əmi sözü azərbaycan dilində

əmi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əmi • 84.7348%
  • Əmi • 15.0065%
  • ƏMİ • 0.2587%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əmi Məmmədov
Əmi Ağa oğlu Məmmədov (1922, Bakı – 26 mart 1944, Mikolayev) — Sovet İttifaqı Qəhrəmanı (1945). Əmi Məmmədov 1922-ci ildə Bakı şəhərində anadan olub. Suraxanı RHK-dan 1941-ci ildə orduya çağırılmışdır. Əmi Məmmədov Suxumi ətrafında ilk dəfə vuruşmaya girmiş və orada kəşfiyyatçı keyfiyyətlərinə malik olduğunu göstərmişdir. Nikolayev desantı əməliyyatı keçirilməzdən əvvəl o, artıq təcrübəli döyüşçü idi. Novorossiysk və Taqanroq yaxınlığındakı desant əməliyyatları Kerç, Mariupol, Feodosiya uğrunda döyüşlərdə iştirak etmiş, dəfələrlə yaralanmış, döyüş ordenlərinə və medallarına layiq görülmüşdür. 1944-cü ilin martında Nikolayevdə desantçıların faşistlərlə qeyri-bərabər döyüşündə həlak olmuş 67 nəfərə 1944-cü ilin aprelində Sovet İttifaqı Qəhrəmanı adı verildi. 55 nəfər dəniz piyadasından, 10 nəfər istehkamçıdan və 2 nəfər radisdən ibarət olan Nikolayev desantının iştirakçılarının soyadları dəqiqləşdirərkən 4 nəfər bakılı olduğu müəyyənləşdirildi: Əzizbəyov rayonundakı (Xəzər rayonu) neft trestində nəqliyyat sexinin şoferi Əmi Ağa oğlu Məmmədov, Paris Kommunası adına zavodun dəmirçisi Pavel Osipov, Suraxanı neftçisi Nikolay Petruxin və Bakıdakı 4-cü dəyirmanın yükvuranı Mixail Xakimov. Həmyerlilər arasında Pavel başçı, Əmi ən cürətli, Mixail ən güclü, Petruxin ən müdrik adam sayılırdılar. 26 mart 1944-cü ildə Ukrayna Respublikasının Nikolayev şəhərində həlak olub və orada dəfn edilmişdir.
Əmi xan Xoyski
Əmir xan Cahangir xan oğlu Xoyski (1888, Yelizavetpol – 1954, Ankara) — Qubada və Bakıda qubernatorun müavini olub. 1919-cu il oktyabrın on üçündə Qazax qəzasının qubernatoru təyin edilib. Əmir xan Xoyski 1888-ci ildə Gəncədə doğulmuşdu. O, Fətəli xan Xoyskinin böyük qardaşı Cahangir xanın oğluydu. Ali təhsilini Peterburq Universitetinin hüquq fakültəsində almışdı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Əmir xan Xoyski Bakı qubernatorunun böyük köməkçisi vəzifəsində (1-ci müavini-vitse-qubernator), aylıq məvacibi 2700 manat idi. O, bu vəzifəyə Azərbaycan Cümhuriyyəti daxili işlər nazirinin əvəzi, general-mayor M. S. Ağabəyzadənin 25 sentyabr 1919-cu il tarixli əmri ilə qubernator Əmir bəy Nərimanbəyovla bir gündə təyin edilmişdi. Daha sonra Gəncə qəzasının rəisi işləmişdi. Ə. Xoyski 1919-cu il oktyabrın 13-də Azərbaycan hökumətinin qərarı və Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə Qazax qəzasının qubernatoru olmuş, 1920-ci ilin əvvəllərindən isə Qazax qəzasında DİN-in Xüsusi Səlahiyyətli müvəkkili təyin edilmişdi. Bu vəzifə general-qubernator vəzifəsinə bərabər idi və Ə. Xoyskiyə müstəsna hüquqlar vermişdi.
Ay Molla əmi
Ay Molla əmi — Qacar hökumətində bilavasitə mürtəce və Məhəmmədəli Mirzənin sarayına bağlı qüvvələrin orqanı sayılan, 1908-ci ildə Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilən qəzet. == Qəzetin nəşri == XXI əsrin sonlarından İranda Qacar hökuməti əleyhinə kortəbii sıçrayışlar şəklində təzahür edən xalq nümayişləri artıq 1905-ci ilin sonunda şüurlu, nizamlı formalar almağa başladı. Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və tarixə Məşrutə inqilabı (1906-1911) adı ilə daxil oldu. XX əsrin əvvəllərində Azərbaycanın Güneyində yaşayan türklərdə «Hümmətçilikdən millətçiliyə» keçmə meylləri yaranırdı. Tədrisin türk dilində aparıldığı məktəblər qurulur, türkcə mətbuat yaranırdı. Belə bir dövrdə çap edilən Azərbaycan türkcəsində dərc edilən mətbu orqanlarından biri də «Ay Molla əmi» adlanan qəzet olmuşdur. Bu qəzet Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilirdi. Dövrün mürtəce qəzetlərindən olan əyləncəli «Ay Molla əmi» İslamiyyə cəmiyyəti tərəfindən 1908-ci ildə (h.q.1326) həm fars, həm də Azərbaycan dillərində çap olunurdu. Azərbaycan türkcəsində olan «Ay Molla əmi» qəzeti qəbul olunmuş qaydada əsasən kiçik həcmdə Bəsirət məktəbinin müdiri, eyni zamanda «Üxüvvət», «İttihad» və «İslamiyyə»nin qəzetlərinin rəhbəri olan Mirzə Əhməd tərəfindən Təbrizdə çap olunurdu. «Ay Molla Əmi», başqa bir mənbəyə istinadən, Mirzə Həsən və Səidüssoltanın rəhbərliyi altında nəşr olunurdu.
Ay Molla əmi (qəzet)
Ay Molla əmi — Qacar hökumətində bilavasitə mürtəce və Məhəmmədəli Mirzənin sarayına bağlı qüvvələrin orqanı sayılan, 1908-ci ildə Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilən qəzet. == Qəzetin nəşri == XXI əsrin sonlarından İranda Qacar hökuməti əleyhinə kortəbii sıçrayışlar şəklində təzahür edən xalq nümayişləri artıq 1905-ci ilin sonunda şüurlu, nizamlı formalar almağa başladı. Hökumətə qarşı olan bu kütləvi hərəkatlar, inqilabla nəticələndi və tarixə Məşrutə inqilabı (1906-1911) adı ilə daxil oldu. XX əsrin əvvəllərində Azərbaycanın Güneyində yaşayan türklərdə «Hümmətçilikdən millətçiliyə» keçmə meylləri yaranırdı. Tədrisin türk dilində aparıldığı məktəblər qurulur, türkcə mətbuat yaranırdı. Belə bir dövrdə çap edilən Azərbaycan türkcəsində dərc edilən mətbu orqanlarından biri də «Ay Molla əmi» adlanan qəzet olmuşdur. Bu qəzet Təbrizin Dəvəçilər məhəlləsində İslamiyyə cəmiyyətinin vasitəçiliyilə nəşr edilirdi. Dövrün mürtəce qəzetlərindən olan əyləncəli «Ay Molla əmi» İslamiyyə cəmiyyəti tərəfindən 1908-ci ildə (h.q.1326) həm fars, həm də Azərbaycan dillərində çap olunurdu. Azərbaycan türkcəsində olan «Ay Molla əmi» qəzeti qəbul olunmuş qaydada əsasən kiçik həcmdə Bəsirət məktəbinin müdiri, eyni zamanda «Üxüvvət», «İttihad» və «İslamiyyə»nin qəzetlərinin rəhbəri olan Mirzə Əhməd tərəfindən Təbrizdə çap olunurdu. «Ay Molla Əmi», başqa bir mənbəyə istinadən, Mirzə Həsən və Səidüssoltanın rəhbərliyi altında nəşr olunurdu.
Kral əmi (film, 1993)
King Uncle (mənası Kral əmi) Rakeş Roşanın rejissorluq etdiyi hind filmidir. Filmin əsas rollarında Şahrux Xan, Ceki Şrof və Anu Aqarval yer almışdır. Filmin orijinal versiyası hindi dilindədir. == Mövzusu == Aşok Bansal (Ceki Şrof) uşaqlığı travmatik keçən bu insan öz yanındakılara belə pulun hər şeydən vacib olduğunu öyrədən şəxsdir. Aşok kasıb insanlara nifrət edər, buna görə də yoxsulluqdan çıxmaq üçün ağır şəraitdə işləməyə başlayar. Sərvət əldə etmə prosesində kiçik qardaşı Anil (Şahrux Xan) və bacısı Sunitadan (Nivedita Saraf) ibarət olan ailəsinə biganə yanaşar. Qardaşının başqa bir biznesmen ilə evləndirməsinə baxmayaraq Sunita Aşokun menecerinə (Vivek Vasvani) aşiqdir. Anil qardaşının bu həyat tərzinə qarşı çıxar və Kavita (Naqma) ilə evlənmək üçün evi tərk edər. Uşaqlara pis davranan yetimxanadan olan Munna (Puca Ruparel) Aşokun həyatına daxil olandan sonra onun həyatını sonsuzadək dəyişdirər. Başlanğıcda Aşok üçün baş bəlası olar.
Hacı Əmi Hacı oğlu Atakişiyev
Dünyamalı Əmircanov
Elgün Əmiraslanov
Fikrət Əmirov
