Emi sözü azərbaycan dilində

Emi

Yazılış

  • Emi • 89.8374%
  • EMİ • 6.9106%
  • emi • 3.2520%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Emi
Emi — ad Emi Uaynhaus — Emi Li - Amerikalı vokalist və bəstəkar. Emi Adams — Amerikan aktrisası və müğənnisi Emi Yip — Çin aktrisası Emi Yamamoto — Yaponiya qadın futbolçusu. Emi Nakacima — Yaponiya qadın futbolçusu. Emi Morris Bredli — ABŞ-nin Men ştatından olan müəllim Emi Paskal — amerikalı biznesmen və film istehsalçısı. Emi Saymetz — amerikalı aktrisa, yazıçı, prodüser, rejissor və redaktor.
Emi Adams
Emi Lu Adams (20 avqust 1974[…]) — ABŞ aktrisası. Həm komediya, həm də drama filmlərindəki rolları ilə şöhrət qazanıb. O, üç dəfə dünyanın ən çox qazanan aktrisalarının illik siyahısında yer alıb. Emi iki "Qızıl Qlobus" mükafatı laureatıdır. Emi Adams karyerasına 1990-cı illərdə musiqili teatrlarda rəqqasəlik edərək başlamışdır. O, 1999-cu ildə "Drop Dead Gorgeous" komediya filmində ilk rolunu almışdır. O, bu dövrlərdə müxtəlif teleseriallarda qısa çıxışlar edir, aşağı büdcəli filmlərdə "ləçər qız" rolunu oynayırdı. Emi 2002-ci ildə kinorejissor Stiven Spilberqin "Bacarırsan tut məni" filmində çəkilib. == Həyatı == Emi Adams İtaliyanın Aviano şəhərində amerikalı ailədə anadan olub. O, dünyaya gələndə atası ABŞ ordusunda xidmət edirdi və İtaliyadakı Caserma Ederle hərbi kompleksində yerləşdirilmişdi.
Emi Li
Emi Li (ing. Amy Lynn Hartzler) - Amerikalı vokalist və bəstəkar. Emi Qremmi mükafatı almış Evanescence rok qrupunun quruçusu və vokalistidir. Bəstəkar və vokalist fəaliyyətləri ilə yanaşı peşəkar səviyyədə pianoçudur. Emi Li təsirləndiyi bəstəkar və musiqiçilər arasında Volfqanq Amadey Mosartı, Torri Amosu və Denni Efmanı göstərmişdir. == Həyatı == Li, Con Li və Sara Kargilin ailəsində dünyaya gəlmişdir. Con Li gecə klublarında, Sara Kargil isə televiziyada işləyirdi. Eminin Robbi adından bir qardaşı, Kerri və Lori adlarında isə iki bacısı vardır. Əslində Eminin üç bacısı olmuşdur. Ancaq həmin bacısı asma xəstəsi olduğundan rahat formada nəfəs ala bilmirdi.
Emi Nakacima
Emi Nakacima (d. 27 sentyabr 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 65 oyun keçirib, 13 qol vurub.
Emi Paskal
Emi Bet Paskal (ing. Amy Beth Pascal) — amerikalı biznesmen və film istehsalçısı. 2006-cı ildən 2015-ci ilə qədər Sony şirkətində işləmişdir. Paskal 2016-cı ildə Pascal Pictures şirkətini qurmuşdur. == Şəxsi həyatı == Paskal keçmiş müxbir Bernard Ueinraub ilə 1997-ci ildə evlənmişdir. Oğulları ilə birlikdə Los-Anceles şəhərinin Brentvud ərazisində yaşayırlar.
Emi Saymetz
Emi Linni Saymetz (ing. Amy Lynne Seimetz; 25 noyabr 1981, Tampa, Florida) — amerikalı aktrisa, yazıçı, prodüser, rejissor və redaktor. == Həyatı == Saymetz 25 noyabr 1981-ci ildə Florida ştatının Tampa şəhərində anadan olmuşdur. Los-Ancelesə köçməmişdən əvvəl Florida Dövlət Universitetində film təhsili almışdır. Təhsil aldığı müddətdə dayə, ofsiant və dərzi olaraq işləmişdir. == Şəxsi həyatı == Saymetz 2016-cı ildə film istehsalçısı Şen Kerrat ilə nişanlanmışdır. 2019-cu ildə cütlük ayrılmışdır.
