* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] İş. [Şah:] Sizi bir əmrdən ötrü məsləhətə çağırmışam, gərək haman xüsusda bir tədbir göstərəsiniz. M.F.Axundzadə. Olmaz bu ki hər əmrə dəxalət edə fələ; Dövlətli olan yerdə cəsarət edə fələ. M.Ə.Sabir. Mən istəmirəm, Xudayar bəyin keçəcəyindən danışam, çünki özü də heç bu əmrə razı olmaz. C.Məmmədquluzadə. □ Əmri aşmamaq – işi keçməmək, çətinlik çəkmək. Əvvəl əmrdə köhn. – ilk olaraq, birinci növbədə, əvvəlcə, əvvəl başdan.
Azərbaycan dilinin izahlı lüğəti / əmr2 is. [ər.] 1. Bir işin görülməsi üçün verilən hökm, göstəriş. [İskəndər:] Gərək hər əmrimə baş əysin cahan; Ovcumda top kimi oynasın dövran. A.Şaiq. …Müqim bəy xanımın tapşırığını bir əmr kimi yerinə yetirmişdi. S.Rəhimov. □ Əmr etmək – bir işin görülməsini hökmlə tapşırmaq, buyurmaq. Onun eşqiylə mən ki dərbədərəm; Hər nə əmr etsəniz qəbul edərəm. H.Cavid. …Mənə də müəllimimiz … bir hekayə düzəldib yazmağı əmr etmişdi. S.S.Axundov. // Bir işi yerinə yetirmək haqqında əmr, sərəncam yazılmış kağız; əmrnamə. Nazirlikdən əmr alındı. Əmrə tabe olmaq. Əmri yerinə yetirmək. – Vahidin məktəbdən kənar edilməsi haqqındakı əmri oxuyanda Muxtar təəccüb elədi. Mir Cəlal. □ Əmr vermək – əmrnamə, sərəncam yazmaq, nəşr etmək, elan etmək. Təyinat haqqında əmr vermək. 2. Hökumət orqanının, idarə, müəssisə, təşkilat və s. rəhbərlərinin rəsmi sərəncamı. Hərbi komissarlığın əmri. İnstitut direktorunun əmri. – [Komandir:] Göz-qulaq ol! – əmrini verdikdən sonra ordugaha döndü. H.Nəzərli. Tapşırıq görüldü yoldaş komissar! Mən yenə hazıram, nə əmriniz var? S.Vurğun. Dəstə öz komandirinin əmri ilə irəliləyirdi. Ə.Vəliyev. ◊ Əmr siğəsi – “əmr forması”nın köhnə qrammatikada adı. Əmr forması qram. – zaman və xüsusi əlaməti olmayan, yalnız şəxs şəkilçiləri qəbul edən feil qrupu. Əmr cümləsi qram. – əmr ifadə edən cümlə. Əmrdən çıxmaq – tabe olmamaq, göstərişə, əmrə əməl etməmək. Əmri-qaib – köhnə qrammatikada: üçüncü şəxsə edilən əmr. Əmri-hazır – köhnə qrammatikada: ikinci şəxsə edilən əmr. Əmrinə vermək – ixtiyarına vermək. Komandanın əmrinə çoxlu sursat və qoşun verilmişdir.
Azərbaycan dilinin izahlı lüğəti / əmr3 ƏMR1 ə. buyuruq, göstəriş, komanda. Əmri-Həqq «Haqqın əmri» ölüm, vəfat. ƏMR2 ə. 1) iş; 2) şey, maddə. Əmri-əzim böyük iş, nəhəng iş.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əmr2 1. ƏMR (bir işin görülməsi üçün verilən hökm) [Qacar:] Xeyr, fəzilətdən dəm vurma vəzir; Dayan bir qul kimi əmrə müntəzir (S.Vurğun); BUYRUQ Vəzir: Buyruq sizinkidir adil hökmdar; Sizdə fəzilət də, ədalət də var (S.Vurğun); FƏRMAYİŞ Dərviş: Xanım, bəndəyə görə nə fərmayişiniz var? (N.Vəzirov); GÖSTƏRİŞ Tapdıq qolunu çırmayıb göstəriş verməyə, özündən cavanlan buyurmağa başladı (İ.Şıxlı); HÖKM Güləbətinə elə gəldi ki, bu fürsət təsadüfi deyil, göylərin hökmüdür, onun əlinə düşüb... (M.İbrahimov). 2. əmr bax sərəncam
Azərbaycan dilinin sinonimlər lüğəti / əmr1 ƏMR – XAHİŞ – Lyudmilacan, sizin hər bir xahişiniz mənim üçün əmrdir (C.Əmirov).
Azərbaycan dilinin antonimlər lüğəti / əmr2 сущ. приказ, приказание: 1. официальное распоряжение органов власти, руководителя учреждения, предприятия, организации. Nazirin əmri приказ министра, direktorun əmri приказ директора, əmrin icrası выполнение приказа, əmrinizə görə по вашему приказанию, əmr vermək дать (отдать) приказ 2. бумага, документ, в котором изложено распоряжение. Əmr almaq получить приказ, əmrdən çıxarış выписка из приказа; лингв. əmr forması повелительное наклонение, əmr cümləsi повелительное (побудительное) предложение; əmr etmək приказывать, приказать; əmrinə vermək kimin kimi, nəyi дать в распоряжение чьё кого, что; əmrində olmaq kimin быть в распоряжении чьём, кого
Azərbaycanca-rusca lüğət / əmr1 I. i. order; command; injunction; bidding; bir kəsin ~i ilə by order of smb.; döyüş ~i battle-order; ~ vermək to give* an order, (yazılı şəkildə) to issue an order; ~ etmək to order (d.); to command (d.), to give* orders; ~ almaq to receive an order; ~ə müntəzir olmaq to be* ready for the order; bir kəsin ~ini yerinə yetirmək to do* someone’s bidding; Necə əmr etsəniz As you wish / like / please; II. s. imperative; felin ~ şəkli imperative mood of the verb; ~ cümləsi imperative sentence
Azərbaycanca-ingiliscə lüğət / əmr1 is. ordre m, commandement m, consigne f, prescription f, règlement m
Azərbaycanca-fransızca lüğət / əmr1 [ər.] сущ. эмир, буйругъ, гьукум; серенжем; əmr etmək эмир авун, буйругъ гун, буюрмишун; // буйругъдин (серенжемдин) ччар; əmr vermək эмир гун, эмирдин ччар (серенжем) кхьин, чап авун; ** əmr forması грам. буйругъдин форма (эмирдин наклонение); əmr cümləsi грам. эмирдин предложение.
Azərbaycanca-ləzgicə lüğəti / əmr2 [ər.] сущ. кӀвалах, кар; // əmri aşmamaq кӀвалах тефин, четинвал чӀугун; əvvəl əmrdə куьгьн. сад лагьайди яз, сад лагьай нубатда, кӀвенкӀве, эвел кьиляй.
Azərbaycanca-ləzgicə lüğəti / əmr