Fikrət Məşədi Cəmil oğlu Əmirov (22 noyabr 1922[…], Gəncə – 20 fevral 1984, Bakı) — Sovet-Azərbaycan bəstəkarı, musiqi xadimi, Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru (1956–1959), Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri (1947), Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1959-cu ildən), Azərbaycan SSR Ali Sovetinin IV–IX çağırış deputatı, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1980-ci ildən). Fəaliyyətinə görə Sosialist Əməyi Qəhrəmanı (1982), SSRİ xalq artisti (1965), Azərbaycan SSR xalq artisti (1958), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1955) fəxri adlarına layiq görülmüş, SSRİ Dövlət mükafatı (1980), Azərbaycan SSR Dövlət mükafatı (1974), II dərəcəli Stalin mükafatı (1949), Azərbaycan SSR Lenin komsomolu mükafatı (1967) laureatı olmuş, iki dəfə "Lenin" ordeni (1959, 1982), iki dəfə "Qırmızı əmək bayrağı" ordeni (1967, 1971) ilə təltif edilmişdir. Bakı Musiqi Akademiyasında bəstəkar Üzeyir Hacıbəyovun və Boris Zeydmanın sinfində təhsil alıb. Səhnə musiqisi sahəsində fəaliyyətinə "Ürəkaçanlar" və "Gözün aydın" musiqili komediyaları ilə başlayan Fikrət Əmirovun ən uğurlu əsərlərindən biri simli orkestr üçün yazdığı "Nizami" simfoniyasıdır. Bu simfoniya dünyanın ən məşhur dirijorlarının rəhbərliyi ilə ifa olunub. 1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazıb. Bu simfonik muğamlar Bolqarıstanın, Belçikanın, Fransanın, ABŞ-nin konsert salonlarında səsləndirilib. 1950-ci ildə dördhissəli "Azərbaycan" simfonik süitasını bəstələyən Fikrət Əmirov onun ardınca müasir mövzuda milli musiqi tarixinə ilk milli lirik opera kimi daxil olan "Sevil" operasını yazıb. Operaya ictimai baxış 8 oktyabr 1953-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilib. Bəstəkarın geniş çeşidli yaradıcılığında vokal janrının da özünəməxsus yeri var.
Fikrət Əmirov (1985)
Fikrət Əmirov (film, 1985)
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası — Gəncədə fəaliyyət göstərən konsert kompleksi. Filarmoniya binası 2012-2017-ci illərdə Cavad xan və Zərrabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa edilib. Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir, lakin, 1990-cı ildən Gəncədə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayır. == Tarixi == Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. Böyük Vətən Müharibəsi zamanı Fikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu işləmək üçün Gəncə Filarmoniyasına göndərirlər. 1946-1949-cu illərdə Filarmoniyaya xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik edir. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir. 1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır.
Fikrət Əmirov adına Musiqi Məktəbi (Sumqayıt)
Fikrət Əmirov adına Musiqi Məktəbi — Sumqayıtda musiqi məktəbi. == Ümumi məlumat == 1991-ci ildə fəaliyyətə başlamışdır. Ümumi sahəsi 500 kv.m olan məktəbin 40 sinif otağı, 150 nəfərlik zalı şagirdlərin ixtiyarındadır. Məktəbdə 217 nəfər müəllim çalışır ki, onlardan 39 nəfəri ali, 178 nəfəri isə orta ixtisas musiqi təhsillidir. 9 ixtisas üzrə fortepiano, skripka, tar, kamança, qarmon, saz, klarnet, nağara, xanəndəlik-muğam üzrə 627 nəfər şagird təhsil alır. Məktəbin məzunları Əliyeva Natəvan, Rzayev Rəşad, Əliyev Vüqar, İbrahimov Şamxal, Quliyeva Mətanət və b. doğma kollektivə müəllim kimi qayıdıb musiqinin sirlərini şagirdlərə həvəslə öyrədirlər. Tarixi günlərin, bayramların lazımi səviyyədə qeyd olunması, Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına həsr edilmiş gecələrin, konsert proqramlarının təşkil edilməsinin öhdəsindən məktəbin kollektivi bacarıqla gəlir. 1996-cı ildə məktəbin 5 illik, 2001-ci ildə isə 10 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Yubileylə bağlı "Ömrün musiqi yaşantıları" adlı kitab nəşr edilmişdir.
Fikrət Əmirovun heykəli (Bakı, 2011)
Fikrət Əmirovun heykəli — Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirova 2011-ci ildə Bakı şəhərində qoyulmuş heykəl. Heykəlin müəllifi Namiq Dadaşovdur. Heykəlin ətrafı abadlaşdırılmış, burada yeni park salınmışdır.
