Əsma sözü azərbaycan dilində

Əsma

Yazılış

  • Əsma • 91.2879%
  • ƏSMA • 6.4394%
  • əsma • 2.2727%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əsma Aydəmir
Əsma Aydəmir (1 yanvar 1992) — Türkiyəli marafonçu. Əsma Aydəmir Türkiyəni 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Əsma Aydəmir birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 39 dəqiqə 59 saniyəyə qət edərək 157 marafonçu sırasında 58-ci yeri tutdu.
Əsma Sultan
Əsma Sultan (I Əhmədin qızı) —
Əsma Əsəd
Əsma əl-Əsəd — (ərəb. أسماء الأسد‎; qızlıq soyadı — Əsma Fəvvaz əl-Əxrəs أسماء فوّاز الأخرس; d. 11 avqust 1975, Akton[d], Böyük London) — Suriyanın birinci xanımı, prezident Bəşşar əl-Əsədin həyat yoldaşı. Əsma Fəvvaz əl-Əxrəs adıyla 11 avqust 1975-ci ildə Britaniyanın paytaxtı Londonda dünyaya gəlibdir. Əsma Əsəd, Londonun Kromuell Xəstəxanasının məsləhətçi kardioloqu Fəvvaz Əxrəs və təqaüddə olan diplomat Səhər Otrinin qızıdır. Valideynləri sünni, Suriya mənşəli və əslən Homsdandırlar. O, Londonda qızlar məktəbini bitirb və London Kral Kollecində informatika elmində və franssız ədəbiyyatı sahəsində təhsil alıb. Universitetdən sonra Deutsche Bankda Avropadan və Uzaq Şərqdən olan müştərilərlə sığorta şöbəsində işləyirdi. 1998-ci ildə J. P. Morgan kompaniyasında biotexnoloji və əczaçılıq şirkətlərinin birləşməsində və hopdurmalarında ixtisaslaşaraq, fəaliyyətə başlayıb. Əsma Suriyaya 2000-ci ilin noyabr ayında qayıtmışdı və dekabrda Bəşər Əsədə ərə getmişdi.
Əsma Nayman
Fatma Əsma Nayman (1899, Konstantinopol – 16 dekabr 1967, İstanbul) ― türk müəllim, siyasətçi və tərcüməçi. O, Türkiyədə qadınların qatıldığı ilk yerli seçkilər olan 1930-cu il yerli seçkilərində Adana bələdiyyə məclisinin üzvü, qadınların iştirak etdiyi ilk parlament seçkisi olan 1935-ci il parlament seçkilərində isə Türkiyə Böyük Millət Məclisinin millət vəkili (deputat) seçilmişdir. 5-ci Türkiyə parlamentində Seyhan (Adana) seçki dairəsinin millət vəkili vəzifəsini icra edən Nayman, Türkiyə parlamentinin ilk 18 qadın deputatından biri idi. Fatma Əsma Nayman 1899-cu ildə İstanbulda anadan olub. O, Halkalı Ali Kənd Təsərrüfatı Məktəbini (türk. İstanbul Halkalı Yüksek Ziraat Okulu) quran və bu məktəbdə uzun illər dərs deyən Hasip bəyin və Mustafa Naili Paşanın qızı Mələk xanımın beş övladından biridir. Nayman Fransız məktəbində özəl müəllimlərdən dərs alıb. O, ingilis, fransız və yunan dillərini bilirdi. O, yeddi il Bezmialem qız liseyində fransız dili müəllimi işləyib. Nayman Adanalı vəkil Süleyman Zihni bəylə evlənərək Adanada məskunlaşıb və bir uşağı olub.
Əsma binti Umeys
Əsma binti Umeys (ərəb. أسماء بنت عميس الخثعمية‎; Məkkə – 660, Dəməşq) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri. Əsma Həbəşistana, oradan isə Yəsribə (Mədinəyə) hicrət etmişdir. Buna görə də "iki dəfə hicrət edən səhabə" kimi tanınır. Onun atası Umeys ibn Məad Qəhtan qəbiləsinə daxil olan Bənu Həsam ibn Ənmar tayfasından, anası Hind isə Avf ibn Züheyr əl-Himyarinin qızı idi. Doğulduğu dəqiq tarix məlum deyil, lakin o, əri Cəfər ibn Əbu Taliblə birlikdə İslamı qəbul etmiş və buna görə də ilk müsəlman qadınlardan hesab olunur. 615-ci ildə əri ilə birlikdə Efiopiyaya mühacirət etmişdir. O zaman onun üç oğlu var idi: Abdullah, Məhəmməd və Avn. 628-ci ildə digər mühacirlərlə birlikdə Mədinəyə köşür və 629-cu ildə əri Mütə döyüşündə şəhid olur. Daha sonra Əbu Bəkrlə evlənir və 632-ci ildə Məhəmməd adlı bir oğlu doğulur.
Əsma Sultan sarayı
