əma sözü azərbaycan dilində

əma

Yazılış

  • əma • 54.5455%
  • ƏMA • 45.4545%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu
Əmanətlərin Sığortalanması Fondu (Fond) Əmanətlərin Sığortalanması haqqında 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən yaradılmış, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlamışdır. == Fonda üzv bankların reyestri == ASC "XALQ" Bankı "Melli İran Bankı" Bakı filialı "Azərbaycan Beynəlxalq Bankı" ASC "ACCESSBANK" QSC "Azər-Türk Bank" ASC "Bank of Baku" ASC "Bank Respublika" ASC "Kapital Bank" ASC "YELO BANK" ASC "Rabitəbank" ASC "TURANBANK" ASC "UNİBANK" KB ASC Yapı Kredi Bank Azərbaycan QSC "Expressbank" ASC "Azərbaycan Sənaye Bankı" ASC "Bank Avrasiya" ASC "Paşa Bank" ASC "Naxçıvanbank" ASC "AFB BANK" ASC BANK VTB (Azərbaycan) ASC "PREMIUM BANK" ASC "Bank BTB" ASC "Ziraat Bank Azərbaycan" ASC == Fondun funksiyaları == iştirakçı bankların reyestrini tərtib etmək və onlara şəhadətnamələr vermək; sığorta haqlarını yığır və onların uçotunu aparmaq; öz əmlakını idarə etmək və ona dair sərəncam vermək; sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparmaq və kompensasiya ödəmək; Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan qanunla müəyyən edilmiş lazımi məlumatı və hesabatları almaq; "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Fondun qaydalarını qəbul etmək; öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb etmək; öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında iştirakçı bankdan tələb etmək; iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmək və bu barədə maliyyə bazarlarına nəzarət orqanıda məlumat vermək; əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirmək.
Bank əmanəti
Depozit — fiziki və ya hüquqi şəxs tərəfindən dövlət qeydiyyatına alınmış kredit təşkilatına gəlir əldə etmək üçün yerləşdirilmiş pul vəsaiti. Depozit müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir..
Milli Əmanət Partiyası
PAN adıyla qısaldılan Milli Əmanət Partiyası (ind. Partai Amanat Nasional) İndoneziyada İslam təfəkkürlü siyasi partiyadır.
Müqəddəs Əmanətlər
Müqəddəs Əmanətlər və ya Əmanət-i Mübarəkə - Məhəmməd peyğəmbərə, dostlarına və bəzi peyğəmbərlərə aid olub, İslam dinində müqəddəs sayılan əşyalardır. Yavuz Sultan Səlimin 1517-ci ildə Misiri fəthindən sonra İstanbula gətirilmiş, bir hissəsi də İslam ölkələrindən yığılmışdır. Müqəddəs əmanətlər Topqapı sarayı içərisində olan Has Odanın Müqəddəs Əmanətlər Dairəsində mühafizə və nümayiş etdirilməkdədir.
Müqəddəs əmanətlər muzeyi
Müqəddəs əmanətlər muzeyi — İçərişəhərdə Bəylər məscidində yerləşən muzey. Məscid təmir edildikdən sonra fəaliyyətə başlayan muzeydə islam dininin müqəddəs əmanəti olan Quran-i Kərim nümunələri, müxtəlif dövrlərin qədim kitabları, eləcə də ibadətlə bağlı bəzi tətbiqi-sənət nümunələri nümayiş etdirilir. Bəylər məscidi təmir edildikdən sonra 2016-cı ildən etibarən burada Müqəddəs əmanətlər ekspozisiyası fəaliyyət göstərir. Ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim “Qurani-Kərim” kitabları nümayiş etdirilir. Burada 73 Quran, 7 dini kitab, 19 dini atribut - ümumilikdə, 99 eksponat nümayiş olunur. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və axund tərəfindən divara hörülərək qorunan Quran diqqəti cəlb edən eksponatlardır. Azərbaycanın müxtəlif regionlarından toplanılan müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalar və şəxsi mülklərdən aşkar edilib.