Fikrət Əmirovun əsərlərinin siyahısı
Fikrət Əmirovun yaratdığı əsərlərin siyahısı — Azərbaycanlı bəstəkar, SSRİ xalq artisti, SSRİ dövlət mükafatı laureatı , Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR dövlət mükafatı laureatı Fikrət Əmirovun əsərlərinin verildiyi ümumi bir siyahı. Fikrət Əmirov 1942–1984-cü illərdə fəaliyyət göstərmiş, bu illər ərzində opera, simfoniya, simfonik muğam, konsert üslublarında əsərlər yaratmışdır. O, bir çox orkestr üçün bəstələr, kamera əsərləri, uşaq mahnıları, biblioqrafiyalar yazmışdır. Fikrət Məşədi Cəmil oğlu Əmirov 1922-ci ildə Gəncədən anadan olub. 1948-ci ildə Bakı Konservatoriyasını Üzeyir Hacıbəyov və Boris Zeydmanın sinfində bitirib. Gəncə Dövlət Filarmoniyası və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri, Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı vəzifələrində çalışıb. SSRİ Bəstəkarlar İttifaqının katibi seçilmişdir. Fikrət Əmirovun yaradıcılığı geniş və çoxşaxəlidir. O, musiqinin bir çox janrlarında əsərlər bəstələmişdir. Bəstəkarın "Sevil" operası, "Min bir gecə", "Nəsimi dastanı", "Nizami" baletləri, "Şur", "Kürd Ovşarı", "Gülüstan-Bayatı-Şiraz" simfonik muğamları, "Nizami" simfoniyası, "Azərbaycan kapriççiosu", skripka və fortepiano üçün "Muğam-poema"sı, suitaları, instrumental konsertləri, mahnı və romansları, dram tamaşalarına və kinofilmlərə yazdığı musiqi Azərbaycan mədəni irsinin qiymətli əsərlərindəndir.
Fətəli xan Əmir-nizam
Fətəli xan Hidayətulla xan oğlu Əmir-nizam (?-?)— Fətəli şah və Məhəmməd şah dövrlərində, Azərbaycanın hakimi, Azərbaycan ordusunun komandanı və Abbas mirzənin əmiri olmuşdur. Mirzə Fətəli xan bir müddət Fətəli şah Qacarın sarayında eşikağası vəzifəsində çalışmışdı. Mirzə Fətəli xan bəylərbəyi bir müddət Cənubi Azərbaycan hakimi Əhməd xan Müqəddəmin müavini vəzifəsində çalışmışdı. Tarixçi Əminə Pakrəvan yazır: "Jauber xatirələrində Bəylərbəyinin yardımçısı Təbrizli Fətəli xan barədə bu sözləri yazır: "Fətəli xan o qədər açıqgörüşlü, geniş düşüncəli idi ki, onun Avropada təhsil aldığını sanmışdım." Mirzə Fətəli xan sonra İranın hərb naziri olmuşdu. == Həmçinin bax == Mirzə Məhəmmədbağır xan Əmirnizam - Fətəli xanın nəvəsidir.
Gur-Əmir
Əmiri-Gur və ya Gur-Əmir – Orta Asiyanın görkəmli abidələrindən biri. Səmərqənddə XV əsrin əvvəllərinə aid türbə. Teymurun əmrilə tikilmişdir. 1420-ci illərdə Uluqbəy tərəfindən genişləndirilmişdir. Teymur, Uluqbəy və b. Teymurilər burada dəfn olunmuşlar.
Hacı Mehdiqulu xan Əmirsüleymani
Əmirsüleymani Hacı Mehdiqulu xan İsa xan oğlu (18 noyabr 1850, Tehran – 6 may 1937) — Nasirəddin şahın yaxını, vali, Qacar elinin elxanı. == Həyatı == İsa xan Qovanlı-Qacarın dördüncü oğlu Mehdiqulu xan 1850-ci ildə Tehran şəhərində dünyaya göz açmışdı. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Məcdəddövlə ləqəbini daşıyırdı. Mehdiqulu xan Nasirəddin şahın məiyyətində üç dəfə Avropada olmuşdu. Şahın yaxınlarından sayılırdı. Xas xidmətçilərdən idi. Biyutat rəisi vəzifəsində çalışmışdı. Bir müddət əmiraxur olmuşdu. 1897-ci ildə Xəmsə, 1901-ci ildə Kirmanşah əyalətlərinə vali təyin olunmuşdu.
Hacı Möhsün xan Əmini
Hacı Möhsün xan Hacı Əli xan oğlu Əmini (?-?)— İran siyasətçisi. == Həyatı == Hacı Möhsün xan bin Hacı Əli xan bin Mirzə Məhəmməd xan Ləvasani Qacarlar dövrünün məşhur şəxslərindən biridir. Atası Mirzə Əli xan Əminəddövlə Qacarlar dövlətinin baş naziri olmuşdu. Maarifpərvər şəxs olduğundan məmləkətdə çoxlu məktəblər açmışdı. Möhsün xan da mükəmməl mədrəsə təhsili almışdı. O atasının dövründə siyasi həyata atılmışdı. Bir müddət maliyyə idarəsində içləmişdi. Hacı Möhsün xan Əmini Məşrutə hərakatı dönəmində fəal rol oynamışdı. == Ailəsi == Hacı Mirzə Möhsün xan Əminəddövlənin övladları Əmini sоyadını daşıyırlar. Mirzə Möhsün xan Əminəddövlə Fəxrəddövlə Əşrəf xanım Müzəffərəddin şah qızı Qovanlı-Qacar ilə ailə qurmuşdu.