Emi Uaynhaus
Emi Uaynhaus (ing. Amy Jade Winehouse; 14 sentyabr 1983[…] – 23 iyul 2011[…], Kamden[d], London, Birləşmiş Krallıq) — güclü kontralto səsi və eksentik musiqi janrların qarışmasını ifa etməsi ilə məşhur, əsasən R&B, soul və caz, britaniyalı müğənni və mahnıların müəllifi. Tənqidçilər onu 2000-ci illərin aparıcı ifaçılardan biri kimi tanımışdılar. Səsi old school ifaçıları Ella Fitscerald, Dina Vaşinqton və Sara Voqanın səsinə bənzəyir. 2006-cı ildə çıxan Back to Black adlı albomu 5 Qremmi mükafatına layiq görülmüşdür. Ona görə də Ginnesin rekordlar Kitabına 5 dəfə Qremmi mükafatı alan birinci Britaniyalı kimi qeyd olunub. 2007-ci ildə "Ən yaxşı britaniyalı qadın ifaçı" kimi Brit Awards mükafatı almışdır. Uaynhaus 2011-ci il iyul ayının 23-də alkoqoldan zəhərlənərək ölüb. == Həyatı == Emi Ceyd Uaynhaus 1983-cü ilin sentyabrın 14-də Londonda Yəhudi ailədə anadan olmuşdur. Onun valideynləri – Rusiya imperiyasıdan mühacirət edənlər Yəhudilərin övladları idilər.
Emi Vaynhauz

Emi Yamamoto
Emi Yamamoto (d. 9 mart 1982) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 22 oyun keçirib, 4 qol vurub.
Emi Yip
Emi İp (çincə: Amy Yip, 10 iyul 1966) — Çin aktrisası. 1980–1990-cı illərdə Honq Konq filmlərinin seks simvolu sayılırdı. Bir sıra erotik filmlərdə çəkilmiş və sinəsi ilə tamaşaçıların diqqətini cəlb etmişdir. İlk illərdə seriallarda, daha sonra filmlərdə çəkilmişdir. 2006-cı ildə Emi İp "East Weekly" verilişinə müsahibəsində söyləmişdir ki, 15 ildir Lim Kiam Hvi (Lim Kiam Hwee) ilə görüşməsinə baxmayaraq heç vaxt evlənməyi düşünməmiş və övladının olmasını istəməmişdir. Emi İp müsahibəsində sinəsi sayəsində tamaşaçıların diqqətini cəlb etmək niyyətdə olmadığını söyləmişdir."Həbsxana erotikası", Seks və Zen və sıra Erotik filmlərə çəkilmişdir.
Emi İp

Emi Smart
Emi Smart (26 mart 1976, Los-Anceles, Kaliforniya) - Amerikalı aktrisa və modeldir. O, 1999-cu ildə çəkilmiş Varsity Blues filmindəki canlandırdığı Julie Harbor obrazı ilə tanınmışdır. Aktrisaya digər şöhrət gətirən film isə Columbus Circle filmi olmuşdur. O, bu filmdə Lillian Hart obrazını canlandırmışdır. Aktrisa və model Emi Smart 26 mart 1976-cı ildə Kaliforniya ştatının Topanqa şəhərində anadan olmuşdur.
Emi Morris Bredli
Emi Morris Bredli (Tam adı: ing. Amy Morris Bradley; 12 sentyabr 1823 – 15 yanvar 1904, Uilminqton[d], Şimali Karolina) — ABŞ-nin Men ştatından olan müəllim, Mərkəzi Amerikada ilk ingilis dilli məktəbin qurucusu. O, ömrünün 30 ildən çoxunu Vilminqtonda ödənişsiz məktəblərin yaradılmasına həsr etmişdir. == İlk illəri == Emi 12 sentyabr 1823-cü ildə Men ştatının Şərqi Vassalboro qəsəbəsində anadan olmuşdur. Amerika inqilabının əsgərlərindən Eysa Bredlinin nəvəsidir. Altı yaşında anası vəfat edib və çoxuşaqlı ailəni təkbaşına qoyub. Emi ailənin yaşca ən kiçik fərdi idi. == Fəaliyyəti == 1840-cı ildə qəsəbə məktəblərində dərs deməyə başlayıb. Dörd il sonra Qardinerdə gimnaziyalardan birinin rəhbəri təyin edilmişdir. 1846-cı ildə Çarlztaunda Vinztrop gimnaziyasında, daha sonra Şərqi Kembricdə Patnem gimnaziyasında müəllim köməkçisi kimi işləyir.