Məhəmməd Əmani
Məhəmməd Əmani (1536 – 1610) — XVI əsrin ikinci yarısı — XVII əsrin əvvəllərində yaşamış azərbaycanlı şair. İngilis şərqşünası Ç.Riyo iddia edir ki, Əmani I Şah Təhmasib və I Şah Abbas dövründə yaşamış, türk əmiri olmuş, Səfəvi sarayına yaxın şair kimi tanınmışdır. M.Əmani Təbriz (1603-1604), Mərv (1599-1600), Bəlx (1602-1603) üzərinə hərbi yürüşlərin iştirakçısı kimi öz şeirlərinin bir qismini bu yürüşlərə həsr etmişdir. Həm Azərbaycan, həm də fars dilində poetik əsərlər yazmışdır. Əmani yaradıcılığında qəzəl əsas yer tutmuşdur. Dövrün bir sıra sairləri klassik Şərq poeziyası ənənələrini davam etdirirdilər. Məhəmməd Əmani Məhəmməd Füzulinin ədəbi məktəbinin davamçılarındandır. Əmani lirikasının bir sıra xüsusiyyətləri Azərbaycan ədəbiyyatı tarixində ona qiymətli mövqe qazandırmışdır. Şairin bədii irsi onun yazıb-yaratdığı dövrdə Azərbaycanın ictimai-siyasi həyatını, ədəbi-mədəni mühitini öyrənmək üçün müəyyən imkanlar yaradır. İctimai həyata aktiv münasibət, dilin sadəliyi, ifadə tərzinin aydınlığı onun qəzəllərinin əsas səciyyəsini təşkil edir.
Şəhrəbanu Əmani
Şəhrəbanu Əmani Əngənə-İranlı siyasətçi.İran parlamentinin beşinci və altıncı dövrlərində Urmiyanı təmsil edən nümayəndələrdən biri idi.Şəhrəbanu Əmani, İranın ətraf mühit təşkilatının sədr müavinidir.
Əmanulla xan Naxçıvanski
Əmanulla xan Naxçıvanski (15 iyun 1845, Naxçıvan, Gürcüstan-İmeretiya quberniyası – 1891) — polkovnik, sonuncu Naxçıvan xanı Ehsan xan Kəngərlinin nəvəsi, və hərbi xadim, general-leytenant İsmayıl xan Naxçıvanskinin oğludur. Natəvanın qızı Xanbikə xanımla ailə həyatı qurmuşdur. Əkbər xan Naxçıvanski, Bəhram xan Naxçıvanski atasıdır. Aman xan (Əmanulla) İsmayıl xan oğlu Naxçıvanski 15 iyun 1845-ci ildə Naxçıvan şəhərində anadan olub. Onun doğum tarixi haqqında məlumat atası tam süvari generalı İsmayıl xanın 1895-ci ildə yazılmış xidmət kitabçasında göstərilibdir. İsmayıl xanın xidmət kitabçası 1895-ci ildə tərtib olunmuşdur və Rusiya Dövlət Hərbi Tarix Arxivinin 409-cu fondunda saxlanılır. İlk təhsilini ailə mühitində və babası I Ehsan xanın açdırdığı şəhər məktəbində alıb. Rusiya Dövlət Hərbi Tarix Arxivinin 330-cu fondunda saxlanılan sənəddən məlum olur ki, ilk dəfə hərbi xidmətə Rusiya çarının xüsusi mühafizə dəstəsinin dördüncü manqasında silahdaşıyan kimi başlayıb. Həmin xidmətin tarixi də qeyd edilib: 1 may 1865-ci il. Qeyd edək ki, o vaxt onun 20 yaşı vardı.
Əmanət (film, 1981)
Əmanət — Rəncilə Məhəmmədsəid Xanın rejissorluğu ilə 1981-ci ildə çəkilmiş Pakistan komediya filmi.
Əmanət Abbasova
Əmanət Əsabəli qızı Abbasova — istehsal qabaqcılı, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Azərbaycan SSR Dövlət mükafatı lauretı (1976). 1953-cü ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycanlıdır. 1971-ci ildən Sov.İKP üzvü olmuşdur, orta təhsili var. 1967-ci ildən V. İ. Lenin adına Şəki İpək Müəssisələr Birliyinin toxuçusu olmuşdur. Azərbaycan SSR Ali Soveti qanunverçilik mülahizələri komissiyasının üzvü olmuşdur. Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Şəki ikinci şəhər seçki dairəsi). Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış.
