəsi 2018 İstedadlı soprano sənətçisi Elina Neçayeva sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsinin birinci yarı-finalında, "La forza" mahnısı ilə iştirak etmiş və ümumilikdə 201 xal toplayaraq 5-ci sırada Estoniyanı böyük finala yüksəltmişdir. Möhtəşəm finalda, Avstriyadan sonra və Norveçdən əvvəl, səhnədə 6-cı nömrə altında mahnısını bir daha canlı ifa edən təmsilçi, müsabiqənin yekun səsvermə nəticələrinə əsasən 245 xal toplayaraq, beynəlxalq yarışmanı 8-ci sırada tamamlamışdır.
Lankasterli Elizabet
Lankasterli Elizabet (ing. Elizabeth of Lancaster) (təq. 21 fevral 1363 – 24 noyabr 1425) — İngiltərə kralı III Eduardın oğlu Gentli Con və Lankasterli Blanşın qızı. O, 1378-ci ildə Bant ordeni ilə mükafatlandırıldı. == Həyatı == === Uşaqlıq illəri === Elizabet 21 fevral 1363-cü ildə Lankaster hersoqu Gentli Con və Lankasterli Blanşın ikinci qızı olaraq Burford qalasında dünyaya gəldi. Uşaqlıq illəri bacısı Filipa və qardaşı Henriylə birlikdə ailəsinə aid müxtəlif mülklərdə keçən Elizabetin anası 1368-ci ildə vəfat etdi. Atası Gentli Con 1371-ci ildə Kastilya kralı Pyotrun qızı Konstansa ilə evləndi ancaq o da, 1394-cü ildə vəfat etdi. İkinci xanımının ardından Gentli Con keçmiş məşuqəsi və qızlarının dayəsi olan Ketrin Svinfordla rəsmi nikah bağladı. Elizabet, digər bacı və qardaşları ilə birlikdə ögey analarının himayəsinə girdi və Ketrin Svinfordun səyləriylə mükəmməl təhsil aldı. === Evlilikləri === Elizabet 24 iyun 1380-ci ildə Kenilvort qalasında Pembrok qrafı Con Hastinqlə evləndi.
Liya Eliava
Liya Eliava (28 may 1934, Tiflis, Gürcüstan SSR, SSRİ – 8 oktyabr 1998, Tbilisi) - aktrisa. == Həyatı == Liya Eliava 28 may 1934-cü ildə Tbilisidə anadan olub. 1955-ci ildə Rusiya Teatr İncəsənət Akademiyasını bitirib. Daha sonra Kote Marcanişvili adına Tbilisi Akademik Teatrında işləməyə başlayıb. Oradan da Şota Rustaveli adına Gürcüstan Dövlət Akademik Teatrına keçmişdir. == Filmoqrafiya == Dəli Kür (film, 1969) 1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Tütək səsi (film, 1975) == Aldığı adlar və mükafatlar == Gürcüstan SSR-in Xalq Artisti == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр.
Mark Eliyahu
Mark Eliyahu (ivr. ‏מארק אליהו‏‎ 13 iyul 1982, Mahaçqala) – yəhudi əsilli kamança ifaçısı. == Həyatı == Mark Eliyahu 1982-ci il 13 iyulda Dağıstanda anadan olub və ailəsi ilə birgə 1989-cu ildə İsrailə köçüb. 16 yaşında olarkən Habil Əliyevin kamança ilə ifasına qulaq asır. Bundan təsirlənən Mark Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır. == Musiqi karyerası == 1999-cu ildə Eliyahu "The Spirit of the East" adlı konsertdə çıxış etmişdir. Bu konserti onun atası Piris Eliyahu bəstələmişdir. Həmçinin, konsertdə Alim Qasımov və onun qızı Fərqanə Qasımova da iştirak etmişdilər. Bundan başqa o, bu ildə İsrail Çəmbər Orkestrasının solisti kimi İsrail Musiqi festivalında iştirak etmişdir. 2004-cü ildə o,"Voices of Judea" adlı ilk solo albomunu buraxır.
Matvey Eliseyev
Matvey Eliseyev (31 mart 1993) — Rusiyalı biatlonçu. Matvey Eliseyev Rusiyanı 2018-ci ildə Cənubi Koreyada təşkil edilən XXIII Qış Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Matvey Eliseyev birinci dəfə Olimpiya Oyunlarına 2018-ci ildə qatıldı. O, Cənubi Koreyada baş tutan XXIII Qış Olimpiya Oyunlarında kişilər 10 km məsafəyə sprint yarışlarında iştirak etdi. Eliseyev 26:59.3 saniyəlik nəticəsi ilə 87 atlet arasında 83-cü yeri tutdu və medalçılar sırasına düşə bilmədi.