Əsma Sultan sarayı və ya köşkü (türk. Esma Sultan Yalısı) — İstanbul, Ortaköydə dənizkənarında yerləşən saray. Neo-klassik üslubda tikilmiş malikanənin memarı Sarkis Balyandır. Ortaköy məscidinin yanında yerləşir. Yanğından sonra uzun illər tərk edilmiş malikanənin içi 2001-ci ildə şüşə və poladdan istifadə edilərək yenidən tikilərək, bərpa edilib və bina turizm məqsədli xidmət göstərir. Əsma Sultan sarayı adını Osmanlı Sultanı Əbdüləzizin qızı Əsma Sultandan (1873 - 1899) almışdır. Əsma Sultan 16 yaşında ikən dövrün ən mühüm dövlət adamlarından biri olan Çərkəz Mehmed Əli Paşa evlənib; Ortaköy məscidinin yanındakı XVII əsrə aid malikanə yenidən tikilərək ona toy hədiyyəsi olaraq verilib. Bölgənin ən böyük taxta tikilisi olan bu malikanə o vaxta qədər Dırnaqçı köşkü kimi tanınırdı. I Əbdülhəmidin qızlarından Əsma Sultanla evlənən kapitan Kiçik Hüseyn Paşa da Dırnaqçı malikanəsində yaşayırdı. 1899-cu ildə Əbdüləzizin qızı Əsma Sultanın ölümündən sonra II Əbdülhəmid malikanəni bacısı Cəmilə Sultana verdi.
Əsma Sultan (Əbdüləzizin qızı)
Əsma Sultan (21 mart 1873, Konstantinopol – 22 oktyabr 1899, Konstantinopol) — 32-ci Osmanlı padşahı Əbdüləzizin qızıdır. Əsma Sultan 1873 tarixində Dolmabağça Sarayında dünyaya gəlmişdir. Anası Gövhəri Qadınəfəndidir. Hələ 3 yaşında ikən atası devrilərək öldürülmüş, II Əbdülhəmid taxta oturmuşdur. Bundan sonrakı həyatını II Əbdülhəmidin Ulduz Sarayındakı hərəmində keçirmişdir. İlk təhsilini 1879-cu ildə qardaşları Seyfəddin Əfəndi və Şövkət Əfəndi, eləcə də Sultan Əbdülhəmidin övladları Səlim Əfəndi və Zəkiyə Sultanla birlikdə İhlamur sarayında almağa başladı. 1889 tarixində Şahaplı Çərkəz Mehmed Paşa ilə evləndirilmişdir. 1899 tarixində beşinci övladını dünyaya gətirərkən vəfat etmişdir.
Əsma binti Əbu Bəkr
Əsma binti Əbu Bəkr (ərəb. حفصة بنت عمر بن الخطاب‎; təq. 595, Məkkə – noyabr 692, Məkkə) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biri, ilk xəlifə Əbu Bəkr əs-Siddiqin qızı. Əsma Məhəmməd peyğəmbərin ən yaxın dostu Əbu Bəkr əs-Siddiqin qızı idi. Anasının adı Kuteylə bint Əbdül-Uzza idi. Onun Abdullah ibn Əbu Bəkr adlı qardaşı, Aişə və Ümmü Gülsüm adlı bacıları vardır, həmçinin ögey qardaşları Əbdürrəhman və Məhəmməd də mövcud idi. Onun Ummu Ruman binti Amir adlı ögey anası və ət-Tufeyl ibn əl-Haris əl-Əzdi adlı ögey qardaşı var idi. Əsmanın valideynləri Məhəmmədin peyğəmbərlik missiyası başlamazdan əvvəl boşanırlar. Valideynləri boşandıqdan sonra o, atasının evində qalır. После развода родителей она осталась в доме отца.
Əsma Sultan (III Əhmədin qızı)
Əsma Sultan (14 mart 1726, Konstantinopol – 13 avqust 1788, Konstantinopol) — 23. Osmanlı padşahı III Əhmədin qızlarındandır. Eyni illərdə yaşayan qardaşı I Əbdülhəmidin qızı Əsma Sultanla qarışdırılmaması üçün Böyük Əsma Sultan olaraq anılır. 14 mart 1726-cı ildə Topqapı sarayında dünyaya gəldi. Atası Lalə dövrünün məşhur Osmanlı sultanı III Əhməd, anası isə onun xanımlarından Hənifə Qadınəfəndidir. Hələ 4 yaşında ikən çıxan Patrona Xəlil üsyanı nəticəsində atası taxtdan endirilərək Topqapı sarayının Şimşirlik bölümünə həbs edildi. Əsma Sultan isə sabiq padşahın digər ailə üzvləriylə birlikdə Köhnə saraya göndərildi. Burada keçən uşaqlıq və gənclik illəri haqqında yetərli məlumat yoxdur. Əsma Sultanın ilk evliliyi əmisi oğlu Sultan Mahmud tərəfindən 19 fevral 1743-cü ildə Silahdar Yaqub Paşayla baş tutdu. Olduqca sadə keçirilən toy mərasiminin ardından cütlük Əsma Sultana hədiyyə edilən Kadırqa sarayında məskunlaşdı.
Əsma Sultan (I Əbdülhəmidin qızı)