Frank (Emi Uaynhaus albomu)
Frank — Emi Uaynhausun birinci albomu.
Hümbət Eminov
Hümbət Oruc oğlu Eminov — Alim, kimya elmləri namizədi, dosent, Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Sumqayıt filialının (indiki Sumqayıt Dövlət Universiteti) kimya-texnologiya fakültəsinin dekanı, daha sonra qiyabi və axşam şöbəsi üzrə prorektoru (1992-1994), "Analitik kimya" kafedrasının müdiri (2004-cü ildən). == Həyatı və elmi fəaliyyəti == Hümbət Eminov 1940-cı ildə Qazax şəhərində anadan olmuşdur. 1948-ci ildə Qazax şəhər 1 saylı orta məktəbinə gedib, 1958-ci ildə həmin məktəbi bitirmişdir. 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsinə daxil olmuş və 1963-cü ildə həmin fakültəni müvəffəqiyyətlə başa vurmuşdur. 1963-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyasının Neft və Kimya Prosesləri İnstitutunda əmək fəaliyyətinə başlamışdır. 1973-cü ildə dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 1977-ci ildə baş elmi işçi vəzifəsinə keçirilmişdir. 1981-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Sumqayıt filialının (indiki Sumqayıt Dövlət Universiteti) "Əsas üzvü və neft-kimya sintezinin texnologiyası” kafedrasına müsabiqə yolu ilə dosent seçilmişdir. 1983-cü ildə kimya-texnologiya fakültəsinə müsabiqə yolu ilə dekan seçilmiş, 1992-1994-cü illərdə isə institutun qiyabi və axşam şöbəsi üzrə prorektoru olmuşdur. 1995-ci ildə yenidən kimya-texnologiya fakültəsinə dekan seçilmiş və 2003-cü ilə qədər həmin vəzifədə çalışmışdır.
Inula eminii
Inula eminii (lat. Inula eminii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Jan Moris Emil Bodo
Jan Moris Emil Bodo — Teleqrafiya sahəsində fransız ixtiraçısı. Müntəzəm cərəyan kodlarının ardıcıl verilməsi vasitəsilə çoxdəfəli teleqraflamanı ilk dəfə əməli surətdə həyata keçirmiş, 1874-cü ildə ikidəfəli, 1876-cı ildə isə beşdəfəli ardıcıl teleqraflama aparatına görə patent almışdır. Bodonun ilk aparatları Paris-Bordo xəttində işə salınmışdır (1877). Teleqraflamada sürət vahidi–bod onun şərəfinə adlandırılmışdır (1927).
Karl Emil Hansen Ostenfeld
Karl Emil Hansen Ostenfeld (dan. Carl Emil Hansen Ostenfeld; 3 avqust 1873 – 16 yanvar 1931, Kopenhagen) — Danimarka botaniki, mikoloqu, alqoloqu. == Şərəfinə adlandırılmış taksonlar == Ostenfeldiella Ferd. & Winge, 1914 (=Plasmodiophora) Euphrasia ostenfeldii (Pugsley) Yeo, 1971 Hieracium ostenfeldii Dahlst., 1903 Posidonia ostenfeldii Hartog, 1970 Taraxacum ostenfeldii Raunk., 1906 == Ədəbiyyat == Paulsen, Ove, 1931. C. H. Ostenfeld. Botanisk Tidsskrift, bd. 41. Nelson, E. Charles & Mary J. P. Scannell, 1978. C. E. H. Ostenfeld's Western Australian plants in the Herbarium, National Botanic Gardens, Glasnevin. Glasra 2: 1–24.