Əmanət Kassaları və Kiçik Kredit Məsələləri İdarəsi
Əmanət kassaları və kiçik kredit məsələləri idarəsi — Azərbaycan Xalq Cümhuriyyətinin təsərrüfat-iqtisadi həyatını canlandırmaq və pul dövriyyəsini tənzimləmək məqsədilə yaradılmış qurum. Bu qurumun funksiyasını həyata keçirən vəzifə, əsasən, Dövlət Bankına həvalə olunmuşdu. Bank həmin vəzifəni daha mükəmməl şəkildə yerinə yetirmək üçün onunla əlaqədə işləyən və ya onun göstərişləri əsasında fəaliyyət göstərən digər idarələrlə əməkdaşlıq etməli idi. Bunların sırasında əmanət kassaları birinci yer tuturdu. Ona görə də Azərbaycanın əmanət kassalarını işə salmaq üçün 1919-cu il oktyabrın 11-də Parlament Azərbaycan dövlət əmanət kassalarının nizamnamələrini, ştat cədvəlini və smetalarını təsdiq etdi. Bakı, Gəncə, Ağdaş, Göyçay, Zaqatala, Qazax, Quba, Nuxa (Şəki), Salyan, Şamaxı, Şuşa və s. xəzinədarlıqları və onların qeydiyyatında olan poçt-teleqraf kassalarındakı mərkəzi əmanət kassalarını açdı. Əmanət kassalarının vəzifəsi artıq pul kütləsini dövriyəyə cəlb etəmk idi. Bundan əlavə, Dövlət Bankına əmanət kassaları vasitəsilə daxil olan vəsait Hökumətin göstərişinə uyğun olaraq, bank tərəfindən istifadə edilirdi. Azərbaycanın dövlət əmanət kassaları Rusiyadakı əmanət kassaları üçün səciyyəvi olan forma və prinsiplər əsasında fəaliyyət göstərsə də, bu kassaların ölkə həyatının iqtisadi və siyasi şəraitindən doğan bəzi özəllikləri də vardı: Azərbaycan Xalq Cümhuriyyətinin özünün faizli kağızları olmadığına görə, əmanət kassalarının öz passivlərini yerləşdirmək, habelə maliyyə nazirinin təsdiq etdiyi siyahıya əsasən və ya onun göstərişi ilə əmanətçilər üçün onların tapşırığına görə hər cür faizli kağızlar almaq hüququ vardı.
Əmanət Partiyası (Qazaxıstan)
"Nur Otan" (qaz. Nur Otan; Нұр Отан — Vətən İşığı) — Qazaxıstandakı hakim və ən böyük prezident partiyası. 1999-cu ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə qurulmuşdur, eyni zamanda partiyanın lideri olmuşdur. "Nur Otan" qazax dilindən azərbaycan dilinə "Vətən işığı" kimi tərcümə olunur. Nur Otan partiyasının gənclər qanadı "Gənc Vətən" kimi tərcümə olunan "Jas Otan" adlanır. 22 dekabr 2006-cı il tarixində "Otan" partiyasının X fövqəladə qurultayında Cümhuriyyət Siyasi Partiyasının "Otan" Xalq Demokratik Partiyası olaraq "Nur Otan" olaraq adlandırılması təklifi əlavə və dəyişikliklərə dair qərar layihəsi qəbul edildi. RPP "Otan" ın nizamnaməsi də qəbul edildi. 18 oktyabr 2013-cü il tarixində Nur Otan Xalq Demokratik Partiyası Nur Otan olaraq dəyişdirildi. Partiyanın 2013-cü ildə qəbul etdiyi Doktrinada deyilir ki, Nur Otan "cəmiyyəti birləşdirən və Elbası Dövlət kursunun həyata keçirilməsini təmin edən hakim siyasi qüvvədir". Doktrina ideoloji dəstək və Nazarbayev siyasətinin həyata keçirilməsi üzərində qurulub.