Əsma Sultan (17 iyul 1778, Konstantinopol – 9 iyun 1848 və ya 4 iyun 1848, Konstantinopol) — 27. Osmanlı padşahı I Əbdülhəmidin qızıdır. Əsma Sultan 1778 tarixində dünyaya gəlmişdir. Anası Aişə Səniyəpərvər Sultandır. Hələ 11 yaşında ikən atası vəfat etmiş, əmisi oğlu III Səlim taxta çıxmışdır. Əsma Sultan 1792 tarixində hələ 14 yaşında ikən 35 yaşlı Kaptan-ı dərya Kiçik Hüseyn Paşa ilə evləndirildi. Qısa zamanda böyük nüfuz qazandı. Öz adına bir sarayı, üç köşk və bir yay sarayı vardı. Bu evlilik 11 il davam etdi və 1803 tarixində Əsma Sultan dul qaldı. Bundan sonrakı ömründə bir daha evlənmədi.
Əsma Sultan (I Əhmədin qızı)
Əsma Sultan (1612 - 1612) - I Əhmədin qızı. Anasının kim olduğu məlum deyil. 1 yaşı belə olmadan körpə yaşlarında vəfat etmişdir.
Söhbətül-Əsmar (1994)
Kinolentin proloqunda diktor XVI əsri tamaşaçılara xatırladıb deyir ki, dünya qarışıb, çaxnaşma düşüb. Məmləkər parçalanıb... Şair bu çaxnaşmalardan kənarda qala bilmir və dövrünün baş verən hadisələrinə öz münasibətini alleqorik əsərlərində bildirir. Müəlliflər film üzərində işlərkən şairin alleqorik əsərini müasir dövrümüzlə, bu gün ölkəmizdə baş verən hadisələrlə bağlamağa çalışmışlar. Təsvirdə müəlliflər əsasən miniatürçü rəssam Soltan Məhəmməd Təbrizinin əsərlərinə əsaslanmışlar. 1995-ci ildə Bakıda Azərbaycan filmlərinin III festival-müsabiqəsi Ən yaxşı cizgi filminə görə rejissor Elçin Hami Axundov Diplom və Prizlə təltif olunmuşdur. 2022-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə, kuratorunun “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyevin olduğu “Azərbaycan animasiyasının 50 illiyi” adlı proqrama daxil edilmiş digər keçmiş və müasir milli animasiya filmlərilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən I Daşkənd Beynəlxalq Animasiya Forumunda (Tashkent International Animation Forum) göstərilib. Forumda filmin rejissoru Elçin Hami Axundova “Animasiyanın inkişafına verdiyi töhfəyə görə” mükafatı verilib. Ona mükafatı forumun direktoru Dante Rustav təqdim edib. Applikasiya filmidir.
Söhbətül-əsmar
"Söhbətül əsmar" (Meyvələrin söhbəti) — Füzulinin Azərbaycan dilində yazdığı alleqorik poeması. Füzuli zəmanəsində gördüyü ictimai çatışmazlıqlara, baş verən əbəs çəkişmələrə eləcə də "Söhbət ül-əsmar" əsərində öz münasibətini bildirmiş, yersiz qürur, mənasız öyünmələrin fayda vermədiyini, bir-birinin eyiblərini söyləməklə öz məziyyətlərini tərifləyən meyvələrin mübahisəsində göstərmişdir. Meyvələrin xassələri və onların hər birinin insan orqanizminə təsirini gözəl bilən şairin bu əsəri zahirən uşaqlar üçün yazılmış sadə əsər kimi görünsə də öz fəlsəfi-nəsihətamiz ruhu ilə diqqəti cəlb edir. Əsərdə ictimai ədalətsizliyə etiraz edən, dünyanın vəfasızlığından şikayətlənən şair yazır: Tanınmış şair və tənqidçi Hümmət Şahbazi Azərbaycan ədəbiyyatında ilk uşaq şeiri kimi Məhəmməd Füzulinin iki yüz beytdən ibarət “Söhbətül-əsmar” (Meyvələrin söhbəti) alleqorik məsnəvisini qəbul edir və yazır ki, bu kitab 1958-ci ildə Bakıda Həmid Araslı tərəfindən yayılıb. Kamil Mirbağırov tərəfindən nəsrə çevrilərək uşaqlar üçün hazırlanıb və Təbrizdə 1376 (1997)-cı ildə "Əsmər" nəşriyyatı tərəfindən yayımlanıb. Yeni çağda «cizgi filmləri», təmsili (alleqorik) biçimdə uşaqlar üçün hazırlanmasını görəndə "Söhbətül-əsmar"ın da uşaqlar üçün təmsili bir dillə yazıldığını duyursan. Buna görə Azərbaycanın ilk uşaq şeiri (bəlkə də Şərqdə) Füzuliyə aiddır. Hümmətin bu məsnəvinin mahiyyətinə varması da düşündürücüdür: “Şair bu kitabda meyvələrin dili ilə, öz öyüdsəl (nəsihətamiz) sözlərini deyir və hər bir meyvə özünün xasiyyətindən danışır. Şeirdə meyvələrin xarakteri var. Füzuli meyvələrin xasiyyətlərinə uyğun sözlərdən faydalanır.
Söhbətül-əsmar (film, 1994)