Karl Qustav Emil Mannerheym
Karl Qustav Emil Mannerheym (fin Carl Gustaf Emil Mannerheim; 4 (16) iyun 1867[…] – 27 yanvar 1951, Lozanna) —finlandiyalı hərbi və dövlət xadimi. İkinci dünya müharibəsi ərzində Finlandiya müdafiə qüvvələrinin baş komandanı, marşal və Finlandiyanın altıncı prezidenti olmuşdur (1944–1946). == Həyatı == İsveç əsilli bir ailədə anadan olmuş Mannerheym 1889-cu ildə Rusiya ordusunda xidmətə başlamışdır. Həmin dövrdə Finlandiya Rusiya imperiyasının tərkibində yerləşirdi. Rusiya ordusunun tərkibində Birinci dünya müharibəsi və Rus-yapon müharibəsindəki fəal iştirakına görə, general-leytenant rütbəsinə qədər yüksəlmişdir. 1917-ci ildə Finlandiya müstəqilliyini elan etdikdən sonra öz ölkəsinə qayıtmış və xidmətini burada davam etdirmişdir. Monarxiya tərəfdarı olan Mannerheym Finlandiya vətəndaş müharibəsi zamanı bolşeviklərə qarşı olan Ağ Qaravulların komandanlığını üstlənmiş və almanların da köməyi ilə bolşevikləri məğlub edərək Sovet qoşunlarını ölkədən çıxartdı. 1918-ci ilin dekabrında kral naibi vəzifəsinə təyin olunur və 1919-cu ildə respublika elan olunana qədər bu vəzifədə qalır. 1919–1931-ci illər aralığında könüllü olaraq tibbi və sosial yardım təşkilatlarında çalışır. 1931-ci ildə Milli Müdafiə Şurasının rəhbərliyinə təyin olunan Mannerheym bu vəzifədə xidmət etdiyi səkkiz il ərzində Leninqrad şəhərinin qarşısında yerləşən Karel bərzəxini boydan-boya keçən və SSRİ-dən gələ biləcək hücumların qarşısını almaq üçün planlanan Mannerheym xəttinin hazırlanmasını tamamlamışdır.
Martin Emis
Martin Lues Emis (ing. Martin Louis Amis, 25 avqust 1949[…], Oksford – 19 may 2023) — britaniyalı roman yazarı, esseist, memuarist və ssenarist. Money(1984) və London Fields(1989) onun ən məşhur romanlarıdır. O, şah əsəri olan Experience-a görə James Tait Black Memorial mükafatına layiq görülmüşdür və indiyə qədər iki dəfə Booker mükafatı ilə təltif olunmuşdur (1991-ci ildə Time's Arrow və 2003-cü ildə Yellow Dog əsərlərinə görə). Amis 2011-ci ilə qədər Mançester Universitetinin Yeni Yazı Mərkəzində Yaradıcı Yazının Professoru kimi xidmət edir. 2008-ci ildə The Times qəzeti onu 1945-ci ildən bəri yaşayan 50 ən yaxşı britaniyalı yazıçılardan biri adlandırıb. Emis cəfəngiyyat və anlamsızlıqları qəbul etmiş sonuncu kapitalist olan Qərb Cəmiyyəti üzərində işlər apararaq, tez-tez qəribə və gülünc karikaturaları tənqid edir. Sol Bellou, Vladimir Nabokov, Ceyms Coys, həmçinin atası Kinqsli Amis tərəfindən ruhlandırılaraq, özünün 20-ci əsrin sonu və 21-ci əsrin əvvəllərində Vil Selv və Zadi Smit kimi bir çox uğurlu yazıçılara təsiri olmuşdur. == Erkən həyatı == Emis Uelsdə Suonsi şəhərində anadan olmuşdur. Onun atası, ingilis roman yazarı Kinqsli Amis Londondan olan xardal fabrikantının katibinin oğlu; anası Hilari "Hilli" Bardvel dövlət qulluqçusu Kənd Təsərrüfatı Nazirinin qızı idi.
Mehmet Emin Koral
Mehmet Emin Koral (türk. Mehmet Emin Koral) (d. 1881, İstanbul – ö. 12.08.1959, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == Hacı Mustafa bəyin oğludur. 1900-cü ilin 14 martında Topçu və İstehkam Hərbi Akademiyasınının Topçu bölməsinə daxil olmuş və 1902-ci ilin 6 dekabrında oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə 1905-ci ilin 5 noyabrında Hərbi Akademiyadan kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 11 yanvar 1922-ci ildə Türkiyə İstiqlaliyyət Müharibəsinə qatılmaq üçün İneboluya gəldi. 23 yanvar 1922-ci ildə 1-ci Ordunun Baş Qərargah rəisi təyin edildi.
Mehmet Emin Yazqan
Mehmet Emin Yazqan (türk. Mehmet Emin Yazgan) (d. 1876, İstanbul, Osmanlı İmperiyası - ö. 21.02.1961, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1892-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ildə oranı leytenant rütbısi ilə bitirmişdir. Bir sıra vəzifələrdə xidmət etmişdir. Osmanlı-Yunan müharibəsində (1897), İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 1927-ci il avqustun 30-da general-mayor rütbəsinə yüksəlmiş və Paşa olmuşdur. 16 dekabr 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı.