Əmanət kassası (film, 1950)
Əmanət sertifikatı
Əmanət sertifikatı (ing. savings certificate) — fiziki şəxs tərəfindən banka qoyulmuş əmanətin məbləğini və əmanətçinin (sertifikat sahibinin) sertifikatı vermiş bankda və ya hər hansı filialda əmanət məbləğini və sertifikatda nəzərdə tutulmuş müəyyən edilmiş müddət bitdikdən sonra bank faizləri almaq hüququnu təsdiq edən qiymətli kağız. Əmanət sertifikatının başqa adı — əmanət sertifikatı - bankın orada saxlanılan əmanəti və faizləri ödəmək öhdəliyini ifadə edir. Əmanət sertifikatı hesablaşma və ya ödəniş sənədi kimi xidmət edə bilməz.
Əmanətdarlıq
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Əmanətlərin Sığortalanması Fondu (Azərbaycan)
Əmanətlərin Sığortalanması Fondu (Fond) Əmanətlərin Sığortalanması haqqında 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununa əsasən yaradılmış, 2007-ci ilin 12 avqust tarixindən isə fəaliyyətə başlamışdır. ASC "XALQ" Bankı "Melli İran Bankı" Bakı filialı "Azərbaycan Beynəlxalq Bankı" ASC "ACCESSBANK" QSC "Azər-Türk Bank" ASC "Bank of Baku" ASC "Bank Respublika" ASC "Kapital Bank" ASC "YELO BANK" ASC "Rabitəbank" ASC "TURANBANK" ASC "UNİBANK" KB ASC Yapı Kredi Bank Azərbaycan QSC "Expressbank" ASC "Azərbaycan Sənaye Bankı" ASC "Bank Avrasiya" ASC "Paşa Bank" ASC "Naxçıvanbank" ASC "AFB BANK" ASC BANK VTB (Azərbaycan) ASC "PREMIUM BANK" ASC "Bank BTB" ASC "Ziraat Bank Azərbaycan" ASC iştirakçı bankların reyestrini tərtib etmək və onlara şəhadətnamələr vermək; sığorta haqlarını yığır və onların uçotunu aparmaq; öz əmlakını idarə etmək və ona dair sərəncam vermək; sığorta hadisəsi baş verdikdə, əmanətçilərin tələblərinin uçotunu aparmaq və kompensasiya ödəmək; Fondun funksiyalarının yerinə yetirilməsi üçün iştirakçı banklardan qanunla müəyyən edilmiş lazımi məlumatı və hesabatları almaq; "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq Fondun qaydalarını qəbul etmək; öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Mərkəzi Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb etmək; öhdəlikləri üzrə kompensasiya ödədikdə, həmin məbləği reqress qaydasında iştirakçı bankdan tələb etmək; iştirakçı banklardan sığorta haqları üzrə borcun və hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmək və bu barədə maliyyə bazarlarına nəzarət orqanıda məlumat vermək; əmanətlərin sığortalanması sisteminin fəaliyyətini təmin edən digər funksiyaları həyata keçirmək.
Əmanətə xəyanət etmək
Əlidən nəql olunur ki, əmanətdarlıq imanın üstünlüyünün göstəricisidir və əmanəti istənilən halda sahibinə qaytarmaq vacibdir: "İmanın ən üstünü əmanətdarlıq, ən pis xislət isə xəyanətkarlıqdır." "Sənə etibar edib əmanət tapşıran şəxsə xəyanət etmə, hətta o sənə xəyanət etmiş olsa belə.Onun sirrini faş etmə, hətta əgər o sənin sirrini faş etmiş olsa belə." Peyğəmbər (s) əmanətə xəyanət edənin onun ümmətindən olmadığı qeyd edir: "Əmanəti əhəmiyyətsiz sayaraq bu səbəbdən onu zay edən kəs bizdən deyil." İslam peyğəmbəri (s) həmçinin etibarsız şəxsə əmanət tapşırılmamasını tövsiyə edir: "Allah etibarsız şəxsə əmanət tapşıran kəsin zamini deyil.
