Əmircan sözü azərbaycan dilində

Əmircan

Yazılış

  • Əmircan • 99.9340%
  • əmircan • 0.0660%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əmircan
Əmircan (Qax) — Azərbaycanın Qax rayonunda kənd Əmircan (Suraxanı) — Bakının Suraxanı rayonunda qəsəbə.
Fuad Əmircan
Fuad Əmircan (1911, Nuxa – 8 may 1995, Bonn, Şimali Reyn-Vestfaliya) — Azərbaycan legionerlərindən biri. == Həyatı == Fuad Əmircan 1911-ci ildə Şəkidə anadan olub. 1921-ci ildə Türkiyəyə mühacirət etdikdən sonra 1922-ci ildə İstanbulda, Qalatasaray Liseyinə daxil olub. Liseyi bitirdikdən sonra isə Parisdə Siyasi Elmlər İnstitutunu bitirib. Almaniyada hüquq təhsili aldıqdan sonra Türkiyəyə qayıdıb, bir neçə türk qəzetlərində icmalçı jurnalist kimi işləyib. İlk dəfə 1934-cü ildə Vəlid Əbüziyanın “Zaman” qəzetində işləməyə başlayıb. Daha sonra Səlim Emeçin “Son Posta”, Ethem İzzət Benicenin “Gecə Postası”, Asım Usun “Haber”, Yunus Nadinin “Cümhuriyyət” qəzetində fəaliyyət göstərib. 1939-cu ildə Ziyad Əbüziyanın “Təsviri-Əfkar” qəzetində Salim Sabit imzası ilə sosial, siyasi yazılar qələmə alıb. Prof. Dr Belma Emircanla ailə həyatı qurmuşdur.
Əliyar Əmircan
Əliyar Hacı bəy oğlu Əmircan — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. 1-ci Bakı kişi realnı məktəbini bitirmiş (1915), müsabiqə yolu ilə Moskva Ali Texniki Məktəbinin mexanika şöbəsinə daxil olmuş, 5 semestr orada təhsil almışdır. Rusiyada Oktyabr çevrilişindən (1917) sonra geri qayıtmağa məcbur olmuşdur. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini davam etdirmək üçün Rusiyaya göndərilmişdir. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Əmircan (Bakı)
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. Əmircan Bakının şərqində, Bülbülə gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Əmircan (Qax)
Əmircan — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Əmircan oyk, sadə. 1. Bakı şəhəri Suraxanı r-nunda ştq. Abşeron yarımadasındadır. Yaşayış məntəqəsi XX əsrin əvvəllərinə qədər Xilə adlandırılmışdır. Tədqiqatçılar bu oykonimi ərəb işğalları dövründə İraqın Xilə əmirliyindən Azərbaycana köçürülmüş ərəb tayfasının adı ilə bağlayırlar. Əmircan oykonimini isə tədqiqatçılar orta əsrlərdə Şirvan dövlətində yüksək vəzifələrdən biri olan əmirhacla əlaqələndirirlər. Qəsəbədə XIV əsrə aid abidələrdən biri olan Nizaməddin məscidinin kitabəsində Şirvan dövlətində yüksək mənsəb sahibi olmuş Əmir Nizaməddin Əmirhac adlı şəxs haqqında məlumat verilir.
Əmircan (Suraxanı)
Əmircan — Bakının Suraxanı rayonunda şəhər tipli qəsəbə. Hazırda Əmircan kəndində 53 küçə, 6 məktəb, 10 uşaq bağçası, 3 xəstəxana, 1 internat məktəbi, park, Səttar Bəhlulzadə adına mədəniyyət sarayı, Tofiq İsmayılov adına qəsəbə stadionu (Azərsun Arena), Məşədi Əzizbəyov adına klub, A.Bakıxanov adına və Neftçilər kitabxanaları var. Əmircan Bakının şərqində, Bülbülə gölünün sahilində yerləşir. Bakının Suraxanı rayonunun mərkəzi sayılır.1936-cı ildə qəsəbə statusu almışdır. Abşeronun ən qədim kəndlərindən biri olan Əmircanın köhnə adı Xilə olmuşdur. Təsadüfi deyil ki, Abşeronun əksər kəndləri və Bakını birləşdirən ticarət yolları buradan keçdiyi üçün bura Dərxilə,yəni Xilə qapısı deyirdilər. Maştağaya gedən yol isə Xiləlan adlanırdı. XIV əsrdə Əmir Nizaməddin hacıların ziyarətinə başçılıq etdiyi üçün onun əmirhac titulu kəndə verilir. Əmircan əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Əmircanda evlərin sayı 1849-cu ildə 277, 1886-cı ildə 379 və 1921-ci ildə 615 idi.
Əmircan bələdiyyəsi
Əmircan bələdiyyəsi (Suraxanı) — Suraxanıda bələdiyyə
Əmircan qəsəbəsi