Mehmet Emin Çolağoğlu
Mehmet Emin Çolağoğlu (türk. Mehmet Emin Çolakoğlu) (d. 1878, Şəbinqarahisar - ö. 1939, İstanbul, Osmanlı İmperiyası) — Türk əsgəri. == Hərbi fəaliyyəti == Mehmet Emin Çolağoğlu 1895-ci il aprelin 12-də baş leytenantın rütbəsi ilə Topçu və Mühəndislik Akademiyasından məzun oldu. 3 iyul 1909-cu ildə hərbi biliklərini artırmaq üçün Almaniyaya göndərildi. 1912-ci ildə Rumıniyadakı Topçu Atıcılıq Məktəbində kurs keçdi. Almanca və fransızca bilirdi. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdi. 1921-ci ilin 27 aprelində Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu.
Mir Həmzə Eminov
Mirhəmzə Mirhəsən oğlu Eminov (18 iyun 1932, Yuxarı Yaycı, Naxçıvan MSSR – 12 dekabr 1980, Yuxarı Yaycı, İliç rayonu) — tütünçü, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1968), Sosialist Əməyi Qəhrəmanı (1973). == Həyat və əmək fəaliyyəti == Mirhəmzə Eminov 18 iyun 1932-ci ildə Noraşen rayonu (indiki Şərur rayonu) Yuxarı Yaycı kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1958-ci ildə S.Vurğun adına kolxozda başlamış, bu kolxozda kolxozçu, inşaat briqadiri (1959–1960), aqronom (1960–1961) və 1961-ci ildən briqadir işləmişdir. 1968-ci ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü olmuşdur. 1976-cı ildən AKP MK üzvü, SSR Ali Sovetinin (7-ci və 8-ci çağırış) deputatı olmuşdur. 1972-ci ildə tütünçülük sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. SSRİ Ali Sovetinin 12 dekabr 1973-cü il tarixli qanunu ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, "Oraq və Çəkic" medalı, o cümlədən Lenin ordeni və "Qırmızı əmək bayrağı" ordeniləri ilə təltif olunmuşdur. 1976-cı ildə Azərbaycan SSR dövlət mükafatına layiq görülmüşdür. Mirhəmzə Eminov 12 dekabr 1980-ci ildə İliç rayonunda vəfat etmişdir.
Mirhəmzə Eminov

Mixay Eminesku
Mixay Eminesku (15 yanvar 1850[…] – 15 iyun 1889, Buxarest, Rumıniya Krallığı) - rumınyali şair, nasir və jurnalist. == Həyatı == Mixay Eminesku (əsl soyadı – Eminoviç) 15 yanvar, 1850-ci ildə, Rumıniynın Botoşani şəhərində çoxuşaqlı ailədə dünyaya göz açıb. Mixay uşaqlığının erkən illərini doğulduğu Botoşani və İpoteşti şəhərində, atasının ailəsinə məxsus evdə keçirib. 1858-ci ildən 1866-cı ilə qədər o, Çernivçidə orta məktəbdə oxuyub, son illərdə isə təhsilini davam etdirməkçün gimnaziyaya gedib. Gimnaziyadakı təhsilini başa çatdırmayıb, 1869-cu ildə, 19 yaşında Mixay atasının qərarı ilə ali təhsil almaq üçün Vyana Universitetinə göndərilib. Mixayın atası çox uşaq sahibi olduğuna baxmayaraq o, bütün övladlarının ali təhsil alması üçün əlindən gələni edir, maddi sıxıntıya baxmayaraq onlara bu yolda hər zaman dəstək olurdu. Mixay isə yüksək qiymət almaqda həmişə qardaşlarından geri qalırdı. Lakin onun sevdiyi elm sahəsi vardı – dil və ədəbiyyat fənni. Ona rumın dilini və ədəbiyyatı sevdirən isə sevimli müəllimi, 1848-ci ilin inqilab iştirakçısı, filoloq Aron Pumnul olub. Aron Pumnul tək Mixayda deyil, gimnaziyada dərs dediyi bütün tələbələrində rumın dilinə sevgi və bununla birlikdə onlarda güclü vətənpərvərlik hissi yaratmışdı.
Monodelphis emiliae
Monodelphis emiliae (lat. Monodelphis emiliae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinin kisəli yerqazanlar cinsinə aid heyvan növü.