Söhbətül əsmar

Şərül-Əsmai-səmaniyyə
Şərhi-əsmayi-səmaniyyə və ümmül-əsma – Seyid Yəhya Bakuvinin yazdığı məsnəvilərdən biri. Məsnəvi 610 beytdən ibarətdir. Allahın həyat, elm, səmi (duyma), bəsər (görmə), qüdrət, kəlam, iradə, bəqa kimi ad və sifətlərin mənaları təsəvvüfi olaraq açıqlanır.
Əsmayi-hüsna
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
Əsmayə Hacıyeva
Əsmayə Hacıyeva — (9 mart 2005 - Bakı, Azərbaycan) — azərbaycanlı peşəkar qadın futbolçu. "Xırdalan Siti", "8-li İOEUGİM" klubunun və Azərbaycanın qadınlardan ibarət U19 millisinin keçmiş yarımmüdafiəçisi. Əsmayə 2023-cü ildə karyerasını başa vurmuşdur. Hazırda "Sabah" klubun qadınlar ibarət komandasında məşqçi olaraq çıxış edir == Həyatı və Karyerası == 2021/2022-ci il futbol mövsümündə"8-li İOEUGİM" klubunda çıxış edirdi. Bu klubunda ilk ildə çempion tituluna yiylənməşdir. Növbəti sezon, yəni 2022/2023 sezonunda "Xırxalan Siti" klubunda çıxış etmişdir. Bu klubda 3-cülük əldə etmişdir. Daha sonra karyerasını erkən dövrlərdə bitirərək futbol məşqçisi kimi fəaliyyət göstərməyə başlamışdır. Azərbaycanın gənc məşqçilərdindən biri olaraq tanınır. == Milli Karyerası == 2021-ci ildə Azərbaycanın qadınlardan ibarət U17 millisinə dəvət əldə etmişdir.

əsma sözünün leksik mənası və izahı

"əsma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əsma nədir? #əsma sözünün mənası #əsma nə deməkdir? #əsma sözünün izahı #əsma sözünün yazılışı #əsma necə yazılır? #əsma sözünün düzgün yazılışı #əsma leksik mənası #əsma sözünün sinonimi #əsma sözünün yaxın mənalı sözlər #əsma sözünün əks mənası #əsma sözünün etimologiyası #əsma sözünün orfoqrafiyası #əsma rusca #əsma inglisça #əsma fransızca #əsma sözünün istifadəsi #sözlük