Hacı Seyid ağa Əmirzadə
Hacı Seyid ağa Əmirzadə — Azərbaycan şairi "Əkinci" qazetinin fəallarından. == Həyatı == Hacı Seyid Rzanın əsil vətəni Xoy şəhəridir. Bir zaman orada iqamət etdikdən sonra təəhhül ixtiyar edib, İrəvanı özü üçün ikinci vətən ittixaz qılmışdır. Hacı Seyid Rza "Əkinçi"yə İrəvandan əxbarnəvis olub, nəsr ilə yazılmış bəzi məktubatı, onların cümləsindən nəzm ilə yazılmış bir məktubu dəxi "Əkinçi"də dərc olunmuşdur.
Hacı Əmirin evi
Hacı Əmirin evi — Şuşa şəhərinin Təbrizli məhəlləsində yerləşən, XVIII əsrin ortalarında tacir Hacı Əmir tərəfindən inşa etdirilmiş tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == İki mərtəbəli yaşayış binasının birinci mərtəbəsində xidməti və qismən yaşayış otaqları, ikinci mərtəbəsində isə qonaq və yataq otaqları yerləşir. Lakin, ikinci mərtəbədə Şuşa evləri üçün ənənəvi olan lodciyanın yerinə, evlə eyni fasad xətti içində yerləşən açıq eyvana malikdir. Evin fasadında inşa edilmiş açıq pilləkən eyvana aparır. Eyvandan kiçik keçid otağına keçmək mümkündür. Həmin otaqdan yanlarda yerləşən iki otağa qapı açılır. Yataq otağı kimi istifadə edilmiş həmin iki otaqdan birindən evin daxili həyətinə şəbəkəli pəncərə açılır. Qonaqların qarşılanması üçün nəzərdə tutulmuş digər otağın divarları və tavan isə freska rəsmləri ilə bəzədilmişdir. == İstinadlar == == Ədəbiyyat == Авалов, Э. В. Архитектура города Шуши и проблемы сохранения его исторического облика. Баку: Элм.
Heydər xan Əmioğlu
Heydər xan Əmoğlu (20 dekabr 1880 və ya 1880, Urmiya – 15 oktyabr 1921 və ya 1921, Gilan ostanı) — İranda və Şimali Azərbaycanda fəaliyyət göstərmiş inqilabçı, Məşrutə Hərəkatı zamanı əsas şəxslərdən biri və İran Kommunist Partiyasının qurucularından biri. == Həyatının erkən dönəmi == Tadeuş Svetoxovski onun Urmiyada azərbaycanlı ailəsində anadan olduğunu, lakin kiçik yaşlarında ailəsi ilə birlikdə Cənubi Qafqazın Aleksandropol şəhərinə köç etmişdir. İranika Ensiklopediyasında yazılanlara görə, onun doğum yeri dəqiq bilinmir və onun doğulduğu ailə Tarverdiyevlər olmuşdur. İrəvan və Tiflis şəhərlərində elektrik mühəndisliyi üzrə təhsil almış və daha sonra da Qacar dövlətinə təhsil almağa dəvət edilmişdir. O, 1901-ci ildə Məşhəddəki İmam Rza məscidində elektrik müəssisəsi qurmuşdur. Atası Əliəkbər Əfşar həkim olmuş, anasının adı isə Zəhra olmuşdur. Yerli əhali onun atasını əmi adlandırdığı üçün Heydərə də Əmioğlu deyilmişdir. Ailə Aleksandropola 1886-cı ildə köçmüşdür. O, ali təhsilini Tiflis Politexnik Universitetində almış, təhsil müddətində sosializmdən təsirlənmiş və onun tarixini öyrənmişdir. 1898-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qatılmışdır.
Heydər Əmioğlu
Heydər xan Əmoğlu (20 dekabr 1880 və ya 1880, Urmiya – 15 oktyabr 1921 və ya 1921, Gilan ostanı) — İranda və Şimali Azərbaycanda fəaliyyət göstərmiş inqilabçı, Məşrutə Hərəkatı zamanı əsas şəxslərdən biri və İran Kommunist Partiyasının qurucularından biri. == Həyatının erkən dönəmi == Tadeuş Svetoxovski onun Urmiyada azərbaycanlı ailəsində anadan olduğunu, lakin kiçik yaşlarında ailəsi ilə birlikdə Cənubi Qafqazın Aleksandropol şəhərinə köç etmişdir. İranika Ensiklopediyasında yazılanlara görə, onun doğum yeri dəqiq bilinmir və onun doğulduğu ailə Tarverdiyevlər