Muradov Emin
Məhməd Emin Koral
Mehmet Emin Koral (türk. Mehmet Emin Koral) (d. 1881, İstanbul – ö. 12.08.1959, İstanbul) — Türk əsgəri. == Hərbi fəaliyyəti == Hacı Mustafa bəyin oğludur. 1900-cü ilin 14 martında Topçu və İstehkam Hərbi Akademiyasınının Topçu bölməsinə daxil olmuş və 1902-ci ilin 6 dekabrında oranı leytenant rütbəsi ilə bitirmişdir. Daha sonra isə 1905-ci ilin 5 noyabrında Hərbi Akademiyadan kapitan rütbəsi ilə məzun olmuşdur. Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 11 yanvar 1922-ci ildə Türkiyə İstiqlaliyyət Müharibəsinə qatılmaq üçün İneboluya gəldi. 23 yanvar 1922-ci ildə 1-ci Ordunun Baş Qərargah rəisi təyin edildi.
Məhməd Emin Yazqan
Mehmet Emin Yazqan (türk. Mehmet Emin Yazgan) (d. 1876, İstanbul, Osmanlı İmperiyası - ö. 21.02.1961, İstanbul, Türkiyə) — Türk əsgəri. == Hərbi fəaliyyəti == 1892-ci ildə hərbi məktəbə daxil olmuş və 1895-ci ildə oranı leytenant rütbısi ilə bitirmişdir. Bir sıra vəzifələrdə xidmət etmişdir. Osmanlı-Yunan müharibəsində (1897), İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. 1927-ci il avqustun 30-da general-mayor rütbəsinə yüksəlmiş və Paşa olmuşdur. 16 dekabr 1935-ci ildə öz istəyi ilə təqaüdə çıxdı.
Məhməd Emin Çolağoğlu
Mehmet Emin Çolağoğlu (türk. Mehmet Emin Çolakoğlu) (d. 1878, Şəbinqarahisar - ö. 1939, İstanbul, Osmanlı İmperiyası) — Türk əsgəri. == Hərbi fəaliyyəti == Mehmet Emin Çolağoğlu 1895-ci il aprelin 12-də baş leytenantın rütbəsi ilə Topçu və Mühəndislik Akademiyasından məzun oldu. 3 iyul 1909-cu ildə hərbi biliklərini artırmaq üçün Almaniyaya göndərildi. 1912-ci ildə Rumıniyadakı Topçu Atıcılıq Məktəbində kurs keçdi. Almanca və fransızca bilirdi. İtaliya-Osmanlı müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdi. 1921-ci ilin 27 aprelində Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu.
Nurlan Eminov
Oustalet Emile
Oustalet Emile (fr. Jean-Frédéric Émile Oustalet; 24 avqust 1844-23 oktyabr 1905) — fransız zooloqu.
Pul emissiyası
Pulların emissiyası (ing. Money creation) — bu tədavülə əlavə pul burax­maq­dır ki, bu da tədavüldə olan pul kütləsinin artımına gətirir çıхa­rır. Emissiya (ing. issue) — bütün növ pul nişanlarının və qiymətli kağızların dövriyyəyə buraxılması. Pul nişanlarının emissiyası bir qayda olaraq dövlətə məxsusdur. Pulun emissiyasını ölkənin Mərkəzi Bankı həyata keçirir. Qiymətli kağızların emissiyası isə həm dövlət orqanları, həm də qeyri-dövlət qurumları tərəfindən həyata keçirilə bilər. Məhz bu cəhətinə görə qiymətli kağızları 2 qrupda təsnifləşdirilir: dövlət və qeyri dövlət . == Haqqında == Tədavülə pul buraxmaq hər gün bank əməliyyatları apa­rı­lan zaman icra olunur. Nağd pulun tədavülə buraxılması kas­­sa əməliyyatı aparılan vaxt baş verir bu da bankların müş­­tərilərə öz kassalarından nağd pul verməsi ilə davam edir (əməkhaqqının ödənişi, nağd formada əhaliyə verilən ssudalar).