Əmanət və Kredit Assosiasiyası
Əmanət və Kredit Assosiasiyası (ing. Savings and loan association) — ABŞ-da geniş yayılmış kredit təşkilatı növü. Əmanət-kredit assosiasiyalarının əsas funksiyası əhalinin əmanətlərinin toplanması və yaşayış binalarının alınması və tikintisi üçün uzunmüddətli kreditlərin verilməsindən ibarətdir. İngilis tikinti cəmiyyətlərini modelləşdirdikdən sonra onlar ilk dəfə 1831-ci ildə meydana çıxdılar və 1890-cı ilə qədər bütün ştatlarda fəaliyyət göstərdilər. Əmanət və kredit assosiasiyaları federal və əyalət səviyyəsində fəaliyyət göstərir. Birinci halda, birliklər kooperativ şəklində, ikincidə - səhmdar cəmiyyəti şəklində təşkil olunur. Onların əməliyyatları yerli xarakter daşıyır - fəaliyyətlər 100 mil radiusda olan ərazi ilə məhdudlaşır. Passiv əməliyyatların əsasını əhalidən müxtəlif növ hesablara (əmanət, tələb üzrə, əvvəlcədən xəbərdar etməklə, arayış, investisiya və s.) vəsaitlərin cəlb edilməsi təşkil edir. İstənilən əmanətçi səhmdar ola bilər, əksər hesablar öhdəliklərin səhmləri statusuna (80%-ə qədər) malikdir, yəni onların sahibləri əmanət-kredit assosiasiyalarının üzvləridir və səsvermə hüququna malikdirlər. Aktiv əməliyyatlar mənzil tikintisi və ev alqı-satqısı üçün adətən üzən faiz dərəcələri ilə uzunmüddətli (25 ilə qədər) kreditləşmə ilə təmsil olunur.
Əmanət kitabçası
Əmanət kitabçası — vətəndaşla bank əmanəti müqaviləsinin bağlanmasını və onun depozit hesabına vəsaitin qoyulmasını təsdiq edən sənəd (Rusiya Federasiyasının Mülki Məcəlləsinin 843-cü maddəsi). Əmanət kitabçasında bankın adı və yerləşdiyi yer, əmanət filiala, o cümlədən onun müvafiq filialına qoyulubsa, əmanətin hesab nömrəsi, habelə əmanətə daxil olan bütün vəsaitlər göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. hesab, hesabdan debet edilmiş bütün vəsait məbləğləri və əmanət kitabçasının banka təqdim edilməsi zamanı hesabda olan vəsaitin qalığı. Əmanətin fərqli vəziyyəti sübuta yetirilmədikdə, əmanət kitabçasında göstərilən əmanət məlumatları bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. Əmanətin verilməsi, onun üzrə faizlərin ödənilməsi və əmanətçinin əmanət hesabından vəsaitin başqa şəxslərə köçürülməsi barədə sərəncamlarının icrası bank tərəfindən əmanət kitabçası təqdim edildikdə həyata keçirilir. Əmanət kitabçası üzrə əmanətlər üzrə orta illik faiz dərəcəsi digər əmanət növlərinə nisbətən xeyli aşağıdır. İtirilmiş adsız əmanət kitabçası üzrə hüquqların bərpası adsız qiymətli kağızlar üçün müəyyən edilmiş qaydada həyata keçirilir. 2003-cü ildə Sberbank yeni bir təhlükəsizlik növü təqdim etdi - Əmanət Sertifikatı. Əmanət sertifikatı təqdim edən şəxsə verilən qiymətli kağızdır. Əmanət sertifikatı, əmanət kimi, əmanətlərdən əhəmiyyətli dərəcədə yüksək gəlirlə vəsait saxlamaq və artırmaq üçün nəzərdə tutulmuşdur.

əma sözünün leksik mənası və izahı

"əma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əma nədir? #əma sözünün mənası #əma nə deməkdir? #əma sözünün izahı #əma sözünün yazılışı #əma necə yazılır? #əma sözünün düzgün yazılışı #əma leksik mənası #əma sözünün sinonimi #əma sözünün yaxın mənalı sözlər #əma sözünün əks mənası #əma sözünün etimologiyası #əma sözünün orfoqrafiyası #əma rusca #əma inglisça #əma fransızca #əma sözünün istifadəsi #sözlük