olmuşdur. İrəvan və Tiflis şəhərlərində elektrik mühəndisliyi üzrə təhsil almış və daha sonra da Qacar dövlətinə təhsil almağa dəvət edilmişdir. O, 1901-ci ildə Məşhəddəki İmam Rza məscidində elektrik müəssisəsi qurmuşdur. Atası Əliəkbər Əfşar həkim olmuş, anasının adı isə Zəhra olmuşdur. Yerli əhali onun atasını əmi adlandırdığı üçün Heydərə də Əmioğlu deyilmişdir. Ailə Aleksandropola 1886-cı ildə köçmüşdür. O, ali təhsilini Tiflis Politexnik Universitetində almış, təhsil müddətində sosializmdən təsirlənmiş və onun tarixini öyrənmişdir. 1898-ci ildə Rusiya Sosial Demokrat Fəhlə Partiyasına qatılmışdır.
Heysam ibn Məhəmməd (Tabasaran əmiri)
Heysəm ibn Məhəmməd (v. 1025, Tabasaran) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri. == Dərbənd əmirliyi == Haqqında çox məlumat yoxdur. Hələ babası Əbu Tahir Yezid ibn Məhəmməd vaxtında 930-cu ilin oktyabrında Heysəmin atası Məhəmməd Dərbənd əmiri Əbdülmalik ibn Haşim ilə təkbətək vuruşmuş və qalib gələ bilməmişdi. Əbdülmalik ibn Haşim 24 fevral 939-cu ildə gözlənilmədən vəfat etmişdi. Taxta onun 3 yaşlı oğlu Əhməd ibn Əbdülmalik gətirilmişdi və bundan düz 5 ay sonra rəislər Əhmədi devirmişdilər. İyun ayında Heysəmi taxta dəvət edən rəislər onu Dərbənd əmiri kimi tanıdılar. Lakin 941-ci ilin mayı Haşimilər sülaləsinə sadiq rəislər yenidən Əhmədi taxta gətirdilər. Lakin 6 ay sonra, 941-ci ilin dekabrın Əhməd ibn Əbdülmalik yenə devrildi və taxta yenidən Heysəm gəldi. Bu dəfə onun hakimiyyəti 942-ci ilin mayına qədər çəkdi və yerinə Xəşrəm Əhməd adlı ləzgi rəis əmir elan olundu.
Heysəm ibn Məhəmməd (Tabasaran əmiri)
Heysəm ibn Məhəmməd (v. 1025, Tabasaran) — Məzyədilər sülaləsindən Tabasaran və Dərbənd əmiri. == Dərbənd əmirliyi == Haqqında çox məlumat yoxdur. Hələ babası Əbu Tahir Yezid ibn Məhəmməd vaxtında 930-cu ilin oktyabrında Heysəmin atası Məhəmməd Dərbənd əmiri Əbdülmalik ibn Haşim ilə təkbətək vuruşmuş və qalib gələ bilməmişdi. Əbdülmalik ibn Haşim 24 fevral 939-cu ildə gözlənilmədən vəfat etmişdi. Taxta onun 3 yaşlı oğlu Əhməd ibn Əbdülmalik gətirilmişdi və bundan düz 5 ay sonra rəislər Əhmədi devirmişdilər. İyun ayında Heysəmi taxta dəvət edən rəislər onu Dərbənd əmiri kimi tanıdılar. Lakin 941-ci ilin mayı Haşimilər sülaləsinə sadiq rəislər yenidən Əhmədi taxta gətirdilər. Lakin 6 ay sonra, 941-ci ilin dekabrın Əhməd ibn Əbdülmalik yenə devrildi və taxta yenidən Heysəm gəldi. Bu dəfə onun hakimiyyəti 942-ci ilin mayına qədər çəkdi və yerinə Xəşrəm Əhməd adlı ləzgi rəis əmir elan olundu.
Hüsnü Əmir Ərkilət
Hüsnü Əmir Ərkilət — Türkiyə və Almaniya ordusunun azərbaycanlı generalı == Həyatı == Hüsnü Əmir Ərkilət 1883-ci ildə Kayserinin Ərkilət nahiyəsindən doğulmuşdu. Atası Osmanlı ordusunun zabiti olan Xəlil bəy idi. Xəlil bəy peşəkar zabit və yüksək təhsilə malik bir insan idi. Xəlil bəyin həyat yoldaşı Şəfiqə xanım əslən azərbaycanlı idi. Şəfiqə xanım Şuşada doğulmuş, 1880-ci ildə ailəsi ilə birlikdə Kayseriyə köçmüşdü. Elə bu şəhərdə kökəncə azərbaycanlı olan Xəlil bəylə ailə qurmuşdu. Bu ailənin ilk övladı olan Hüsnü bəy istedadlı bir insan idi. O həyatını atasının təkidilə hərb sənətinə bağlayır. Dayısı Rəfi bəyi onu hərbi məktəbə qoyur. 10 illik hərbi sahədə təhsil alan Hüsnü bəy kapitan kimi xidmətə başlayır.
II Maymun (Dərbənd əmiri)