Qiymətli kağızların emissiyası
Qiymətli kağızların emissiyası — emissiya qiymətli kağızlarının maliyyə bazarlarında yerləşdirilməsi üçün emitentin qanunla müəyyən edilmiş hərəkətlərinin ardıcıllığı; qiymətli kağızların dövriyyəyə buraxılması, o cümlədən qiymətli kağızların onların ilk sahiblərinə - vətəndaşlara və ya hüquqi şəxslərə satılması. Şirkətlər tərəfindən qiymətli kağızların (səhmlərin və istiqrazların) buraxılması uzunmüddətli (buraxılmış) kapitalın cəlb edilməsi vasitələrindən biridir. Bir qayda olaraq, səhmlər əlavə kapitala cari ehtiyacları ödəmək üçün səhmdar cəmiyyət tərəfindən buraxılır, istiqrazlar isə uzunmüddətli borclanma növüdür. Qiymətli kağızların emissiyası sənaye, ticarət, kommunal və məişət xidməti, kredit və maliyyə sahəsində səhmdar cəmiyyətləri, habelə dövlət tərəfindən həyata keçirilə bilər. == Qiymətli kağızların buraxılışının mərhələləri == Qiymətli kağızların standart emissiyası aşağıdakı addımları əhatə edir: emissiya qiymətli kağızlarının yerləşdirilməsi haqqında qərar qəbul edilməsi; səhm qiymətli kağızlarının buraxılması haqqında qərarın təsdiq edilməsi; emissiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı; emissiya qiymətli kağızlarının yerləşdirilməsi (qiymətli kağızların əsas sahiblərə verilməsi); emissiya qiymətli kağızlarının emissiyasının nəticələri haqqında hesabatın dövlət qeydiyyatına alınması və ya emissiya qiymətli kağızlarının buraxılışının nəticələri haqqında bildirişin qeydiyyat orqanına təqdim edilməsi. Bəzi hallarda qiymətli kağızların buraxılması proseduru standartdan fərqli ola bilər. Beləliklə, məsələn, birləşmə, bölünmə, ayrılma və çevrilmə formasında həyata keçirilən səhmdar cəmiyyəti yaradılarkən və ya hüquqi şəxslərin yenidən təşkili zamanı qiymətli kağızların buraxılması qaydası aşağıdakı kimidir: emissiya qiymətli kağızlarının yerləşdirilməsi haqqında qərar qəbul edilməsi; emissiya qiymətli kağızlarının yerləşdirilməsi; emissiya haqqında qərarın və emissiya qiymətli kağızlarının emissiyasının nəticələri haqqında hesabatın təsdiqi; emissiyanın eyni vaxtda dövlət qeydiyyatı və emissiya qiymətli kağızlarının emissiyasının nəticələri haqqında hesabat. == Qiymətli kağızların buraxılışının məqsədləri == Məsələnin məqsədi lazımi vəsaiti toplamaqdır. Qiymətli kağızlar emitentlər tərəfindən aşağıdakı məqsədlərdən biri üçün buraxılır: Səhmdar cəmiyyəti yaradılarkən ilkin nizamnamə kapitalının formalaşdırılması; Səhmdar cəmiyyətinin nizamnamə kapitalının artırılması; Əvvəllər buraxılmış qiymətli kağızların konsolidasiyası və ya bölünməsi; Səhmdar cəmiyyətinin və ya digər hüquqi şəxslərin yenidən təşkili (səhmdar cəmiyyətinə çevrildikdə); Təsərrüfat subyektinin əvvəllər buraxılmış qiymətli kağızlarının verdiyi hüquqların həcminin dəyişməsi; Öz kapitalının doldurulması (borc alınmayan investisiyaların cəlb edilməsi); Borclanmış investisiyaların cəlb edilməsi. == Qiymətli kağızlar prospektində yerləşdirilmiş məlumatlar == Qiymətli kağızlar prospektində yerləşdiriləcək qiymətli kağızlar haqqında aşağıdakı məlumatlar göstərilməlidir: səhmlər haqqında ümumi məlumat (kateqoriya, növü, hərəkət forması); qiymətli kağızlara hüquqların saxlanması və uçotu qaydasını; emissiyanın ümumi həcmi (nominal ilə); yerləşdiriləcək səhmlərin sayı; bir səhmin nominal dəyəri; səhmlərin verdiyi hüquqlar; istiqrazlar haqqında ümumi məlumatlar (istiqrazların seriyası və forması, buraxılışının ümumi həcmi, yerləşdiriləcək istiqrazların sayı, bir istiqrazın nominal dəyəri; istiqrazların verdiyi hüquqlar; istiqrazın ödəmə müddəti; istiqrazların ödənilməsi şərtləri və qaydası; qiymətli kağızların emitenti haqqında məlumatlar; qiymətli kağızlara hüquqların uçotunu aparan təşkilatların (registratorların) adları; qiymətli kağızların yerləşdirilməsinin başlama və bitmə tarixləri; yerləşdirilmiş istiqrazlar üçün təminat; qiymətli kağızların yerləşdirilməsinin dəyəri və hesablaşma şərtləri (qiymətli kağızın yerləşdirilməsi qiyməti və ödəniş forması) haqqında məlumat; qiymətli kağızların ödənilməsi şərtləri və qaydası; qiymətli kağızların ilkin yerləşdirilməsində iştirak edən təşkilatlar (anderrayterlər) haqqında məlumatlar; qiymətli kağızların yerləşdirilməsindən əldə edilən vəsaitdən istifadə istiqaməti; qiymətli kağızlardan gəlirlər haqqında məlumat; yerləşdirilmiş qiymətli kağızlar üzrə gəlirlərin vergiyə cəlb edilməsi qaydası və s.