Meri Elizabet Uinsted
Meri Elizabet Uinsted (ing. Mary Elizabeth Winstead; 28 noyabr 1984, Roki-Maunt[d], Şimali Karolina, ABŞ) — ABŞ aktrisası. O, "Passions" serialında ifa etdiyi Jessica Bennett rolu ilə tanınmağa başlayıb. 2004-cü ildə o, "Tru Calling" serialında, 2005-ci ildə isə superqəhrəman filmi "Sky High"da çəkilib. Onun şöhrəti qorxu serialı "Wolf Lake" ilə daha da artıb, aktrisa "Monster Island", "Təyinat nöqtəsi 3", "Black Christmas" və "Death Proof" kimi bir sıra filmdə rol alıb. == Həyatı == Meri Elizabet Uinsted 28 noyabr 1984-cü ildə Şimali Karolina ştatının Roki-Maunt şəhərində dünyaya gəlib. Anası Betti Lou, atası isə Ceyms Ronald Uinsteddir. O, beş uşaqdan ən kiçiyidir. Babası aktrisa Ava Qardnerin xalası oğludur. Meri beş yaşında ikən ailəsi ilə birlikdə Yuta ştatının Sendi şəhərinə köçüb.
Meri Elizabet Vinsted
Meri Elizabet Uinsted (ing. Mary Elizabeth Winstead; 28 noyabr 1984, Roki-Maunt[d], Şimali Karolina, ABŞ) — ABŞ aktrisası. O, "Passions" serialında ifa etdiyi Jessica Bennett rolu ilə tanınmağa başlayıb. 2004-cü ildə o, "Tru Calling" serialında, 2005-ci ildə isə superqəhrəman filmi "Sky High"da çəkilib. Onun şöhrəti qorxu serialı "Wolf Lake" ilə daha da artıb, aktrisa "Monster Island", "Təyinat nöqtəsi 3", "Black Christmas" və "Death Proof" kimi bir sıra filmdə rol alıb. == Həyatı == Meri Elizabet Uinsted 28 noyabr 1984-cü ildə Şimali Karolina ştatının Roki-Maunt şəhərində dünyaya gəlib. Anası Betti Lou, atası isə Ceyms Ronald Uinsteddir. O, beş uşaqdan ən kiçiyidir. Babası aktrisa Ava Qardnerin xalası oğludur. Meri beş yaşında ikən ailəsi ilə birlikdə Yuta ştatının Sendi şəhərinə köçüb.
Mirça Eliadi
Mirça Eliadi (9 (22) mart 1907[…], Buxarest – 22 aprel 1986[…], Çikaqo) — din tarixçisi və filosof. == Həyatı == Mirça Eliadi 13 mart 1907-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə doğuldu. Uşaqlıq və gənclik illərində biologiya, xüsusilə botanika və entomologiya ilə maraqlanırdı, lakin illər keçdikcə marağı ictimai elmlərə keçdi və beləliklə filologiya və fəlsəfəyə maraq göstərdi. Buna görə də, fəlsəfə təhsili aldı. 1928-ci ildə Buxarest Universitetində fəlsəfə fakültəsini bitirdi. Tezisinin mövzusu İtaliya Renesans filosofları idi. Eyni ildə Sanskrit və Hind fəlsəfəsi öyrənmək üçün Kəlkətə getdi. Eliadi müəllimi Surendranath Dasguptadan təsirləndi. Himalayda Rişikeş Aşramda altı ay yaşadı. Dörd il sonra, 1932-ci ildə təhsilini bitirdikdən sonra Buxarestə qayıtdı döndü.

"eli" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#eli nədir? #eli sözünün mənası #eli nə deməkdir? #eli sözünün izahı #eli sözünün yazılışı #eli necə yazılır? #eli sözünün düzgün yazılışı #eli leksik mənası #eli sözünün sinonimi #eli sözünün yaxın mənalı sözlər #eli sözünün əks mənası #eli sözünün etimologiyası #eli sözünün orfoqrafiyası #eli rusca #eli inglisça #eli fransızca #eli sözünün istifadəsi #sözlük