II Maymun — Dərbəndin son əmiri. == Hakimiyyəti == Atası Mənsur ibn Əbdülmalikin öldüyü il doğulmuşdu və doğulan kimi də əmir olmuşdu. Onun dövründə kürdlərin qarətçi yürüşlərinə məruz qalan Dərbənd daha sonra I Fəribürzün intiqam hücumuna məruz qaldı. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 6 yaşındakı Əbdülmalik ibn Ləşkərii də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi. == Əmirliyə qayıdışı == Əbdülmalik ibn Ləşkərinin 1075-ci ildə həbs edilməsindən sonra xalq Maymunu 20 avqustda yenidən taxta dəvət etdi. Lakin həmin ilin dekabrında səlcuqlar tərəfindən devrilən II Maymundan sonra əmirlik birdəfəlik Şirvanşah mülkü oldu.
II Məhəmməd (Dərbənd əmiri)
II Məhəmməd - Dərbənd Haşimiləri sülaləsindən olan 7ci müstəqil Dərbənd əmiridir. Sıra sayına görə isə doqquzuncudur. == Hakimiyyəti == Qardaşının ölümündən sonra əmir olmuşdu. Cəmi 10 ay, 18 gün hakimiyyətdə qaldı. Dekabrda qardaşı Maymunun bir qulamı tərəfindən Cihad qapısı yaxınlığında öldürüldü.
II Mənsur (Dərbənd əmiri)
II Mənsur (1038, Dərbənd – 1065, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1038-ci ildə anadan olmuşdu. 4 yaşında əmir elan olundu. Dövlətin idarəsi əslində vəzir Əbül Fəvaris Əbdülsələmin əlində toplaşmışdı. 1051-ci ildə vəzirin ölümündən sonra əmir müstəqil idarəetməyə başladı. == Üsyan == 24 iyul 1054-cü ildə rəislər və onun arasında münaqaişə yarandı.Bir neçə gün sonra anası Şəmkuyə ilə şəhəri tərk edən əmir şəhərətrafı ərazilərdən qoşun toplayaraq Fələstin qapısının önündə rəislərdən tərəfindən ağır məğlubiyyətə uğradı. == Sürgün və ikinci hakimiyyət == Məğlub olan Mənsurun yerinə rəislər qardaşı II Ləşkərini əmir elan etdilər. Lakin buna daha artıq dözə bilməyən Mənsur 3 yanvar, 1055-ci ildə II Ləşkərini öldürtdü. 1055-ci ilin iyulunda Sərir hökmdarının köməyi ilə taxta qayıtdı. Bundan sonrakı hakimiyyətini rəislərin nüfuzunu azaltmağa həsr edən Mənsur tez-tez onları həbs etdirirdi.
II Əbdülmalik (Dərbənd əmiri)
II Əbdülmalik (Dərbənd – 10 mart 1043, Dərbənd) — Dərbənd əmiri. == Hakimiyyəti == 1034-cü ildə əmir olmuşdu. Lakin 9 fevral 1034-cü ildə rəislər tərəfindən devrilərək Əbu Mənsur Əli ibn Yezidə beyət etdilər, Şirvanşah vəziri Mənsur ibn Müsəddidi öz canişini təyin edərək onu "hökumət binası"nda yerləşdirdi, özü isə 1035-ci ildə paytaxtı Yezidiyyəyə qayıtdı. Həmin ilin apreli Əbdülmalik geri qayıdaraq şəhəri ələ keçirdi, Şirvanşahı sülhə məcbur etdi və 1035-ci ilin dekabrında onun bacısı, Yəzidin qızı Şəmkuyə ilə evləndi. == Üsyan == Əmirin güclənməsini görən digər rəislər vəzir Səqlab ibn Məhəmmədin evinə hücum çəkdilər və onu bıçaqladılar. Həyatının təhlükədə olduğunu görən əmir Əbd ül-Malik ailəsi ilə Şirvana qaçdı. Rəislər onu paytaxta qaytarıb gətirmək üçün Şirvana iki ağsaqqal göndərdilər. Lakin Şirvanşah elçiləri həbs etdi, onları qandallayıb qalalardan birinə saldı. Bundan sonra o, əmirə əl-Babda öz hakimiyyətini bərpa etməkdə kömək göstərdi. 1038-ci ildə rəis Əli ibn Həsən onu devirməyə çalışsa da, saray çevrilişinin qarşısı alındı.
Kavalalı Əminə xanım
Kavalalı Əminə xanım (ərəb. أمينة خانم‎, türk. Emine Hanım; 1770 – 1824) — Kavalalı ailəsinin banisi Mehmed Əli Paşanın ilk xanımı. == Həyatı == === İlk illəri === Əminə xanım 1770-ci ildə Rumeli əyalətində, Nüsrətli bölgəsində dünyaya gəldi. Atası Kavala sancaqbəyi Nüsrətli Əli ağa, anası isə Kavala əyanlarından Hüseyn ağanın qızı Qədriyyə xanım idi. Cütlüyün Əminə xanımdan başqa, Mustafa və Əli adlı 2 oğlu, Məryəm, Pakizə və İffət adlı 3 qızı vardı. Əminə xanımın ilk evliliyi bölgənin tanınan ailələrindən Əli bəylə baş tutdu. Nikah tarixi dəqiq bilinməsə də, Əminə xanımın 17 yaşında artıq dul qaldığını nəzərə alsaq, bu evliliyin uşaq yaşlarında baş tutduğu məlum olur. İlk həyat yoldaşının hansı səbəblə vəfat etdiyi bilinmir. Ancaq 1787-ci ildə dul qaldığı və həmin il xalası oğlu Mehmed Əli bəylə ikinci evliliyinin baş tutduğu məlumdur.