Qurd (Fərid Eminov)
Fərid Eminov və ya tanınan adı ilə Qurd (tam adı: Fərid Nəsir oğlu Eminov; 20 may 1985, Bakı Azərbaycan) — Azərbaycanlı reper. == Həyatı == Fərid Nəsir oğlu Eminov 1985-ci il may ayının 20-sində Bakı şəhərində anadan olub (Əslən Cənubi Azərbaycanlıdır). İlk təhsilini 1992–2003-cü illər Bakı şəhər 8 nömrəli tam orta məktəbdə almışdır. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Ekologiya fakültəsinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. 2007–2008-ci illərdə öz hərbi xidmətini Azərbayacan Dövlət Sərhəd xidmətində yerinə yetirmişdir. Qurd birinci evliliyindən iki oğula sahibdir, Rəsul və Murad Eminovlar. 2021-ci ildə 2-ci dəfə ailə həyatı qurmuşdur. == Karyera == Öz fəaliyyətinə 2000-ci ildə Miri Yusifin layihəsi olan "Dəyirman" qrupunda başlayıb. Miri Yusif tərəfindən "Qurd" ləqəbi verilib və bu ləqəb ilə tanınır. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olmuşdur.
Qüstav Emil Buassonad de Fontarabi
Qüstav Emil Buassonad de Fontarabi (fr. Gustave Émile Boissonade de Fontarabie; 7 iyun 1825, Vensen – 27 iyun 1910, Antib) – Fransa hüquqşünası. O, Meyci hökumətinin xarici məsləhətçilərindən biri olmuş, Yaponiyanın mülki məcəlləsinin hazırlanmasında iştirak etmişdir. == Həyatı və karyerası == Qüstav Buassonad 1825-ci ildə Fransada doğulmuşdur. Paris Universitetində hüquq üzrə təhsil almış və doktorat dərəcəsi ilə məzun olmuşdur. Daha sonra Qrenobl Universitetində dərs deməyə başlamışdır. 1873-cü ildə Ədalət Nazirliyinin dəvəti ilə Yaponiyaya gəlmiş və 1895-ci ilə qədər Yaponiya hökuməti üçün işləmişdir. Buassonad Yaponiyada Xarici İşlər Nazirliyinin, Qenroin təşkilatının və İmperial Hakimiyyət Bürosunun məsləhətçisi kimi xidmət göstərmişdir. Ədalət Nazirliyinin Hüquq Məktəbinin təlimçisi kimi bir çox hüquqşünas yetişdirmişdir. O, Yaponiyanın cinayət məcəlləsinin və mülki məcəlləsinin tərtib olunmasında iştirak etmişdir.
Recco nel Emiliya
Reggio nell'Emilia — (bəzən Reggio Emilio və ya yalnız Reggio, Reggio ləhcəsi: rez o Res, Latınca: Regium Lepidi və Regium) şimal İtaliyanın Emilia-Romagna regionunun və eyni adlı Reggio Emilio vilayətinin mərkəzidir. Reggio nell'Emilio bələdiyyəsi sərhədləri içində (231.10.2010 etibarilə) əhali 169.554 adamdır. Şəhərin ortasında olan köhnə məhəllə altıbucaqlı şəkilli çevrilidir, bu regiondakı binalar 16.-17. əsrlərdə inşaedilmişdir.
Rekko nel Emiliya

"emi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#emi nədir? #emi sözünün mənası #emi nə deməkdir? #emi sözünün izahı #emi sözünün yazılışı #emi necə yazılır? #emi sözünün düzgün yazılışı #emi leksik mənası #emi sözünün sinonimi #emi sözünün yaxın mənalı sözlər #emi sözünün əks mənası #emi sözünün etimologiyası #emi sözünün orfoqrafiyası #emi rusca #emi inglisça #emi fransızca #emi sözünün istifadəsi #sözlük