Əmircan Əmircanov
Əmircan Yunus oğlu Əmircanov (31 may 1938, Qaçağan, Marneuli rayonu – 12 mart 1996, Bakı) — Azərbaycan Respublikası dövlət xadimi, İqtisadiyyat Nazirinin səlahiyyətlərini icra edən. 1994-1996-cı illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 1-ci müavini. Azərbaycan Respublikasının "Əməkdar iqtisadçısı". Əmircan Yunus oğlu Əmircanov 31 may 1938-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunun Qaçağan kəndində ziyalı ailəsində anadan olmuşdur. Qaçağan kənd 1 saylı orta məktəbini "Qızıl medal"la bitirdikdən sonra 1957-1960-cı illərdə Ə.Əmircanov SSRİ Hərbi Dəniz Donanmasının Sevastopol şəhərində yerləşən hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir. Bundan sonra o, 1960-1965-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil alaraq "Xalq təsərrüfatının planlaşdırılması" ixtisasını fərqlənmə diplomu ilə, 1987-ci ildə isə SSRİ Nazirlər Soveti yanında Xalq Təsərrüfatı Akademiyasının İxtisasartırma İnstitutununda "Müasir idarəetmə metodları, istehsalın təşkili və planlaşdırılması" ixtisası üzrə tam kursu da müvəffəqiyyətlə bitirmişdir. Ə.Əmircanov əmək fəaliyyətinə 1964-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda baş laborant kimi başlamış, 1964-1969-cu illərdə isə Azərbaycan SSR Ali Partiya Məktəbinin İqtisadiyyat kafedrasında kabinet müdiri vəzifəsində çalışmışdır. 1969-cu ildən başlayaraq ömrünün sonuna qədər Ə.Əmircanov Azərbaycan SSR Dövlət Plan Komitəsində müxtəlif rəhbər vəzifələrdə işləmişdir. Belə ki, Ə.Əmircanov Azərbaycan SSR Dövlət Plan Komitəsinin nəzdində olan Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun 1969-1971-ci ilərdə Elmi katibi, 1971-1973-cü illərdə Uzunmüddətli planlaşdırma və iqtisadi proqnozlaşdırmanın ümumi problemləri və metodologiyası şöbəsinin müdir müavini, 1973-1978-ci ilərdə isə həmin şöbənin müdiri vəzifələrində isləmişdir. Bundan sonra o, Dövlət Plan Komitəsinin mərkəzi aparatına dəvət edilərək daha yüksək vəzifələrdə ölkəsinə layiqincə xidmət etmişdir.
Əmircan bələdiyyəsi (Qax)
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmircan bələdiyyəsi (Suraxanı)
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əmircan bələdiyyəsi (dəqiqləşdirmə)
Əmircan bələdiyyəsi (Suraxanı) — Suraxanıda bələdiyyə
Allahyar Əmircanov
Dünyamalı Əmircanov
Şirəli bəy Əmircanov
Şirəli bəy Əmircanov (1843, Şəki, Kaspi vilayəti – 1922) — Nuxa Şəhər Dumasının sədri, Cavanşir qəzasının rəisi. Azərbaycan Cümhuriyyəti dövründə Nuxa Sülh Bölməsinin sülh hakimi olub. Şirəli bəy Əmircanov 1843-cü ildə Şəkidə anadan olub. Şəki qəza məktəbinin tam kursunu bitirib. Bakı Valilik İdarəsinin 1864-cü il martın 10-da verdiyi qərarla kiçik dəftərxana işçisi kimi Şəki Qəza İdarəsində işləməyə başlayıb. 1868-ci sentyabrın 29-dan etibarən isə burada tərcüməçi vəzifəsinə təyinat alıb. 1875-ci il iyulun 13-də Şəki şəhər 2-ci hissəsinin pristavı, 1877-ci il oktyabrın 14-dən isə Şəki qəzasının polis pristavı təyin edilib. 1879-cu il fevralın 6-dan Gəncə valisinin tərcüməçisi, 1880-ci il noyabrın 7-dən Şəki qəzasının polis pristavı, 1881-ci il sentyabrın 28-dən Cavanşir qəzasının rəis müavini əvəzi, 1883-cü il aprelin 13-dən Cavanşir qəzası rəisinin əvəzi təyin edilib. 1884-cü il mayın 29-da Cavanşir qəzasının rəisi təyin olunub. Yürüş və döyüşlərdə olmayıb.
Əbdüləli bəy Əmircanov
Əbdüləli bəy Əmircanov (1870, Nuxa – 15 may 1948, İstanbul) — Azərbaycan Milli Şurasının üzvü, Azərbaycan Xalq Cümhuriyyətinin maliyyə naziri. Əbdüləli Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə Şəki şəhərində anadan olub. 1876–1883-də Şəki şəhər məktəbində oxumuşdur. 1888-ci ildə Tiflisdə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib. Daha sonra Şəki, Lənkəran və Bakıda müəllim kimi fəaliyyət göstərib. Teymur bəy Bayraməlibəyovla birlikdə bir çox mədəni-maarif tədbirlərini həyata keçirmişdir. Əmircanov XX əsrin əvvəllərindən Bakıda müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmiş, "Nəşri-maarif" cəmyyəti təftiş komissiyasının üzvü, Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti sədrinin müavini olmuşdur. Rusiyada Fevral inqilabından (1917) sonra siyasi proseslərə qoşulmuşdur. Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü idi. 1918-ci ilin martında Bakıda türklərə qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmişdi.
Əbdüləli Əmircanov

əmircan sözünün leksik mənası və izahı

Oxşar sözlər

#əmircan nədir? #əmircan sözünün mənası #əmircan nə deməkdir? #əmircan sözünün izahı #əmircan sözünün yazılışı #əmircan necə yazılır? #əmircan sözünün düzgün yazılışı #əmircan leksik mənası #əmircan sözünün sinonimi #əmircan sözünün yaxın mənalı sözlər #əmircan sözünün əks mənası #əmircan sözünün etimologiyası #əmircan sözünün orfoqrafiyası #əmircan rusca #əmircan inglisça #əmircan fransızca #əmircan sözünün istifadəsi #sözlük