əmi sözünün leksik mənası və izahı

əmi sözünün etimologiyası

  • 1 Mama sözü “əmiyə oxşayan” deməkdir (eyni məməni əmmiş olan). Dayza isə “doğana (anaya) oxşayan”dır. Latın dilində xalaya matertera (подобная матери) deyirlər. Deməli, əmi və mama(bibi), eləcə də dayı və dayza(xala) kökdaş sözlər­dir. Əmi və mama(əmə) sözlərinin kökdaş olmasını o da sübut edir ki, farslar bacıya “həmşirə” (həmsüd) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / əmi

əmi sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. ƏMİ (atanın qardaşı) [Qəndab:] Əmim qollarımdan möhkəm yapışmasaydı, özümü maşından atacaqdım (B.Bayramov); DAYI (bax). 2. ƏMİ (yaşlı kişiyə hörmətlə müraciət) [Qorxmaz:] Vəliş əmi, deyəsən yemək xoşunuza gəlmədi (Ə.Vəliyev); DAYI Əsəd bəy: Hayıf, hayıf, Dursun dayı, qocaldın (C.Cabbarlı); LƏLƏ Çingiz: Yox, Cəbi lələ, elə iş olmaz (S.S.Axundov).

    Azərbaycan dilinin sinonimlər lüğəti / əmi

əmi sözünün rus dilinə tərcüməsi

  • 1 дядя (по отцу)

    Azərbaycanca-rusca lüğət / əmi
  • 2 сущ. дядя: 1. брат отца 2. взрослый мужчина. Əmiyə “sağ ol!” de скажи дяде “спасибо!” 3. обращение к мужчине, старшему по возрасту

    Azərbaycanca-rusca lüğət / əmi

əmi sözünün inglis dilinə tərcüməsi

əmi sözünün fransız dilinə tərcüməsi

əmi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. ими (1. бубадин стха; 2. жувалай яшлу касдив рахадамаз гьуьрмет патал лугьудай тӀвар).

    Azərbaycanca-ləzgicə lüğəti / əmi

əmi sözünün türk dilinə tərcüməsi

əmi sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Qazax, Yevlax) ata

Azərbaycan dilinin dialektoloji lüğəti.

"əmi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əmi nədir? #əmi sözünün mənası #əmi nə deməkdir? #əmi sözünün izahı #əmi sözünün yazılışı #əmi necə yazılır? #əmi sözünün düzgün yazılışı #əmi leksik mənası #əmi sözünün sinonimi #əmi sözünün yaxın mənalı sözlər #əmi sözünün əks mənası #əmi sözünün etimologiyası #əmi sözünün orfoqrafiyası #əmi rusca #əmi inglisça #əmi fransızca #əmi sözünün istifadəsi #sözlük